Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   26   27   28   29   30   31   32   33   ...   147

Filologiya məsələləri, 2017 
 81
Konversiyanın derivasiya yolu ilə yeni sözlərin düzəldilməsi metodu 
kimi aktivliyi aşağı düşmüş  və sözdüzəltmənin digər növlərindən geri 
qalmışdır. 
Aparılan tədqiqatların nəticələrinə  əsasən, konversiya olunmuş 
vahidlər neologizmlərin ümumi saynın 3 %-ni təşkil edir. 
Əsas model kimi yeni terminlərin böyük hissəsini yaradan N—>V 
modeli olmaqda davam edir: to hack-stroke, to lesion, to polygraph  və s. 
İsimlərin böyük hissəsi mürəkkəb isimlərdən yaranır:  sojt-dock sözündən 
yaranan  to soft-dock sözü "mexaniki üsulların köməyi olmadan orbital 
stansiyanın birləşməsi";  carpool  sözündən yaranan to carpool sözü "işə, 
mağazalara və s. gedərkən maşının növbə ilə sürülməsi"; red-lirıe sözündən 
yaranan  to red-line sözü "borc, sığorta vasitəsilə mülkiyyətin sahiblərinə 
verilməsinə etiraz yolu ilə  şəhərin ayrı-ayrı rayonlarının hüquqlanrının 
tapdalanması". 
Dilin inkişafinın  əvvəlki mərhələlərində olduğu kimi fellərdən 
isimlərin yaradılması hal-hazırda daha az məhsuldardır. Məlum olduğu kimi, 
bu ingilis dilində isimlərin fıksasiya yolu ilə fellərdən çox asanlıqla 
yaranması ilə əlaqədardır. 
Konversiya edilmiş isimlər arasında qoşmalarla işlənən fellərdən 
yaranma tendensiyası güclənir, məsələn:  to rip-off "oğurlamaq" felindən 
yaranan rip-off "oğurluq" sözü; workaround (kosmonavtika termini) "uğursuz 
uçuş halında alternativ metod”; give-back, flowback, passalong, buy-oj^Mtoi 
işimlərin çok hissəsi konversiya yolu ilə sifətlərdən düzəlir, məsələn: 
collectihles "kolleksiya toplamağa aid olan, əsasən qədim və ya nadir 
əşyalar"f  m0 "özünə  nəzarət, təmkinlilik" sözləri çox hallarda to lose one's 
cool, to keep one
{
s cool ifadələrində işlənir. 
İsimlərin  ~ic sonluğu ilə olan sifətlərdən yaranması xüsusilə 
məhsuldardır, məsələn: acrylic, transuranic, tricyclic. Bu modeldən tibdə geniş 
istifadə olunur: autistic, astigmatic, İgeriatric, prepsychotic. Bütün bu vahidlər 
alcoholic, fanatic, critic kimi məşhur sözlərlə analogiya üzrə yaranmışdır. 
Affiksal və mürəkkəb neologizmlər kimi, yeni konversiya olunmuş 
törəmələr üçün çoxkomponentli strukturlara meyllilik xarakterikdir. 
Beləliklə, isimlər fel ifadələrindən düzələ bilər, məsələn:  work-to-rule 
"fəhlələrin  əmək müqaviləsinin bütün müddəalarına riayət etmək tələbi ilə 
çıxışı, nümayişi". 
Çoxkomponentliliyin analoji tendensiyası yeni konversiya olunmuş 
sifətlər arasında müşahidə olunur: cents-off "düşmüş, f enmiş (qiymət 
haqqında)" (işlənmədə amerika variantı ilə məhdudlaşdırılmışdır). 
Bamhartm lüğətində prefiks və yarımprefikslərdən düzələn sifətlərin 
nadir modelləri qeyd olunmuşdur. Məsəlen:  hyper "həyəcanlanmış, 
emosional"; maxi "böyük ölçülü bir şey". 


Filologiya məsələləri, 2017 
 82
Dünya xəritəsində yeni sektor olan kompüter texnologiyası dil 
xəritəsində kompüter terminlərinin ayrıca yeni semantik sahəsi şəklində qeyd 
olunmuşdur:  CNC (computer numetrical control) "kompüterin köməyilə 
məhsulların hesablanmasına nəzarət";  computer monitoring "müxtəlif 
təşkilatlarda işçilərin, terminallarda işləyənlərin işinə nəzarət edən kompüter 
sistemi";  electronic mail "kompüterdə  yığılan və  qəbul edən kompüterə 
telefonla göndərilən məktub"; spread shoot "kompüter proqramı". 
Dilin aktiv nominativ proseslərdə olan son dərəcə mühüm praqmatik 
ünsürlərindən biri olan peşəkar differensiasiyası kompüter sahəsində 
işləyənlərin özünəməxsus jarqonunun yaranmasına səbəb olmuşdur. Buna 
misal olaraq, brain- box "kompüter"; glitch "programda gözlənilməz 
nasazlıq" tipli yeni vahidlər işlənmədə "kompüterlə məşğul olanlar" arasında 
qeyri-rəsmi danışıq sərhədləri ilə məhdudlaşdırılmışdır. 
Dünya xəritəsində nisbətən daha yeni bir sektq|>
4
kosmonavtika sektoru 
yaranmışdır.  İngilis dili sistemi özünəməxsus  şəkildə  fəaliyyət təcrübəsinin 
yeni fraqmentinin ayrılmasına reaksiya vermişdir. O, rus dilindən yeni leksik 
vahidlər almışdır  (lunokhod, planetokhod, sputnik)  və bununla da ingilis 
dilinin leksik xəritəsində yaranan boşluq ilə doldurulmuşdur. Bir müddət 
keçdikdən sonra ingilis 
dilinin özünə  məxsus olan kosmonavtika terminləri yaranmışdır: 
npacelab, space- plane, spacefarlng (seafaring sözü ilə analogiyaya əsasən). 
Son onilliklərdə ABŞ-ın kosmik tədqiqatları dairəsi ilə  mıhdudlaşan 
slenq vahidləri yaranır:  chlcken-soup "Marsda metabolik fəaliyyəti aşkar 
etmək məqsədilə eksperimentlərdə istifadə edilən amin turşuları, vitamin və 
s. məhlulu". Kosmik sahədə slenqlərin yaranmasında, peşəkar parametrdən 
əlavə sözün praqmatikliyinin əsasını təşkil edən ərazi ünsürü iştirak edir. Bu 
tip bütün vahid işlənmədə amerika variantı ilə məhdudlaşmışdır. 
Mənfı sosial təcrübənin nisbətən yeni fraqmenti kimi Jeksik sistem 
çərçivəsində  həyata qarşı nominativ partlayışa səbəb olan narkomaniyaı 
hesab etmək olar. 
Məlumdur ki, dilin leksikası ikili təbiətə malikdir: nüvə və çevrə. Dilin 
leksik nüvəsi ilk növbədə  şəxsiyyətə keçir. Onun tərkibinə (qeyri-
terminoloji) isim, fel və digər nitq hissələrinin  əsas mənaları daxil olur. 
Nüvədən asılı olan leksik çevrə (periferiya) mədəniyyətin bütöv dil 
mənzərəsini təşkil edir. 
Narkomaniya sahəsində  işlənən yeni nominativ vahidlərin narkotik 
maddələrdən istifadə edənlər və narkotik satıcıları  tərəfindən işlənmədə 
məhdudlaşdırılmasına baxmayaraq, onlar kütləvi informasiya vasitələrinin 
köməyilə narkomaniya ilə mübarizənin geniş  işıqlandırılması ilə  əlaqədar 
geniş kütləyə malik olur. Narkotik vasitələrini satışının qeyri-qanuni olması 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə