Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

Filologiya məsələləri, 2017 
 62
Bundan başqa bu mənbələrdə antonimlərin növləri arasında  mütləq 
antonimlər xüsusilə vurğulanır, onların bədii üslubda, xüsusən təzad və 
antonim qoşalığı yaratmaq üçün daha münasib olması irəli sürülür. 
Bəlkə, doğurdan da, belədir. Bəlkə, varlığın izahsız vaxt düzümündə 
İndi yoxdur, yalnız Keçmiş və Gələcək var” (Anar) [9, 160]. 
Dilimizdə tez-tez işlədilən  alıb-vermək, alt-üst olmaq, ölüm-dirim 
məsələsi, durub-oturmaq, götür-qoy etmək və s. kimi mürəkkəb ifadələrin 
başlıca olaraq mütləq antonimlər hesabına düzəlməsini də  hər iki müəllif 
fikirlərinin əyani sübutu kimi təqdim edir [2, 137; 9, 161]. 
Qeyd etməliyik ki, antonimlərin üslubi imkanlarının ikinci yolla, yəni 
mətndə müxtəlif məqsədlərin reallaşma vasitəsi olma baxımdan öyrənilməsi 
daha geniş yayılmışdır. 
Dilin bütün funksional üslublarında antonim sözlərdən istifadə etmək 
mümkündür. Yazılı  mətnin növündən asılı olaraq antonimlərin müxtəlif 
növlərindən və müxtəlif məqsədlər üçün istifadə edilir. Antonim sözlərin 
təbiəti, yəni onun reallıqla bağlı hadisə, proses, hal, vəziyyət, keyfiyyət və s. 
aid zidd cəhətləri bildirə bilməsi bu sözlərin elmi, publisistik, rəsmi 
üslublarda da istifadəsinə imkan yaradır. Antonimlər bu üslublarda bir qədər 
məhdudiyyətlə  və daha dəqiq, konkret məqsədlər üçün müəyyən qaydalar, 
qəbul olunmuş normalar çərçivəsində istifadə olunur. Publisistik və  rəsmi 
üslublarda antonimlərin bütün növlərinə müraciət etmək mümkün olsa da, 
elmi üslubda daha çox mütləq və ya sabitləşmiş, dəqiq əks mənalara  malik 
olan nisbi antonimlərdən istifadə olunur; məs:  İzometrlər tərkibləri  eyni
lakin molekullarının sayı müxtəlif olan maddələrdir [2, 142; 9, 168]. 
Beləliklə  də, antonimlər fərqli mətnlərdə müxtəlif vəzifələr həyata 
keçirir, müxtəlif üslubi keyfiyyətlərlə səciyyələnir. 
Antonimlərin  ən geniş  şəkildə istifadəsi isə  bədii üslubda mümkün 
olur. Belə ki, burada antonim sözlərin bütün növlərilə yanaşı (nisbi, mütləq, 
sadə, düzəltmə, mürəkkəb, milli, alınma və s.),  mətni və eyniköklü 
antonimlərdən, eləcə də təzad əsasında qurulmuş sabit söz birləşmələrindən, 
idiomatik frazeoloji tərkiblərdən istifadə etmək mümkündür ki, bu da 
yazıçıya müxtəlif üslubi məqsədlərə nail olmaq üçün geniş imkanlar verir [3, 
68-69]. 
Göründüyü kimi, antonimlərin üslubi xüsusiyyətləri əsasən bədii dildə 
reallaşır. Antonimlərin bədii dildə yaratdığı üslubi çalarların tədqiq edildiyi 
mənbələrdə onların rəngarəng  üslubi funksiyaları  əsasən aşağıdakı kimi 
qruplaşdırılır: 
1. Bədii əsərdə hər hansı bir şəxs, predmet, və ya hadisəyə dair əlamət 
və ya keyfiyyəti qiymətləndirmək, oxucuda müəyyən fikir (müsbət və ya 
mənfi) formalaşdırmaq. Məsələn: Fon Valterin balaca  və yumru boyuna 
nisbətən başı çox yekə görünürdü. Alnı elə bil qabağa çıxmışdı. Sarı qaşları 


Filologiya məsələləri, 2017 
 63
tərpənəndə gözlərinin üstünü örtürdü. onları  dərinlərdə gizlədirdi. bilmək 
olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq (M.İbrahimov 
“Gələcək Gün”).  
There was warmth, but little colour, in her cheeks; her large, dark eyes 
were soft. But it was at her lips  - asking a question, giving an answer, with 
that shadowy smile – that men looked; (J.Golsworthy “The Forsyte Saga”) 
2. Bədii  əsərdə xarakterlərin daxili dünyasını, mənəvi aləmini açmaq, 
təsvir edilən obrazın daxilində mövcud olan ziddiyyətləri emosional şəkildə 
vermək. Antonimlərin bu şəkildə istifadəsi bədii personajların xarakteri ilə 
yanaşı onların  daxili və xarici aləmləri arasındakı oxşarlıq və  təzadlar 
haqqında da oxucuda təsəvvür  yaradır – O, fitrətən xarici mühitə  və 
insanlara qarşı həssas idi, yaxşını da yamanı da tez duyub seçə bilirdi.Yaxşı 
sinəsini sevinclə doldurduğu halda, yaman ürəyini yaralayırdı,  kədər 
oyadırdı, ağrıdırdı [5, 38].  
All that was possible of them was possible of her. She could love, and 
hate, may be have hysterics; and she could certainly be jealuos, as she was 
jealuous now, uttering her last sobs in his arms (J.London “Martin Eden”) 
3. Təsvir olunan personajın (obyekt və ya predmetin) arzu, hiss və 
duyğularını qabartamq və daha təsirli ifadəsini təmin etmək: Rüstəm kişiyə 
elə gəlirdi ki, ağır təzyiq altında sıxılır, əzilir, büzüşür və balacalaşır.  Şirzad 
isə böyüyür, boy atır, ucalır [5, 38]. 
4. Cəmiyyətdəki müxtəlif təbəqə və cərəyanları təsvir etmək, əsərdəki 
qəhrəmanların statusu, dünya görüşü, ideologiyası, savadı barədə oxucuda 
fikir formalaşdırmaq – Elxan: - Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə 
silahlı güclülər, digər tərəfdə isə  əliboş  məzlumlar.. (C.Cabbarlı “Od 
gəlini”); “Həyatda mənim varım, dövlətim sevgidir. Mən yoxsulam, lüt və 
çılpağam, hər şeydən mərhumam, hətta həyatın ən böyük neməti olan günəş 
işığını belə  mənim  əlimdən almışlar. Lakin bu yoxsulluğumla mən 
hakimlərimizdən, ağalar və kübarlardan varlıyam” (M.İbrahimov 
“Çandranın üsyanı”). 
 “I do” said Scrooge. “Merry Christmas! What right have you to be 
merry? What reason have you to be merry? You are poor enough.”  
“Come, then,” returned the nephew gaily. What right have you to be 
dismal? What reason have you to be morose? You are rich  enough. 
(C.Dickens “A Christmas Carol”)  
5. Təbiət hadisələrini, təzadlı zaman, məkan, kəmiyyət anlayışlarını 
daha təbii, eyni zamanda da obrazlı şəkildə canlandırmaq – Qışın dördüncü 
günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi qara çarşaba 
bürünmüş, dağlar, çöllər  ağ  kəfənlə örtülmüşdü. (A.Şaiq “Məktub 
yetişmədi”)  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə