Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə134/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   130   131   132   133   134   135   136   137   ...   147

Filologiya məsələləri, 2017 
 352
roman janrının ilk uğurlu addımları olmuşdur. Bu əsərlərdə xalqımızın 
tarixinin bir sıra  əlamətdar dövrləri müvəffəqiyyətlə  işıqlandırılmışdır. 
Naxçıvan ədəbi mühitində də tarixi əsərlər Azərbaycan ədəbiyyatının ümumi 
inkişafı ilə bir sırada böyümüş  və yüksəliş yolu keçmişdir. Tarixi dövrün 
düzgün verilməsi üçün tarixi sənədlərdən, faktlardan istifadə edilməsi çox 
zəruri məsələlərdəndir. Lakin bunlara baxmayaraq yazıçı öz təxəyyülündən 
də istifadə edir. Əgər  əsərdə  bədii uydurmalar olmazsa, bu zaman həmin 
sənətkar tarixi hadisələrin qeydiyyatçısı olar. Əsərdə hadisələrin inandırıcı 
və  həyati olması da əsas  şərtlərdən biridir. Tarixi əsərlər gənc nəslin 
tərbiyəsində, vətənpərvərlik hisslərinin yüksəldilməsində böyük bir vasitədir. 
Ümumiyyətlə,  ədəbiyyatın bütün növ və janrlarında tarixi mövzuda yazan 
sənətkar tarixi dürüstlüyə, həqiqiliyə xüsusi diqqət yetirdiyindən külli 
miqdarda materialın içərisindən  ən zərurilərini seçib istifadə etməlidir. 
Tarixçi və ədəbiyyatçı mütəxəssislərin tarixi əsərlərə yazdıqları rəylərdə bu 
mövzuda yazan yazıçının tarixi hadisələri və  qəhrəmanları doğru, düzgün 
işıqlandırdığı, keçmişə  və inqilabi hərəkat tarixinə dair həqiqətləri dürüst 
öyrənib təsvir etmələri qeyd olunmalıdır.   
Həmin dövrdə Naxçıvanda  dövrün elə böyük, kiçik ictimai-siyasi 
hadisə  və  məsələləri yoxdur ki, yazıçıların sənət dünyasında öz əksini 
tapmasın.  ХХ  əsrin  əvvəllərində Naxçıvan  ədəbi mühitinin görkəmli 
simalarından biri H.Cavid olmuşdur. H.Cavid  Naxçıvandan  kənarda 
yaşadığı illərdə də həmişə buranın ziyalıları və açıq fikirli adamları ilə daim 
əlaqə saxlamış, məktublaşmış, Naxçıvan  ədəbi mühiti barədə onlardan 
məlumatlar  əldə etmişdir.  Ən çox məktublaşdığı ziyalılar isə M.T.Sidqi və 
Q.Şərifzadə olmuşdur.  
O, Naxçıvanda olarkən yerli ziyalılar onun başına toplaşardılar. 
Cavid Naxçıvanın ziyalıları haqqında həmişə iftixarla danışmışdır. 
Q.Şərifzadənin də ölümü onu çox təsirləndirmiş  və kiçik nekroloq çap 
etdirərək o dövr Naxçıvan  ədəbi mühiti barədə fikirlərini söyləmişdir. Bu 
nekroloqda yazırdı: «Naxçıvan kiçik bir şəhərdir. Lakin az bir zamanda 
naxçıvanlılar, Naxçıvandakı ziyalılar, ədəbi simalar bir neçə həqiqətpərvərlər 
və  Şərifzadə sayəsində    cəhalət qaranlığından qurtuldu. Və bugünkü 
Naxçıvan, demək olar ki, Qafqazın digər şəhərlərinə nisbətən heç də geridə 
olmayıb, az-çox düşüncəli, mühakiməli, ziyalı simalar yetirmək ümidini 
bəsləməkdədir» (2, 238-239). 
H.Cavid  «Həqiqət» qəzetinin  1910-cu il 4 yanvar, 3 saylı 
nömrəsində  «Naxçıvanda nə gördüm» adlı yazısında qeyd edir: «Rəvayət 
olunduğuna görə Naxçıvan  əski yarımtanrılardan məşhur  «Daqyanos»un 
mərkəzi səltənəti imiş. Demə ki, çox da kiçik yer sayıla bilməzmiş. Naxçıvan 
15 il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə 


Filologiya məsələləri, 2017 
 353
girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb 
çapalamağa həvəsləndi, gündən-günə arş irəli» (2, 185). 
H.Cavidi  ədəbi yaradıcılığının ilk dövrlərindən başalyaraq son 
əsərlərinə  qədər sinfi bərabərsizliyin doğurduğu faciələr düşündürürdü. O, 
əzənlə  əzilənlər arasındakı zidiyyətləri erkən yaşlarından duymuş, 
ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insanın həyatını  zəhərləyən 
mənfilikləri pisləmiş, tənqid etmişdir. Həm də bu tənqid və inkar mücərrəd 
mövqedən ümumiyyətlə pisliyə, yamanlığa, mənfiliyə,  şərə qarşı mübarizə 
mövqeyindən aparılmır, sinfi zidiyyətlərin konkret hüdudları, tərəfləri açılıb 
göstərilməklə ictimai məzmun qazanırdı.  Ədibin yaradıcılığına diqqətlə 
yanaşılsa, asanlıqla görmək olar ki, ictimai cizgiləri dərin və  mənalı 
xarakterlər, problemlər, dramatizm Cavid dramaturgiyasını  şərtləndirən 
cəhətlərdir.  
  H.Cavid sovet dövründə bir-birinn ardınca bir sıra əsərlərini yaratdı. Həmin 
dövrdə yazdığı ilk tarixi dramı “Peyğəmbər”dir. H.Cavid “Peyğəmbər”də 
dinə, inama, əqidəyə münasibət məsələsini qoymuş, özündən  əvvəl bu 
mövzuda yazılan əsərlərdən tamamilə fərqli bir dram yarada bilmişdir. Din 
müəssisləri haqqında yazmış dünyanın müxtəlif yazıçıları  Məhəmməd 
peyğəmbərə öz fikirlərinin ruporu kimi baxmış və mənsub olduqları ölkə və 
xalqların müasir istək və arzularının ifadəsinə çalışmışlar. Bu ondan irəli 
gəlir ki, tarixi şəxsiyyət olan Məhəmməd peyğəmbərin özünün 
bioqrafiyasında material zəngindir: onun özü sinfi mənsubiyyətcə  aşağı 
təbəqədən çıxmış, “Yetim Məhəmməd” ləqəbini qazanmışdır. H.Cavidin 
əsərində  də  Məhəmməd ilk səhnələrdə  məhz məzlumların dərdini düşünən, 
haqsızlığa, ədalətsizliyə qarşı üsyan edən bir xadim kimi görünür. Ona görə 
də dünyanın bir çox mütəfəkkir  şair və yazıçılarının islam dininə, onun 
müəssisi və müməssili Məhəmmədin həyatına, dövrünə müraciət etmələri 
təsadüfi sayıla bilməz.  Əlbəttə, bunların bəziləri onu mənfi, bəziləri isə 
müsbət planda işləmişlər.H.Cavidin “Peyğəmbər” əsəri dörd hissədir: Bəsət, 
Dəvət, Hicrət, Nüsrət. Dramaturq bu hissələrin hər birində  qəhrəman 
Məhəmmədi müxtəlif şəraitdə göstərir, bu və ya digər cəhətdən tamamlayır.  
    H.Cavidin  ikinci  taixi  dramı “Topal Teymur”dur (1926). Əsər nəsrlə 
yazılmışdır. İki böyük hissəyə ayrılır: Əmir Teymur və onun ətrafındakılar- 
Səmərqənd hökmdarlığı;  İldırım Bəyazid və onun ətrafındakılar – Bursa 
hökmdarlığı (Turan). Əsərdə Teymurun müharibələrinə  və ümumiyyətlə 
müharibəyə qüdrətli bir etiraz vardır.  Əsərin birinci hissəsindən etibarən 
Teymur bir tərəfdən fateh, istilaçı, dünya ağalığı fikrinə düşən, qan tökən, 
möhtəris bir cahangir, digər tərəfdən isə böyük islahatlar aparan, elm, maarif 
və  mədəniyyətin inkişafına çalışan “ yaşatmaq, yapmaq, qurmaq, tikmək 
tərəfdarı” kimi canlanır. Dramaturqa görə, Teymurun əsas faciəsi ondadır ki, 
bütün tərəqqi və inkişafı cahangirliklə, fatehliklə, müharibə  və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə