Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   2   3   4   5   6   7   8   9   10   ...   147

Filologiya məsələləri, 2017 
 18
 
RƏHİLƏ HÜMMƏTOVA 
     ADPU 
     
 
İMADƏDDİN NƏSİMİ POEZİYASINDA TEMPORALLIĞIN 
QRAMMATİK FORMALARLA  İFADƏSİ  
       
Ключевые  слова: Насими поэзия, понятие времени, когда граммати-
ка, грамматические формы, глагольные фото 
Keywords: Nasimi poetry, the concept of time, when grammar, grammatical 
forms, verb photos 
 
XIV yüzilliyin böyük filosof şairi  İmadəddin Nəsimi Azərbaycan 
ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyamızın əsasını qoymuşdur. Həm fars
həm də ana dilində divan yaradan şairin ölməz misraları xəlqiliyi, dil-ifadə 
və üslub gözəlliyi, forma və  məzmun vəhdəti ilə könülləri riqqətə  gətirir. 
Nəsimi poeziyası məhəbbət və gözəllik, ilahi və dünyəvi eşq,  ağıl və idrak 
fəlsəfəsinin harmoniyasından yoğurulmuşdur. Bu dahi sənətkarın əbədiyaşar 
şeirləri bu gün də öz təravət və ətrini onu duyan qəlblərə bəxş edir. Nəsimi 
poeziyası oxucuya  humanizm, müdriklik, saf duyğular aşılayır, məslək və 
əqidə döyüşlərində dəyanət, dönməzlik, mənəvi ucalıq hissləri yaradır.  
 “Günəş batanda saralar, ancaq Nəsimi sənəti saralmır, solmur, əksinə 
gündən-günə parlayaraq yeni-yeni üfüqlərə  işıq saçır. Zəmanəsinin eşq 
günəşi kimi parlayan şair orta çağların poeziya göylərinə bir aydınlıq, şəfqət 
gətirmiş, ana dilimizi və  bədii sözümüzü yeni-yeni zirvələrə qaldırmışdır ” 
(1, səh. 22). 
Orta çağlarda yaşamasına baxmayaraq, Nəsimi zamanların  şairidir. 
Zamanın fövqündə dayanan Nəsimi poeziyasında zaman anlayışının 
(temporallığın) ifadəsi olduqca zəngindir.  Şairin misralarında temporallıq 
müxtəlif dil vahidləri ilə – leksik, morfoloji, sintaktik vahidlərlə ifadə 
edilmişdir. Xüsusilə qrammatik zaman misralardakı  əsas zaman 
məzmununun yaradılmasında xüsusi bir lay təşkil edir. Qrammatik zaman  
keçmişdə icra olunmuş, indi icra olunan, gələcəkdə icra olunacaq işin zamanı 
ilə icra olunmuş, olunan və olunacaq iş, hal və  hərəkət haqqında məlumat 
verilən vaxt arasındakı zamandır və hər bir zamanın özünəməxsus morfoloji 
göstəriciləri vardır. Felin zaman şəkilçiləri: indiki zaman (-ır, -ir, -ur, -ür, -r); 
keçmiş zaman – nəqli və şühudi keçmiş zaman (-mış, -miş, -muş, -müş; -ıb, -
ib, -ub, -üb; -dı,-di, -du, -dü); gələcək zaman, xüsusilə qeyri qəti gələcək 
zaman şəkilçiləri, (-ar, -ər, -r) Nəsimi poeziyasında  üstün mövqedə dayanır.  
Nəsimi yaradıcılığında temporallığın morfoloji əlamətlərlə ifadəsini  
nəzərdən keçirək: 


Filologiya məsələləri, 2017 
 19
Keçmiş zamanın morfoloji əlamətləri. Şühudi keçmiş zaman 
Şühudi keçmiş zaman iş, hal və  hərəkətin  şahidlik yolu ilə icra 
olunduğunu bildirir. Bu zamanda iki iş özünü göstərir. Biri keçmişdə icra 
olunmuş iş, digəri isə həmin iş barəsində şahidlik yolu ilə məlumat verilən iş. 
Şühudi keçmiş zaman -dı, -di, -du, -dü  şəkilçiləri ilə formalaşır: yazdı, 
gəldi, oxudu gördü və s.  Şühudi keçmiş zamanda olan iş, hal və  hərəkət 
bütün  şəxslər üzrə  dəyişir: yazdım, gəldin, gəldik, gördünüz, oxudu, 
oxudular. 
İ. Nəsimi poeziyası üzərində aparılan araşdırmalar onu deməyə  əsas 
verir ki, şühudi keçmiş zamanın morfoloji əlaməti müasir ədəbi 
dilimizdəkindən fərqlənmir. Hər üç şəxsin iştirakı  və  şahidliyi ilə  iş, hal, 
hərəkət icra edilir. Bəzən danışanın özü keçmişdə icra olunmuş işin, prosesin 
bilavasitə iştirakçısı və şahididir: 
  
 Könlümü viran eylədim, mehrin yerin can eylədim
 Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə   (səh. 62). 
     
 Bəzən danışan II şəxsin təki tərəfindən icra olunmuş  iş  və  hərəkətin 
şahidi olur: 
 
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!  
Ey şəkərləb yari-şirin laməkanım, mərhəba!(səh. 25). 
  
Bəzən  danışan III şəxsin təki tərəfindən keçmişdə icra olunmuş  işi 
şahidlik yolu ilə bildirir. Danışanın şahidliyi ilə iş, hal, hərəkətin III şəxsin 
təki tərəfindən icra edilməsi Nəsimi poeziyasında üstün mövqedədir: 
 
Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa, 
Yıxdı məmur şəhrini, gör necə viran eylədi  (səh. 111). 
 
Bəzən iş, hal və  hərəkətin icrasında bir neçə  şəxs iştirak edir və bu 
şəxslər qeyri-müəyyəndir. Danışan işi özünün bilavasitə şahidliyi ilə çatdırır: 
 
  Dişlərin nəzminə dürdanəvü gövhər dedilər, 
  Görcək üzünü xəlq ayəti-əkbər dedilər (səh. 274). 
 
Bəzən də  şühudi keçmiş zamanda bir işin icrası  nəticəsində yeni bir 
işin icra olunması üçün şərait yaranır. Proses bu şəkildə ardıcıl olaraq 
növbələşir: 
    Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar, 
    Şol səbəbdən könlümün halı pərişan oldu, gəl!    (səh. 127) 


Filologiya məsələləri, 2017 
 20
Nəsimi poeziyasında  şühudi keçmiş zaman, qeyd edildiyi kimi bütün 
şəxslər üzrə dəyişir. 
Nəqli keçmiş zaman. Bu zaman əvvəlcə icra olunmuş bir iş haqqında 
xəbər verilən zaman şahidlik vermədən, müşahidəçi olmadan, yalnız işin, hal 
və  hərəkətin icrasının nəticəsini bildirən zaman arasındakı vaxtdır. Yəni iş 
əvvəlcə icra olunur, sonra heç bir şahidlik olmadan həmin işin icrası  nəql 
olunur. Nəqli keçmiş zaman -mış,-miş, -muş, -müş; -ıb, -ib, -ub, -üb 
şəkilçiləri ilə formalaşır: almışam, alıbsan və s. Bütün şəxslər üzrə dəyişir. 
İ.Nəsiminin  şeirlərində -mış4, -ıb4  şəkilçiləri ilə formalaşan nəqli 
keçmiş zaman müasir ədəbi dilimizdəki kimidir: 
 
  Saqi, ləbindən əsrimişəm şol qədəhdən uş, 
  Məstanə gözlərin kibi məstanəyəm yenə (səh. 68). 
 
Beytin mənası belədir: Saqi (şərabpaylayan), o qədəhdən – şərabdan 
artıq dodağından sərxoş olmuşam. Sərxoş, kefli gözlərin kimi mən yenə 
sərxoşam. “Əsrük”, “əsrimək” qədim türk leksik yayında işlək vahid olub, 
“sərxoş”, “cöşub-daşan”, “kefli”  mənalarını bildirir. “Məst” leksik vahidi isə 
mənşəcə fars dilinə  mənsub olub “sərxoşluq”, “keflilik” mənalarını ifadə 
edir. Göründüyü kimi, dahi söz ustadı eyni lüğəvi mənaya malik olan 
vahidləri mənşəcə türk və fars dilindən götürməklə  həm təkrara yol 
verməmiş, həm də beytin poetik tutumunu qüvvətləndirmişdir.  -miş 
şəkilçisinin yaratdığı  təəssürat lirik qəhrəmanın ovqatı ilə üst-üstə düşür.  
Əsrimişəm feilindəki  -miş  şəkilçisi göründüyü kimi, iş  və  hərəkətin qəti 
olaraq bitməsini deyil,  yalnız işin, hal və  hərəkətin icrasının nəticəsini 
bildirir.  
Nəsimi bəzən də nəqli keçmiş zaman şəkilçisi ilə icra olunmuş iş, hal 
və hərəkətin artıq bitdiyini, qurtardığını qəti olaraq bildirir: 
 
    Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə
    Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə (səh. 62) 
 
Beytin mənası:  Ənbər qoxulu saçların (saç əvəzinə sünbül verilərək 
güclü metafora yaradılmışdır) parlaq günəşin (üzünün) üstünə düşmüşdür. O 
qayda ilə (o cür) gözəl qoxulu xalın açılmış gül yarpağının üstünə 
düşmüşdür. Göründüyü kimi, “düşmüş” feli ilə  iş  və  hərəkətin bitdiyi qəti 
olaraq öz əksini tapır. 
      
Və yaxud: 
Gözlərin süzmüş və üzmüş canını aşiqlərin 
Asılı zülfündə yüz min Şiblivü Mənsur idi (səh. 106). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə