Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə139/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   135   136   137   138   139   140   141   142   ...   147

Filologiya məsələləri, 2017 
 363
potensialın olduğunu hiss edirəm. Xüsusilə, son illərdə Avropaya təhsil almağa gedən 
gənclər çox böyük uğurlar əldə ediblər, çünki orada onların bilik əldə etməsi üçün daha 
münbit zəmin vardır. Avropanın universitetlərində rüşvətlə, tapşırıqla, saxtakarlıqla, 
hansısa səlahiyyət sahibinin övladı olmaqla heç bir uğur əldə etmək mümkün deyil, ye-
ganə meyar bilik, bacarıq və istedaddır ki, bu da gənclərin cəmiyyətə layiq bir insan ki-
mi formalaşmasında mühüm amillərdən biridir.  Mən inanıram ki, Azərbaycan elmi, 
mədəniyyəti və təhsili gənclərimizin və ziyalılarımızın fəaliyyəti sayəsində öz yolunu 
tapacaqdır. Ölkənin tərəqqisini neftlə bağlamaq doğru deyil, çünki neft bu məsələdə 
yalnız yardımçı vasitə ola bilər və olmalıdır. Dünya dövlətlərinin mədəni səviyyəsi öz 
xalqlarına bəslədiyi münasibətə görə ölçülür. Başqa sözlə, öz millətinə hörmət bəsləmə-
yən dövlətlərə başqa dövlətlər də hörmət bəsləmir. Mən bunu öz təcrübəmdə və tale-
yimdə hiss etmişəm və bu gün Azərbaycanlı olmağımın qürurunu yaşayıram" (8, 3, 4). 
Q.S.Təbrizi mədəniyyətin və ədəbiyyatının mənliyi, orijinallığı yolunda mübari-
zə aparıb, onun özünəməxsus yüksək keyfiyyətlərini müdafiə edərkən heç bir vəchlə 
milli məhdudluğa yol vermir. Əksinə, Q.S.Təbrizi dönə-dönə həqiqi elm mədəniyyətin, 
ədəbiyyatın əsl yüksək sənətin məhdud çərçivələrə sığmadığını, bütün xalqların, bütün 
millətlərin malı olduğunu göstərirdi. Hətta dini buna mane ola bilmədiyini, əsl böyük fi-
kir və böyük sənətin hər yerdə yayılmasının qabağını ala bilməyəcəyini qeyd edir. Milli 
ədəbiyyatımızın ümumdünya, xüsusən Ümumşərq əhəmiyyəti özünü bir də onda göstə-
rir ki, bütün Yaxın Şərqdə bədii və fəlsəfi fikir tarixində humanist, demokratik və realist 
mədəniyyətin yayılmasında fəal tarixi rol oynamışdır. Renessansın da, maarifçiliyin də, 
realizmin də  zirvəsini və mənşəyini ədəbiyyat təşkil etmişdir. Bu ideoloji və ədəbi hə-
rəkatların ən tam tipologiyasını və bitkin nəzəriyyəsini hazırlamaq üçün bitkin materialı 
bədii ədəbiyyatın təcrübəsi verir. Odur ki, ədəbiyyatının nüfuzu diqqət mərkəzində dur-
malıdır. 
Xalqın dilinin dərdinə qalmaq, xalqın səadəti yolunda mübarizə etmək Q.S.Təb-
rizinin müqəddəs hesab etdiyi ideyadır. Bu yolda o, bacardığını edir, qəlbi və vicdanı tə-
miz olan, satqınlıq bilməyən hər kəsi də bu mübarizəyə qoşulmağa çağırır: "Mənim 
qürbət illərində düşüncələrimin əsasında dayanan, vaxt-bivaxt zehnimi, şüurumu nara-
hat edən məsələlərdən biri Ana dili olmuşdur. Şəxsi təcrübələrim Ana dilinin Azərbay-
canın Güneyində öyrənilməsi zərurətini istər elmi, istərsə  də adi insani baxımdan 
şərtləndirmişdir. Ana dilinə olan həssas münasibətim mənim S.Behrəngi ilə  sıx  əlaqə 
yaratmağıma bais oldu. S.Behrəngi ilk dəfə olaraq Ana dilinin öyrənilməsi üçün kitabı 
yazdı. Şah hökuməti bunu biləndə bərk təşvişə düşmüşdü. Həmin kitabın əlyazmasını 
məhv etmək istəyirdilər. Lakin S.Behrəngi ayıq düşüb həmin əlyazmanı aradan çıxardı, 
sonradan da onun çap olunmasına icazə vermədilər. Ömrümdə neçə dil öyrəndim, ingi-
liscə kitab yazdım, amma ana dilinin şirinliyi ruhumdan getmədi və getməyəcək. Ən çə-
tin günlərimdə yeməyimdən kəsib Londondan anama zəng edərdim, onun səsini eşidib 
qüvvət alardım. Anamın səsi - mənim qüdrətim, ictimai durumumdu. Əcnəbi dili məni 
yorurdu, yorğunluğu ana dilində danışığa qulaq asmaqla çıxarırdım. Balıq sudan kənara 
düşməsə, suyun qədrini bilməz. O insanlar ki, ana dilindən ayrı düşməyiblər, məni çətin 
dərk edərlər. Ümidvaram ki, bir zaman gələcək insanların həyatı bu cür mənəvi terror 
və məhrumiyyətlərdən uzaq olacaq. Ana dili varlıqdır, həyatdır, ruhdur, yaradıcılıqdır" 
(8, 7, 8). 
Mütərəqqi ictimai ideallar, yüksək humanizm və internasionalizm, bədii təfəkkü-
rün orijinallığı və işıqlı, döyüşkən realizmi Q.S.Təbrizi sənətini ümumbəşəri bir hadisə-
yə çevirir. O, bütün Azərbaycan üçün əziz və qiymətlidir.                                        


Filologiya məsələləri, 2017 
 364
                          
ƏDƏBİYYAT 
1. Şəhriyar S.M. Divani – türki, Bakı: Sabah, 1993, 216s. 
2. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, II cild, Bakı: Elm, 1983, 580s. 
3. Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər), Bakı: Nurlar, 2009,480s. 
4. Mənsimoğlu T. Qulamrza Səbri Təbrizi, Bakı: Şirvannəşr, 2002, 88s 
5. Nəbioğlu S. Əsrin övladı, Bakı: Turan evi, 2004, 144 s. 
6. Nəbioğlu S. Təbrizdən başlanan dünya, Bakı: Azərnəşr, 2010, 114s. 
7. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi, Bakı: Mütərcim, 2008, 360s. 
8. Təbrizi Q.S. Zamanın nəbzi, Bakı: Turan evi, 2006, 336s.  
9. Təbrizi Q.S. Müdriklik fəlsəfəsi, Bakı: Turan evi, 2006, 272s.  
10. Təbrizi Q.S. Sönməz ocaq, Bakı: Şirvannəşr, 2000, 172s.                                                  
                                                              
КИФАЕТ МАМЕДОВА 
 
РАССУЖДЕНИЯ ГУЛАМРЗЫ САДРИ ТАБРИЗИ О 
СОВРЕМЕННОЙ ЛИТЕРАТУРЕ 
 
РЕЗЮМЕ 
Статья  посвящена  рассуждениям  Гуламрзы  Садри  Табризи  о 
современной литературе. Автор в статье указывает, что рассуждения Г.С.Табризи 
о  литературе,  истории  Азербайджана  и  интересующие  общества  другие  темы 
всегда были для нашей страны важными и интересными. А также, автор в статье 
указывает что, Г.С.Табризи считал священной идеей борьбу для счастья народа. 
Г.С.Табризи очень современный  писатель. Он в своих произведениях отражает 
действительность окружающей его жизни, а также анализирует, обобщает, делает 
выводы, выражает своё мнение и таким образом участвует в борьбе. 
 
KIFAYAT  MAMMADOVA 
 
GHOLAMREZA SADRI TABRIZI ARGUMENTS ABOUT 
CONTEMPORARY LITERATURE 
 
SUMMARY 
The article is devoted to arguments Gholamreza Sadri Tabrizi about 
contemporary literature. The author in the article indicates that G.S.Tabrizi discussion 
of literature, the history of Azerbaijan and the interests of the Company other topics 
have always been important and interesting for our country. Also, the author of the 
article points out that G.S.Tabrizi considered sacred idea of the struggle for the 
happiness of the people. G.S.Tabrizi is a very modern writer. He analyzes the events 
occurring in the life of society where he lived, as well as summarizes, takes conclusion, 
expresses attitude and thus participate in the struggle. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə