Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə84/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   80   81   82   83   84   85   86   87   ...   147

Filologiya məsələləri, 2017 
 222
 
  ZAMİRƏ MƏMMƏDOVA 
   ADİU   zamirə.@.mail.ru. 
  
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TƏRCÜMƏ TARİXİNİN 
TƏDQİQATI VƏ ONUN BƏZİ PROBLEMLƏRİ 
 
Açar sözlər:  Azərbaycan dili, ingilis dili, tərcümənin tədqiqatı, bədii 
ədəbiyyat, dünya klassikləri. 
Ключевые слова: Азербайджанский язык,язык,исследования 
перевода,художественная литература,мировые классики. 
Key words: English, Azerbaijani, investigation of the translation,art 
literature,world classics. 
 
Dünya klassiklərinin dilimizə  tərcümə  işi XX əsrin  əvvəllərindən 
başlanmışdır. O hələ  də davam etməkdədir. Müasir tərcümə  əvvəlkilərdən 
özünün rəngarəngli, dərin məzmunu, fikir dolğunluğu və zəngin ifadələri ilə 
oxucuların tələblərinə tam cavab verir. 
Müasir dövrümüzdə  şifahi tərcümə heç də yazılı  tərcümədən az 
əhəmiyyət kəsb etmir. Çünki şifahi tərcümə vasitəsilə dövlət rəhbərləri öz 
görüşləri zamanı daha vacib dünya əhəmiyyətli məsələlərin həllinə asanlıqla 
nail olurlar. Buna misal olaraq son dövrlərdə dövlət başçımızın müxtəlif 
dövlətlərlə və onları təmsil edən şirkətlərlə, kompaniyalarla bağladığı böyük 
sazişləri misal göstərmək olar. 
Şifahi tərcümənin bir əhəmiyyəti də ondadır ki, onun vasitəsi ilə xarici 
dildən ana dilinə, ya da əksinə tərcümə olunur ki, ba da iki müxtəlif dillərdə 
danışanlar arasında bir vasitəçi rolunda çıxış edir. Tərcümə xalqlar və dillər 
arasında körpüdür. Bu körpü vasitəsi ilə xalqlar bir-biri ilə dostluq, qarşılıqlı 
anlaşma, elmi, siyasi, mədəni və digər bu kimi əlaqələrini daha da inkişaf 
etdirir və möhkəmləndirir. Odur ki, müasir dövrümüzdə ikitərəfli tərcümənin 
rolu  əvəz olunmazdır. Tərcümə vasitəsi ilə ölkəmizdə böyük kontaktlar, 
sazişlər imzalanır. Bunlar da iqtisadiyyatımızın inkişafına öz müsbət təsirini 
göstərir. Buna misal olaraq müxtəlif neft kontaktlarını, ipək yolu szişini və 
başqalarını göstərmək olar. 
Hələ ən qədim dövrlərdən bütün xalqlar ədəbi nümunələrin öz dillərinə 
tərcümə etmişlər və bu zəmində xalqlar arasında  ədəbi-mədəni  əlaqələr 
qurulmuşdur. Məhz buna görə  də müxtəlif xalqların müxtəlif dövrlərdə 
edilmiş  bədii tərcümələrində  bəzi oxşar cəhətlər tapmaq mümkündür. Bir 
qayda olaraq hər bir xalqa ədəbiyyatın təşəkkülü dövrü qonşu xalqlara 
məxsus  ədəbi nümunələrin tərcüməsiylə müşayiət olunur və  tərcümə 
praktikası get-gede genişlənir. Demək olar ki, tərcümə olunmuş nümunələr 


Filologiya məsələləri, 2017 
 223
tərcümə edən xalqa məxsus  ədəbi nümunə kimi qəbul olunur və xalqın 
mənəvi cəhətdən zənginləşməsində mühüm rol oynayır. 
Dünya xalqlarının inteqrasiya prosesində  tərcümə nümunələrinin həm 
kəmiyyət, həm də keyfiyyət baxımından dəyişməsini müşahidə etmək olar. 
XX əsr “Tərcümə yüzilliyi” də adlanır. Bu əsrdə bədii tərcümə xalqlar 
arasında informasiya mübadiləsi və kimmunikasiyaya çevrildi. 
XX  əsrin 30cu illərində  Qərbi Avropa ədəbiyyatının klassik 
nümayəndələrinin, məsələn  Şekspir,Dikkens, Bayron və digərlərinin 
əsərlərinin tərcüməsi prosesində “texnoloji dəqiqlik” prinsipinin üstün 
cəhətləri və çatışmazlıqları ilə bağlı diskussiyalar geniş vüsət aldı. 
“Texnoloji dəqiqlik” konsepsiyanın tərəfdarları orijinalın bütün cəhətlərini 
qoruyub saxlamağa çağırırdılar. Onlar tərcüməni sənət yox “dəqiq elm” elan 
edirdilər. 
Ayrı-ayrı xalqların yaratdığı gözəl sənət  əsərləri tərcümə vasitəsilə 
müxtəlif dillərə  tərcümə olunurvə xalqlar bir-birinin zəngin  ədəbiyyatı ilə 
yaxınış olurlar. Tərcümə  ədəbiyyatı xalqlar arasında mədəni  əlaqələrin 
sıxlaşmasına səbəb olur, dostluğu, əməkdaşlığı daha da möhkəmləndirir. 
Dilçilikdə belə bir qəti fikir də vardır ki, dünya mövcud olan dillərin 
heç birinin lüğət tərkibi saf, yəni ancaq öz sözündən ibarət deyildir. Bundan 
belə bir nəticə çıxır ki, dillərin bir-birindən söz alıb verməsi təbii, obyektiv
qanunauyğun hadisədir. Bu proses dillərin inkişafına  əsasən müsbət təsir 
göstərir. Bir dildən başqa dilə tərcümə insanları və onların mədəniyyətlərini 
yaxınlaşdırır. Minilliklər boyu tərcüməçilər xalqlar arasında bir körpü 
yaratmışdır. Bütün dillərdə olduğu kimi, ana dilimizin inkişafında da müsbət 
təsir göstərmişdir. Tərcümə vasitəsi ilə çoxmillətli xalqlar bir-birini daha 
yaxından tanıyır, bir-birinin ədəbiyyatına, incəsənətinə müsbət təsir göstərir. 
Respublikamızda Avropa dillərindən tərcümə  işində yeni bir 
mərhələnin başlandığına sevinirik. Bildiyimiz kimi, Azərbaycanda Avropa 
dillərindən tərcümə  işi  əsasən XX əsrin  əvvəllərindən başlayır. Bu dövrdə 
Avropa dillərindən edilən tərcümələrin  əksəriyyəti orijinaldan olan 
tərcümələrdir. Lakin sonralar Avropa dillərini bilən mütərcimlərimiz 
aramızdan getdiyi üçün və bir müddət orijinaldan tərcümələr edilmirdi. Son 
zamanlar ingilis, fransız və ispan dillərindən olunan tərcümələr öz 
tədqiqatçısını gözləyir. 
 “Tərcümə” sözü dilimizdə bir neçə anlayış ifadə edir. Nizami 
Gəncəvinin “Leyli və  Məcnun” poemasını  Səməd Vurğunun tərcüməsində 
oxuyub, “gözəl tərcümədir”, yaxud, Götenin “Faust”unun yeni tərcüməsi, 
dedikdə biz müəyyən bir fəaliyyətin-prosesin nəticəsini nəzərdə tuturuq. 
“Tərcümə zor işdir, hər kəs bacarmaz”-dedikdə biz məhz elə bir 
fəaliyyətdən-prosesdən bəhs edirik ki, bu proses nəticəsində  tərcümə  mətni 
yaranır. Tərcümə nəzəriyyəsidə məhz bu prosesdən, yəni bir dildə yazılmış 


Filologiya məsələləri, 2017 
 224
mətn başqa bir dilə çevrilə bilir? Bu hansı yollarla olur? Bütün bu məsələlər 
indiki dövrdə  təkcə dilçiləri deyil, psixoloqları,  ədəbiyyatşünasları da 
maraqlandırır. Lakin dilçilik baxımından tərcümənin özünün bir fəaliyyət-
prosesi kimi mahiyyətində danışarkən adəta psixi və əqli proses deyil, məhz 
müəyyən dil vahidlərindən başqa bir dil vahidlərinə çevrilməsi nəzərdə 
tutulur.  
   Beləliklə, tərcüməni dillər arasında transformasiya adlandırmaq olar. 
Tərcümədə transfornasiya dedikdə biz müxtəlif dillərin bir-birinə real 
münasibətini nəzərdə tuturuq. 
   Tərcümə bildiyimiz kimi tutuşdurma və müqayisə arasında gedir ki, 
bu da xarici dili daha yaxşı öyrənməyə kömək edir. Bundan başqa tərcümə 
dil öyrənənin yaddaşını inkişaf etdirir, dil sahəsindəki bütün dillərini 
səfərbəyliyə alır, söz ehtiyyatını artırır, onu müxtılif söz və ifadələrlə tanış 
edir. 
   Görkəmli alimlər belə hesab edir ki, hər hansı fikri tərcümə etmək 
üçün hər bir dilin kifayət qədər imkan və vasitələri var. Təcrübə göstərir ki, 
dünyanın ən zəngin dillərdən olan ingilis, alman, rus, fransız, ərəb, fars və s. 
dillərində söylənilmiş elə bir fikir tağmaq çətindir ki, bunu adekvat şəkildə 
azərbaycanca ifadə etmək mümkün olmasın.  
   Beynəlxalq  əlaqələrin sürətlə inkişaf eydiyi bir vaxtda dil öyrənən 
hər bir adam yazılı və şifahi tərcümə vərdişinə yiyələnməlidir. Tərcümə hər 
bir mədəni xalqın elmi, sayasi və iqtisadi əlaqələrinin inkişafında, əxlaq və 
tərbiyyəsinin, estetik zövqünün və  mədəniyyətinin yüksəldilməsində 
müəyyən müsbət rol oynayır, bəşəriyyətin inkişafında böyük yer tutur. 
   Tərcümə vasitəsilə xalqların bir-birinə  mədəniyyətini, ictimai-siyasi 
həyatı ilə tanış olur, daha yaxından tanıyırlar. Bugünkü elmin misilsiz 
dəyərləri ilə dünya xalqlara məhz tərcümə vasitəsilə tanış olur. Odur ki, istər 
ölkəmizdə, istərsə xaricdə tərcümə işinə xüsusi yer verir və əsrimiz tərcümə 
əsri adlanır. 
   Respublikamızda tərcümə dövlət  əhəmiyyəti olan bir iş kimi 
qiymətləndirilir. Ədəbi və elmi konfranslarda tərcüməçilik sənətinin müxtəlif 
problemləri haqqında görkəmli tədqiqatçılar dəyərli fikir söyləmişdir. Artıq 
neçə ildir ki, tərcüməçilik bir sənət kimi, tərcüməşünaslıq isə bir elm kimi 
tanınır. Tərcümə yalnız ədəbi deyil, həmçinin siyasi və iqtisadi əlaqələrin də 
inkişafında mühüm rol oynayır. 
   Tərcümə rolu böyükdür. Ümumiyyətlə, nə  qədər ki, xalqlar var, nə 
qədər ki, bəşəriyyət var, tərcüməyə, tərcüməçilərə həmişə olacaq. 
   Bugünkü  müasir  həyatımızı elmin və texnikanın nəiliyyətlərindən 
təcrid olunmuş halda düşünmək qeyri-mümkün olduğu kimi, onu təecüməsiz 
də  təsəvvür etmək olmaz. Tərcümə  hər bir mədəni xalqın elmi, siyasi və 
iqtisadi əlaqələrinin inkişafında, əxlaq və tərbiyyəsinin, estetik zövqünün və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə