Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə137/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   133   134   135   136   137   138   139   140   ...   147

Filologiya məsələləri, 2017 
 359
naqlanaraq IX-XI əsrlərdə Oğuz türkləri arasında yayılmağa başlamışdır. Dədə Qorqud 
yer üzündə tarixin yaşayan ruhudur. İnsanın dahiliyi, yaradıcılığı, Allah mənbəyidir. O, 
bir ruhani insandır ki, insanlığın eybəcər keyfiyyətlərinə qarşıdır. Bir ruhani xüsusiyyət-
dir ki, nə elmləri, nə millətləri, nə də ayrı-ayrı kültürləri qarşı-qarşıya qoyur. O, əsrlər 
boyu yaradıcılığın konsepsiyasıdır. Başqa sözlə, Dədə Qorqud dəyişməyən qüdrət, xü-
susiyyətdir insanlıq tarixində. O, yaradıcılıq qüdrəti, insani keyfiyyətləri, məhəbbəti yer 
üzündə cəm edir. Bir sözlə, o, türk xalqlarının ruhani atasıdır” (8, 13, 14). 
Vətənpərvərlik duyğuları Q.S.Təbrizinin bütün yaradıcılığında ifadə olunmuşdur. 
Onlar xalqın həyatını yaxşılaşdırmaq, zəmanənin hərəkəti, tərəqqi və inkişafı ilə ayaq-
laşmasına kömək etmək məqsədilə yazılmışdır. Onda atəşin bir ürək döyünür: vətəni, 
xalqı sonsuz bir məhəbbətlə sevən vətəndaş ürəyi! Çox maraqlı  və qiymətlidir ki, 
Q.S.Təbrizidə vətənpərvərlik duyğuları ümumbəşəri hisslərlə vəhdət təşkil edir, bütün 
insanlığa, bütün xalqlara mühəbbəti ifadə edən dərin humanizmlə  aşılanmışdır. 
Q.S.Təbrizi insan adını yüksək tutur, insaniyyəti bütün dini və irqi təəssüblərdən uca və 
müqəddəs sayır. Onun bütün həyatı və yaradıcılığı üçün səciyyəvi olan budur. 
Müasir bədii-ideoloji hərəkatda, mövcud əxlaqi-tərbiyəvi sistemdə hər şeyi müa-
sirliyin qlobal problemləri səviyyəsinə qaldırmaq, tarixi də, keçmişi də məhz müasir bə-
dii düşüncə və oxucu təfəkkürü üçün konkret xeyri, mənası baxımından tədqiq və təhlil 
etmək qarşıda birinci dərəcəli vəzifə kimi durur. Ədəbiyyatşünaslıqda indiki müasirliyin 
ifadəsi və əlaməti də elə odur ki, onun həyata müdaxiləsi getdikcə daha fəal intensivlik 
kəsb edir, müasir mənəvi sərvətlər sistemində rolu artır, həqiqi böyük ədəbiyyatşünaslıq 
bu məqsədə həm bilavasitə müasir ədəbi prosesin, həm də klassik bədii təcrübənin ma-
terialında nail olur. Q.S.Təbrizi "Müharibə və ədəbiyyat" məqaləsində yazır: "Şair, yazı-
çı xalqdan ayrı yaşaya bilməz, yaşasa da əsl yazıçı ola bilməz. Çünki hamımız bir vücu-
dun üzvüyük: o da insanlıqdır. Bir hiss məndə ermənilərin Azərbaycanın torpaqlarına 
son illərdə təcavüzü zamanı Xocalı soyqırımı törədiləndə yaşandı. Amma bu dəfə daha 
dərdli yaşadım bu faciəni. Çünki burada ümuminsani məsələlərlə yanaşı, mənim millə-
timin faciəsi dayanır gözüm qarşısında. Amma əlim yetməyən yerlərdə mənim minlərlə 
soydaşımı məhv etdilər, yurdundan-yuvasından didərgin saldılar. Əlimdən bir şey gəl-
mirdi ki, bunun qarşısını alam, millətimə kömək edəm. Amma bir yazıçı olaraq qələmi-
mi ox eləyib radio və televiziya vasitəsilə düşmənin ürəyinə sancırdım. BBS və digər 
televiziyalar vasitəsilə deyirdim ki, bir məzlum millət rus imperiyasının başçılığı və er-
məni nökərçiliyi ilə tapdalanır" (9, 71). 
Q.S.Təbrizi Azərbaycan ədəbiyyatını və mədəniyyətini qiymətli əsərlərlə zəngin-
ləşdirmiş yazıçıdır. O, Azərbaycanın azadlığı və səadəti üçün yorulmaz bir qüvvətlə ça-
lışmış, həyat və  təfəkkürün köhnəlmiş, mürtəce cəhətlərinə qarşı barışmaz mübarizə 
aparmışdır. Onun əsərləri dərin ideyalılıqla yüksək bədiiliyin nümunəsidir. O, zəmanə-
sinin qabaqcıl adamı olmuş, cəmiyyəti maraqlandıran ən canlı məsələlərlə yaşamış, mü-
barizələrin içində böyümüş, xalqının tarixini, həyat və arzularını çox gözəl bilmiş, bəşər 
mədəniyyətinin ən yaxşı nümunələrini mənimsəmiş və həmişə insanı irəli aparan, insan 
fikrini ucaldan, ürəyində  nəcib humanizm duyğuları oyadan ictimai şəraitin təntənəsi 
üçün çalışmışdır. 
Q.S.Təbrizinin əsərlərində təqdir etdiyi gözəl estetik keyfiyyətlərdən biri də təbii-
lik və  səmimilikdir. Sünilikdən uzaq bu əsərlər adama səmimi təsir bağışlayır. Orada 
qeyri-təbii, boğazdan yuxarı deyilmiş bir söz belə yoxdur. Bütün ifadələr, fikirlər və ob-
razlar, bədii ifadə vasitələri yaradıcının həyəcan və iztirablarından, həyatla, insanlarla 
əlaqəsindən, düşüncə və xəyallarından doğmuşdur, müəllifin daxili aləmini ifadə edir. 


Filologiya məsələləri, 2017 
 360
Buna görə də onun əsərlərində süni və qeyri-təbii səslənən heç bir şey yoxdur. Görünür  
Q.S.Təbrizinin fikirlərinin bu qədər səmimi və təbii olmasında onun şəxsiyyəti az rol 
oynamamışdır: "Azərbaycana gəldim və onun ictimai-siyasi, mədəni həyatında fəal su-
rətdə iştirak etdim. Diaspora üçün iqtidar, müxalifət yoxdur, Azərbaycan dövləti, Azər-
baycan mətbuatı, Azərbaycan xalqı, onun milli maraqları var. Mən Güney və Quzey 
Azərbaycanın tarixini, mədəniyyətini yazan ziyalılara minnətdaram. Milli mətbuatda 
məhz belə ziyalılar, millətini, Vətənini sevən soydaşlarımız çalışmalıdırlar. Məhz bu zi-
yalıların fəaliyyəti nəticəsində Azərbaycan dili inkişaf edib, milli-mədəni sərvətimiz
milli varlığımız qorunub saxlanıb. Güneyli soydaşlarımızı, görkəmli ziyalılarımızı, milli 
mətbuatın fəallarından olmuş Mir Cəlal Paşayevin, Mirzə İbrahimovun, Nəsir İmanqu-
liyevin, Süleyman Rüstəmin, Qulam Məmmədlinin, Qafar Kəndlinin, Balaş Azəroğlu-
nun, Söhrab Tahirin və b. adlarını məmnunluq duyğusu ilə xatırlayıram" (8, 67). 
Q.S.Təbrizinin sənət baxışına görə, həyat və varlıqdan yazmaq, yaratdığı surətlə-
rin mümkün qədər naturaya yaxın olmasına çalışmaq yazıçının istedadına zərər vurmur, 
əksinə, xeyir verir. Əksinə, mücərrəd aləmə qaçmaq, xəyali və qeyri-tipik hadisələr və 
şəxsiyyətlərin təsviri ilə məşğul olmaq həqiqi istedad üçün qüsurdur. Çünki Q.S.Təbri-
ziyə görə, insanda istedaddan kənar amillər nə  qədər yüksəkdirsə, bir o qədər həmin 
şəxs əsrinin övladı, dünyasının vətəndaşıdır. O, yaradıcılığında mənsub olduğu xalqın 
və ölkənin həyatını, zəmanə və əsrinin ideal və qayələrini əks etdirməlidir. Bunun üçün 
onun həyatı düzgün göstərməsi lazımdır.  
Q.S.Təbrizi bədii yaradıcılıqla realizm, xəlqilik və ideyalılıq tələblərini dərindən 
əsaslandırmış və elmi-tədqiqat əsərləri ilə bu sahədə yeni bir dövr açmışdır. O, Cənubi 
Azərbaycan  ədəbiyyatının ayrı-ayrı yazıçılarına həsr etdiyi “Səməd Behrəngi 
yaradıcılığında humanizm”, “Mühacirət, yaxud ömrün qrüb çağları”, “İrəc Mirzə 
kimdir” , “Fikir mücəssəməsi”, “Böyük mütəfəkir” , “Şərq və Qərb kültürünün vəhdəti 
və ayrılıqları” kimi dərin mənalı məqalələr yazmışdır. Bu əsərlər müasir Cənub ədəbiy-
yatımızın istər o zamankı, istərsə də sonrakı inkişafında, həyatı düzgün göstərməsində, 
ictimai mühitini və əsrin ən canlı aktual məsələlərini əks etdirməsində müstəsna rol oy-
namışdır. 
Q.S.Təbrizi ayrı-ayrı yazıçıların yaradıcılığını təhlil edərkən həmişə onu ədəbiy-
yatının taleyi ilə bağlayır, sənətin aktual və mühüm məsələlərini qaldırır və həll edir. 
Burada onun xalqına, vətəninə olan sonsuz məhəbbəti, humanizm və yüksək azadlıq 
idealları  əsas istiqamətverici rol oynayır: "Azərbaycanın Cənubunda yaranan zəngin 
ədəbiyyatımız ciddi, sistemli şəkildə tədqiq olunmadığı üçün onun ümumi mənzərəsinə 
hələ də aydınlıq gətirilməmişdir. Başqa sözlə, bu ədəbmyyatı yaradanların şəxsiyyəti və 
ədəbi kimliyi dəqiq müəyyənləşdirilməmişdir. Məhz bunun nəticəsidir ki, bir çox Azər-
baycan klassikləri İran ədəbiyyatına həsr olunmuş tədqiqatlarda dil faktoru əsas tutula-
raq fars mədəniyyətinə aid edilmiş, onlar yanlış şəkildə dünyaya təqdim olunmuşdur. 
Bunlardan biri də İrəc Mirzədir. İrəc Mirzə poeziyası həqiqi mənada vətənpərvərlik po-
eziyasıdır. Tədqiqatçılar onun şeirlərini ənənəvi poeziya nümunələrindən məhz bu key-
fiyyətinə görə  fərqləndirirlər. Xüsusilə,  İrəc Mirzənin  şeirlərinin satirik yönümü daha 
qabarıq nəzərə çarpmaqdadır. Satirik şeirlərində  Cənubi Azərbaycan və  İran xalqının 
məişətində təsadüf olunan nöqsanları ciddi tənqid obyektinə çevirən şair mənsub olduğu 
millətin azadlıq və hürriyyətə qovuşması yolunda əngəl olan cəhətləri bir vətəndaş qey-
rəti ilə aradan qaldırmaq arzusu ilə yaşadığını göstərir. O, bu tipli şeirlərində dini fana-
tizmi, varlıların zülmkarlığını, xaricilərin ağalığını  kəskin  şəkildə  tənqid etmişdir" (9, 
47, 48). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə