Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.

səhifə21/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

Filologiya məsələləri, 2017 
 56
Mirzə Hüseyn. Bilmirəm, yoldaş  Kərəmov. Mən məktəbdə oxuyanda 
həmişə heyvanat dərsindən zəif qiymət alardım. (S.Rəhimov); 
“Satire`s like mirror in which man sees everyone’s face but his own”. 
Cinas    (təcnis) Latın sözü olub (punctum) [4] şəkilcə bir, mənaca 
müxtəlif olan sözlərə deyilir. Təcnis isə qafiyələri cinas olan şeirlərə deyilir 
[3, 261]. Məs.: 
Qışda dağlar ağ geyinər, yaz qara
Sağ əlində ağ kağıza yaz qara. (Aşıq Ələsgər); 
- Ancaq indi adını  dəyişib başqa  şey qoyub. Daha ona Qızyetər  
demirlər. Bir cür ad tapıb özünə...  “Qoz”nan  “ətin” qarışığına oxşayır. 
Mənim dilim gəlmir. 
- Olmaya adını fisincan qoyub? 
- Yox, ay bala, bişmiş ət yox, çiy ətilən qoz.... 
Qozetta! ....    (A.Seyfəddin). 
A small boy swallowed some coins and was taken to a hospital. When 
his grandmother telephoned, a nurse said, ‘No change yet’. 
Bədii nida Latın sözü olub (interjectio) dinləyənlərdə  həyəcan 
oyatmaq məqsədilə verilən yüksək ahəngə deyilir. Sevincli bir fikir nida ilə 
ifadə olunduğu kimi, kin, qəzəb, nifrət hissi də nida ilə ifadə oluna bilər. 
Azərbaycan dilində  əsli nidalardan – ah, ay, oho,    və funksional-törəmə 
nidalar – əhsən, əfsus, heyhat və s. istifadə edilir [1,181].  Məs.:  
Əli  əmniyyə başını  tərlədib badəni yerə  çırpdı: - Gör bişərəf köpək 
oğlu kimdən istifadə edir ey, əxlaqsızın birindən, tfu, tfu, tfu!... ; 
Orxan: - Ah, gözəl çərkəs qızı, nazlı İsmət! 
 Mələk üzlü şeytan, incəbel afət!; 
 İsmət!...  Of... Sevimli, parlaq ilan! (H.Cavid. “Ana”) 
“I had a fish Francis. He was verн dear to me. One afternoon, I come 
downstairs and it vanished. Poof” [9]; Congrats! You finally got your 
Master’s degree. 
Epitet (bədii təyin, poetik təyin, vəsf) yunan sözü olub (epitheton
müəyyən sözə aid olub, onu təyin edir. Bədii təyin sözü daha da təsirli etmək 
üçün sözün əvvəlinə gətirilən sifətlərə deyilir. Epitet təsvir edilən hadisənin 
bu və ya digər xarakter əlamətlərinin meydana çıxarılmasında, onun 
qiymətləndirilməsində mühüm rol oynayır [5, 131]. Məs.: 
İnci qumlar üstündə yenə verib baş-başa 
yayı  vuraydıq başa. (M.Müşfiq. “Yenə o bağ olaydı”); 
Catherine the Great; Suleyman the Magnificent;  
10:30 is a dark hour in a town where respectable doors are locked at 9.  
Təzad (oksümoron  [6, 134]) yunan sözü olub (oxus  və  mόros
ifadənin bədii və  təsirli olması üçün bir-birinə zidd olan sözlərin 
birləşməsindən meydana çıxır və fərdi xarakterə malik olur. Məsələn, canlı 


Filologiya məsələləri, 2017 
 57
məzar, yaşayan ölü, canlı  şəkil  və s. Bunlar leksik cəhətdən bir-birilə 
birləşməsi mümkün olmayan sözlərdir. Məs.: 
“Səyahətnamə”nin insanı güldürə-güldürə ağladan  məzmununu dərhal 
xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı. (M.S.Ordubadi); 
Ən parlaq gündüzlər gecədən doğar.   (H.Cavid) 
Modern dancing is so old fashioned;  I like a smuggler he is the only 
honest thief.  
Paradoks  yunan sözü olub (paradoxon) ilk dəfə yunan Epimenidesin 
tarixə  məlum olan “Bütün yunanlar yalançıdır” fikrini irəli sürməklə 
yaranmışdır. Mənası  “qəribə, gözlənilməz” deməkdir. Bu ayrılıqda iki və ya 
daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Məs.: 
“Bir onu bilirəm ki, heç nə bilmirəm” (Sokrat); Mən hər zaman yalan 
danışıram; Dənizlidə dəniz yoxdur. 
Nobody goes to Murphy’s Bar anymore – it’s too crowded; As I said 
before, I never repeat myself. 
Antonomasiya yunan sözü olub (antonomasіa)  şəxs adları  əsasında 
əmələ gəlir və bu məcaz Azərbaycan dilində metonimiyanın bir növü hesab 
edilir [1,107]. Bu zaman xüsusi isimlər ümumi isim şəklinə düşür. Bu isə o 
vaxt özünü göstərir ki, məşhur şəxsə məxsus bir xüsusiyyət başqasına da xas 
olur. Məs.: 
Sanma könül sınasıdır; Kərəm olub yanasıdır...  (Q.Qasımzadə); 
Nə qədər ki, içimizdə yurd yanğısı var, 
Xətailər çadırda da doğula bilər.     (F.Ziya. “Nikbinlik”). 
Tarzan, could you come down from that tree;  Harry is the Casanova 
of my life. 
Təşbih (bənzətmə, müqayisə) Latın sözü olub (similis) bədii əsərlərdə 
ifadə qüvvətli olsun deyə, yazıçının təsvir etdiyi varlığın  əsas çizgilərini 
verməklə kifayətlənməyib, onu başqa  şəxs,  əşya və ya hadisə ilə müqayisə 
etməsidir. Bənzətmələr müəyyən sözlərin  - qoşmaların:  kimi, tək, sanki, 
təkin, elə bil, və s. köməyi ilə əmələ gəlir. Məs.: 
Elə bil  Ərkinas xanımın qabarlı sinəsindən iti bir ox vurdular. (Mir 
Cəlal); Böyük bir ailə tamamilə məhv olub getdi, evdə bayquş kimi bir mən, 
bir də xidmətçilər qalmışdılar. (M.S.Ordubadi). 
I am so thirsty, that my throat is as dry as a bone.  
This contract is as solid as the ground we stand on. 
Mübaliğə yunan sözü olub (hyberbolē) bədii fikri dərinləşdirmək, 
təsəvvürü canlandırmaq məqsədilə  ədəbiyyatda bir hadisənin, xarakterin, 
işin, keyfiyyətin həddindən artıq böyüdülməsinə deyilir. Mübaliğə nə qədər 
inandırıcı olsa, təsiri də bir o qədər artıq olur. Məs.: 
Bayramın  gözü kəlləsinə  çıxdı. Kirpiklərini qırpmadan xeyli baxıb 
birdən qışqırdı...  (Ə.Vəliyev);  


Filologiya məsələləri, 2017 
 58
That joke is so old, the last time I heard it I was riding on a dinosaur; 
Perifraz (söz oynatma) yunan sözü olub (periphrazein) tək-tək 
sözlərin yox, frazeoloji birləşmələrin və danışıq dilində geniş yayılan sabit 
ifadələrin məcazi mənalarda işlədilməsindən yaranır. Bu zaman sabit 
frazeoloji birləşmədə bir söz əvəzinə iki və ya daha çox söz işlədilir; 
həkimlər - ağ xalatlılar, şir - heyvanların şahı, neft - qara qızıl, qocalmaq - 
saqqalına dən düşmək və s. Məs.: 
- Gəl özün buna cavab ver, qızım, yoxsa bu məni təkləyib  abırımı 
ətəyimə bükəcək. (H.Mehdi);  
“After only a short time of marriage, he wasn’t prepared to offer advice 
to other youngsters intending to tie the knot.... (evlənmək);   
The big man (Allah) upstairs hears your prayers. 
Evfemizm yunan sözü olub (euphēmismos) məfhumu altında deyilməsi 
münasib olmayan, xoşagəlməz, dəhşətli söz və ifadələr  əvəzinə  işlədilən 
yumşaldılmış və “təhlükəsiz” ifadələr nəzərdə tutulur [1,188]. Evfemizmlər 
heç bir emosiya bildirməyən, sırf ekpressiz sözlərdir. Evfemizm əşya, hadisə 
və  hərəkəti öz əsil, həqiqi adı ilə yox, həmin mənanı ifadə edən başqa 
ifadələr vasitəsilə adlandırmaq deməkdir. Məs.: 
Bir parça çörək hərdənbir versələr verirlər, verməsələr, gərək  ağzı 
möhürlü oturasan. (N.Nərimanov).  
She’s a curvy (overweight) woman; You are becoming a little thin on 
top (bald); Our teacher is in the family way  (pregnant). 
Fransız sözü olan (clichéşablon sözünün Azərbaycan dilində bir neçə 
mənası vardır.  Ən çox istifadə edilən formalardan biri hər hansı bir şeyi 
çoxaltmaq üçün hazırlanmış nümunə, qəlib, trafaret  və ya bir şeyin 
dəqiqliyini yoxlamaq üçün etalon, standart kimi izahlarla qarşılaşırıq. 
Məcazi mənada şablon bayağı, basmaqəlib kimi istifadə edilir [7]. Məs.: 
Qüvvət elmdədir; Ramazan bayramınız mübarək; Riyaziyyat elmlərin 
şahıdır. (Karl Fridrix Qaus); Pul əl çirkidir. 
Laughter is the best medicine; It is “raining cats and dogs”. 
Atalar sözləri Latın sözü olub (proverbium) frazeoloji vahidlərdir və 
demək olar ki, bədii  ədəbiyyatda  əsas yerlərdən birini tutur. Burada xalqın 
həyat tərzini, adət və  ənənəsini təmsil edən epizodlar əks olunur. Atalar 
sözlərinin tərkibini təşkil edən səslərin yaratdığı ahəngdarlıq, daxili qafiyə və 
bu kimi poetik keyfiyyətlər oxucuya zövq verir, bədii əsərin ümumi ahəngi 
ilə birləşərkən daha təsirli olur. Məs.: 
Allah tala sənə o qədər gözəllik verib ki, al da geysən yaraşır, şal 
da;   
Early to bed and early to rise, makes a man healthy, wealthy and wise;  
Epiqram (taziyanə) yunan sözü olub (epigramma) Azərbaycan dilində 
əsasən satirik şeirin çox yayılmış növlərindən biri kimi yayılmışdır. Epiqram 




Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə