Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə136/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   132   133   134   135   136   137   138   139   ...   147

Filologiya məsələləri, 2017 
 356
ayrı-ayrı mərhələlərin mühüm hadisələri və görkəmli şəxsiyyətləri Naxçıvan 
ədəbi mühitində indi daha çox diqqət mərkəzinə çəkilir. Ədəbiyyat tariximizi 
zənginləşdirən, xalqımızın mənəvi dünyasında  əbədi iz salan görkəmli söz 
ustaları, böyük sənətkar və alimlərin ömür yolu və çoxcəhətli fəaliyyətləri 
Naxçıvan  ədəbi mühitində  də tarixi əsərlərin  əsas mövzularından biridir. 
Beləliklə, Azərbaycan  ədəbiyyatında tarixi mövzuda yazılmış  əsərlər 
ədəbiyyatımızın ümumi inkişafı, həm də xalqımızın milli özünüdərki üçün 
mühüm rol oynayır. 
İstifadə edilmiş ədəbiyyat 
1.  Y.Axundlu. Azərbaycan tarixi romanı: mərhələlər, problemlər. Bakı,  
Adiloğlu”, 2005, 549s. 
2.  Cavid.H.A. Əsərləri. IV cilddə, IV c., Bakı, “Yazıçı”, 1985, 318s. 
3.  Əlioğlu.М.Ə. H.Cavidin romantizni. Bakı: Azərbaycan Dövlət 
Nəşriyyatı, 1975, 214 s. 
4.  Həbibov İ.Ə. Ədəbi yüksəliş. Bakı: «Bilik» cəmiyyəti, 1985, 62 s. 
5.  Müasir Azərbaycan ədəbiyyatı. Dərslik, I cild, Bakı., 2007, 500s. 
6.  Mir Cəlal. F.Hüseynov. XX əsr Azərbaycan  ədəbiyyat tarixi. 
Bakı.,1982,425 s. 
7.  M.S.Ordubadi. Seçilmiş əsərləri. Bakı., 1975 
 
 
 MАМЕДОВА  НУШАБА  
 
«ИСТОРИЧЕСКИЕ ПРОИЗВЕДЕНИЯ Г.ДЖАВИДА И 
М.С.ОРДУБАДИ» 
 
Р Е З Ю М Е 
  В научной статье на тему  «Исторические произведения Г.Джавида и 
М.С.Ордубади»  проанализированы  произведения  обоих  мастеров, 
написанных  на  историческую  тему.  Здесь  говорится  о  том,  что  эти 
исторические  произведения  являются  великим  средством  в  нашей 
литературе  по  воспитанию  молодого  поколения,  в  повышении 
патриотических чувств. В статье показывается, что ряд знаменательных 
периодов в истории нашего народа успешно освещены в исторических 
произведениях. 
Исторические 
произведения 
в 
Нахчыванской 
литературной среде прошли путь роста и восхождения вместе с общим 
развитием  Азербайджанской  литературы.  Для  правильного  отражения 
исторического  периода  необходимой  задачей  является  использование 
исторических  документов,  фактов.  Важные  события  и  выдающиеся 
личности отдельных этапов, освещение которых в нашей литературе в 
советское время было в какой-то мере запрещено, в настоящее время в 


Filologiya məsələləri, 2017 
 357
Нахчыванской  литературной  среде  выдвигается  в  центр  внимания. 
Выдающиеся  мастера  слова,  обогатившиеся  историю  нашей 
литературы,  оставившие  неизгладимый  след  в  духовном  мире  народа, 
жизненный  путь  великих  мастеров  и  учёных  и  их  многосторонняя 
деятельность  являются  основной  темой  исторических  произведений 
Нахчыванской  литературной  среды.  В  статье    говорится  о  ряде  
произведений  Г.Джавида,  написанных  на  историческую  тему.  В  том 
периоде  написана  первая  историческая  драма    «Пейгамбер»  и  вторая 
историческая драма «Хромой Теймур» (1926), в 1935-ом году написана 
пьеса  «Хаййам».  Основоположник  исторического  романа  Ордубади 
продемонстрировал свое мастерство в неповторимом романе.   
 
 
  MAMMADOVA NUSHABA 
"HISTORICAL WORKS OF H.JAVID AND M.S.ORDUBADI" 
 
SUMMARY 
 
In the scientific article written on the theme "Historical works of 
H.Javid and M.S.Ordubadi" the works on historic consept of both  of the 
artists have been analyzed. The author touched upon  the the importance of 
historical works in bringing up, edudating and  promotiong the feeling of 
partiotism in young generation. The article deals with the facr that some  
historical periods of our nation has successfully highlighted in the epic 
works. The historic works of Nakhchivan literary environment has grown 
along with the development of Azerbaijani literature and has gone the way of 
progress together. For giving the correct historical  dates the use of the  
documents and facts is one of the necessary issues. In Soviet times, the 
separate parts of the literature were banned to be  touched.The important 
events and prominent personalities of those banned periods are kept much 
more in the center of  attention today in Nakhchivan literary environmentr. 
Life and manifold activities of the masters of the word, great artists and 
scholars who  enriched the literary history and spiritual world of our people  
is one of the main topics of epic works in Nakhchivan literary environment.  
The article deals with a number of historical works written by H.Javid. At 
the period  he wrote his first historical drama "The Prophet", the second epic 
tragedy is  "Topal Timur" (1926),in 1935 the play "Khayyam". 
M.S.Ordubadi who is the founder of the historical novels could demonstrate 
his master ability in unique historical novels.  
Rəyçi: prof.Əbülfəz Quliyev 
           AMEA-nın müxbir üzvü 


Filologiya məsələləri, 2017 
 358
 
    KİFAYƏT  MƏMMƏDOVA  
                                                     AMEA  Nizami adına  
                                                    Ədəbiyyat İnstitutunun elmi ışçisi                   
 
QULAMRZA SƏBRİ TƏBRİZİNİN MÜASİR  
ƏDƏBİYYAT HAQQINDA DÜŞÜNCƏLƏRI 
 
Key words: oeuvre, well-known, literature, criticism, publicism. 
Ключевые слова: творчество,  известный,  литература, критика,  
публисистика. 
 
Azərbaycanln tanınmış  şairi Qulamrza Səbri Təbrizi hərtərəfli ziyalıdır. Onun 
zəngin və dərin mənalı ədəbi fəaliyyəti buna gözəl sübut ola bilər. Ədəbiyyatın, tarixin 
və  cəmiyyətinin elə bir məsələsi olmamışdır ki, o barədə fikri, mülahizəsi olmasın. 
Onun tarixi və ədəbiyyatının bu və ya digər hadisəsi haqqındakı mülahizələri həmişə 
cəmiyyəti maraqlandıran, milli inkişafınınin zəruri milli məsələləri ilə bağlı olmuşdur. 
Yəni o, tarixi də, ədəbiyyatın məsələlərini də böyük ustalıqla dövrün ictimai-siyasi hə-
yatı ilə bağlaya bilir. Q.S.Təbrizi yazır: "Xalqın hər nəslinin münəvvərləri tarixə, yaşa-
dıqları dövrün bədii təfəkkürünün yaratdığı məhsullara münasibətlərini müxtəlif şəkil-
lərdə, rəngarəng vasitələrlə açıb ortaya qoyurlar. Bu baxımdan elmi və nəzəri ədəbiy-
yatda sadəcə olaraq tənqid adlanan janrın çiyinləri üzərinə düşən yük çox siqlətli olur. 
Tənqid elə bəsirət gözünə malik olmalıdır ki, onun nəzərləri həm keçmiş dövrlərin qat-
larında olan incilərə nüfuz edə bilsin, həm onun yaşadığı günlərdə yaranan ədəbi-bədii 
əsərlərin xalqa nə səviyyədə xidmət etdiklərini məhək daşından keçirə bilsin. Bir də, əl-
bəttə, bu günün zəka və dərrakə karvanının keçməli olduğu mənzillərin aydın mənzərə-
sini yarada bilsin" (8, 60). 
Azərbaycanın istiqlaliyyət əldə etməsi ilə tariximizin, mədəniyyətimizin, ədəbiy-
yatımızın tədqiqi və təbliğində hökmran olan ənənəvi streotiplərin və yasaqların aradan 
qalxması şübhəsiz ki, "Kitabi-Dədə Qorqud" eposunun araşdırılması tarixində yeni bir 
mərhələnin əsasını qoymuş oldu. Qısa bir müddət ərzində dastana tamamilə yeni priz-
malardan yanaşılmağa başlandı, onun əvvəllər təfsiri mümkün olmayan cəhətlərinə diq-
qət yetirildi. Ötəri müqayisə aparılarsa, ötən illərin tədqiqatları ilə son illərin araşdırma-
ları arasında ciddi fərqlərin olduğu dərhal üzə çıxar. Bu hər şeydən əvvəl, eposun sosial-
siyasi, ideya-məfkurəvi, dövlətçilik, vətənpərvərlik və s. aspektlərdə təhlilinə meyl və 
marağın artması ilə müşayiət olunmaqdadır, "Kitabi-Dədə Qorqud" ensiklopediyasının 
yaranması da müstəqil dövlətçiliyin qorqudşünaslığa gətirdiyi yenilik kimi səciyyələn-
dirilə bilər. 
Q.S.Təbrizi də "Kitabi-Dədə Qorqud" dastanına biganə qalmamış və ona müasir 
prizmadan yanaşaraq "Qorqud xarakteri və Türk ruhu" məqaləsini dərc etdirmişdir. Mə-
qalədə Q.S.Təbrizi deyir: "Hər şeydən əvvəl, Dədə Qorqud öz zəmanəsinin məhsuludur 
və bunu nəzərə almadan onun xarakteri haqqında fikir yürütmək yanlış nəticələrə gəti-
rib çıxara bilər. Dədə Qorqudun ideyaları insanlığın  əsrlərcə susdurulmuş harayı, 
xalqların qəlblərindəcə məzara çevrilən arzuları, ümidləridir ki, bu dastan qəhrəmanının 
şəxsində vulkan kimi püskürərək tarix səhnəsinə çıxmışdır. Demək olar ki, tarix Dədə 
Qorqudun simasında canlanaraq hərəkətə gəlir, türkün keçmişini və gələcəyini öz bət-
nində yetirərək körpə kimi dünyaya gətirir. Dədə Qorqud dastanları bu ideyalardan qay-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə