Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə24/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   20   21   22   23   24   25   26   27   ...   147

Filologiya məsələləri, 2017 
 64
6. Oxucuda müəyyən mövzu ilə bağlı müsbət  əhval-ruhiyyə, ruh 
yüksəkliyi, optimist hisslər oyatmaq, əsərdə  bədii-estetikliyi təmin etmək. 
Antonimlərin bu funksiyası  qısa məzmunlu nəzm  əsərləri üçün daha 
spesifikdir 
Adındı adımın utancaqlığı, 
Adındı adımın üzüağlığı. 
Ağrının nə yaxın, nə uzaqlığı (Ə.Çingiz) 
Bircə diləyim var, ey qoca dünya, 
Qırma bu incədən incə könlümü. 
Yandır ömür boyu, yandır şam kimi 
Qocaya, cavana, gəncə könlümü (Y. Zəlimxan)  
7.  Bədii dildə antiteza yaratmaq – Antitezanın  əsasında təzad durur. 
Antitezanın güclü bədii təsvir vasitəsi olması hələ lap qədim dövrlərdə yunan 
alimləri tərəfindən qiymətləndirilmişdir. Təsadüfü deyil ki, Aristotel 
antitezanı “ziddiyyətlərin qarşılaşdırılması ilə meydana çıxan sübutun ən 
təsirli ifadəsi” kimi dəyərləndirmişdir. Əks mənalı sözlərdən antiteza vasitəsi 
kimi istifadə edilərkən “müxtəlif ziddiyyətli anlayışları bir-birindən 
fərqləndirmək yox, xüsusi üslubi effekt yaratmaq məqsədi güdülür” [8, 80]. 
Bədii dildə antiteza təkcə antonim sözlərlə deyil, eyni zamanda “obrazlardan 
və situasiyalardan yaranan fiqurların” [11, 193] müqayisəsi vasitəsilə 
yaradılır: 
“Allah dindirə bilmədiyini pul dindirir!” Cahan xanımın atasından 
dönə-dönə  eşitdiyi və inandığı  həqiqətlərdən biri bu idi. ...Cahan xanımın 
tərsinə olaraq Hürü  bilirdi ki, ... “Pul ki var, əl çirkidir”. Onun atasından 
eşitdiyi və inandığı həqiqət bu olmuşdu. (M.İbrahimov “Pərvanə”) 
Göründüyü kimi, antiteza “iki dil strukturunun – leksikologiya və 
sintaksisin – birgə fəaliyyəti nəticəsində meydaba çıxır. Odur ki, onu ancaq 
leksikologiyanın kateqoriyası, yaxud sintaksisin üslubi vasitəsi hesab etmək 
düzgün olmaz. Antiteza lesikologiya və sintaksisin bir-birilə  sıx  əlaqəsi və 
təsiri nəticəsində ortaya çıxan qüvvətli bədii təsvirdir” [4, 107]. 
Antonimlər həm də seir dilinin sanballaşdırılması, onun estetik 
mahiyyətinin dərinləşdirilməsi, həyat-varlıq təzadlarının obrazlı  təqdim 
edilməsi üçün çox mühüm dil vahididir. Lakin poetik dildə sözlər arasıdakı 
əks, zidd münasibət bir qədər fərqli xüsusiyyət qazanır, yəni  “Şeir dilində 
sözlər arasındakı antonim əlaqələr nominativ səciyyə daşımır, daha çox 
məfhumların tutuşdurulmasına, qarşılaşdırılmasına əsaslanır” [6, 354]. 
Antonimlərin seir dilində istifadəsi onların daha çox antiteza yaratması 
ilə səciyyələnir. 
“Antiteza poetik nitqdə geniş şəkildə özünü göstərən və tətbiq olunan 
bədii təsvir vasitəsidir. Poetik nitqdə onun üslubi imkanları daha genişdir. 
Hətta bəzi lirik əsərlər bütövlükdə antiteza üzərində qurulur. Poetik janrda 


Filologiya məsələləri, 2017 
 65
onun işlənməsi təzadlı müqayisələrin müxtəlif növləri ilə daha çox bağlıdır. 
Antiteza təsvir olunan hadisələr və predmetlər arasındakı kontrastı müqayisə 
yolu ilə müəyyənləşdirir” [3, 73]. 
Od gərəksə .... su olmusan 
Su gərəksə .... od olmusan 
Yada doğma, doğmalara yad olmusan 
Bu minvalla ad almısan 
Qəribədir bu dünyanın təzadları (S.Rüstəmxanlı)  
It was the best of times, it was the worst of times, it was the age 
of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the 
epoch of incredibility, it was the season of Light, it was the season 
of Darkness, it was the spring of hope, it was the winter of despair, we 
had everything before us, we had nothing before us, we were all going direct 
to Heaven, we were all going direct the other way.(C.Dickens “A tale of Two 
Cities”) 
8. Bədii dildə oksümoron yaratmaq – B.Xəlilov  oksümoronları 
antonim sözlərin növlərindən biri hesab edir: “Onlar antonimlərin 
növlərindən biri kimi, məntiqi cəhətdən bir-birinə zidd olan söz, söz 
birləşmələri və ifadələrdən  əmələ  gəlir” [7, 198]. Dilçi antonimlərin bu 
növünün yanaşı  işlənərkən “obrazlı bir ifadə” kimi başa düşüldüyünü qeyd 
edir. M.Adilov isə  “İzahlı dilçilik terminləri” lüğətində  oksimoron  barədə 
yazır: “mənaca bir-birinə zidd gələn, məntiqi cəhətdən bir-birini inkar edən 
iki sözün birləşməsindən ibarət üslubi ifadə tərzi” [1, 205], məs: ağıllı dəli, 
diri ölü, dilənçi milyoner, orijinal nüsxə, danışan sükut, soyuq od, gəliş-
gediş, alqı-satqı və s. 
Ü.Hacıyeva isə oksimoronları sözün məntiqi və emotiv mənalarının 
qarşılıqlı  əlaqəsindən yaranan üslubi vasitə kimi təqdim edir, onları 
“mənanın məntiqə  əks olan iki sözün birləşməsi” kimi izah edir. İngilis 
dilində  “cold fire, the best enemy, ill health, alone together, living death” 
kimi oksimoronların nümunəsində müəllif yazır: “bu birləşmələrdə sifət 
təyin etdiyi ismə mənaca əks olur və bununla da təyin etdiyi obyekti yumor 
və ya ironiya ilə təsvir edir” [10, 49; 57]. 
Göründüyü kimi fərqli şərhlərə baxmayaraq osimoronların məntiqcə iki 
əks, zidd sözün birgə, yanaşı  işlənməsindən yaranması  hər üç halda qəbul 
edilir.Yuxarıda verdiyimiz nümunələrdən də göründüyü kimi Azərbaycan 
dilində oksimoronlar əsasən əks mənalı isim+isim, sifət+isim;  ingilis dilində 
daha çox sifət+isim, isim+isim tərkibli olur. 
Məntiqcə birgə  işlədilməsi mümkün olmayan belə sözlərin bədii 
mətndə mümkünlük qazanması  təbii ki, müəyyən səbəblərdən doğan 
məqsədlər güdür. M. Hüseynov bunu oksimoronların “güclü ifadəliliyə, 
ekspressiv-emosionallığa” malik olması ilə  əlaqələndirir [5, 44]. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə