Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə129/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   125   126   127   128   129   130   131   132   ...   147

Filologiya məsələləri, 2017 
 341
AYGÜN  YUSUBOVA 
Azərbaycan Milli Elmlər Akademiyası akad.  
Z.M.Bünyadov adına   Şərqşünaslıq  
İnstitutunun elmi işçisi  
                      
ƏHMƏD NƏDİMİN “DİVAN”INDA BƏDİİ İFADƏ  VASİTƏLƏRİ 
  
Açar sözlər: Nədim, djvan şairi,  ifadə vasitələri, ilham 
Ключевые  слова:    Надим,  Диванный  поэт,  талмех,  каламбур, 
пропорция, мудрый, ихам, товрия (двусмысленность)
 
Keywords:  Nadeem, Divan poet, talmeh, pun, proportion, wise, iham, 
tovriya (ambiguity)
 
 
         X  əsrdən başlayarak XIX əsr Tənzimat dövrü ədəbiyyatına qədər 
davam edən  divan ədəbiyyatı  şairlərinin yaradıcılığında  Şərq poeziyası 
bədiiyyatının geniş bir yer tutduğunu müşahidə edirik. Onlar bədiiyyatdan 
formal bir vasiitə kimi deyil yaradıcı bir şəkildə faydalanmışdılar. Bədii 
ifadə vasitələri bədii dilin əsas tərkib hissəsidir və bir şeiri başa duşmək və 
şərh etmək üçün yol gostərici bir xüsusiyyətə malikdir. Bu baxımdan klassik 
türk  ədəbiyyatı mövzu və ideya zənginliyi ilə yanaşı forma məzmun 
bütövlüyünü təmin edən,  əsərlərin bədii cəhətdən qüvvətlənməsinə, təsvir 
olunan duyğuların oxucuya daha qabarıq bir dillə çatdırılmasına xidmət edən 
bədii ifadə vasitələri ilə oldukca zəngindir. Bədii ifadə vasitələri, bədii təsvir 
vasitələri kimi divan şeirinin əsas tərkib hissəsidir və əsərin bədii cəhətdən 
daha da qüvvətlənməsinə xidmət edir. Ədəbiyyatşünaslıqda bəzən poetık 
sintaksis və ya sintaktik fiqurlar adlandırılan ifadə vasitələri bütöv cümlə və 
ifadə ilə bağlıdır. 
Divan  şairləri  əsərlərində  bədii ifadəni daha təsirli, daha qüvvətli 
söyləmək, bütün diqqəti onun üzərinə toplamaq  üçün  fikir və ya 
duyğularını  sual tərzində ifadə edirdilər. Bu bədii üsul ədəbiyyatşünaslıqda 
bədii sual (istifhəm) adlandırılır. Nədim Divanında bədii sual poetik fiquruna 
müxtəlif  şəkildə müşahidə olunur. Birinci şəkil -mı, mi, mu, mü sual 
şəkilçiləri vasitəsi ilə meydana gətirilir. 
               Şərabı atəşinin keyfi ruyun şölələndirmiş 
               Bu halətlə çırağı məclisi məstanmısın kafir. ( 1, 294) 
Şair bu beytdə  sanki atəş  rəngli  şərabın alovunda üzünü yandırmış, 
yanaqları qızarmış sevgiliyə səslənərək, “Şən bu halınla sərxoşlar  məclisinin 
işığısan?” - deyir. Bildiyimiz kimi, nitqdə sualdan, hər hansı bir hadisəylə, 
vəziyyətlə  əlaqədar  məlumat almaq üçün istifadə olunur. Burada isə  şair 
sevgilidən cavab gözləmir. Bu  sualı soruşmaqda məqsədi cavab almaq deyil, 
şeirdəki bədii ifadəni daha da qüvvətləndirməkdir. 
               Mən kimsəyə açılmaz idim damənin olsam 
               Kim görürdü sinəni pirahənin olsam.  ( 2,32) 


Filologiya məsələləri, 2017 
 342
 Bu  beytdə istifhəm sənəti “kim?” sual sözü ilə  təmin olunmuşdur. 
Sevgilisini qısqanan aşiq,  həyəcan və duyğularından doğan bu hisslərini sual 
ilə ifadə etmişdir. Bu beytdə “Ətək və köynəyin olsaydım səni heç kəs görə 
bilməzdi”- deyən  aşiq eyni zamanda, sevgili ilə qovuşma arzusunu da dilə 
gətirmişdir. 
 Sənə kimisi canım kimi cananım deyü söylər 
 Nəsən sən doğru söylə can mısın canan mısın kafir. ( 2,282) 
Nədimin məşhur kafir rədifli qəzəlidən almış olduğumuz bu beytdə 
şair təsvir olunan sevgiliyə “kafir” deyə  səslənir.  “Sənə  bəziləri canım, 
bəziləri isə sevgili deyir. Doğru söylə, sən nəsən? Aşiqin canısan, yoxsa 
sevgilisisən?” Verilən nümunədə  gördüyümüz kimi, sual şəkilçisi “–mısın “ 
ilə sual sözü “ nəsən” birlikdə istifadə olunmuşdur.  
Nümunələrdən də gördüyümüz kimi, “Bədii sual  heç bir şeyi 
öyrənmək, məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə,  söz 
sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikir təsdiq edilir. 
Mahiyyəti, meydana gəlmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhval-
ruhiyyəni poetik sual şəklində ifadə etmək onun emosional təsirini daha da 
qüvvətləndirir. (3,159) ” 
Divan ədəbiyyatında ən çox işlənən bədii ifadə vasitələrindən biri də, 
bədii təzad (antiteza) adlanır. Llüğəti mənası “zidd”, “əks” olan təzad poetik 
kateqoriyası  divan şeirində  məzmunca bir-birinə zidd anlayışların,  əks 
mənalı sözlərin qarşılaşdırılması ilə meydana gəlir. Müxtəlif  əsrlərdə 
yaşayıb  yaratmış  divan şairlərinin  əsərlərində bir-birinə qarşı qoyulmuş 
meyxanə-məscid;  ədalət və zülm;  xarab və abad; ab (su)- atəş; vüsal və 
hicran; yalan-doğru və.s kimi əks mənalı sözlərə rast gəlirik. Bu növə  ən 
gözəl nümunələrdən biri də Nədimin  aşağıdakı beytləridir: 
       Sıxılma bezmə gəl biganə yox dəvətımız ancaq 
       Nədima bəndəniz var bir dahi sultanımız vardır. ( 2, 272) 
Şair beytin ikinci misrasında “bəndə” (qul, kölə) və “sultan” kimi  
əksmənalı sözlərilə təzad yaratmişdır. 
       Mən şairəm o qaməti mövzunu doğrusu  
       Sevməm desəm də bəlkə yalan söylərəm sənə. ( 1, 274) 
Beytdə də göründüyü kimi, bədii təzadı meydana gətirən “doğru”  və  
“yalan” sözləri bir-birinə zidd olan anlayışlardır. 
Divan  şairləri  şeirlərində fikri daha bariz bir şəkildə ifadə etmək, 
mənanı qüvvətləndirmək, misraların ahəngdarlığını, musiqiliyini artirmaq 
məqsədilə eyni söz və ifadələrin təkrarından istifadə edər. 
Ədəbiyyatşünaslıqda bu poetik kateqoriya “təkrir” adlanır. Digər divan 
şairlərində olduğu kimi, Nədim yaradıcılığında  da  təkrir  sənəti xüsusi  yer  
tutur. 
                 Muradın anlarız ol qəmzənin izanımız vardır 
                           Bəli, söz bilməziz amma bir az irfanımız vardır. ( 2, 272) 
Şairin bu misralarının sonunda “vardır” sözü təkrar olunur. 
Ədəbiyyatşünaslıqda  təkririn  bu  növünə  “epifora” deyilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə