Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə69/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   65   66   67   68   69   70   71   72   ...   147

Filologiya məsələləri, 2017 
 184
 NAİLƏ QƏDİMOVA 
ADİU 
nailə.@.mail.ru. 
 
   İNGİLİS DİLİ MƏNŞƏLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN    
AZƏRBAYCAN DİLİNƏ  TƏRCÜMƏSİNİN  METOD VƏ ÜSULLARI  
 
Açar sözlər: frazeologizm, tərcümə, xüsusiyyət, növ, mürəkkəb, qrammatik 
Key words: phraseologism, translation, feature, type, complex, grammatical 
Ключевые  слова:  фразеологизм,  перевод,  особенность,  вид,  сложный, 
грамматических 
 
İngilis dilinin frazeologizmləri öz zənginliyi və mgliyi ilə digər dillərin 
frazeologizmlərindən fərqlənir. Bu frazeologizmlərin başqa dillərə tərcüməsi 
dilçilikdə  ən mühüm və mürəkkəb məsələlərdən biridir. İstər ölkəmizdə, 
istərsə  də xaricdə ingilis dili frazeologizmlərinin tərcüməsi işinə xüsusi 
diqqət yetirilir. Onların başqa dillərə tərcüməsi çox çətin və məsuliyyətli bir 
işdir. Görkəmli yazıçı M.Qorki belə hesab edirdi ki, hər hansı fikri tərcümə 
etmək üçün hər bir dilin kifayət qədər imkan və vasitəsi vardır. Bü muddəa 
eyniliyə azərbaycan dilinə də aidola bilər. Tərcümə göstərir ki, dünyanın ən 
zəngin dillərində verilmiş elə bir fikir tapmaq çətindir ki, onu bizim 
dilimizdə ifadə etmək qeyri-mümkün olsun. Bununla belə, ingilis dilində 
olan frazeologizmləri azərbaycan dilinə  tərcümə edərkən müəyyən 
çətinliklərə  də  təsadüf olunur ki, bu çətinliklər ingilis dili ilə azərbaycan 
dilinin lüğət tərkibi və qrammatik quruluşu arasındakı  fərqdən irəli gəlir. 
İngilis dilindəki sabit söz birləşmələrinin azərbaycan dilindəki qarşılığı ilə 
tam, eyni ilə uyğun gəlməməsinin əsas səbəbi onların ingilis dilinin qayda-
qanunları əsasında, xalqın həyat tərzindən, məişətindən, dünyagörüşünə təsir 
edən amillərdən asılı olaraq həmin dilin yüz illər boyu davam edən tarixi 
inkişafı  nəticəsində sabitləşməsidir. Buna görə  də frazeologizmlərin 
lüğətlərdə  dəqiq qarşılığının verilməsi, demək olar ki, mümkün deyil. 
Frazeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini, nəhayət 
dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını  əks 
etdirdiyindən belə ifadələr Azərbaycan dilinə tərcümə edilərkən orijinaldakı 
xüsusiyyətlərinin hamısını eyni dərəcədə saxlamaq imkanı xaricindədir. 
Digər tərəfdən, sözün daxili formasında və bir sıra başqa hadisələrdə 
dillər arasındakı yalnız ayrılan cəhətlərin deyil, həm də uyğun gələn 
cəhətlərin frazeologizmlərdə mövcud olmasını görməmək olmaz. Belə ki, 
frazeologizmlərin leksik vahidlərinin mənalarını  hər iki dilə  məxsus 
lüğətlərlə tutuşdursaq, onlar arasında müəyyən məna yaxınlığı tapmaq olar. 
Müxtəlif dillərə məxsus frazeoloji birləşmələrin məna və formaca bəzən bir-


Filologiya məsələləri, 2017 
 185
birinə uyğun olması insan təfəkkürünün eyni istiqamətdə, eyni qanunlar üzrə 
inkişaf və  təkamül etməsini göstərən  əlamətlərdən biridir. Burada həm də 
oxşar tarixi şəraitin, mənəvi yaxınlığın rolu böyükdür. Buna görə  də, 
müxtəlif dillərdə  həm semantik-üslubi, həm də formaca bir-birinə uyğun 
gələn frazeologizmlərin tərcüməsi o qədər də  çətinlik törətmir. Belə 
tərcümədə yazıçının demək istədiyi fikir dəqiq çatdırılır,  əsərin bədii 
emosionallığı qorunub saxlanılır. 
Frazeologizmlərin yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri 
onların verilmiş  mətndən düzgün seçilməməsi, səröəst söz birləşmələri ilə 
qarışdırılmasıdır. Digər bir səbəb isə  tərcüməçinin seçilmiş bu 
frazeologizmləri yalnız lərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə 
gətirib çıxarır. Buna görə  də, frazeologizmlərin tərcüməsində  səhvə yol 
verməmək üçün tərcüməçi ilk növbədə onları verilmiş  mətndən düzgün 
seçməli, onları düzgün dərk etməli və orijinaldakı fikri təhrif etmədən ifadə 
edə bilməlidir. Onun orijinalda təsvir olunan xalqın həyatını  və milli 
varlığını  təşkil edən xüsusiyyətlərini bilməsi vacibdir. Frazeologizmlərin 
tərcüməsi zamanı lüğətdən düzgün istifadə olunmalı, dil və üslubi 
məsələlərinə  dərindən diqqət yetirilməlidir. Frazeologizmlərin tərcüməsi 
dedikdə hər şeydən əvvəl aşağıdakı iki başlıca moment nəzərdə tutulur: 
a) tərcümə olunacaq frazeologizmi tam başa düşmək
b) başa düşülmüş frazeologizmin adekvat şəkildə ana dilində ifadə 
olunması. 
Bu iki momentin vəhdətindən ibarət olan tərcümə prosesində ingilis 
dilində söylənilmiş frazeologizm semantik, stilistik və qrammatik nöqteyi-
nəzərdən təhlil olunurn, həmir birləşmənin leksik mənası  və üslubi  
xüsusiyyəti ilə yanaşı, onun qrammatik  məna və  vəzifəsi müəyyən edilir. 
Bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə ingilis dilində 
söylənmilmiş frazeologizm ana dilindəki ifadə vasitələr ilə 
müəyyənləşdirilir. Bütün tərcümə prosesi tutuşdurma və müqayisə əsasında 
gedir.Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis 
dilinin frazeologizmləri ilə Azərbaycan dilinə frazeologizmləri arasındakı 
əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər tərcümə nöqteyi-
nəzərdən iki qrupa bölünürlər: 
1)ekvivalent frazeologizmlər;2)ekvivalentsiz frazeologizmlər.3)Ekvivalent 
frazeologizmlər. 
Tərcümə olunduğu dildə ekvivalent olan frazeologizmdərə ekvivalent 
frazeologizmlər deyilir. Bu frazeologizmlərin iki növü var: tam frazeoloji və 
natamam frazeoloji ekvivalentlər. 
Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə 
məna, leksik tərkib, bədiilik, qrammatik quruluş  və üslubi çalarlıq 
baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və 


Filologiya məsələləri, 2017 
 186
yaxud üst-üstə düşən, dildə hazır  şəkildə olan frazeologizmlər daxildir. 
Bunlara aşağıdakı frazeologizmləri misal göstərmək olar: 
achilles heel – axilles dabanı; augean stables – agin tövlələri; to show 
somebody the door – bir kəsə qapını göstərmək (bir kəsi qovmaq); as cold as 
ice – buz kimi soyuq; the iron heel – dəmir dana (imperializm); in the sweat 
of one
′ s brow – alının təri ilə; a labour of Sisyphus – sizin əməyi; in the 
seventh heaven – göyün yeddinci qatında; to frown one
′ s eyebrows – 
qaşlarını çatmaq; Lares and Penates – larlar və penatlar; a labor of Hercules 
– hekrules əməyi; to stick like a leech – zəli kimi yapışmaq; to dig a pit for 
somebody – bir kəsə quyu qazmaq; to gnash the teeth – dişlərini 
qıcırdatmaq. 
Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin 
tərkibinə isə  tərcümə olunduğu dilin frazeologimzləri ilə  bədiilik və  məna 
baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir. Tərcüməçi 
bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyni, emosionallığını 
də  nəzərə almalıdır. Natamam frazeoloji ekvivalentlərə  aşağıdakı 
frazeologizmləri misal göstərə bilərik: 
to be in black book – qara siyahıda olmaq; golden opportunity – gözəl 
fürsət; to be in pins and needles – tikan üstündə oturmaq; tof all on stony 
ground – boşa çıxmaq; to have pity on (smb.) – bir kəsə ürəyi yanmaq; to 
catch somebody red-handed – bir kəsi cinayət üstündə yaxalamaq; to call a 
spade – necə var, elə demək; one swallow does not make a summer – bir 
güllə bahar omaq; to burn the candle at both ends – ömrünü puç etmək; 
between hammer and anvil – od ilə su arasında; to make a monkey out of 
somebody – bir kəsi ələ salmaq; fly off the handle – özündən çıxmaq; small 
talk – boş sözbət. 
Natamam frazeoloji ekvivalentlər özləriilə üç qrupa bölünür. Birinci 
qrup natamam frazeoloxi ekvivalentlərin tərkibinə  tərcümə olunduğu dilin 
yaxın olan, lakin leksik tərkibinə görə  fərqlənən frazeologizmlər daxildir. 
Məsələn: a wlof in sheep
′ s clothing – qoyun dərisi geymiş canavar; the 
game is not worth the candle – əl bulamağa dəyməz; the talk of the town – 
dillərə dastan; don
′ t count your chickens before they are hatched – cücəni 
payızda sayarlar; the first portent – müjdəçi, ilk əlamət. 
Üçüncü qrup natamaam frazeoloji ekvivalentlər tərcümə olunduğu dilin 
frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik 
baxımından fərqlənən frazeologizmlərdir. Məsələn: to spread before the eye 
– elə bil ovcumun içindədir; as old as hills – dünya qədər qoca; be born with 
a silver spoon in one
′ s mouth – xoşbəxt ulduz altında doğulmaq. 
 2. Ekvivalentsiz frazeologizmlər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə