Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə143/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   139   140   141   142   143   144   145   146   147

Filologiya məsələləri, 2017 
 373
söyləməsinin arxasında iki həqiqət vardır.Bu,Firəngizin teatra getməsini eşidib 
qəzəblənən,arvad tumanı geyən kişilərin rəngli üzünü qız xeylağının görməsini 
namussuzluq hesab edən ata Hacı Zamanla mübahisəsində açılır.”Aslan 
bəy:Arvad da kişi kimi bir insandır.Biz analarımızı çarşaf içində  cəhalətdə 
saxlamışıq.Başqa millətlər...Bir də axı  mən də bacımı gizlətsəm,sabah 
qlava,qubernator və başqaları mənə də bir vəhşi deyərlər,gülərlər.Mən bir qapıdan 
girə bilmərəm...”[1,s.262].Buradan aydın olur ki,Aslan bəy həqiqətən qadını 
cəhalətdə görmək istəmir.İkinci yanaşmada maraq doğurur:Aslan bəy öz 
mənsəbinə görə  çəkinir ki,ona vəhşi deyərlər və bu onun mənsəbinə  xələl 
gətirər.”Aslan bəy asanlıqla varlanaraq indi yüksək təbəqələrlə yaxınlaşıb-
qohumlaşmaq istəyən bir kəsdir ki,bütün əxlaq prinsipləri qlava və qubernatorun 
xoşuna gəlmək,upravada özünə vəzifə tapmaq,kübarlar məclislərinə yol tapmaq 
və bu kimi istəklərlə məhdudlaşır”[4,s.35]. 
       Əsərdə Aslan bəy daim öz mənsəbini düşünür və bacısının sevdiyi şəxslə ailə 
qurmasına mane olur.Belə ki,o “...kakoy-to bədbəxt,niçtojniy jalkiy,razvratniy 
aktyor ki,heç bir xeyrə-şərə buraxmırlar.İt dəftərində də adı yoxdur”[1.s.263] deyə 
haqqında danışdığı Oqtaya Firəngizin verilməsinə  qəti  şəkildə narazıdır və 
bacısının istəkləri onun üçün heç bir əhəmiyyət daşımır.Müəllif  bununla qadın 
azadlığının ziyalı biri tərəfindən məhdudlaşdırıldığını bizə göstərir. 
          Cəfər Cabbarlı qadınların cəmiyyətdə  məruz qaldığı bir sıra 
problemlərə,hüquqsuzluqlara neştər vurmaq məqsədi ilə daha da qabarıq 
mövzuları  qələmə almağa ehtiyac hiss edər.“Vəfalı  Səriyyə”də, “Solğun 
çiçəklər”də ,”Od gəlini”ndəki qadın qəhrəmanlar dirənişdən uzaq passiv bir qadın 
obrazı  sərgiləmişlər,cazibə  mərkəzi olsalar da,cəmiyyətin tərəqqisində  əsas rolu 
üstlənəcək bir dirçəliş göstərməmişlər.Bunun  ən  əsas səbəbini Azərbaycan 
cəmiyyətində qadının özünə verilən rolu istər-istəməz qəbul etmək 
məcburiyyətində qalması şəklində ifadə etmək yanlış sayılmaz.Bu rolun içində isə 
qadının cəhalətdən çıxması,təhsil alması,istədiyi  şəxslə ailə qurması,cəmiyyətə 
faydası toxunması yoxdur.Bu təsbitdən çıxış edən Cabbarlı    qadının yeni 
toplumdakı yerini müəyyənləşdirməyə istiqamətlənən düşüncələrini 1928-ci ildə 
yazdığı “Sevil” pyesində  əks etdirir.Bu pyes Azərbaycan qadınının azadlığını 
necə əldə edəcəyini göstərən ən önəmli əsərlərdəndir. 
       Məlumdur ki , “Sevil” çox böyük əks-sədaya səbəb olmuş,mübahisələrə,fikir 
ayrılığına,həm tənqidə,həm də  tərifə  məruz qalan əsər olmuşdur.”Mühitin 
yaratdığı Sevili ittiham edənlər çox,onun ağrılarını anlayan,xilasına,nicatına 
çalışan kimsə yoxdur”[3,s.270].Köhnəlik-yenilik çatışması,qadının köləlikdən 
qurtulması üçün iqtisadi azadlığını qazanmış olması əsərin ana xəttini təşkil edir. 
    “Sevil”əsərində zamanın tələblərinə uyğun olaraq  qadının azad olması üçün ən 
başlıca şərt çadranın atılması idi.Dramaturq qadının cəhalətdən çıxması üçün bu 
mövqedə dayanmış və hətta həyat yoldaşı Sona xanımın da çadranı atmasında özü 
səy göstərmişdir.Ancaq demək olmaz ki,qadın azadlığı elə çadranı atmaqla izah 
olunur.Qadın azadlığı üçün çadranı atmaq problemin bir hissəsi idi.Yəni qadın 
ətalətdən çıxmaq üçün ilk növbədə  məsələyə çadradan azad olmaqla 


Filologiya məsələləri, 2017 
 374
başlamalıdır.Problemin ikinci tərəfi isə qadının iqtisadi cəhətdən azad olması 
idi.Cəfər Cabbarlı bu cəhəti “Sevil” pyesində ustalıqla qələmə almışdır. 
      Sevil  əri Balaşın ona münasibətinə müticəsinə boyun əyən bir qadın 
ikən,həqiqətləri görüb dərk etdikdən sonra tərəqqi yolunu seçir,o artıq 
tapdalanmayacaq,cəhalət içində batmayacaq,həyatın baş gicəldən oyunlarına qarşı 
dayanıqlı olacaqdır.Pyesdə sanki həyat iki zaman kəsiyinə-yenilik və köhnəliyə 
bölünmüşdür və biz bu zaman kəsiyinin qarşılaşdırılmasını Sevil obrazında 
cəmləndiyinin  şahidi oluruq.Müəllif  əsərin  əvvəlində köhnəliyi,köhnə 
düşüncə,köhnə mühitin hakim olduğu bir zaman kəsiyini təsvir edirsə,sonraki 
hissələrdə isə köhnəliyi sıxışdırıb aradan çıxaran yeni dövrün və bu dövrün 
insanlarını ön plana çəkir. 
     Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsinin təkamül 
proseslərini göstərməyə çalışdı.Belə ki,əsərin  əvvəlində gördüyümüz Sevil 
sonrakı 
pərdələrdə gördüyümüzlə eyni deyildir.O,artıq 
zəmanənin,dövrün,əsrin,günün qadınıdır.İlk pərdələrdə gördüyümüz 
sadəlövh,hüquqsuz,müti,avam qadın getmiş,yerinə  ətalətdən çıxaraq dəyişən,  
köhnə adət-ənənələrin təsirindən çıxan,savadlı, qəhqəhələrlə danışan biri 
gəlmişdir.Sevil bu eyhamları,kinayələri,qəhqəhələri ilə Balaşdan bir növ intiqam 
alır ki,bu intiqamın özü də bir şəxsin  digər  şəxs üzərindəki intiqamı,qələbəsi 
deyil,öz tapdanan haqqını axtarıb tapan qadının  qələbəsi və 
intiqamıdır.C.Cabbarlı dramaturgiyasında fərqlənən obrazlardan olan Sevil qısa 
müddət ərzində daxili inkişaf keçirmiş və  qarşılaşdığı çətinlikləri sadəcə öz fərdi 
problemləri deyil,özü kimi qadınların problemi hesab edərək ictimai problem 
səviyyəsinə qaldıra bilmişdir.“Axı,Sevil,bu 
əxlaqsızlıqdır,namussuzluqdur.Yox,ola bilməz.Yalvarıram,Sevil,söylə ki,bunların 
hamısı yalandır” deyən Balaşa Sevil bu cür cavab verərək qadınların qarşılaşdığı 
problemləri dilə gətirir: 
Sevil:Namus!Ha...ha...Nədir namus?..Yalnız qadınların daşıyacağı bir yükdür.Sən 
hər gün beş dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına  göz basırkən,kimsə 
sənə namussuz demirdi...”[2,s.52] 
 
      Görkəmli sənətkar “Sevil” pyesində Azərbaycan qadınının hüquqsuzluğunun 
çıxış yollarını göstərmiş olsa da,əsərin sadəcə şəhər həyatı və şəhər qadınlarının 
aydınlanmasına xidmət edərək məhdud dairədə qalması bir başqa  əsərin ortaya 
çıxmasına zəmin yaratmışdır.Beləliklə,dramaturq kənd insanının,qadınının 
aydınlanmasına həsr etdiyi “Almaz” (1930) pyesini yazır.“Bilavasitə sosializmin 
özünün hərəkətini,ziddiyətli tərəflərini isə C.Cabbarlı ilk dəfə “Almaz” pyesində 
göstərir”[6,s.140]. 
     Pyesin  qadın qəhrəmanı Almaz öz ideallarından və fikirlərindən  əl 
çəkməyən,qadınların haqlarını,hüquqlarını öz əllərinə almasına səy 
göstərən ,savadlı,şərəfli bir kənd müəlliməsidir.”Almazın arzusu kəndi öz 
mənimsədiyi ideyalara uyğun salmaqdır.Uşaqlara dərs deməklə kifayətlənməyən 
bu kənd müəlliməsi gəldiyi ilk gündən kəndin bütün işlərinə birbaşa müdaxilə 
edir”[5,s.38].Almaz qadın azadlığının iqtisadi azadlıqdan keçdiyinə ürəkdən 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə