Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə86/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   82   83   84   85   86   87   88   89   ...   147

Filologiya məsələləri, 2017 
 228
cümlənin strukturuna əsasən onun malik olduğu komponentlər daxildir. 
Digər bir aspekt isə onun semantikası, yəni mənasıdır. Üçüncü aspekt isə 
praqmatika adlanır, yəni onun ifadə edilməsi. Bu özünü əsasən nitq 
prosesində göstərir. 
İngilis dilində sadə cümlənin struktur quruluşu nəinki nitq prosesində 
rol oynayır, həm də cümlə daxilində  hər bir modelə uyğun üzvlər arasında 
sin-taktik  əlaqələri birləşdirir. “İngilis dilində sadə cümlənin strukturunda 
işlənən komponentlə asılı olmayan, birinci dərəcəli və ya ikinci dərəcəli 
komponentlərə (üzvlərə) bölünmüşlər”. Deməli həm ingilis, hm də 
Azərbaycan dilinin, eləcə  də başqa dillərin  əsas struktur vahidi – cümlə 
adlanır. Bildiyimiz kimi, hər bir cümlə struktur əlamətlər  əsasında 
bölünürlər. Bu əsasda sadə cümlələr – təktərkibli və ya cüttərkibli, bütöv və 
ya yarımçıq, adlıq və s. olmaqla növlərə ayrılırlar. Belə ki, dilçi alimlər 
Q.Q.Poçertsov və B.B.Burlakova ingilis dilində sadə cümlələri iki yerə 
bölürlər»: 
1.
 
Nəqli sadə cümlələr
2.
 
Kvazi (yalançı) sadə cümlələr. 
Nəqli sadə cümlələr özləri dörd yerə bölünürlər: 
1.   Nəqli cümlələr 
Məsələn: John came. 
- Con gəldi. 
2.   Sual cümlələr 
Məsələn: Did John come?- Con gəldimi? 
3.   Əvəzləyici cümlələr 
Məsələn: If John came, come - Əgər Con  gəldisə, gəl. 
4. Təkidedici cümlələr 
Məsələn: Come   - Gəl 
Kvazi (yalançı) cümlələr isə üç yerə bölünür: 
1.
 
Müraciət cümlələri (vokativ) - John! 
2.
 
Nida cümləsi - Oh, Hello! 
3.
 
Nitq münasibətini təyin edən cümlələr:  
Məsələn: Good day. Good morning. Yack, good-bye! 
Nəqli cümlələr subyekt-predikat əsasında hər hansı bir hadisəni xəbər 
verirlər. Kvazi cümlələr isə heç bir subyekt-predikata əsaslanmır və heç bir 
məlumatı  əhatə etmirlər. Nəqli cümlələr öz arasında məlumat vermək və 
almaq əlaqəsini yaradırlar.  
Kvazi cümlələr isə nitq prosesində cümlənin müəyyən vəziyyətinə təsir 
edir və  həqiqi cümlənin bir elementinə çevrilməklə digər üzvlər-dən asılı 
olmur, yəni müstəqil olur. Həm ingilis dili, həm də Azərbaycan dilində  və 
ümumilikdə konkret dil-dən asılı olmayaraq hər bir sadə cümlə  ən azı 
aşağıdakı tələblərə cavab verməlidir: 


Filologiya məsələləri, 2017 
 229
 
1.
 
Müəyyən bir fikir ifadə etməlidir; 
2.
 
Müəyyən sintaktik quruluşa malik olmalıdır; 
3.
 
Müəyyən intonasiyaya malik olmalıdır. 
Ünsiyyət prosesində  işlədilən sadə cümlələr fikri ifadə  məqsədinə  və 
quruluşuna görə müxtəlif olur. Buna müvafiq olaraq sadə cümlələr, əsasən, 
aşağıdakı əlamətlərə görə təsnif olunurlar: 
1.
 
Ünsiyyətdəki məqsədinə görə; 
2.
 
Malik olduğu quruluşa görə. 
Hər iki dildə sadə cümlənin aşağıdakı növləri vardır: 
1.
 
The Declerative Sentence   - Nəqli ciimlə
2.
 
The Interrogative Sentence - Sual cümlə; 
3.
 
The Imperative Sentence    Əmr cümlə; 
4.
 
The Exclamatory Sentence - Nida ciimlə; 
Azərbaycan dilində  də ingilis dilində olduğu kimi «nəqli cümlələr 
maddi və  mənəvi aləm haqqında  əldə etdiyimiz məlumatları  xəbər vermək 
üçün işlədilir. Ünsiyyət prosesində bu və ya digər fikir ya təsdiq, ya da inkar 
edilir». Azərbaycan dilində olduğu kimi, ingilis dilində  də  nəqli cümlənin 
sonunda səs tonu aşağı düşür. Bütün bunlar aşağıdakı nümunələrdə öz əksini 
tapmışdır. 
Məsələn: 
A delegation of Turkish students has visited to our University - Tiirk 
tələbələrinin nümayəndə heyəti Universitetimizə səfərə gəlmişlər. 
I have not seen the newfilm - Mən yeni filmi görməmişəm. 
Məsələn, Azərbaycan dilində  «not»  inkar sözü yoxdur, onu fellə birlikdə 
yazılan - ma, - mə inkarlıq şəkilçisi vasitəsi ilə ifadə etmək olar. Bu yalnız 
inkar cümlələrdə işlədilir. 
İndi bu müqayisəsini sual cümlələrində də aparmaq olar: 
Sual cümləsi - bilmədiklərimizi öyrənmək və ya təxmini bildiklərimizi 
dəqiqləşdirmək məqsədilə işlənən cümlələrdir. 
İngilis dilində sual cümləsi ünsiyyət prosesində qarşıya qoyulmuş 
məqsəd baxımından müxtəlif olur. Belə ki: 
•   bəzən sualı ifadə edilən fikrə bütövlükdə aid etmək olur.  
Məsələn: Do you live in Baku? - Siz Bakıda yaşayırsınız? 
•   bəzən sual iki fikirdən hansının həqiqətə uyğun olmasını 
müəyyənləşdirmək məqsədi güdür.  
Məsələn: 
Do you live in Baku or in Sumqait? - Siz Bakıda, yoxsa Sumqayıtda 
yaşayırsınız? 
•   bəzən onun bir hissəsinə aid olur. 
Məsələn: Where do you live in Baku - Bakıda harada yaşayırsınız? 


Filologiya məsələləri, 2017 
 230
•   bəzən isə danışanın şübhəsini dəqiqləşdirmək üçün işlədilir. Məsələn: 
You live in Baku, dou't you? - Siz Bakıda yaşayırsınız, elə deyilmi? 
Bütün bunlara müvafiq olaraq müasir ingilis dilində suallar aşağıdakı 
dörd yarımqruplara bölünür: 
1.
 
General guestions  - Umumi suallar
2.
 
Special guestions    - Xüsusi suallar; 
3.
 
Altemative guestions Altemativ suallar; 
4.
 
Disjunctive guestions   - Discantiv suallar. 
Bütövlükdə cümləyə aid olan “yes” və “no” cavabı tələb edən suallara 
ümumi suallar deyilir. Belə sual cümlələri bir qayda olaraq köməkçi fellə 
başlanır. Məsələn: 
 
ƏDƏBİYYAT 
 
1.  3нaменcкaя   Н.А Семантико –синтаксический  анализ предложений 
в современном  английском  языке . АКД,  Москва, 1982, с. 1 
2.
 
Azərbaycan dilçiliyi məsələləri. Bakı. 1981. s.9. 
3.
 
O.Musayev. İngilis dilinin qrammatikası.  Maarif nəşriyyatı.  Bakı 1979, 
s.225-226. 
4.
 
Детериева  Т. И. Субьективно – обьектные отношения в разнострук-
турных языках. Москва, Наука, 1985, с. 59. 
5.
 
M.Ganshina and N.Vasikevskaya English Qrammar, VIII, Moscow, 
1957, s. 260-261. 
 
Е.АЛЕСКЕРОВА 
 
СРАВНИТЕЛЬНАЯ ХАРАКТЕРИСТИКА ПРОСТОЕ 
ПРЕДЛОЖЕНИЯ В АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ 
ЯЗЫКАХ 
 
РЕЗЮМЕ 
 
В  статье  рассматриваются  сравнительный  анализ  предложения  в 
английском  и  азербайджанском  языках,  исследуются  актуальные 
вопросы,  цель  и  задачи,  методы,  источники  и  практическое  значение 
простого предложения в английском и азербайджанском языках. 
В  статье  также  рассматриваетсяпростое  предложение  в 
Английском  и  в  Азербайджанском  языках  в  результате  логике-
семантического анализа компонентов каузальной корреляции,мы приходим 
к  выводу,что  в  семантическом  плане  можно  представить  в  виде 
комплекса дифференциальных признаков просго предложения. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə