Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə59/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   55   56   57   58   59   60   61   62   ...   147

Filologiya məsələləri, 2017 
 157
FSK ümumi kateqoriya daxilində mikrosahələrin əlaqəsindən yaranan sahəni 
xatırladır. Funksional semantik sahə (FSS) isə qrammatik kateqoriya olaraq 
nüvəni təşkil edir. Nəticə kateqoriyasının FSS nüvəsi nəticə budaq cümlələri 
olduğu halda, FSS-nin periferik sərhəddində  nəticə  mənalı müxtəlif tipli 
budaq cümlələr mövcuddur. Nəticə əlaqəli budaq cümlələrin ontologiyasına 
nəzər salaq. Əslində  səbəb-nəticə  əlaqəsi çox mürəkkəb  əlaqə olaraq, 
məqsəd, güzəşt,  şərt, zaman budaq cümlələrində  də özünü biruzə verir. 
Səbəb və  nəticə  əlaqələri bir-biri ilə  sıx bağlı olduğuna görə  səbəb  əlaqəsi 
müəyyənləşdirildikdən sonra nəticə haqqında dəqiq bir fikir söylənilə 
bilər.Heç də bütün ontoloji mühakimələr eksplisit olmaya da bilər. Belə ki, 
informasiyanın böyük həcmi implisit halda qalır, yəni danışanın  şüurunda 
qalaraq presuppozisiya yaradır.  İngilis dilinin akademik qrammatikasında 
əbəs yerə nəticə budaq cümləli tabeli mürəkkəb cümlələri result clauses və 
effect clauses adlanan iki qrupa ayırmırlar. Məsələ burasındadır ki, nəticə 
(result) hər hansı arzuedilən və ya gözlənilən hərəkətin (yəni subyektiv 
səbəbin) yekunu, nəticə (effect) isə  təsadüfi hərəkətin və ya hadisənin 
(obyektiv səbəbin) yekunu kimi izah olunur. 
Səbəb-nəticə  əlaqəsi bildirən dil strukturunda fəlsəfi, məntiqi və dil 
kateqoriyalarının birləşdiyini 
əsas tutaraq kauzal kateqoriyanın 
presuppozisiyasının tərkibini aşağıdakı kimi görmək olar: 
1. Kauzal korelyasiyanın komponentlərinin mühümlüyü. Səbəb və 
nəticə  əlaqələrinin bir-birilə kauzal implikasiya vasitəsilə bağlanmasına 
baxmayaraq, onlar bir-birindən ayrı dil hadisəsi kimidir. Bu, kauzal 
kateqoriyanın korelyativ cütlüyü vasitəsilə ifadə olunur. (A
⊥B) 
(A) səbəb bildirdiyi halda (B) nəticə göstərir. 
You were so strange the other day (A)  that I wondered if I did 
something to offend you.(B)  
2. Genetiklik. Yəni nəticə  səbəbin genetik hərəkətinin yekunu kimi 
verilir. Səbəb və  nəticə  əlaqələrinin genetik planda tədqiqi kauzal 
implikasiyada korelyatların (A
⊥B) aşağıdakı semantik əlamətlərə xas 
olduğunu göstərir. 
(A) Törədən hadisə (B) Törənmiş hadisə 
He wanted to arrange a foursome,but there was no one available(A), 
so I saw him only at meals.(B)  
3. Zaman baxımından bütün hallarda səbəb nəticəni qabaqlayır. 
(A) Öncə gələn hadisə (B) Sonrakı hadisə 
I had a few bad moments (B) because she arrived almost two months 
ahead of schedule.(A) 
Səbəb-nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin hər iki 
komponentində  xəbər bir qayda olaraq felin xəbər  şəkli ilə ifadə olunur. 


Filologiya məsələləri, 2017 
 158
Araşdırmalar sübut edir ki, bu cümlələrdə  ən çox keçmiş zaman istifadə 
olunur. Məsələn,  
As she had no ideas of distance or steamboats, her notions were 
somewhat erroneous. 
Tabeli mürəkkəb cümlə daxilində  həm baş, həm də budaq cümlənin 
xəbəri eyni zamanla ifadə olunsa da, əksər hallarda nəticə  səbəbi 
izləyir.Tabeli mürəkkəb cümlə komponentlərində  xəbər müxtəlif zaman 
formaları ilə ifadə olunduqda belə, səbəb və nəticə mənalarının ardıcıllığının 
şahidi oluruq. Məsələn, 
He cannot give a definite answer, because they parted long ago. 
4. Məna  əlaqəsi. Səbəb-nəticə  əlaqəsi məntiqi  əlaqəyə  əsaslanır, yəni 
əgər A varsa, onda B də var. 
(A) Səbəb olan hadisə (B) Şərtləndirilən hadisə 
I have certain things I wouldn’t do (A), because they wouldn’t please 
my class, my family. (B)  
Kauzal korelyasiyanın komponentləri semantik planda B-ni differensial 
əlamətlərin kompleksi kimi qəbul edir.  
B mütləqdir, törənmişdir, sonrakı  və  şərtləndirilmiş hadisədir. 
Mürəkkəb cümlələrin ierarxik quruluşu presuppozisiya əlaqələrinin ifadəsinə 
zəmin yaradır. 
Belə ki, mürəkkəb cümlələrdə presuppozisiyanın ifadəsi üçün budaq 
cümlələrdən istifadə olunur. Səbəb presuppozisiyaları  əsasında da nəticə 
əlaqələrinin paradiqması yaranır. Bu transformasiyanın hər birində  səbəb-
nəticə mənası qalır, transformasiya isə bağlayıcıların dəyişməsilə baş verir. T 
paradiqma: 
1. T kauz (because
2. T gen. (consequently
3. T temp (first...then
4. T şərt (if
T paradiqmada transformasiyaların bu cür sıralanması B-nin semantik 
əlamətlərini differensiallaşdırmağa kömək edir. 
Tədqiqat obyekti kimi kauzal korelyasiyanın eksplisit markerlərinin 
(because, since, as, so that, such that, for, so, therefore, so that) birinin və ya 
heç birinin iştirak etmədiyi lakin intuitiv olaraq kauzal korelyasiyanın hər iki 
komponentinin mövcud olduğu mürəkkəb cümlələri götürmüşük. Bu 
cümlələrə parataksisdə and, or,else, otherwise bağlayıcıları, hipotaksisdə isə 
when,if, so that, though bağlayıcıları ilə bağlanan mürəkkəb cümlələr aid 
etmişik. 
T paradiqmaya görə cümlə dörd transformasiya işləmindən keçməlidir. 
Tədqiqat obyekti kimi çoxmənalı and bağlayıcılı cümləni götürək. 


Filologiya məsələləri, 2017 
 159
1.  Then on an instant the lights went out, and she was in complete 
darkness
T kauz: (A
⊥B) - (B because A) 
T kauz B komponentinin törənmiş hadisə olduğunu göstərir. 
She was in complete darkness (B) because on an instant the lights went out 
(A). 
2. T gen: (A
⊥B) --- (A consequently B) 
Then on an instant the lights went out (A),  consequently she was in 
complete darkness. 
T gen B komponentinin törənmiş hadisə olduğunu göstərir. 
3. T temp: (A
⊥B) ----- (first A, then B): 
First on an instant the lights went out (A),  then she was in complete 
darkness
T temp B komponentinin növbəti hadisə olduğunu göstərir. 
4. T şərt (A
⊥B) ---- (if not A, not B) 
If on an instant the lights didn’t go out (A), she wouldn’t be in complete 
darkness. 
T şərt B-nin bir başqa əlamətini, şərtləndirilmiş hadisəni göstərir. 
Nəticənin diaqnostik transformasiya paradiqması bizə tabesiz 
mürəkkəb cümlədə  nəticə  əlaqəsinin (B) differensial əlamətlərinin 
kompleksini təyin etməyə kömək etdi. And  bağlayıcısı ilə bağlanan tabesiz 
mürəkkəb cümlələr də  səbəb-nəticə  əlaqəsi bildirdiyindən, demək biz üç 
tabesiz mürəkkəb cümləni tədqiq edərək, onun T paradiqmasına baxmalıyıq. 
1) Then on an instant the lights went out,(A) and she was in complete 
darkness.(B) 
2) Then on an instant the lights went out,(A) so she was in complete 
darkness.(B) 
3) Then on an instant the lights went out,(A) so that she was in complete 
darkness.(B) 
Əgər birinci, ikinci və üçüncü cümlə semantik cəhətdən 
ekvivalentdirsə, onda onlar nə ilə  fərqlənir? T.A.Van Deyk mətn 
praqmatikasında bu sualı belə cavablandırır: “A
⊥B ifadəsinin üst 
variantlarının seçimi məhz konkret danışıq kontekstindən yox, sırf ontoloji 
səviyyədə faktlar və obyektlər arasında  əlaqədən yəni bilavasitə semantik 
fokusdan asılıdır. Bu fokusa tabesiz mürəkkəb cümlələrin komponentləri 
arasında olan əlaqə də aid edilir. 
And  bağlayıcısının semantikası  aşağıdakı kimidir. And  bağlayıcılı 
tabesiz mürəkkəb cümlənin həqiqi olması üçün, onun hər iki komponentinin 
həqiqi olması lazımdır. Öz-özlüyündə birinci cümlədə bağlayıcı A və B 
arasında sıx  əlaqəni göstərmir. Buna baxmayaraq o, A və B 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə