Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə130/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   126   127   128   129   130   131   132   133   ...   147

Filologiya məsələləri, 2017 
 343
        Dəhrin abı ruyisan bu haqdan durdukca dur 
                           Aləm içrə müshəfi-möcız-nişan durdukca dur 
        Sidre vü Cibrilü Tuba vü canan durdukca dur. 
                           Ey sehi sərvi kərəm bağı cahan durduqca dur. 
        Gülşəni pür-ziynəti kəvn ü məkan durduqca dur. ( 1,231) 
Nədimin divan şairi Razinin şeirinə yazdığı  təxmisdən aldığımız bu 
parçada gördüyümüz kimi, təkrar edilən  “durduqca dur”  ifadəsi şeirin təsir 
gücünü  artıran vasitələrdən  birinə çevrilir.  
                   Eyd erişsin baisi şövqü cədid olsun da gör 
                   Seyri Sadabadı sən bir kərrə  eyd olsun da gör 
                       Guşə guşə mihrlər mehlər bedid olsun da gör 
          Seyri Sadabadı sən bir kərrə  eyd olsun da gör. ( 1, 243) 
Nədim Sadabadda bayram şənliyinə  həsr etdiyi bu şərqisində  “Seyri 
Sadabadı  sən bir kərrə  eyd olsun da gör” misrasını  nəqarət kimi bütün 
bəndlərin sonunda  işlədərək təkririn xüsusi bir formasını yaratmış  və 
beləliklə, şeirin emosional təsirini artırmış, oxucuya çatdirmaq istədiyi fikri 
daha da qüvvətləndirmişdir.    
Klassik türk şairlərinin yaradıcılığında tez-tez rast gəldiyimiz ifadə 
vasitələrindən  biri də  mübaliğədir. Mübaligə (hiperbola) mənşəyi etibarilə 
ərəb sözüdür  və  “ şişirtmək,  böyütmək,  üstünlük  vermək”  mənasını ifadə 
edir. Şair  oxucunun zehnində qüvvətli bir iz qoymaq məqsədi ilə bir varlığı, 
bir hadisəni, nəzərdə tutulan fikri, ideyanı həddindən artıq böyük və ya kiçik 
göstərir.  Görkəmli  ədəbiyyatşünas  Əhməd Kabaklının  fikrinə görə,  
mübaliğənin şərti sağlam zövq  və  incə zəkadır. (3,200)   
       Məscidlərinin hər biri  bir lüccəyi ənvar 
       Kandilləri məh kimi  leb-rizi ziyadır. ( 1,85) 
Nümunədə gördüyümüz kimi, Nədim  İstanbulu vəsf edərkən, 
“Məscidlərinin  hər birini  sanki  bir nur okeanı,  bu məscidlərin  işıqları isə 
ay kimi  ağzına qədər işıqla doludur”- deyir. Şair İstanbulun məscidlərini nur 
okeanına bənzədərkən bu təsvir qarşısında  həyəcanlanmış və bu həyəcanın 
dərəcəsinə görə mübaliğə poetik kateqoriyasında  məharətlə  istifadə  
etmişdir. 
          Güllü diba geydin  amma qorxuram azar edər 
          Nazəninin  sayəyi xarı gülü diba səni. ( 2,352) 
Məlumdur ki, mübaliğənin bir sıra növləri mövcuddur. Bunlardan biri 
də, ədəbiyyatşünaslıqda  guluvv  dərəcəsində mübaliğə adlandırılır. Bu növə 
əsasən,  hər hansı bir varlıq təsvir edilərkən mübaliğənin ifrat dərəcəsindən 
istifadə edilir. Yuxarıda verilmiş beytdə  Nədim bir gözələ  səslənərək, “Ey 
nazlı sevgilim, gül  naxışlı  ipək bir paltar geyinmisən, amma qorxuram ki, o 
ipək paltarın üzərindəki gülün tikanının kölgəsi səni incidər” deyir. Şairin bu 
beyti mübaliğənin  bu növünə tipik nümunədir.   
Ədəbiyyatşünaslıqda  mübaliğə poetik kateqoriyasının  əksi  “lilota” 
adlanır.  Lilota yunan sözü olub,  kiçiltmək,  əhəmiyyətsizləşdirmək, 
miqyasını kiçiltmək  mənasını ifadə edir. Divan ədəbiyyatında  bir hadisəni 


Filologiya məsələləri, 2017 
 344
həddindən artıq  şişirtməklə yanaşı  həddindən artıq  kiçiltmək də lilota 
vasitəsi ilə mümkündür.  Lilota bədii  ifadə vasitəsinə aid  nümunələrə 
Nədimin divanında da rast gəlirik. 
             Şöylə gird olmuş Firəngistan birikmiş bir yerə 
             Sonra gəlmiş guşəyi əbruda xal olmuş sənə. ( 1, 273) 
Şair bu beytdə Firəngistanın bir yerə  yığılıb, sonra da sevgilinin 
qaşının ucunda xal olduğunu söyləyərək,  qüvvətli  lilotadan  istifadə  
etmişdir.  
Divan  şairləri  şeirlərində cox tez-tez müraciət etdikləri poetik 
kateqoriyalardan  biri də kinayədir. Kinayə  ərəb sözüdür  və  tənə  etmək, 
toxunmaq  mənasını bildirir. Divan şairləri açıq söylənməsi mümkün 
olmayan duyğularını ifadə etmək  üçün bu bədii ifadə  vasitəsindən  istifadə  
etmişlər. Onu da qeyd  edək  ki, kinayə  yalnız  bu  məqsədlə  deyil, eyni  
zamanda ifadəyə    zənginlik, rahatlıq qatmaq  üçün də  istifadə edilir. 
“Kinayə üçün xarakterik cəhət ondan  ibarətdir ki, fikrin ifadə  tərzi onun 
məzmununa, daxili mənasına qarşı qoyulur, ifadəyə, danışığa emosianal təsir  
göstərilir” (3,165)
 
.     
          Çeşmi əburya qafadarsan ey zülfü siyəh 
          Sən də kafirsən o kafirlərə imdadın üçün.   ( 2,315)   
Nədim  bu beytdə, “Ey zülfi-siyah (qara saç), sən də sevgilinin  gözü 
və qaşı ilə bir başda yerləşdiyin üçün onlarla yaxşı anlaşırsan. Kafirlərə 
kömək etdiyin  üçün sən də kafirsən”- deyir. Bildiyimiz kimi,  beytin ilk 
misrasında istifadə  edilən “qafadar”sözünün lüğəti mənası düşüncə 
baxımından bir-birinə uyğun olan insan deməkdir. Şair, həm saçın,  gözün və 
qaşın eyni başda yerləşməsini  (həqiqi məna)  həm də, eyni düşüncəyə sahib 
olmalarını  (məcazi məna)  işarə etmişdir. Bu  beytdə kinayə sənəti vardır. 
Çünki divan şeirində kinayəli işlənən söz və ya ifadənin biri  həqiqi,  biri də 
məcazi olmaqla  iki  mənası  nəzərdə  tutulur. Bu sözü və ya ifadəni hər iki 
mənada dəyərləndirmək mümkündür. Lakin kinayə poetik fiqurundan 
istifadə edən divan şairi, sözün və ya ifadənin həqiqi mənasını qeyd edərkən, 
mütləq olaraq məcazi mənasını da nəzərdə tutmalıdır. 
                    Sən kim gəlsin məclisə bir yer mi bulunmaz 
                    Baş üzrə yerin var.   ( 2, 286)        
Türk dilində deyimlərin  əksəriyyəti məcazi mənada istifadə edildiyi 
üçün kinayəli sözlər hesab olunur. Bu cəhətdən, Nədimin şeirlərinə də nəzər 
yetirdikdə  kinayə poetik kateqoriyasına aid nümunələrə daha çox rast 
gəlirik. Çünki Nədim, yaradıcılığında  ən çox deyim istifadə edən divan 
şairləri arasında müstəsna yerə sahib olan bir şairdir. Verilmiş nümunədə  
“baş üstə yerin var”  deyimi ilə  şair kinayə    sənətindən  ustalıqla  istifadə  
etmişdir. 
Divan ədəbiyyatında  bu poetik  vasitələrlə yanaşı  hüsnü təlil poetik 
fiquru da geniş  yayılmışdır. “Hüsnü  təlil”  ifadəsi  ərəbcədir,  lüğəti mənası 
isə bir hadisənin yaranma səbəbi (həqiqi) gözəl və eyni zamanda xəyali bir 
səbəblə əvəz olunmasıdır.  Divan şairi  həqiqi  səbəbi  bildiyi  halda,  onu  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə