Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə66/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   62   63   64   65   66   67   68   69   ...   147

Filologiya məsələləri, 2017 
 175
4.Nəticə aydındırmı? Deyilənlərə yekun vurulubmu? 
5.Tələffüz zamanı danışan özünə inanırmı? Duruşu düzgündürmü? Jestlər? 
Nitqin tempi düzgündürmü? Monoton deyil ki? Auditoriya ilə ünsiyyət 
yaradılmışdırmı? Nitq nöqsanları varmı? 
6.Mühazirəçiyə məsləhətlər. 
Məşgələlərdə oyun situasiyalardan istifadəsi dərsi praktiki cəhətdən 
daha da əhəmiyyətli edər. Məsələn, müəllim tələbələrə belə bir oyun 
situasiyasını təklif edə bilər: 
      a)Nitq etiketinin  formullarından istifadə edərək, müraciət edin: 
1) sizə lazım olan xəstəxana şöbəsinin, ordinator, rentgen və tibb 
universitetinin kafedrasının yerini öyrənmək üçün tibb işçisinə
2) müəyyən dərmanların olması, tibb personalının iş qrafiki, xəstənin digər 
palataya keçirilməsi haqqında baş tibb bacısına; 
3) xəstənin yanına baş çəkməyə qələn yaşlı insana; 
4) apteki, sarğı otağını və prosedur kabinetini tapa bilməyən öz palatanızdan 
olan xəstənizə   
      b) Nitq etiketinin formullarından istifadə edərək, salamlaşın: 
1) şöbə müdiri ilə; 
2) poliklinikanın baş həkimi ilə; 
3) baş tibb bacısı ilə; 
4) növbətçi tibb bacısı ilə; 
5) palatanın xəstələri ilə 
      c) Nitq etiketinin  formullarından istifadə edərək, vidalaşın: 
1)  şöbə müdiri ilə; 
2)  palatanızın xəstəsi ilə
3)  pasiyentin qohumları ilə; 
4)
 
iş yoldaşlarınızla  
      d) Pasiyentin şikayətlərinin xüsusiyyətlərindən asılı olaraq təəssüf və 
təsəlli formullarından istifadə edin. Ünsiyyət şəraitinə müvafiq danışığı 
dialog formasında  tərtib edin. 
1)  mən özümü o qədər də yaxşı hiss eləmirəm: boğazım ağrıyır və 
burnum tutulub; 
2)  oynaqlarım ağrıyır və gözlərim qamaşır. Qorxuram ki, bu qripdir; 
3)  ürəyim nəsə narahatdır. Qızdırmam yüksəkdir və titrətmə məni 
narahat edir; 
4)  məni yuxusuzluq narahat edir, pis yatıram; 
5)  öskürəyim keçmir; 
6)  mənə elə gəlir ki, məndə mədə xorasıdır; 
7)  antibiotiklərdən istifadə etməmək olar? 
      e) Mətni oxuyun. Onun məzmununu dialoq formasında verin. 


Filologiya məsələləri, 2017 
 176
      Bir xəstənin sağalmasına ümid verərək həkim onda sağalma əlamətlərini 
axtarırdı. Həkim gah xəstənin nəbzini, gah onun analizinin nəticəsini 
müayinə edərək inandırmağa çalışırdı ki, xəstənin hətta tərləməsi belə 
vəziyyətinin yaxşılaşmasının göstəricisidir. Xəstədən soruşanda ki o, özünü 
necə hiss edir, o, zəif səslə: "Bu sonsuz “sağalmalardan” ölürəm” - deyə 
cavab vermişdir (Emmanuel Kant “Fakültələrin mübahisəsi”). 
 Tələbələr hazırlaşıb bu ünsiyyətin necə keçə biləcəyini təsvir 
etməlidirlər. Belə situasiyalarda həkimin vacib və  əsas xüsusiyyətlərindən 
biri olan eşitmək bacarığına da əsas diqqət yetirilməlidir. Diqqətlə qulaq 
asmaq, eşitmək, situasiyanı tez təhlil edib, cavab vermək bacarığına bugünkü  
tələbələr yiyələnməlidirlər. Bundan başqa, xüsusi jest, mimika və  səsin 
intonasiyası ilə  gələcəyin həkimləri xəstələrə öz mərhəmətini, dərdə 
şərikliyini olmalarını göstərməyi bacarmalıdırlar. 
 
Nəzərə almaq lazımdır ki,  nitq mədəniyyəti fənni ümumi humanitar 
xarakter daşıyır və ixtisas fənlərlə daim əks-əlaqədə olur. Dərslərdə ixtisas 
terminlərinin işlədilməsi ilə yanaşı, nitq mədəniyyətini ixtisas etikası ilə 
əlaqələndirmək olar. Şübhəsiz ki, nitq mədəniyyətinin yüksək səviyyəyə 
qalxması, gözəl, düzgün danışığa yiyələnməsi hər hansı bir mütəxəssisin 
peşəkarlığını qaldırır. Aydın, təsirli, düzgün nitq mədəni insanların  əsas  
göstəricilərindən biridir. 
Azərbaycan dili və nitq mədəniyyəti fənninin  əsas məqsədi – 
tələbələrin savadlı, qüsursuz, düzgün nitqə yiyələnməsi, nitqin inkişafı  və 
təkmilləşdirilməsidir. Bu fənnin öyrənilməsi peşəkarlığı xeyli artırır, 
təcrübənin formalaşmasına təsir göstərir. Tələbələr daim nitqin 
təkmilləşməsi üzərində çalışmalıdırlar və bu işdə mütaliənin, internetin, 
ünsiyyətin böyük rolu var. Dilə diqqətlə yanaşma, onun qorunması nitqin 
təkmilləşməsinə kömək edir. 
Yekün olaraq  qeyd edək ki, mədəni nitq sözlərin düzgün tələffüzü, 
danışıqda sözlərin düzgün seçilməsi və onlardan mənasına uyğun 
istifadəsini, dil vahidlərinin bir-biri ilə düzgün əlaqələndirilməsini tələb edir. 
Hər bir tələbə, gələcəyin ziyalısı ədəbi dilin qaydalarını bilməlidir və onlara 
riayət etməlidir. 
 
СТ.ПРЕПОД.КАДИЕВА С. А. 
 
 
 
 
ATU 
ОШИБКИ В РЕЧИ СТУДЕНТОВ МЕДИЦИНСКОГО 
УНИВЕРСИТЕТА 
И ПУТИ ИХ УСТРАНЕНИЯ 
РЕЗЮМЕ 
Одним 
из 
важнейших 
показателей 
уровня 
культуры 
медицинских  работников,  их    мышления,  интеллекта  является  речь,  с 


Filologiya məsələləri, 2017 
 177
помощью  которой  они  вступают  в  общение  со  своими  пациентами. 
Кроме  того,  речь – это  совместная  деятельность,  которая  не  должна 
вызвать дискомфорта у ее участников. Поэтому необходимым является 
соблюдение  каждым  из  них  норм  речевого  этикета.  Выявление 
действенных  способов  речевого  воздействия  на  пациента  позволяет 
современным врачам так построить общение с пациентами, чтобы оно 
было  максимально  эффективным.  Каждый  врач  должен  знать  тактику 
медицинского  общения,  кроме  того,  уметь  применять  ее  на  практике. 
Соблюдение  правил  вежливости  и  речевого  этикета  в  общении  с 
пациентом,  проявление  заботы  и    уважения  к  нему  является 
обязательным  в  работе  врача.  В  предлагаемой  статье  «Ошибки  в  речи 
студентов  Медицинского  университета  и  пути  их  устранения» 
говорится  о  допускаемых  в  речи  студентов  ошибках  и  о  возможных 
путях  их  устранения.  На  уроках  культуры  речи  особое  внимание 
уделяется выработке навыков слышать, слушать, быстро анализировать 
ситуацию и отвечать. 
 
KADIYEVA S.A. 
ERRORS IN THE SPEECH OF STUDENTS OF THE MEDICAL 
UNIVERSITY AND WAYS TO ADDRESS THEM 
 
SUMMARY 
One of the most important indicators of the level of culture of health 
workers, their thinking, it is the intelligence with which they come into 
contact with their patients. In addition, it - it is a joint operation, which 
should not cause discomfort to the participants. So necessary is to comply 
with each of them the rules of speech etiquette. Identify effective ways to 
impact on the patient's speech allows physicians modern way to build 
communication with patients that it is as effective as possible. 
Every doctor should know the tactics of medical communication, in 
addition, be able to apply it in practice. Compliance with the rules of 
politeness and etiquette of speech in communication with the patient, caring 
and respect for him is a must in the doctor. 
In this article, "Errors in the speech of students of the Medical 
University and the ways to overcome them" refers to the speech of students 
admitted in error and possible ways to address them. On the lessons of 
speech focuses on developing the skills to hear, to listen, to quickly analyze 
a situation and respond.Increasing the level of speech is the main task of this 
subject. 
 
Rəyçi: dos. D.M.Rəhimzadə  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə