Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə133/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   129   130   131   132   133   134   135   136   ...   147

Filologiya məsələləri, 2017 
 349
təşbeh  adlandırılır. Burada sinə, billura təşbeh edilmişdir. “Əlini sinənə 
qoy” ifadəsi eyni zamanda “ağ kağız üzərinə qoyulan pəncə” işarəsini də 
xatırladır. Gördüyümüz kimi, beytdə “kağız” sözü “bəyaz” sözü ilə  əvəz 
edilmişdir. Yəni,  şair bənzətmə  məqsədi olmadan bir söz yerinə başqa bir 
söz işlətmiş  və beləcə, məcazi-mürsəl  (metanomiya) poetik 
kateqoriyasından istifadə etmişdir. “Sineyi-billur, bəyaz kağız” və  “əl-
pəncə” ifadələri vasitəsiylə nizamsız ləff  və  nəşr  sənətindən  istifadə  
edilmişdir.      
Nədimin yaradıcılığında məna gözəllikləri ilə yanaşı söz gözəlliyinə  
xüsusilə  cinasa da geniş yer verilmişdir. Qeyd edək ki, cinas şəkilcə eyni, 
mənaca  müxtəlif  olan sözlərin beyt  içində  istifadə  edilməsidir. 
                    O şuxun sunduğu peymanəyi rədd etməniz əlbət 
                    Anınla  böyləcə əhd etmişiz peymanımız vardır. (2, 272) 
Məlumdur ki, cinasın bir cox növləri mövcuddur. Nümunə 
gətirdiyimiz bu  beyt “peymanə” və “peyman” cinasları üzərində qurulmuş 
və əlavəli cinas növünə  aiddir. Şəkilcə eynicinsli olan peymanə (qədəh) və 
peyman (əhd) sözlərindən  birinin sonunda  istifadə edilən artıq hərf məna 
fərqliliyi yaratmışdır.   
Divan  ədəbiyyatı müxtəlif ifadə vasitələri ilə olduqca zəngin bir 
ədəbiyyatdır.  Nədim də  klassik şərq poeziyasına yaxından bələd 
olduğundan divanında bədii ifadə vasitələrinin  ən gözəl nümunələrinə rast 
gəlirik. 
                                               
ƏDƏBİYYAT 
1.  Muhsin Macit, Nedim Divanı, Akçağ yayınları,İstanbul, 1996 
2.  Abdulbaki Gölpınarlı, Nedim Divanı, İnkilap Kitap evi,İstanbul, 1951  
3.  Ş. Mikayılov, Ədəbiyyat Nəzəriyyəsi, VIII-X siniflər üçün dərs vəsaiti, 
Maarif, Bakı 1986 
4.  Ahmet
 
 Kabaklı, Türk Edebiyatı, cilt I, Türk Edebiyatı Vakfı  yayınları, 
İstanbul, 2006 
5.  Ahmet Mermer, Neslihan Koç Keskin, Eski Türk Edebiyyatı Terimlər
  
Sözlüğü, Akçağ yayınları, Ankara, 2005.
 
6.  “Əski Türk Ədəbiyyatı El Kitabı, Grafiker Yayıncılık, Ankara, 2006 
7.  Mahirə Quliyeva. Klassik  Şərq Poetikası, Bakı, Yazıçı yayınları, 1991. 
8.  İskender Pala, Ansiklopedik Divan Şiiri Sözlüğü, cilt I-II,  
AkçağYayınları,  Ankara, 1989.    
 
ЮСУВОВА АЙГЮИ 
 
СРЕДСТВА ХУДОЖЕСТВЕННОЙ ВЫРАЗИТЕЛЬНОСТИ В 
ДИВАНЕ АХМЕДА НАДИМА 
 
РЕЗЮМЕ 


Filologiya məsələləri, 2017 
 350
Средства  художественной  выразительности  являются  основным 
компонентом  диванной  поэзии  и  служат  усилению  произведения  с 
художественной  точки  зрения.  Так  как  Ахмед  Надим  был  близко 
знаком  с  поэзией  Востока,  он  ссылался  на  имеющиеся  поэтические 
фигуры  этой  литературы.  Таким  образом,  поэт  в  своем  Диване  создал 
лучшие  образцы  таких  средств  художественной  выразительности,  как 
художественный  вопрос,  повторение,  художественный  контраст, 
гипербола,  хусну  талил  и  так  далее.  В  Диване  Надима  поэтическая 
фигура  художественного  вопроса  рассматривается  с  разных  аспектов. 
Повтор  же  занимает  особое  место  в  творчестве  Надима. 
Повторяющиеся  слова  и  словосочетания  превращаются  в  средства, 
усиливающие  смысл  стихотворения.  Помимо  всего  этого,  в 
стихотворениях  Надима  можно  столкнуться  с  поэтической  фигурой 
гиперболой и с образцами ее нескольких видов. Так как писатели диван 
любили 
говорить 
красноречиво, 
писать 
разукрашенные 
и 
орнаментированные  полустишия,  иногда  можно  встретить  в  одном 
двустишии  образцы  нескольких  поэтических  категорий.  Большое 
количество  таких  двустиший  в  Диване  Надима  особо  привлекло  наше 
внимание
.  
AYGUN YUSUBOVA 
 
MEANS OF ARTISTIC EXPRESSION IN THE DIVAN  
OF AHMED NADEEM 
 
SUMMARY
 
      Means of artistic expression are the main components of Divan poetry 
and serve to strengthen the work from the artistic point of view. Since 
Nadeem Ahmed was familiar with the poetry of the East, he referred to the 
existing poetic figures of the literature. Thus, the poet in his Divan created 
the best examples of such means of artistic expression, as an artistic 
question, repetition, artistic contrast, hyperbole, Husnu Talil and so on.In the 
Divan by Nadeem poetic figure of the artistic question is studied from 
different aspects. Iteration plays a special role in the work of Nadeem. 
Repeated words and phrases turn into means reinforcing sense of the poem. 
Besides all this, in Nadeem's poems one can come across with the poetic 
figure of hyperbole and samples of its several forms. Since the divan writers 
loved to speak eloquently, and write decorated and ornamented hemistiches, 
one can sometimes come across with samples of several poetry categories in 
one couplet.  A large number of such couplets in Divan by Nadeem quite 
catches our attention. 


Filologiya məsələləri, 2017 
 351
NÜŞABƏ MƏMMƏDOVA  
  Filologiya üzrə fəlsəfə doktoru 
  “Naxçıvan” Universiteti 
n.memmedova@nu.edu.az 
 
H.CAVİDİN VƏ M.S.ORDUBADİNİN TARİXİ ƏSƏRLƏRİ 
 
Açar sözlər: tarixi roman, H.Cavid, M.S.Ordubadi, Naxçıvan ədəbi  mühiti, 
ədəbiyyat, tarixi əsər 
Ключевые  слова:  исторический  роман,  Г.Джавид,  М.С.Ордубади, 
Нахчыванская  литературная  среда,  литература,  историческое 
произведение. 
 Keywords: historical novel: H. Javid, M.S.Ordubadi, Nakhchivan literary 
environment, literature, historical works 
  
Ədəbiyyatımızın mühüm qolunu təşkil edən tarixi roman xalqın soykökünü, 
mənşəyini, inkişaf yolunu öyrənməkdə mühüm tərbiyəvi əhəmiyyət daşıyır. 
“Doğma xalqımızın ulu keçmişini, keşməkeşli taleyini, azadlıq eşqini, milli-
istiqlal uğrunda mübarizə  əzmini, zəngin mədəniyyətini, eləcə  də  qılınc və 
qələm mücahidlərinin, dövlət və ictimai xadimlərin,  ədəbiyyat və  sənət 
nümayəndələrinin, bir sözlə, görkəmli  şəxsiyyətlərin həyat və  fəaliyyətini 
əks etdirən tarixi romanlar hər bir oxucunun, xüsusən gənclərin 
vətənpərvərlik hissinin və milli iftixar duyğusunun yüksəldilməsində misilsiz 
əhəmiyyətə malikdir”(1, 10). 
Ədəbiyyatımızın yeni uğurları  sırasında tarixi mövzuda yazılmış 
əsərləri  qeyd etmək vacibdir. C.Cabbarlının «Od gəlini” qəhrəmanlıq dramı, 
Ordubadinin “Dumanlı  Təbriz”, Y.V.Çəmənzəminlinin “Qızlar bulağı”, 
“Qan içində” romanları, S.Vurğunun “Vaqif”, S.Rüstəmin “Qaçaq Nəbi” 
dramları bu sahədə atılan ilk addımlar idi. XIX əsrdən əvvəl yazılmış tarixi 
əsərlər,  əsasən, didaktik-əxlaqi mahiyyət daşımış, bu əsərlərdə tarixilik 
prinsipi gözlənilməmişdir.Tarixi janrın yüksəlişi ölkəmizdə 1930-cu illərə 
təsadüf edir. Bu illərdən Azərbaycan  ədəbiyyatında yeni keyfiyyətli tarixi 
roman janrının ilk nümunələri meydana gəlmişdir. Sonrakı illər ərzində tarixi 
roman janrı  ətrafında bir sıra müzakirə  və mübahisələr olmuş, yüzlərlə 
məqalə yazılmış, janrın inkişafına diqqəti artırmaq, tələbkarlığı yüksəltmək, 
tarixiliyi daha obyektiv mənalandırmaq, sənətkarlığı  təkmilləşdirmək 
məqsədi daşımışdır. Həmin illərdə tarix elminin inkişafı sahəsində də bir sıra 
mühüm nailiyyətlər qazanılmışdır. Bu dövrün yazıçıları da həmin 
nailiyyətlərə istinad edir və keçmişə müraciət edəndə hadisələri adi bir 
salnaməçi kimi qələmə almırdılar. “Dumanlı  Təbriz”, “Döyüşən  şəhər”, 
“Gizli Bakı”, “Qızlar bulağı”, “Qan içində”  əsərləri  ədəbiyyatımızda tarixi 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə