Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   13   14   15   16   17   18   19   20   ...   147

Filologiya məsələləri, 2017 
 47
qüvvətlidir (7, 255). İbn Xəldun kimi dahi bir şəxsiyyətin ibn Hişama verdiyi 
belə bir yüksək qiymət, əlbəttə ki, çox şeydən xəbər verir.  
İbn Hişamın dilçilik əsərlərinin bəziləri tələbələrin ərəb dilini tədricən 
öyrənmələrinə xidmət edir. Doktor əş-Şeyx Məhəmməd  əl-Baqai yazır ki, 
İbn Hişamın ilk “əl-İrab fi qavaidil-irab” əsəri qrammatika elminin ərəb 
dilini öyrənməyə başlayanlar üçün yazılmışdır və bu əsər bir növ ərəb dilinin 
karkasıdır. İbn Hişam bu əsərdə ərəb dilini yeni öyrənənlərə qrammatikanın 
əsas prinsiplərindən yığcam məlumat verir. Əsər çox sadə, anlaşıqlı bir dildə 
yazılmışdır. Bundan sonra ibn Hişam “Qatrun-nədə  və  bəllus-sadə” adlı 
kitabını yazmışdır. Bu kitab ərəb dilinin əsas prinsiplərindən xəbərdar 
olanlar üçün yazılmışdır və bir növ birinci kitabın genişlənmiş variantıdır. 
Bundan sonra İbn Hişam kitabı şərh edərək, eyni mövzu ətrafında müxtəlif 
dilçilərin fikirlərini açıqlamış  və  tələbələrin  əvvəlki iki kitabdan əldə 
etdiklərini genişləndirmişdir. Daha sonra ibn Hişam “Şuzuruz-zəhəb” 
kitabını yazmış və ərəb dili qrammatikasını bütövlüklə və təfsilatı ilə əhatə 
etmişdir.  İbn Hişam bununla necə deyərlər, ürəyi soyumamış  və bu kitaba 
şərh yazaraq onda olan məsələləri daha da aydın verməyə çalışmış və xeyli 
əlavələr etmişdir (5, 5-7). 
İbn Hişamın  əsərlərinin sayı yuxarıda qeyd edilən beş kitabla 
məhdudlaşmır. Məxəzlərdə, adətən,  İbn Hişamın 26 əsərinin adı  çəkilir. 
Bunlar  
1)  Əl-İrab an Qavaidil-irab; 2) Əl-Əlcaz; 3) Audahul-Məsəlik ilə 
əlfiyyəti İbn məlik; 4) Ət-təzkira; 5) Ət-Təhsil vat-tafsil li kitəbil-təzyin vat-
təkmil; 6) Əl-Cəmius-sağir; 7) Əl-Cəmiul-kəbir; 8) Risələtun fin-nisab; 9) 
Risələtun fi stiməl  əl-munədi; 10) Raful-xasasa an qurrail-xulasa; 11) Ər-
Rauda  əl-ərəbiyyə fi şavahidi ümumil-arabiyyə; 12) Şuzuruz-Zəhəb; 13) 
Şərhul-Burdə; 14) Şərh  əş-şavahis-suğra; 15) Şərh  əş-şəvahidil-Kubra; 16) 
Şərh  əl-Qəsidətil-Luğziyyə fil-Məsəilin-nahviyyə; 17) Şərhul-ləmhə li Əbi 
Həyyan; 18) Ümdətut-talib fi sarf İbn  əl-Hacib; 19) Fuhu şəzə fi məsələti-
kəzə; 20) Qatrun-nədə va bəllus-sadə; 21) Əl-Qavaidus-suğra; 22) Qavaid əl-
Kubra; 23) Muxtasarul-İnsaf min əl-kəşşaf; 24) Əl-Məsəllus-Səfəriyyə fin-
nəhv; 25) Muğnil-ləbib an Kubutil-Əarib və 26) Mauqidul-Əzhən va 
Muqaizul-vasnən. 
Bu  əsərlər arasında  İbn Hişamın  şöhrətini  ən çox dünyaya yayan 
“Audahul-məsəlik ilə Əlfiyyəti İbn Məlik” (İbn Malikin “Əlfiyyə” əsərinə ən 
aydın yol) və “Müğnil-ləbib an kutubil-Əarib” (Ərəb kitabları haqqında 
ağılları zənginləşdirən) əsərləridir. 
İbn Hişamın tədqiqat metodu haqqında dilçilər və alimlər arasında 
yekdil bir fikir yoxdur. İbn Xəldunun fikrincə, İbn Hişam öz tədqiqatlarında 
İbn Cinni metodunu davam etdirən mosulluların yolu ilə getmişdir (4, 13). 
Doktor Muxtar Valədabbah İbn Hişamı Bahəddin Əhməd ibn Əli əs-Səbəki


Filologiya məsələləri, 2017 
 48
Muhyəddin Məhəmməd  İbn Yusif Nazimul-Ceyqi və  Məhəmməd  İbn  Əbu 
Bəkr  əl-Maxzumi ilə  bərabər  İbn Malik mədrəsəsinə aid edir və onun öz 
əsərlərində verdiyi nümunələri Qurani-Kərim, hədis və klassik şeir ardıcıllığı 
ilə verməsini əsas tutaraq Əndəlis dilçilik məktəbinin metodlarını üstün tut-
duğunu söyləyir (7, 331). Doktor Şövqi Dayf isə  İbn Hişamın Bağdad 
dilçilik məktəbinin nümayəndələrinə meyl etdiyini söyləyir (8, 344). 
Bizə elə  gəlir ki, İbn Hişamı bu və ya digər dilçilik məktəbi ilə 
bağlamaq o qədər də  dəqiq fikir deyil. Ancaq müəyyən bir məktəbə meyl 
etmək fikrini bəlkə  də, Misir qrammatika məktəbinin ilk nümayəndələrinə 
aid etmək olar.  
İbn Hişam bütün dilçilərin elmi müddəalarından istifadə etməklə 
bərabər, öz müddəalarını da irəli sürmüşdür. Bu baxımdan 
V.M.Məmmədəliyev İbn Hişam haqqında çox haqlı olaraq yazır: “İbn Hişam 
Bağdad məktəbinə meyl göstərərək, Bəsrə  və Kufə qrammatiklərinin 
fikirlərini tənqidi surətdə  nəzərdən keçirmiş, onlardan öz nəzəri 
müddəalarına uyğun gələnləri qəbul etmiş, bəzən isə heç bir məktəbin fikri 
ilə razılaşmayıb özünün orijinal mülahizələrini irəli sürmüşdür” (2, 264). 
İbn Hişam  əl-Ənsariyə xüsusi şöhrət qazandıran dilçilik əsəri onun 
“Muğnil-ləbib”  əsəridir. “Muğni” kitabı müəllifin özündən  əvvəlki  ərəb 
qrammatiklərinin bu və ya digər məsələ barəsindəki fikirlərinin müqayisəli 
təhlilini verən, onları obyektiv şəkildə araşdıran və yeni zamanda ərəb qram-
matika elmində XIV əsrə  qədər mövcud olmamış bir çox orijinal mülahizə 
və müddəaları özündə  əhatə edən ensiklopedik dilçilik əsəridir. Akademik 
V.Məmmədəliyev bu əsəri XIV əsrə  qədər qrammatika elmində mövcud 
olmayan orijinal fikir və mülahizələrlə  zəngin olan dilçilik ensiklopediyası 
adlandırır (2, 264). 
Tam adı “Muğnil-ləbib an kutubil-əarib” (Ərəb kitabları haqqında 
ağılları zənginləşdirən) olan və qısa şəkildə “Muğnil-ləbib” adlanan bu əsər 
İbn Hişamın dilçilik fəaliyyətinin zirvəsi və onun yazdığı son əsəridir. 
Doktor Mazin əl-Mubarək və Məhəmməd Əli Həmdullah yazırlar ki, bu əsər 
ortaya çıxdıqdan sonra, tədris sahəsində bütün əsərləri sıxışdırıb çıxarmış və 
bu günün özündə bütün ali məktəblərdə istifadə olunur (4, 6) 
“Muğnil-ləbib”  əsərinin  ən son, yenidən tədqiq olunmuş, Quran 
ayələri, hədislər və istifadə olunmuş şeirləri fehristləri ilə birlikdə Dəməşqdə 
1972-ci ildə  nəşr olunmuşdur. Nəşrin müəllifləri doktor Mazin əl-Mubarək 
və  Məhəmməd  Əli Həmdulladır. Tədqiqatçılar  İbn Hişamın  əsərinin başqa 
əsərlərə  təsirindən, yəni qrammatik hadisələri mövzulara bölərək, məsələn, 
“Şüzuruz-zəhəb”də olduğu kimi, “Məfruat”, “Məğrurat” və “Mənsubat” 
şəklində tədqiq etməkdən imtina edərək bir növ toplum yolu seçdiyini qeyd 
edirlər. Onlar İbn Hişamın xüsusilə,  əsərin birinci cildində köməkçi nitq 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə