Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə88/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   84   85   86   87   88   89   90   91   ...   147

Filologiya məsələləri, 2017 
 234
Yuxarıda qeyd olunduğu kimi dil qarşılıqlı anlaşma məqədinə xidmət edir. 
Bura onun funksiyaları da daxildir. Eyni zamanda dil insanın danışıq üzvləri 
vasitəsilə yaranan və qulaqla eşidilən işarələrdən ibarət olan normalar sistemidir. 
Təbii ki, bu normalar qarşılıqlı anlaşma vasitələri rolunu o zaman yerinə yetirir 
ki, bir dil kollektivinə mənsub olan həm danışan, həm də dinləyənlər ondan eyni 
şəkildə bir cür istifadə etsinlər. Bütün bunlar o işarələrin deyilməsi və  dərk 
olunması üçün əhəmiyyətlidir ki, danışıq üzvləri tərəfindən  əmələ  gəldikləri 
üçün dil xarakterləri kəsb etmirlər. Ona görə ki, həm danışıq prosesində, həm də 
dərk edəndə danışan və dinləyən bu ənənəvi normalara riayət edirlər.  
Burada bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, dərk olunan, 
saya gəlməz realizasiya deyil, yalnız  əvvəlki nəsillərdən qəbul edilmiş  və 
hazırda sabitləşmiş normalar danışıq aktının ayrılmaz tərkib hissəsidir. Bütün 
bunlar isə öz növəsində danışıq aktının nəticəsidir. Danışıq aktı isə fonologiya 
və fonetik proseslərə bağlıdır. Baxmayaraq ki, fonologiya dil səsləri, fonetika 
isə danışıq səsələri haqqında elm kimi müəyyənləşdirilmişdir.  
Danışığın ifadə tərəfinin yalnız bir dəfə baş verən təbiət hadisəsi, bir səs 
axını olduğundan bununla məşğul olan elmdə  təbiətşünaslığın metodlarından 
istifadə etmək olar. Səs axını  sırf fiziki, akustik yaxud fizioloji artikulyasiya 
baxımdan tədqiq edilə bilər. Bu tədqiqatçının səs axınının akustik varlığını və 
onun yaranma xüsusiyyətlərini öyrənməsindən asılıdır. Bu arada qeyd etmək 
lazımdır ki, səs eşidilməklə  dərk olunan fiziki hadisədir və danışığın akustik 
tərəfini tədqiq etməklə fonetika dərk etmə psixologiyasına yaxınlaşır.  Əslində 
səs mürəkkəb və geniş anlayışdır. Təbiətdə və cəmiyyətdə qulaq vasitəsilə nəyi 
eşidiriksə  səs adlanır. Ümumiləşdirsək qulaq eşitmə üzvünün qəbul etdiyi hər 
bir  şey səsdir. Maraqlıdır ki, ətraf mühitdə mövcud olan bütün səsləri qulaq 
qəbul edə bilmir. Qulaq saniyədə rəqslənmənin sayı 16 hers olan ən alçaq səs 
dalğalarını  və saniyədə  rəqslənmənin sayı 20000 hers olan ən yüksək səs 
dalğalarını  qəbul edir. Səs dalğalarının saniyədə sayı 16 hersdən aşağı olanı 
qulaq aparatı qəbul edə bilmir. Eyni zamanda saniyədə rəqslənmənin sayı 20000 
hersdən çox olan səs dalğalarını da qulaq qəbul edə bilməz. Əks təqdirdə, qulaq 
pərdəsi rəqslənmənin sayı saniyədə 20000 hersdən çox olan səs dalğalarının 
təsiri altında davam gətirə bilməz. Təbiidir ki, mövcud olan səslər çoxdur, suyun 
şırıltısı, küləyin, cisimlər toxunduqda yaranan səslər, şimşəyin və s. Bu səslərin 
bir çoxunu fizikanın akustika bölməsi öyrənir. Fonetika isə danışıq səslərindən 
bəhs edir. Danışıq səsləri dil və keçici səslər olmaqla iki yerə ayrılır. Dil səsləri 
elə  səslərdir ki, onların yaranmasında danışıq üzvləri fəal iştirak edir. Eyni 
zamanda bu səslərin akustik mahiyyəti olur və onun tələffüz dəqiqliyinə diqqət 
yetirilir. Danışıq səsləri adlandırdığımız bu səslər səs ucalığı, səs gücü, səs 
uzunluğu, əsas ton, oberton ton tembrdən ibarət olur. Həmçinin danışıq səsləri 
fizioloji mənbələrə, əlamətlərə ictimai xüsusiyyətlərə malik olur. Dil səslərinin 
artikulyasiyası yarımavtomatlaşmış  hərəkətlərin psixologiyasına yaxınlaşır. 


Filologiya məsələləri, 2017 
 235
Lakin fonetikanın tamamilə  insan psixologiyasına aid olmasına baxmayaraq 
onun tədqiqat metodları  təbiətşünaslıq metodlarına yaxındır. Fonetika üçün 
xüsusi səciyyəvi olan cəhət bir də odur ki, o, tədqiq etdiyi səs komplekslərinə 
onların dildə ifadə etdiyi mənaya təmamilə laqeyd qalır.  
Dil sisteminin ifadə  tərəfi mahiyyət etibarı ilə bir-birindən fərqlənən 
elementlərin məcmusudur. Dildə  hər bir söz başqalarından nəiləsə 
fərqlənməlidir. Dil sistemində bu cür fərqləndirici vasitələr məhdud miqdardadır 
və onların sayı dildəki sözlərin sayından xeyli az olduğundun sözlər 
fərqləndirici ünsürlərin birləşməsindən ibarətdir. Lakin burada fərqləndirici 
ünsürlərin güman olunan bütün kombinasiyaları mümkün deyldir. Bu qaydalar 
hər bir dilin xüsusi düzülüş qaydalarına tabedir. Fonologiya müəyyən bir dildə 
səs fərqlərinin hansılarının məna fərqləri ilə bağlı olduğun, fərqləndirici 
ünsürlərin bir-birinə münasibətini və onların hansı qaydalar əsasında sözlərdə 
birləşə bilməsini araşdırır.  
Fonetikanın danışıq səsləri fonologiyanın isə dil səslərindən bəhs edən 
elm kimi müəyyənləşdirilməsi ilə yanaşı fonetika dil səslərinin sırf 
fenomonoloji tədqiqi ilə, fonologiya isə bunun əksinə  həmin səslərin dildəki 
funksiyasını öyrənməklə  məşğul olur fikrini də irəli sürmək mümkündür. 
Fonologiya istisnasız olaraq həm də dil sistemi sahəsinə aiddir, lakin fonetikanın 
danışıqla  əlaqədə götürülməsinə  əhəmiyyət vermir. Fonetika bir növ insanın 
danışdıqlarıdır. Fonetikanın öyrəndiyi səs axını istənilən qədər hissələrə bölünə 
bilən arasıkəsilməz bir axındır. Fonologiyaya gəlincə isə qeyd etmək lazımdır 
ki, o, məlum fonetik anlayışlardan istifadə edir. Məsələn, rus dilində sözlərin 
mənalarını fərqləndirməyə xidmət edən samitlərin kar və cingiltili qarşılaşmaları 
haqqındakı hökm fonologiyaya aiddir, lakin “cingiltili”, “kar”, “küylü” 
anlayışlarının özü fonetikaya məxsusdur. İstənilən fonoloji təsvir müəyyən bir 
dildə səslənən  məna fərqləndirən qarşılaşmalarını müəyyən edir. Həmin dilin 
fonetik təsviri ilkin nöqtə  və maddi baza kimi götürülməlidir. Daha yüksək 
fonoloji təsvirə sistemləşdirilmə  mərhələsinə  gəlincə isə onlar qətiyyən 
fonetikadan asılı deyildir.  
Məlum olduğu kimi dil çoxsəviyyəli və çoxşaxəli bir sistemdən aşağı 
səviyyənin ünsürləri fərqləndirməni, yuxarı səviyyənin vahidləri isə bütövlükdə 
ünsiyyəti təmin edir. Məhdud miqdarda aşağı  səviyyə ünsürləri fonemlərdə 
birləşir. Fonemlər isə müxtəlif dillərdə müxtəlif sayda olurlar.  
 Beləliklə, fonetika ilə fonologiya arasında məlum  əlaqələr onların 
prinsipial şəkildə asılı olmasına baxmayaraq labüddür.  
  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə