Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə131/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   127   128   129   130   131   132   133   134   ...   147

Filologiya məsələləri, 2017 
 345
inkar  edərək,  yerinə  öz həyacanına uyğun bir səbəb göstərir. Bu poetik 
kateqoriya ilə  əlaqədar görkəmli  ədəbiyyatşünas alim Əli Nihat Tərlan 
demişdir: “Bu  sənət  şairin daxili dünyasını  əks etdirən bir  güzgüsüdür ” 
(5.42) .    
                         İsinib  cümlə kulub abı-bürudər getdi 
                         Cilvə-riz olsa  əcəb mi dönərək arzı  səma. ( 2,266) 
Bir qəzəlindən  aldığımız bu nümunədə  şair, baharın gəlişi ilə soyuq 
hava  isti  hava  ilə  əvəz  olunmuş, bütun qəlblər isinmiş, bu hadisənin  
sevincindən yer və göy dönərək özlərini göstərsələr, heç də təəccüblənilməz-
deyir. Məlumdur ki, yer və göyün firlanması  bir təbiət hadisəsidir.  Şairin 
qeyd etdiyinə görə özünü göstərmək kimi davranış  sərgiləməsi həqiqətə 
uyğun deyildir. Burada şair  ifadəyə gözəllik və incəlik qatmaq üçün bir 
təbiət hadisəsini həqiqi səbəbinə deyil,  xəyali və  şairanə bir səbəbə  
bağlayaraq tərənnüm  etmişdir. 
Divan  şeirində başqa bədii ifadə vasitələri ilə  bərabər istifadə olunan 
poetik kateqoriyalardan biri də “təcahülül-arif” dir. Təcahülül-arif bədii 
fiquru divan şairləri  tərəfindən geniş bir şəkildə istifadə olunmuşdur. 
Təcahülül-arif ifadəsi də  ərəb dilindədir və özünü bilməməzliyə vurmaq 
mənasını ifadə edir. Divan şairinin bu sənətdən istifadə edərkən mühakimə 
yürütdüyü hadisə haqqında ya heç bir  məlumatı yoxdur, ya da o, bildiyini 
tamamiylə gizlətməkdədir. Özünü bilməməzliyə vuraraq bələd olduğu bir 
məsələnin həllini  sual  formasında oxucuya  yönləndirir. Bütün bunları 
edərkən divan şairləri adətən, təşbeh, mübaliğə  və    bədii sual poetik 
kateqoriyalarından faydalanırlar. Ancaq bədii sual sənəti ilə  təcahülül- arif 
sənəti arasında müəyyən qədər oxşarlıq olduğu üçün zamanla bu poetik  
vasitələr eyniləşdirilmişdir. “Əski türk ədəbiyyatı terimlər sözlüyü” 
kitabında  verilən məlumata  əsasən,  “Təlimi-ədəbiyyat” adlı  əsər yazılana 
qədər bəlağat kitablarında  bədii sual (istifhəm)  təcahülül-arif  başlığı ilə 
verilmişdir. Ancaq “Təlimi-ədəbiyyat” adlı əsərindən sonra bədii sual ayrıca 
bir poetik kateqoriya kimi təqdim olunmuşdur (6,100) . “Bədii  sualda misra 
və ya beytdə  hər hansı  məna gözəlliyi yaratmaq üçün ümumi sual verilir. 
“Təcahülül-arif” də isə iki mövzu arasında müqayisə aparılır. Bu müqayisə 
sual şəklində elə incə qurulur ki, müəllif verdiyi bənzətmədə özünü bilərək, 
bilməməzliyə vurur. Bu müqayisədəki şairin  münasibəti cavabsız qalsa da,  
onu şeirin məzmunundan bilmək olur”
 
(7,102).
   
 
Digər divan şairlərində olduğu kimi Nədimin də  divanında təcahülül-
arif  sənətinə  aid nümunələr  mövcuddur. 
                      Nədimi zarı  bir kafir esir etmiş eşitmişəm 
                      Sən ol cəlladı din ol düşmanı imanmısın kafir. ( 2,282) 
Bu beytdə guya şair, bir kafirin Nədimi  əsir etdiyini, ağlatdığını 
eşitmişdir. O, “Din cəlladı, iman düşməni sənsən kafir?”- deyərək sevgiliyə 
sual formasında müraciət edir. Sanki ağlayan aşiqin özü olduğunu bilmir. 
Beləliklə, bu beyt   təcahülül-arif  poetik vasitəsinin tipik nümunəsidir. 


Filologiya məsələləri, 2017 
 346
Bədii  ifadə vasitələrinin mühüm növlərindən biri də  tənasübdür. 
Tənasüb mənşə etibarilə ərəb sözüdür. Lüğəti mənası uyğunluq və yaxınlıq 
deməkdir.  Ədəbiyyatşünaslıqda bu sənət bəzi hallarda mura`atun-nazir, 
muvahat, tevfik, telfik, istilaf və.s adlandırılır. Divan şeirində tənasüb ifadə 
vasitəsi, beytlərdə  mənaca bir-birinə uyğun olan sözlərin (zidd olmamaq 
şərtilə) ardıcıl işlənməsinə riayət edilməsidir. Divan şairləri bu sənət 
vasitəsilə elmi terminləri; əfsanəvi, tarixi qəhrəmanları; heyvan; bitki, çiçək 
adlarını və  müxtəlif sahələrə aid mənaca uyğun olan sözləri bir beyt içində 
istifadə edərək, tənasüb sənəti  meydana gətirmişlər.  Bu poetik vasitəyə 
Nədimin yaradıcılığında da böyük yer verilmişdir. 
                             Kanı o gecələr o tarablar təranələr 
                             Ey dəf anıb o zövqü döyünməzmisin dəxi. (2,348) 
“Ey dəf,  o gecələr, o coşqun əyləncələr, o təranələr harada qaldı? İndi 
o  zövqü xatırlayıb döyünməzsən?”. Nədim musiqi  terminləri  olan “təranə” 
və  “dəf”  sözlərini bir beyt  içində toplamışdır. 
Başqa bir misal: 
                             Bezmi  şərabdan keçəməm doğrusu Nədim 
                             İşrət təbiətimcə tarab məşrəbimcədir.  ( 8, 271) 
Bu  beytdə  isə  verilən “bəzm”, “şərab”, “tarab” (əyləncə), “ işrət”, 
“məşrəb” (içki içilən yer) kimi içki və içki aləmləri ilə əlaqədar olan sözləri 
bir yerdə  istifadə  edərək  zəngin  bir tənasüb  nümunəsi yaratmışdır. 
Divan şeirində bəzən bir sözün heç bir məqsəd daşımadan mənasından 
irəli gələn bir tənasüb yaranır. Tənasübün bu növü “ihamı-tənasüb” 
adlandırılır.  Nədimin də şeirlərində buna aid nümunələr vardır. 
                             Bir cam çək ey qönçə -dəhan dəfi xumar et 
                             Çeşmində xəyalın kimi gəl gəşt ü güzar et. 
                  Nəqşın kimi  ayinəyi  sinəmdə qərar  et 
                  Sərd oldu hava çıxma koyundan kuzucuğum. ( 1, 252) 
Şairin  bir  şərqisindən aldığımız bu parçada “nəqş”  sözünün  şeirdəki 
mənası  sevgilinin güzgüdəki  əksinin güzgünü bəzəməsidir. Bu söz, eyni 
zamanda bir musuqi nümunəsidir. “Qərar” sözü isə bəzi musiqi parçalarında, 
daha doğrusu muğamlarda müəyyən yerlərdə durmaq mənasında istifadə 
edilir. Beləliklə,  burada “ ihamı-tənasüb” bədii ifadə vasitəsindən istifadə 
edilmişdir. 
Nədim  Divanına  nəzər  yetirdikdə görürük ki, onun ən  çox  istifadə  
etdiyi poetik vasitələrdən biri “ləff  və  nəşr” sənətidir. Lüğəti  mənası “ 
büküb toplama  və  yaymaq”  olan “ləff və  nəşr” ifadəsi  ərəb dilindədir. 
Bədii təsvir vasitəsi  olaraq  isə aralarında məna uyğunluğu olan iki və daha 
çox sözün beyt içərisində həndəsi şəkildə yerləşdirilməsinə deyilir.  Ləff  və 
nəşr sənətində beytin  birinci  misrasında  verilmiş qəlibləşmiş sözlərin ikinci 
misrada izahı qeyd edilir. Bu poetik kateqoriya  beyt  içində  bir-birinin  
qarşılığı  olan sözlərin sıralanışına görə  iki yerə bölünür. “Əgər 
aydınlaşmağa,  açılmağa ehtiyacı olan bir söz (ləff) öz aydınlaşdırıcı, 
izahedici sözü ilə (mənşurəsi ilə)  eyni sırada, eyni fəqərədə olarsa, belə növ  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə