Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə61/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   57   58   59   60   61   62   63   64   ...   147

Filologiya məsələləri, 2017 
 163
koheziya üçün fundamentaldır. Fikrimizcə burada tematik ardıcıllıq, 
qanunauyğunluq olmalıdır. Məhz bu cür ardıcıllıq və qanunauyğunluq 
koheziya ilə koherensiyanın qarşılıqlı  əlaqəsini və onların birinin digərini 
vurğulamasını şərtləndirən amillər sırasına daxildir. 
 Ulla Connor koheziyaya aşağıdakı  təyinatı verir:  “ Koheziya 
cümlələr və  mətnin hissələri arasında  əlaqələri göstərmək üçün istifadə 
eksplisit linqivistik vasitələrin işlədilməsidir. ”  Bu cür koheziv vasitələr 
oxucunun öncəki müddəaları müvafiq olanlarla əlaqələndirməyə köməkçi 
olan ifadə  və sözlərdən ibarətdir. (4)Mətn tekstuallığın tələblərinə cavab 
verən kommunikativ hadisədir. Mətnin tamlığını  təyin edən standartları 
mövcuddur ki, bunlara koherensiya ( mətnin alt qatlarından bəhs edir, o, 
mətn istifadəçiləri arasında koqnitiv proseslərin məhsuludur. ), intersionallıq 
və koheziya aiddir. Qeyd edildiyi kimi koheziya mətnin üst qatının 
komponentlərindən, yəni bizim eşidib yaxud gördüyümüz real sözlərin əlaqə 
daxilində qarşılıqlı birləşməsini bildirən yollardan bəhs edir. Fikrimizcə əsas 
olaraq bunlardan aşağıdakıları vurğulamaq lazımdır:  qrammatik-referensiya; 
substitusiya; ellipsis; leksik-qrammatik-bağlayıcı; leksik koheziya;Biz bu 
məqalədə qrammatik  koheziyanın növlərindən biri olan ellipsisdən 
danışırıq. 
 Generativ dilçilikdə ellipsis termini bir sıra hadisələrə aid edilir, 
onların dərk edilən mənası linqivistik formalarla ifadə edilən mənasından 
daha  əhatəlidir. Ellipsis o zaman yaranır ki, struktur cəhətdən vacib olan 
buraxılmamış, deyilməmiş olsun. (5)Ellipsis leksiko-qrammatik 
kateqoriyadır. Mətnə xas olan bu hadisə zamanı adətən mətn vahidlərinin, 
yəni sözlər, birləşmələr, budaq cümlələr və s. işlədilməməsi baş verir. 
Ellipsisdə  əvəz etmə mümkündür. Ellipsis anaforik səciyyə daşıyır, nadir 
hallarda katafori ola bilir (4). Bu fenomenon həm yazılı, həm də  şifahi 
mətnlərə xas tipik cəhətdir, baxmayaraq ki, o daha çox danışıqda peyda olur, 
çünki danışıq daha az eksplisit olmağa meyllidir. Ədəbiyyatda, bədii 
əsərlərdə dialoq, danışıq  əlavə edilirsə o, ellipsislə  zəngin olur.Ellipsis 
danışığa xas, situasiyadan doğan tipik hadisədir. Bu məqsədyönlü  şəkildə 
edilən bir vasitədir. Ellipsis hadisəsi zamanı söz və ifadələri cümlələrdən 
bilərəkdən, məqsədəuyğun  şəkildə buraxılır, baxmayaraq ki, məna başa 
düşülə bilir. Adətən o söz ifadələr buraxılır ki, onlar lüzumsuzdur, onların 
adı artıq əvvəl çəkilir və qeyd olunur. Ellipsis birləşmələrdə, qısa cavablarda 
və s. müşahidə olunur. Kiçik bir nitq nümunəsinə nəzər salaq: 
A)Where are you going?B)To town:Tam cavab belə olmalı idi.  “ I’m 
going to town ” 
Ümumiyyətlə ellipsis anlaşılması sadə, mətnin  əlaqələnməsində isə 
olduqca mühüm əhəmiyyətə malik dil fenomenidir. Onun unikallığı lazımı 
dil vahidinin işlənmədiyi hallarda mətnin bütövlüyünün təmin olunması, 


Filologiya məsələləri, 2017 
 164
məzmunu ötürücünün niyyətinə müvafiq olaraq çatdırıla bilməsidir.Ellipsis 
bu və ya digər mətndə  hər hansısa bir mətn vahidinin ( sözlər, cümlələr
birləşmələr, budaq cümlələr ) işlədilməməsi və yaxud məqsədəuyğun şəkildə 
buraxılması, asanlıqla bərpası mümkün olsa da, buna ehtiyacın 
duyulmadığını,  əsasən  şifahi  şəkildə ifadə olunan mətnlərə xas, nitqə 
yüngüllük gətirən, lakin mənaya xələl vurmayan danışanın zaman və dil 
vahidlərinə  qənaət niyyətindən irəli gələn,  əvvəlki ifadədən və ümumi 
mənadan asanlıqla bərpa oluna bilən çox mühüm koheziya vasitəsidir. 
Ellipsisin 3 növü vardır:  Nominal ellipsis;  Klausal ellipsis;  Feli 
ellipsis;1-ci növ ellipsis nominal birləşmə daxilində sözün 
buraxılmasıdır.Məsələn, The teacher went to the board and ( he\ the teacher ) 
wrote on it.Feli ellipsis dedikdə feli birləşmə daxilində mövcud hansısa 
elementin buraxılması nəzərdə tutulur.Məsələn, Have you been swimming?  
Yes, I have ( been swimming üçün boşluq qoyulmuşdur. )I could tell you, 
but I won’t. 
Elliptik feli birləşmənin mənasının birləşmədəki sözlərdən anlamaq 
olur. Buraxılmış sözlərin yeri bir növ dolu olur.Klauzal ellipsisdə ellipsisə 
fərqli yanaşılır. Budaq cümlə başlanğıc nöqtəsi kimi götürülür. İngilis 
dilində budaq cümlə müxtəlif nitq funksiyalarının ( təsdiq, sual, cavab və s. ) 
ifadəsi kimi başa düşülür. Bu iki hissədən ibarət olur. Modal element və 
propozisional elementə bölünür.  
Məsələn, The Duke was ( modal element ) going to plant a row of 
poplars in the park 
What were they going?  Holding hands ( They were üçün boşluq 
qoyulmuşdur ) 
Ellipsis hadisəsi o zaman müşahidə olunur ki, vacib bir struktur 
element cümlədən buraxılır və yalnız  əvvəlki mətndəki elementə istinadən 
bərpa oluna bilir.A.  Why’d you only set three places? Paul’s staying for 
dinner isn’t he?Aşağıda müəyyən bədii əsərdən götürülmüş nümunəyə nəzər 
salaq.They hauled Piggy clear of the wreckage and leaned him against tree. 
The night was cool and purged of immediate terror. Piggy’s breathing was 
little easier. 
Did you hurt, PiggyNot much.That was Jack and his hunters, said 
Ralph bitterly. Why can’t they leave us alone.We gave them something to 
think about, said Sam. Honesty compelled him to go on. At least you did. I 
got mixed up with myself in a corner. 
I gave one of them what for, said Ralph, Is mashed him up all right.He 
won’t want to come and fight us again in a hurrySo did I, said Eric. When I 
woke up one was kicking me in the face. I got an awful bloody face, I thing, 
Ralph. But I did him in the end.What did you do? 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə