Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə77/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   73   74   75   76   77   78   79   80   ...   147

Filologiya məsələləri, 2017 
 206
дивизия") adlanan keçmiş Tatar süvari alayının  əsgərlərindən 
formalaşdırılmış  və general Əliağa  Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman 
korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə 
Azərbaycan korpusu" yaradıldı.  İyulun 11-də hökumət fərmanı ilə  hərbi 
səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə 
anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa 
çağırıldılar. 
1920-ci ildə Azərbaycan Sovet Rusiyası  tərəfindən işğal edildikdən 
sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya 
Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 
15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət 
müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin 
qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində 
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını 
həyata keçirdi. 
Şuşa  şəhəri yaxınlığındakı Daşaltı kəndini  ələ keçirmək 
məqsədilə  həyata keçirilən Daşaltı  əməliyyatı uğursuzluqla nəticələndi. 
Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının 
rəhbərliyi altında desant qoşunları yaradıldı  və  Xəzərdə  hərbi donanmanın 
komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 
1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan 
Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il 
tarixli prezident fərmanı ilə  həmin fərman qüvvədən düşürülərək 26 
iyun tarixi  Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin 
yanvarında Azərbaycan sülhməramlı qüvvələriyaradılmışdı. 
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci 
ildə baş tutub. Həmin ilin fevral ayında  İsrailin Israeli  Aerospace 
Industries (İAİ) adlı iri hərbi-sənaye  şirkəti Azərbaycana pilotsuz kəşfiyyat 
təyyarələrinin  ən yeni versiyalarının və  ən müasir Hava Hücumundan 
Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə 
bağlayıb.  İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı 
həmkarlarına yeni silah sistemləri ilə  işləməyi öyrətmək üçün Bakıya 
göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket 
zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların 
alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən 
HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri 
Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir. 
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə 
Tərəfdaşlıq Proqramı  çərçivəsində  əməkdaşlıq edir, bundan başqa 
Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də  əlaqələri var. 
Başqa ölkələrlə  əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da 


Filologiya məsələləri, 2017 
 207
yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam 
şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində 
Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında 
iştirak edirlər. Sülh Naminə  Tərəfdaşlığın  ən işlək mexanizmi olan Fərdi 
tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. 
Hər il NATO-Azərbaycan arasında olan 
Fərdi Tərəfdaşlıq 
Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən 
çox  şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə  tədris tədbirləri və  təlimlərdə 
iştirak edir. 1997-ci ildən etibarən Heydər  Əliyev adına Azərbaycan Ali 
Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi 
Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və  Tədris 
Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-
ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır. Yaxın vaxtlarda bu 
plan Azərbaycan prezidenti İlham Əliyevtərəfindən təsdiqlənəcək. 
 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı 
Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu 
tərkibində sülhməramlı  fəaliyyət aparırlar. Azərbaycan Silahlı Qüvvələri 
tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, 
sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. 
 Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Koso-
voda beynəlxalq  əməliyyatlarda iştirak etmişdir. 4  mart 2008-ci  ildə 
Azərbaycan Respublikasının Milli  Məclisi 1999-cu  ilin  sentyabrından 
Kosovada yerləşən Azərbaycan sülhməramlı qüvvələrinin geri çağrılması 
barədə  qərar qəbul edib. Buna səbəb Kosovada sülhməramlı  əməliyyat 
keçirilməsi üçün mandat verən BMT  Təhlükəsizlik  Şurasının qətnaməsinin 
pozulması və Kosovonun müstəqil dövlət elan edilməsidir. 
 Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda beynəlxalq 
əməliyyatlarda iştirak edirlər. 
 Daxili  Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin  əsas 
prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının 
1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur. Şəxsiyn, cəmiyyətin və 
dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və 
azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət 
obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata 
keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai 
təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, 
habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi 
üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə 
olunmasını  təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin 
vahid sisteminin mühüm struktur hissələrind biridir. Daxili Qoşunlar 1991-ci 
ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə