Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə135/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   131   132   133   134   135   136   137   138   ...   147

Filologiya məsələləri, 2017 
 354
qalibiyyətləbağlayır: guya müharibə olan yerdə  tərəqqi də var. Deməli, 
bunun üçün dünyanın hər zaman tirana, müstəbidə və fatehə ehtiyacı vardır. 
 1935-ci ildə H.Cavid özünün II dövr dramaturgiyasının əsası sayılan məşhur 
“Xəyyam” pyesini yazır. Məzmun,  şeiriyyət, problemlər, tarixilik və 
müasirlik baxımından dolğun və  mənalı  çıxmış bu əsər  ən yaxşı dramlar 
üçün təsis olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. Dünyanın 
böyük söz ustalarından, filosof və alimlərindən biri olan Ömər Xəyyamın 
şəxsiyyəti, mütərəqqi dünyagörüşü, həqiqət axtarıcılığı, realist düşüncə tərzi, 
cənnət-cəhənnəm xülyasına qarşı  həqiqi həyat konsepsiyasını qoymuş bu 
adamın tarixi fəaliyyəti həmin dövr yaradıcılığında realizmə böyük sürətlə 
yaxınlaşan Hüseyn Cavid üçün maraqlı idi.  
  H.Cavid  milli  məhdudiyyət bilmədən daim bəşəri, bütün insanlığı 
düşündürən böyük şair, dramaturq və filofof kimi Azərbaycan xalqının 
ictimai fikir tarixində özünəməxsus mövqe tutan ölməz sənətkarlardan 
biridir. Onun əsərlərindəki həyat materialı, bədii məzmun tarix, etnoqrafiya, 
etika, estetika, fəlsəfə, folklorşünaslıq,  ədəbiyyat nəzəriyyəsi, teatrşünaslıq 
və s. kimi çox rəngarəng fikir sahələri üçün də  əbədi, tükənməz bir 
xəzinədir.       
Дюврцн  эюркямли  сималарындан  бири  дя  Мяммяд  Сяид 
Ордубадидир. M.S.Ordubadi inqilab mövzusunu romanlarında daha geniş 
əks etdirmişdir. Ədəbiyyatın bütün növlərində yazıb-yaratsa da, romanları ilə 
daha böyük şöhrət tapmış və tarixi romanın banisi olan Ordubadi sənətkarlıq 
bacarığını bütün parlaqlığı və dolğunluğu ilə təkrarsız romanlarında nümayiş 
etdirə bilmişdir. Tarixi keçmişi, xalqımızın tarixinin mühüm, əlamətdar 
hadisə və qəhrəmanlarını dərindən öyrənib, duyan, sənətkarlıqla əks etdirən 
ədib roman sahəsində  ədəbiyyatımızda özünəməxsus yol açmış, böyük iz 
qoymuşdur.  Ədəbiyyatımızda ilk tarixi roman olan M.S.Ordubadinin 
“Dumanlı Təbriz”inin (1933-1948) birinci kitabı çap ediləndən (1933) sonra 
janrın nəzəri problemlərinə maraq artmış  və bu gün də davam edən fikir 
mübadiləsi doğurmuşdur.   
“Dumanlı  Təbriz”in dörd kitabında oxucu külli miqdarda tarixi 
hadisə  və  qəhrəmanla tanış olur, xüsusən Səttar xan hərəkatının  əsas 
mərhələləri, üsyançı kütlələrin nümayəndələri onun gözləri qarşısında 
canlanır.  Xalqın tarixi keçmişi ilə həmişə maraqlanan, bu mövzuda müxtəlif 
janrlarda onlarla əsər yazan Ordubadi “Dumanlı  Təbriz” romanı ilə 
qədimdən bəri üsyankarlığı, qəhrəmanlığı ilə tanınan Təbriz  şəhərinin, 
Təbriz oğullarının  əzəmətli heykəlini ucaltmışdır. XX əsrin ilk illərindən 
başlayaraq yazıçı  İran Azərbaycanında azadlıq hərəkatı ilə  əlaqədə olmuş, 
evində İran inqilabına aid intibahnamə və silah saxladığı üçün hətta həbsə də 
alınmışdır.  M.S.Ordubadi qələmə aldığı dövrü mümkün qədər doğru  əks 


Filologiya məsələləri, 2017 
 355
etdirməyə çalışmışdır. Bunun üçün isə o, müxtəlif tarixi mənbələrə müraciət 
etmişdir.  
 “Dumanlı  Təbriz” romanı yazıçının yaradıcılıq üslubunu və 
sənətkarlıq məharətini araşdırmaq üçün də  zəngin material verir. 
Ümumiyyətlə, taixi mövzuda yazan sənətkarlar qələmə aldıqları dövrün 
hərtərəfli öyrənilməsi və obyektiv təsvir edilməsinə xüsusi diqqət 
yetirməlidir.  
M.S.Ordubadinin tarixi romanlarından sonuncusu “Qılınc və 
qələm”dir. “Qılınc və  qələm” Nizami dövründə geniş  təbəqələrin 
vəziyyətini, ölkənin xarici əlaqələrini,  əsrin  ədəbiyyat və incəsənətini, 
sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələriniəks etdirən 
bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq 
keçmişdən bəhs etdiyindən burada daha ətraflı tədqiqat işi aparmışdır. Əsər 
külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. Nizami 
haqqında, xüsusilə onun həyatı barədə  məlumatın azlığı müəllifi bir çox 
hallarda öz yazıçı  təxəyyülünə  sığınmağa vadar etmişdir. Tarixi sənədliklə 
bədii təxəyyül əsərdə ustalıqla əlaqələndirilmişdir.  
Ümumiyyətlə. M.S.Ordubadi əsərdə bir şəxsin taleyi, bir hadisə, bir 
qısa dövrün konkret mənzərəsini verməklə  qənaətlənmir, onun ilhamı bir 
qayda olaraq məzmun dolğunluğu şərtilə genişlik qazanır.     
 M.S.Ordubadinin  Azərbaycan  ədəbiyyatında ilk tarixi roman olan 
“Dumanlı  Təbriz”, habelə “Gizli Bakı”, “Döyüşən  şəhər”  əsərlərinin 
mövzusu tarixi səpkidədir. Daha dəqiq desək, “Dumanlı Təbriz”də XX əsrin 
əvvəllərində  İran inqilabı, xüsusilə  Cənubi Azərbaycanda demokratik 
hərəkat əks olunmuşsa, “Gizli Bakı” və “Döyüşən şəhər”də xalqımızın yaxın 
keçmişindən alınmış hadisələr təsvir obyekti kimi seçilmişsə, “Qılınc və 
qələm” isə oxucunu XII əsrə aparır. “Qılınc və  qələm”in sonluğu da 
maraqlıdır. “Dumanlı  Təbriz”də hadisələri nəql edənin Nüsrət Hüseynov 
olduğunu öyrənmək üçün bütün cildləri intizarla, maraqla izləyən oxucu 
“Qılınc və  qələm”də  də buna bənzər səhnə ilə rastlaşır. Romanın sonunda 
bəlli olur ki, ögey qardaşı Əbubəkrə ox atarkən səhvən öz xalası, Əbubəkrin 
həyat yoldaşı  Təliəni öldürən, sonra isə  Ələnciq qələsinə sürgün edilən 
Qutluğ  İnanc, eləcə  də Xarəzmşah Cəlaləddin tərəfindən həmin qalada 
dustaq saxlanan Özbək həftələrdən bəri bir-birinə olub-keçənləri danışmışlar. 
Və bu söhbət “Qılınc və qələm”in süjetini təşkil edir.    
     Bütün  deyilənlərə yekun vuraraq göstərmək olar ki, Azərbaycan 
ədəbiyyatında tarixi əsərlər son dövrlərdə özünəməxsus inkişaf yolu keçmiş, 
yeni mövzu, problematika və  sənətkarlıq məziyyətləri ilə  zənginləşmişdir. 
Xüsusən Azərbaycan nəsrinin XX əsrin  əvvəllərindən diqqət yetirdiyi bir 
sıra mövzular son dövrün Naxçıvan  ədəbi mühitində  də önəmli yer 
tutmuşdur. Sovet dövründə ədəbiyyatımızda toxunulması bir növ yasaq olan 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə