Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə65/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   61   62   63   64   65   66   67   68   ...   147

Filologiya məsələləri, 2017 
 173
olmalıdır ki, ona diqqətlə qulaq asırlar, başa düşürlər və kömək etməyə 
çalışırlar. Bir sözlə, həkim nitqinin keyfiyyətlərindən biri də inandırıcılıq, 
qaneedicilikdir. Nitqin inandırıcı olması üçün həkim öz sözlərinin 
dəqiqliyinə əmin olmalıdır. Tibb işçisinin söz ehtiyatı nə qədər zəngin olsa, 
xəstələrlə ünsiyyətdə olmaq bir o qədər asan olar. 
Həkimlik peşəsi üçün dinləmə  və  eşitmə bacarığı da vacib 
keyfiyyətlərdəndir. Xəstənin  şikayətlərinə qulaq asma bacarığı  hərdən 
dərmanlardan da vacib olur, bəzi hallarda isə müalicənin düzgün yolunun 
tapılmasına da kömək edir. Həkimlik peşəsində hər bir şey vacibdir: həkimin 
özünü necə  təqdim etməyi, xəstə ilə necə ünsiyyət qurması, onu necə 
dinlənməsi, sualların cavablanması, hər hansı  nəticələrə  gəlməsi və s. 
Bunların hamısını  nəzərə alaraq sual yaranır. Sadalağımız bütün 
keyfiyyətlərə  gələcəyin həkimləri, indiki Azərbaycan Tibb Universitetinin 
tələbələri “Azərbaycan dili və nitq mədəniyyəti” kursunun öyrənilməsi 
prosesində necə nail ola bilərlər? 
 “Azərbaycan dili və nitq mədəniyyəti” fənni Tibb Universitetində  tədris 
olunan  əsas fənlərdən biridir. Bu kursun əsas məqsədi tələbələrin nitq 
mədəniyyətinin  inkişafıdır. Nitq mədəniyyəti  əsaslarının öyrənilməsi 
gələcəyin həkimləri üçün ona görə vacibdir ki,  öz vəzifə borcunu yerinə 
yetirərkən həkimlər xəstələrlə, onların qohumları, öz kolleqaları ilə daima 
ünsiyyətdə olurlar və  işlə bağlı lazım olan sənədləşməni edirlər. Cox 
vacibdir ki, gələcəyin həkimləri savadlı olsun, həm yazılı, həm şifahi ədəbi 
nitqə yiyələnsin, öz doğma dilinin müasir dövrdə  əhəmiyyətini dərk etsin, 
ona xüsusi qayğı ilə yanaşsın, dilin incəliklərini və gözəlliyini anlasın, 
mətnləri təhlil etməyi bacarsın və müxtəlif üslublardan istifadə edərək öz 
nitqlərini qursunlar. 
“Azərbaycan dili və nitq mədəniyyəti” kursunun keçməsi üçün 60 
saat ayrılıb. Qeyd etdiyimiz gələcək həkimlər üçün vacib bacarıqlara 
yiyələnmək üçün bu vaxtı kifayət hesab etmək olmaz. Fənnin Proqramı 
tələbələrin mədəni nitqə yiyələnmək üçün dilin lüğət tərkibinə  dərindən 
bələd olmaq, onun fonetik, leksik və qrammatik normalarını mükəmməl 
öyrənmək, dil qanunlarını nitqdə düzgün tətbiq etməsınə istiqamətləndirilib. 
ATU-ya daxil olan tələbələr Azərbaycanın müxtəlif bölgələrindən 
gəlir və sözləri yaşadıqları yerin danışıq tərzinə uyğun işlədirlər. Məlumdur 
ki, hər bölgənin  öz dialekt, şivə və ifadələri var.Tələbələrin nitqində dialekt 
xüsusiyyətləri ən çox fonetik səviyyədə və heca vurğusundan düzgün istifadə 
edilməməsində müşahidə olunur və bu da tələbələrin nitqinin  pozulmasına 
səbəb olur. Belə hallar vaxtında aradan götürülməsə gələcəyin ziyalıları dilə 
məsuliyyətsiz yanaşacaq və ədəbi dilin normalarını pozaraq danışacaq. Bunu 
nəzərə alaraq, müəllimin işi tələbələrin tələffüzünə, onların dialektlərdən və 
həmin dialektə xas olan intonasiyadan azad olmasına  istiqamətlənməlidir. 


Filologiya məsələləri, 2017 
 174
Respublikamızda Azərbaycan dili – Dövlət dilidir və  həkimin xəstə 
ilə ünsiyyəti bu dil vasitəsi ilə  həyata keçir. Qeyd etmək lazımdır ki, bu 
ünsiyyətdə bir çox qüsurlara rast gəlirik. Təəssüf ki, bəzi həkimlərin dilində 
nitq qüsurları tez-tez müşahidə olunur.  Bəzi həkimlər bir neçə cümlədən 
ibarət fikrini aydın, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, öz aydın 
və  dəqiq olmayan söhbətləri ilə  xəstələri çox halda narazı qoyurlar. 
Doğrudanmı səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl 
danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. 
Düzgün, dəqiq, savadlı nitqə yiyələnməsi Tibb Universitetinin 
tələbələri üçün çox vacibdir və gələcəyin ziyalıları – Universitetin tələbələri 
özləri bu nəticəyə  gəlirlər ki, düzgün, aydın, təsirli danışmaq nüfuzludur. 
Belə nitq danışanın yüksək mədəniyyətinin göstəricisidir və belə nitqlə 
xəstənin etibarını qazanmaq mümkündür. Söz ehtiyatının və leksikasının 
zənginləşməsi  - həkimin nitq mədəniyyəti üçün çox vacibdir. Buna görə də 
artıq ilk məşğələlərdə  tələbələrə xüsusi bir lüğətin tutulması  məsləhət 
görülür. Bu lüğətdə bütün yeni və mənası aydın olmayan sözlər və terminlər 
qeyd olunmalıdır. 
Nitq mədəniyyəti üzrə aparılan dərslərdə  sərbəst mövzuların 
hazırlanması  əhəmiyyətli rol oynayir.Sərbəst məruzələr tələbələrin 
dünyagörüşünü artırır, istənilən bir mövzuda öz fikirlərini bildirməklə 
yanaşı, nitq mədəniyyətinin tələblərinə riayət edərək öz düşüncələrini 
müstəqil formada təqdim etmək vərdişlərini yaradır. Tələbələrə  sərbəst 
mövzuları verərkən prezentasiyaların (təqdimatların) hazırlanması da təklif 
oluna bilər. Müəllim sərbəst mövzulara və belə  təqdimatların hazırlanması 
üçün mövzuların seçilməsində kömək edə bilər. Məsələn, tibb elmi ilə bağlı 
mövzular:  “Sözlə necə müalicə etmək olar”, “Həkimin xəstəsi ilə söhbət”, 
“Həyat davam edir”, “Həkimin kodeksi”, “Laboratoriyada”, “Həkim 
müayinəsində”, “Xəstənin şıkayətləri”, “ Hər kəs öz sağlamlığının qayğısına 
qalmalıdır” və s. Tələbələrin vətənpərvərliyini artırmaq üçün onlara başqa 
müxtəlif mövzular təklif olunmalıdır. Məsələn, Azərbaycanın Dövlət 
xadimləri, Respublikamızın  görkəmli  şəxsiyyətləri, milli qəhrəmanlar, 
muzeylər, heykəllər, kitabxanalar və s.Bu nəinki düzgün nitqin 
formalaşmasına kömək edəcək, həm də vətənpərvərliyi artıracaq. 
  Tələbələrin cıxışlarından sonra məruzələrin qiymətləndirilməsi 
təxminən bu  sxemlə aparılmalıdır: 
1.Mövzu və məqsəd maraqlıdırmı? Aktualdırmı? 
2.Girişi maraqlıdırmı?  Diqqəti cəlb etmə üsulundan istifadə olunubmu? Cox 
yorucu deyil ki? 
3.Əsas hissənin planı düşünülmüşdürmü? Materialın hamısı mətləbə 
uyğundurmu?  Nümunələr yetərlidirmi?   Məzmunu konkretdirmi? Məqsədə 
nail olunmuşdurmu? 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə