Filologiya məsələləri, 2017
92
ƏFSANƏ CƏBRAYILZADƏ
Bakı Avrasiya Universiteti
Ecabrayilzade@gmail.com
LEKSİKANIN TƏDRİSİNDƏ QARŞIYA ÇIXAN PROBLEMLƏR VƏ
ONLARIN ARADAN QALDIRILMASI HAQQINDA
Açar sözlər: sözün mənası, sinonim, omonim, antonim
Ключевые слова: значение слова, синоним, омоним, антонимом
Key words: the meaning of the word, a synonym, homonym, antonym
Azərbaycan dilinin tədrisində dilçiliyin digər bölmələri kimi,
leksikologiyanın tədrisi də xüsusi əhəmiyyət kəsb edir. Çünkü leksikologiyanın
tədqiqat obyekti sözdür. Söz isə tədrisin əsasını təşkil edir. Leksikanın tədrisi
haqqında Ə.Əfəndizadə, N.Əhmədov, Ə.Kəlbəliyev, S.Vahidovun birgə
hazırladıqları “Orta məktəblərdə Azərbaycan dilinin tədrisi” adlı kitabda belə
qeyd olunur: “Leksikanın tədrisi şagirdlərə Azərbaycan dilinin söz ehtiyyatı
ilə,onu zənginləşdirən əsas mənbələrlə, lüğət tərkibindəki söz qrupları, onların
mənaları,nitqdə işlədilməsi imkanları və s. ilə tanış olmağa imkan verir”
[3.175]. Lakin uzun müddət dil tədrisində leksikologiya müstəqil bir bölmə kimi
tədqiq olunmamış, çox vaxt fonetika və qrammatikanın tərkibində tədris
olunmuşdur. Elə bu səbəbdən də Azərbaycan dilinin tədrisi metodikasına aid
kitablarda leksikologiyanın tədrisi ayrıca bölmə kimi tədqiq olunmamışdır.
Leksikologiya müstəqil bir bölmə kimi 1992-2002-ci illərdə etibarən V
siniflərdə tədris olunmağa başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq, S.
Cəfərovun, A. Qurbanovun, N. Xuduyevin, B.Xəlilovun yazdıqları dərslik və
monoqrafiyalarında leksikanın sistemli öyrənilməsinə başlanılmışdır.
Yuxarıdada qeyd etdiyimiz kimi, leksikanın tədqiqat obyekti söz olduğu
üçün tədrisində əsas məfhumu sayılır. Bu haqqda S. Cəfərov “Müasir
Azərbaycan dili” dərsliyində belə qeyd edilir: “Leksikologiyanın əsas məqsədi
sözün mahiyyətini və tərkibini, sözlərin mənasını və çoxmənalılıq problemlərini
aydınlaşdırmaqdan, sözün inkişaf qanunauyğunluqlarını dəqiqiləşdirməkdən və
sözlərin mənaca quruplarını müəyyənləşdirməkdən ibarətdir” [2.12]. Görkəmli
dilçi alimin də fikirlərindən aydın göründüyü kimi leksikologiyada birbaşa söz
təqdiq olunur. Elə buna görədə belə demək mümkündürsə şagird məktəbə
qədəm qoyduğu gündən leksikanın tədrisi başlanır. II, III və IVsiniflərdə leksik
anlayışlar ayrı-ayrı başlıqlar altında tədris olunur. V sinifdən etibarən isə
leksikalogiya sistemli şəkildə tədris olunmağa başlayır.
Leksikologiyanın əsasında söz dayandığı üçün o həm özündən əvvəlki
fonetika ilə, həmdə özündən sonra tədris olunan sintaksis ilə əlaqəlidir. Belə ki,
Filologiya məsələləri, 2017
93
tədris zamanı müəllim şagirdlərə səslər sözlərin, sözlər isə cümlələrin
yaranmasında əsas “material” olduğunu başa salmalıdır.
Leksikanın düzgün tədrisi həmçinin şagirdlərin lüğət ehtiyatlarının
zənginləşməsinə səbəb ola bilər. Çünki leksikologiyanın tərkibində sözün həqiqi
və məcazi mənası, leksik və qrammatik mənası, təkmənalılığı və çoxmənalılığı,
omonim, sinonim, antonimliyi, həmçinin, neologizimlər və arxaizimlər,
frazoloji birləşmələr tədris olunur. Bunlar isə öz növbəsində lüğət ehtiyatını
artıran başlıca amillərdir. Hər zaman olduğu kimi burada ən böyük iş müəllimin
üzərinə düşür. Belə ki, ümumən ana dilini tədris edən müəllimin, eləcə də
leksikanın tədrisi ilə məşğul olan müəllimin nitqi leksik nöqsanlardan uzaq,
dialekt və şivələrdən təmiz, örnək bir nitq olmalıdır.
K.
Mikayılovun tərtib etdiyi “Azərbaycan dilindən leksikanın tədris”
adlı kitabında leksik nöqsanlar belə izah olunur: “Leksik nöqsanlar dedikdə
mətnə müvafiq gəlməyən ədəbi dilə xas olmayan söz və ifadələrin, nitqdə
yeknəsəklik törədən, onu zibilləyən sözlərin işlədilməsi nəzərdə tutulur.” [4.12].
Araşdırmalar göstərir ki, şagirdlərin əksəriyyəti sözün mənasını bilmədikləri
üçün leksik səhvlərə yol verirlər. Aparılan araşdırmaların nəticəsindən məlum
olur ki, şagirdlərin əsas leksik səhvləri aşağıdakılardan ibarətdir:
1. Sözün mənasını bilməmək. Şagirdlərlə aparılan təcrübədən məlum
olmuşdur ki,onlar xəzan-xəzəl,fənn-fənd və s. sözlərin mənasını bilmir və onları
bir-birilə qarışdırırlar.Əlbəttə ki bu problemin əsəs həlli yolu həmin sözləri ayrı-
ayrılıqda cümlədə işlətməkdir. Bu zaman sözlərin mənası şagirdlərə aydın olar.
2. Sözün çoxmənalılığını başa düşməmək. Müəllim şagirdə izah
etməlidir ki,sözün çoxmənalılığı, ancaq müəyyən mətn içərisində bu və ya
digər sözlərlə əlaqəyə girməsi nəticəsində meydana çıxır. Şagirdlər
çoxmənalılığı başa düşdükdə müəllim onlara içərisində eyni söz olan bir neçə
cümlə verir. Bu zaman şagirdlər fərqli cümlələlərin tərkibində olan eyni sözlərin
fərqli mənalarda işləndiyini dərk edirlər. Bunu qruplarla iş zamanı tətbiq etmək
daha səmərəli nəticə verir.
3. Formaca yaxın sözləri qarışdırmaq.Təcrübədən buda məlum
olmuşdur ki, şagirdlərin böyük əksəriyyəti mərhum-məhrum,layihə-lahiyə və s.
kimi sözləri qarışdırırlar.
4. Paronimləri qarışdırmaq. Paronimlərdə omonimlər kimi oxşar söz
qruplarıdır ki, bu da bilavasitə sözün mənası ilə bağlıdır.Araşdırmalardan
məlum olmuşdur ki, dilçiliyimizdə paronim olan diplomat (hökumət
nümayəndəsi) vədiplomant (müsabiqədə mükafat alan) kimi sözlər qarışdırılır
və mənasına uyğun işlədilmir.
5. Sözlərin yersiz təkrarına yol vermək.
6. Dilimizdə qarşılığı olmasına baxmayaraq sözlərin rus dilində
işlədilməsi (vilka,pol,xolodelnik və s.). Qeyd olunanlardan da göründüyü kimi
bu cür leksik nöqsanların olmaması və aradan qaldırılması üçün tədris
Dostları ilə paylaş: |