Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   9   10   11   12   13   14   15   16   ...   147

Filologiya məsələləri, 2017 
 35
Qeyd edək ki, diskursun özünün sinonimik əvəzlənmələri, həqiqət 
qanunları, etiketləri vardır. Bu bütövlükdə  məntiqi-fəlsəfi termin kimi 
mümkün “alternativ” dünyadır. Hər bir diskurs  “mümkün” dünyadır.  
Ənənəvi fransız dilçiliyində diskurs terminlə sinonim götürülürdü. 
Amma kommunikasiya, sosiolinqvistika, psixolinqvistikanın inkişafı ilə 
bağlı yeni mənalar kəsb etməyə başladı. 
V.İ. Karasik yazır: “Bir-birini tanımayan insanlar arasında xüsusi müx-
təlif klişelər vardır. Amma onlar sossiumun normalarına uyğun ünsiyyətə 
girməlidirlər.  Bu instutisional diskursdur”. [2, s.80] 
Effektiv kommunikasiya müsahibin düzgün anlamını  təmin edir. 
Ünsiyyət təcrübəsi olanlar bu prosesin nə  qədər mürəkkəb olmasını, onun 
iştirakçılarının çətinliklərlə, maneələrlə qarşılaşdığını bilirlər. Bu çətinliklər 
həm subyektiv, həm də obyektiv xarakterli olaraq müsahibin şəxsiyyəti, 
onun daxili vəziyyəti, ünsiyyət təcrübəsinin olması  və ya olmaması ilə 
əlaqədar olmayaraq bir sıra obyektiv faktorlardan irəli gələ bilıər. Bu cür 
çətinliklər xüsusi maraq kəsb edir, belə ki, onların obyektiv xarakteri, real 
ünsiyyət situasiyasında diskursiv praktika baxımından hesablanılmasını  və 
öyrənilməsini təmin edir. Mədəni kodun transformasiyası anlamanın 
nəticəsidir. Biliklərin koqnitiv bloklarda reinterpretasiyası zamanı baş verən 
dekonstruksiyalar yeni obraz üçün stimul yaradır.Diskursa koqnitiv yanaşma 
diskurs iştirakçılarının koqnitiv bacarıqlarını şərtləndirir. 
Koqnitiv yanaşmaya görə nitqin yaranmasına təfəkkür prosesi kimi 
baxılır, eyni zamanda, bu da koqnitiv və dil strukturlarını onların daim birgə 
fəaliyyətində və çulğalaşmasında nəzərdən keçirir, amma buna görə prosesin 
özünün baş verməsi üçün insan beynində yalnız operativ mexanizmlərin 
olmasına deyil, həmçinin tətbiqinin xüsusi “stasionar” bazası olmasını tələb 
edir. Daxili leksikon (danışanın yaddaşının dəyişməyən hissəsi) niq 
fəaliyyətinin vacıb komponenti kimi deyil, onun təmin olunması sistemi kimi 
öyrənilir. (1. s.20. ). Diskurs termini müxtəlif alimlər tərəfindən müxtəlif cür 
dəyərləndirilə bilər, bununla yanaşı ümumilikdə diskurs termini anlayışı adı 
altında mətnlər qrupu nəzərdə tutulur. Məsələn, bir mövzu üzrə  mətnlərin 
üst-üstə düşməsi (совокупность) diskurs kimi qiymətləndirilir. Diskurs 
zaman-məkan ahənginə malikdir. Məkanın parametrləri ən geniş mənada dil, 
mədəniyyət kimi faktorlarla birləşərək tək, vahid əraziyə münasibət bildirir. 
Diskursun bu cür anlamı formasiya haqda təqdimat edir ki, bu da vahid 
formasiyaya aid olan mətnlər qrupunun yaratdığı diskursdur. 
Bütün bu deyilənlərdən aydın olur ki, diskursun linqvokulturoloji 
aspekti vacib sayılır. 
   Müasir dilçilikdə iki açar terminlərin- “dil şəxsiyyəti” və”diskurs”un 
mövcudluğu imkan verir ki, şəxsiyyətin müəyyən tipinin dili dəqiq çizilmiş 
diskursu ifadə etsin. Yeri gəlmişkən qeyd edək ki, diskurs sosial davranış 


Filologiya məsələləri, 2017 
 36
forması kimi, sosial dünyanın və elm dünyasının özünün də formalaşmasında 
alət rolunu oynayır. Bundan başqa, sosial münasibətlərin formalaşmasında 
da aparıcı rola malikdir. Bu ona görə mümkün olur ki, diskurs sayəsində 
cəmiyyətdə, insanların baxışlarında və addımlarında dəyişikliklər  müəyyən 
edilir, gizli və  aşkar mənalar sahəsi yaradır.
 
Dil vasitələrinin instrumental 
imkanları ideyası insan beyninin fəaliyyətinin modulyar təşkili sahəsini 
araşdıran, alimlərin əsərlərində öz əksini tapmışdır 
Zaman, məkan, mədəniyyət kimi anlayışların prizmasından diskursun 
müəyyənləşdirilməsi tədqiqatçını  mədəniyyəti dil anlamanın  əsas vasitəsi 
kimi orientasiya edir. 
M.Peşe qeyd edir ki, təhlil metodları vardır ki, onların linqvistikaya 
aidiyyəti yoxdur və onlar ilk olaraq yaranıblar, diqqətə alınmayıblar. 
Sonralar bu metodlardan istifadə edildi və mətnin mahiyyətini başa düşməyə 
can atdılar. Əgər mümkünsə, bu  “sössürəqədərki” (дососсюровской) forma 
adlana bilər  (Пеше.  М . s. 304).Əgər söhbət müasir dilçilikdən gedirsə, 
bütün “дососсюровскиe” metodlar yenidən aktuallaşır.  Əgər koqnitiv 
dilçilik baxımından yanaşsaq, model üzrə dil faktlarının təhlili 
informasiyanın hazırlanması  və ötürülməsi dilçilikdə  həmişə aktual 
olmuşdur.Koqnitiv təhlilə görə, işarə onun sistemindən kənarda belə mənaya 
malikdir. Beləcə, dil şəxsiyyəti, diskursiv tamlıqlar baxımından təhlil 
edildikdə, mədəniyyətin, mədəni sərvətlərin daşıyıcısı kimi nəzərə çarpır. 
Burada vacib  cəhəti mütləq qeyd etmək lazımdır ki, mədəniyyət dedikdə, 
fikir məkanı, məqsədlər, quruluşlar, standartlar, etiketlər,  ştamplar və s. 
nəzərdə tutulur. 
Beləliklə, dil şəxsiyyəti, xarakterik diskursu əxz edən, diskurs-təhlil 
aspektində öyrənilən “şəxsiyyət-tip” kimi qəbul edilir. Dil şəxsiyyətinin 
bütövlüyündən danışmağa imkan verən nitq məkanı diskurs kimi formalaşır. 
 Beləliklə, diskurs zamanı çoxcəhətliliyin səbəblərini təhlillər əsasında 
izləyib araşdırmaq, kontekstdə  aşkar olunan müxtəlif, rəngarəng, çevik 
diskurs strategiyalarının təsnifini və  təhlilini vermək, tema sərhədinin 
təbiətini və semantik sahələrini müəyyənləşdirmək maraq dogurur. 
  
 
ƏDƏBİYYAT 
 
1. Abdullayev Ə.Ə. Koqnitiv dilçiliyin əsasları. Bakı: 2008. s.20.   
2.Карасик В.И. Языковые ключи. М: Гнозис, 2009, 406 с. 
3. Mammadov Azad/ Person and Media Discourse.  Bakı Beynəlxalq 
Humanitar Forum. “Postmodern Dövrdə Milli Özünüdərk”bölməsinin 
materialları. ADU, Bakı, 31 oktyabr – 1 noyabr, 2013. s.45-59. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə