Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

Filologiya məsələləri, 2017 
 96
Bir çox hallarda şagirdlər alınma sözləri təyin etməkdə çətinlik çəkirlər. 
Çünki az öncədə qeyd etdiyimiz kimi bu sözlər dilin lüğət fonduna daxil 
olmuşdur və onları  bəzən milli sözlərdən seçmək  şagirdlərə  çətinlik törədir. 
Tədris prossesində bu problemlərin olmaması üçün alınma sözlərə xas olan əsas 
əlamətlər şagirdlərə dəqiq izah edilməlidir.  
Tarixi inkişaf nəticəsində dildə bir qrup sözlər köhnələrək öz işləkliyini 
itirir, bir qrup sözlər isə əksinə ictimai-tarixi tərəqqi nəticəsində dilə daxil olur. 
Belə sözlər tədris prossesində arxaizimlər və neologizimlər  şəklində öyrənilir. 
Bu qrup sözlərin tədrisində  şagirdləri həm arxaik, həm də müasir anlayışları 
özündə daşıyan paralel cümlələr üzərində  işlətməklə, həm köhnəlmiş sözləri 
izah etmək həm də neologizimlər üçün zəmin yaratmaq olar. Məsələn: Yüzbaşı 
oğrunun cəzasın verdi. Polis oğrunun cəzasın verdi. 
Neologizimlərin tədrisi həm köhnəlmiş sözlərin, həm də terminlərin 
tədrisi ilə əlaqəli qurulmalıdır. Çünki neologizmlər və terminlər arasında ciddi 
sərhəd qoymaq mümkün deyil. Terminlərin tədrisində onların ayrı-ayrı  elm 
sahələrinə aid olduğu nəzərə alınmaqla təkmənalılıq xüsusiyyətləri  şagirdlərin 
diqqət mərkəzində olmalıdır. Həmçinin müəllim tədris prossesində dilimizdə 
söz termin (fel, say) və xalis terminlər (fonetika, kurikulum) olduğunuda 
müqayisəli şəkildə şagirdə izah etməlidir.  
Nəhayət, leksikanın tədrisində sonuncu leksik anlayış frazoloji 
birləşmələrdir. Frazoloji birləşmələrin tədrisində ilk öncə sözlərin məcazi 
mənasını xatırlamaq lazım gəlir. Bu sabit birləşmələrin tədrisində əsas problem 
doğuran məsələ birləşmənin sonuncu felinin həqiqi və ya məcazi mənada 
işlənməsidir. Bu problem daha çox cümlə təhlillərində özünü göstərir. Belə ki, 
təhlil zamanı  bəzi  şagirdlər birləşmənin felini həqiqi mənada götürüb onları 
parçalayaraq təhlil edirlər. Məsələn: İşci qrup bu gün yola düşür. Onun illərdir 
saxladığı məktub heç özüdə bilmədən cibindən yola düşmüşdür.  
Bu cümlələrin hər ikisində  də yola düşmək ifadəsi var. Lakin  birinci 
cümlədə  məcazi ikinci cümlədə isə  həqiqi mənada işlənmişdir. Təhlil zamanı 
diqqətsizlik edən  şagird birinci cümlədə  də yola düşmək ifadəsini həqiqi 
mənada götürüb təhlil etsə,  əlbəttə ki səhv etmiş olar. Buna görə müəllim bu 
məsələdə də şagirdlərə dəqiq izahat verməlidir.  
Biz yuxarıda leksikanın tədrisinə  qısa da olsa, nəzər salmış olduq və 
eyni zamanda tədris prossesində hansı problemlərin yarandığını  və yarana 
biləcəyini də qeyd etdik. Bu kimi problemlərin olmaması üçün müəlllimlər 
tədris prossesində diqqətli olmalıdırlar. 
 
ƏDƏBİYYAT: 
1.  Balıyev H. B. Balıyev A. H. Ana dilinin tədrisi.  B.:  “Qismət”, 2014,  
      380 s. 
2.  Cəfərov S. Müasir Azərbaycan dili. B.: “Maarif”, 1970, 235 s. 


Filologiya məsələləri, 2017 
 97
3. Əfəndizadə Ə. Əhmədov H. Kəlbəliyev Ə. Vahidov C. Orta məktəbdə ana 
dilinin tədrisi (I hissə). B.: “ Maarif ”, 1976, 278 s. 
4. Mikayılov K. Azərbaycan dilindən leksikanın tədrisi.  B.:  1982, 33 s. 
 
АФСАНА ДЖАБРАИЛЗАДЕ 
 
ПРОБЛЕМЫ ВОЗНИКАЮЩИЕ В ПРОЦЕССЕ ОБУЧЕНИЯ  
ЛЕКСИКИ И ПУТИ ЕЕ РЕШЕНИЯ 
 
РЕЗЮМЕ 
В  тексте  рассказывается  о  проблемах  и  решений  этих  проблем 
возникикавщиx  во  время  обучении  лексики.  В  статье  были  отмечены 
вопросы  обучения  лексики.  Какие  проблемы  возникают  или  могут 
возникнуть в ходе обучения. Автор своими примерами и объяснениями 
показывает как можно решить эти проблемы. 
Указывается ; что  какая  бы  ни  была  проблема.она  имеет  свое 
решение.  В  то  же  время  эти  сведения  очень  важны  для  учеников  в 
процессе обучения. В решении проблем важно участие и автора статьи 
и учеников.  
 
AFSANA JABRAILZADEH 
 
ON THE PROBLEMS OCCURRING DURING TEACHING 
LEXICOLOGY AND THE WAYS OF AVOIDING THEM 
 
SUMMARY 
Teaching of lexicon was briefly mentioned in the article. Types of 
problems during teaching that occurred and may possibly occur in the future 
were noted as well. The author demonstrates the solution ways of these 
problems by means of examples and clarifications. Regardless of the 
problem, there is an absolute solution for it. In the article, these solutions 
were indicated in detail. 
Simultaneously, provided data are of great importance for the students 
to fathom the lesson easily. Both teachers and students need to perform their 
responsibilities to the fullest extent so as to overcome obstacles. 
 
Rəyçi: fil.e. d., prof. İkram Qasımov
 


Filologiya məsələləri, 2017 
 98
 
XƏYALƏ MÜRSƏLİYEVA  
Sumqayıt Dövlət Universiteti 
murseliyeva.xeyale@mail.ru 
 
QRАMMАTİK KАTЕQОRIYАLАRDA İNTЕNSİVLİK ƏLAMƏTLƏRİ 
 
Açar sözlər:  qrammatik kateqoriyalar, kəmiyyət fərqi, ikiqat mənsubiyyət 
şəkilçisi, sifətin intensiv forması, zərfin üstünlük dərəcəsi; 
Ключевые  слова:  грамматические  категории,  количества    разницы, 
двойные 
суффиксы 
принадлежности, 
форма 
интенсивности 
прилагательных, высшая степень наречия; 
Key words: grammatical category, differ with quantity, double possessive 
suffixes, intensive forms of adjective, superlative degree of adverbs. 
 
 Sözləri bir-birinə bаğlаyаn və оnlаrın аrаsındа əlаqə yаrаdаn vаsitələr 
qrаmmаtik kаtеqоriyа аdlаnır. Qrаmmаtik kаtеqоriyа düşüncənin və təkаmülün 
müəyyən dövrlərində yаrаnаn, insаn şüurundа inikаs оlunаn оbyеktiv vаrlıqlаrı 
öz biçim və хüsusiyyətləri ilə kоnkrеtləşdirən, dilin dахili inkişаf qаnunlаrı ilə 
əlаqədаr оlаn inkişаf nəticəsində mükəmməlləşən tаriхi kаtеqоriyаdır. 
Qrаmmаtik kаtеqоriyаlаr– ifаdə оlunduqlаrı söz və yа söz birləşmələri 
tipləri ilə ziddiyyətli əlаqələri оlsа dа, müхtəlifliyi mühаfizə еdən və dildə özünə 
mоrfоlоji və yа sintаktik ifаdə imkаnlаrı tаpаn– qrаmmаtik məfhumlаrdır. 
Qrаmmаtik kаtеqоriyа, nəinki sözün əsаs  əşyа  mənаsını “müşаyiət 
еdir”, həm də  оnunlа  qаrşılıqlı təsirdə  оlur. Sözdə  аdətən bir nеçə qrаmmаtik 
kаtеqоriyа birdən-birə müəyyən  еdilir ki, bu dа qrаmmаtik kаtеqоriyаlаrlа 
sözün  əşyа  mənаsı  аrаsındаkı  əlаqələrin bütün prоblеmini  оlduqcа 
mürəkkəbləşdirir. 
 İntеnsivlik sözdə  kəmiyyət fərqi sаyılır. Kəmiyyət fərqini  аyrı-аyrı 
kаtеqоriyаlаrdа intеnsivliyin iki fоrmаsı əmələ gətirir.Bu fərqi bеlə göstərmək 
оlаr: intеnsiv I: yаpyаlnız, sаpsаğlаm və s.; intеnsiv II: yаpаyаlnız, sаpаsаğlаm
sappasağlam və s. 
 Hər iki dərəcə gücləndirici funksiyа dаşıyır. İkincidə isə bu qrаduаllıq 
yüksək səviyyədə təqdim оlunur. 
 İntеnsivlik bir sırа  kаtеqоriyаlаrdа  yеgаnə  məqsəd dаşıyırsа, bəzi 
qrаmmаtik kаtеqоriyаlаrdа əlаvə çаlаrlıq kеyfiyyəti yаrаdır. 
Dilimizdə аşаğıdаkı kаtеqоriyаlаrdа intеnsivlik əlаməti yüksəkdir.  
1. Mənsubiyyət kаtеqоriyаsının intеnsivliyi. Mənsubiyyət kаtеqоriyаsı 
sаhib  şəхslə  mənsub  əşyа  аrаsındа  аidiyyət  əlаqəsini ifаdə  еdir. Tədqiqаtçılаr 
türk dillərində mənsubiyyət kаtеqоriyаsının ikiqаt şəklinin intеnsivlik yаrаtmаsı 
hаllаrınа tохunmuşlаr [18]; [19]; [21].   


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə