Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə67/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   63   64   65   66   67   68   69   70   ...   147

Filologiya məsələləri, 2017 
 178
baş müəl. ƏLIYEVA N.Ə. 
Azərbaycan Tibb Universiteti 
Azərbaycan dili və nitq mədəniyyəti kafedrası 
      
NİTQ MƏDƏNİYYƏTİ VƏ OBRAZLILIQ 
 
Açar sözlər: nitq, mədəniyyət, obrazlılıq, bədiilik, metod 
Ключевые  слова:  речь,  культура,  образность,  художественность, 
метод 
Keywords: speech, culture, figurative, imagery, art, method 
 
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin  ən vacib və 
aparıcı  tərkib hissələrindən biridir. Belə yüksək keyfiyyətə yiyələnən  şəxs 
cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində  fəal və məhsuldar 
iştirak etmək imkanına malik olur. Xüsusən ziyalıların nitq mədəniyyətinə 
yiyələnməsi vacib sayılır. Yazıçılar,  şairlər, müəllimlər, aktyorlar, radio və 
televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları sözlərinin təsirliliyi, obrazlılığı, 
ifadəliliyi, məntiqliyi, zənginliyi ilə  fərqlənməlidirlər. Başqaları isə onların 
danışığından, oxusundan, yazdıqlarınlan nümunə götürməli və 
faydalanmalıdırlar.   
Məlumdur ki, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sitemi ilə 
təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu 
ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.Hər 
hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. 
İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, 
onlara bələd olmaq üçün hər  şeydən  əvvəl, ünsiyyətə girmək, təmasda olmaq 
lazımdır. Antik dövrün böyük filosofu Sokrat vurğulamışdır: «Ey insan, danış, 
səni tanıyım». Həzrəti  Əli buyurmuşdu ki, hər kəs öz dilinin altında gizlənib. 
Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur.  
Tarixi inkişafın bütün mərhələlərində    nitqə, onun gözəlliyinə xüsusi 
diqqət yetirilmiş, qiymət verilmişdir. Qobusnamədə deyilir: «Sözü ən gözəl 
tərzdə söyləmək lazımdır ki,  həm söz anlayan olasan, həm də söz anladasan». 
N.Tusinin  danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün 
də  əhəmiyyətlidir.  O, demişdir: Az danışmağı, susmağı, soruşanda cavab 
verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, yersiz kəlmələr 
işlətməkdən çəkinməli, gözəl, zərif, xoş  kəlamlardan istifadə etdikdə 
təriflənməli və belə adət etməyə hüsn-rəğbət oyatmalıdır. Özünə, müəllimə, 
özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Maraqlı və 
canlı danışıq səslərin  deyiliş  tərzi, işlənmə forması ilə çox bağlıdır. 
K.S.Stanislavskinin dediyi kimi «sadə  və gözəl danışığı bacarmaq özü bir 
elmdir. Və onun xüsusi qanunları var.  


Filologiya məsələləri, 2017 
 179
Görkəmli rus yazıçısı A.P.Çexov «Gözəl danışığa etinasız yanaşan 
adamların özlərini insana layiq ola biləcək ali, nəcib bir sözdən məhrum 
etdiklərini söyləmişdir». Bir latın atalar sözündə deyilir ki, şair anadan şair 
doğulur, natiqlər isə  tədricən yetişir.Buradan aydın şəkildə  bəlli olur ki, gözəl 
danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim 
zamanlarda yaranmış bir zərb-məsəldə deyilir:  «Sözün zahiri zərif,  batini lətif 
olmalıdır».Fransız yazıçısı  V.  Hüqo  yazırdı ki, yaşadığımız dünyada səmadan 
da gözəl mənzərə  vardır. Bu insan qəlbinin dərinliyidir. Həmin dərinliyə baş 
vura bilmək üçün gözəl danışmağı, dinləməyi bacarmaq lazımdır. 
Bir şeirdə deyildiyi kimi: 
Sözü çöz,  sonra söylə, 
Üzə söylə, qeybət olmasın 
Elə söylə ki, xoş gəlsin sənə, həm əğyara 
İşarə ilə söylə, rəmzlə söylə 
Ancaq səddini çək sonra söylə… 
Bir faktı vurğulamaq lazımdır ki, dilin gözəlliyi ilk növbədə bədii təsvir 
vasitələrindən yerli-yerində, hərtərəfli, geniş istifadə etməkdən bəhrələnir.Dili 
zənginləşdirən, zinnətləndirən onun obrazlılığıdır. Bu xüsusiyyət özünü bədii 
əsərlərdə xüsusilə aydın şəkildə göstərir. 
Azərbaycan  şifahi xalq ədəbiyyatı inciləri obrazlılığa  ən yaxşı 
nümunədir. Azərbaycan  ədəbiyyatının klassikləri həmişə sözə yüksək qiymət 
vermiş, ondan düzgün istifadə etməyi vurğulamışlar.Dahi Nizaminin «Az 
danışmağın gözəlliyi» şeirində sözə, obrazlılığa verdiyi qiymət bu gün də məna 
tutumunu qoruyub saxlayır və söz sənəti xiridarları üçün ən yaxşı nümunədir: 
Sözün də su kimi lətafəti var,  
Hər sözü az demək daha xoş olar.  
Bir inci saflığı varsa da suda 
Artıq içiləndə dərd verir bu da 
İnci tək sözlər seç, az danış, az din, 
Qoy az sözlərinlə dünya bəzənsin. 
 Həqiqi sözün, obrazın min il əvvəlki təbiəti, tarixi, keçmişi, etnoqrafiyanı,  ilin 
fəsillərini yaşatmaq, gələcək nəsillərə çatdırmaq kimi ecazkar qüvvəsi vardır. 
Dahi Nizaminin «Xosrov və  Şirin» poemasında Bərdə  şəhəri, torpağı, 
təbiəti haqqında söylədiyi sətirlər obrazlılığın zirvəsidir. 
     Bərdə nə gözəldir, necə qəşəngdir
Yayı da, qışı da güldür, çiçəkdir. 
İyulda dağlara lalələr səpər 
Qışını baharın nəsimi öpər 
O yaşıl meşəsi cənnətə bənzər, 
Şən ətəklərinə bağlamış kövsər 
Söyüdlük çöllərə vermişdi zinət. 


Filologiya məsələləri, 2017 
 180
Fikrimizcə, obrazlılıq yenilikdir, yeni nəfəsdir. Barsız söyüdün susuz 
çöllərə zinət verməsi sadə, əməksevər insanların zəhmətinin bəhrəsidir, onlara 
böyük şair hörmətinin, ehtiramının nəticəsidir.Nizamnin şeirlərindəki obrazlılıq, 
ifadəlilik, sadə əmək adamlarına məhəbbət  XX əsrdə Səməd Vurğun tərəfindən 
«Muğan» poemasında düzgün ifadə olunmuşdur. 
Susuz torpaq kimi sevinir torpaq 
O insan əliylə şəfa tapacaq. 
Azərbaycan  ədəbiyyatında sözü yerdən göylərə qaldıran,  onu 
möcüzələr, əfsanələr aləminə aparan Füzuli «Söz» qəzəlində yazırdı: 
«Xəlqə ağzın sirrin hər dəm qılır izhar söz, 
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?? 
Ver sözə ehya ki, tutduqca səni xabi əcəl, 
Edə hər saət səni ol uyqudan  bidar söz». 
XVII-XIX  əsrlərdə Azərbaycan aşıq  ədəbiyyatını yeni, daha uca 
zirvələrə qaldırmış Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq 
Alının, Aşıq Ələsgərin yaradıcılığında obrazlılıq əhəmiyyətli yer tutur. 
Bir faktı vurğulamaq lazımdır ki, sonrakı illərdə  də obrazlılıq 
Azərbaycan  ədəbiyyatında  əsas təsir və ifadə vasitələrindən biri olmuşdur. 
Şərqdə ilk komediyanın müəllifi olan M. F. Axundov əsərlərində hər tipi öz dili 
ilə danışdıraraq  forma və  məzmun vəhdəti yaratmışdır.  Yazıçı, canlı xalq 
danışıq dilindən, atalar sözlərindən, zərb məsəllərdən bəhrələnmişdir. Bu gün də 
dramaturqun yaratdığı obrazlar milliliyi, koloritliyi, canlılığı, sadəliyi və ifrat 
dərəcədə azərbaycanlılığı ilə oxucuları təəccübləndirir.  
XIX əsr Azərbaycan həyatının ən kiçik zərrəciyi belə M. F. Axundovun 
nəzər– diqqətindən yayınmamışdır. Yazıçının komediyaları XIX əsr 
Azərbaycan həyatının güzgüsüdür– desək,  səhv etmərik. «Hacı Qara» 
komediyasında Heydər bəyin, Hacı Qaranın monoloqu iqtisadi, siyasi, mədəni, 
məişət həyatının çətinliyinin, mürəkkəbliyinin necə  də dolğun  şəkildə  əks 
etdirildiyindən xəbər verirdi.  
  Heydər bəy:«Pərvərdigara, bu necə  əsrdir? Bu necə  zəmanədir? Nə at 
çapmağın qiyməti    
var, nə  tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan 
sabahadək arvad kimi dustaq alaçığın içində oturaram. Dövlət dəxi hardan 
olsun, pul hardan olsun? Ah, keçən günlər, keçən dövrlər! Hər həftədə, hər ayda 
bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq 
olur, nə ordu dağıtmaq olur».  
 Hacı Qara:«Allah kəssin belə bazarı! Belə alış- verişi!  İt oğlu qədək,  şilə 
verənin əli    
qurğuşun imiş! Üç aydır satmamışam. Zalım oğlu, yüz yol qurana, peyğəmbərə 
and içdi ki, çox rəvac maldır. Ağcabədi bazarında hamısını satarsan. Üç gün 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə