Filologiya məsələləri, 2017
24
qeyri-qəti gələcək zamanı deyil, digər zamanları da ifadə edə bilir. Bu,
əsasən, ümumi şəxsli cümlələrdə, atalar sözü və məsəllərdə, aforizmlərdə
özünü daha çox büruzə verir.
Ə. Tanrıverdi yazır: “... türk dillərində, o cümlədən Azərbaycan
dilində gələcək zamanın qrammatik formaları keçmiş və indiki zamanlara
nisbətən sonrakı dövrlərdə formalaşıb ” (3, səh. 303).
Gələcək zaman digər zamanlarla müqayisədə dildə az işlənir. Lakin
İ. Nəsimi poeziyasında qeyri-qəti gələcək zamanın təsdiq və inkarda
verilməsi olduqca üstün mövqedədir. Qəti gələcək zamanın
qrammatik
formasına isə, demək olar ki, təsadüf olunmur.
-acaq'>-acaq morfoloji əlaməti ilə
verilmiş sözlər gələcək zaman məzmunlu feli sifət kimi işlənmişdir:
Dünya
duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın alına, andan həzər eylə! (səh. 56)
Bəzən də misraların semantik tutumuna istinadən
-acaq feli
bağlama şəkilçisi olaraq verilir:
Musa kimi gər aşiq isən könlünü arıt,
Saf
olmayacaq ayinə didar ələ gəlməz (səh.84).
Beytin mənası belədir: Əgər sən Musa kimi aşiqsənsə, könlünü
təmizlə. Güzgü saf olmayınca üzü görmək olmaz. Təbii ki, beytin məcazi
mənası daha dərindir.
Şair fəlsəfi fikirlərini, lirik qəhrəmanın hiss və duyğularını çox vaxt
bütün zamanları özündə ehtiva edən qeyri-qəti gələcək zamanla (həm təsdiq,
həm inkarı ilə) ifadə edir. İ. Nəsimi duyğu
və düşüncələrinin birinci və
üçüncü şəxslərlə ifadə edilməsinə daha çox üstünlük vermişdir. Qeyri-qəti
gələcək zamanın qrammatik formaları Nəsimi seirlərində
-ar (ər), -r
morfemləri ilə verilir:
Adət budurur kim, dili dildarə
verərlər,
Dil getdi əlimizdən, dildar
bulunmaz (səh. 81).
Daş alubani dilbər könlüm şişəsin
atar,
Qarşu
tutaram, şişə bilməm qala, ya sinə (səh. 46)
Müasir Azərbaycan ədəbi dilində “... qeyri-qəti gələcək zamanın
xüsusiyyətlərindən biri də felin inkar şəkli ilə işlənməsində özünü göstərir. ...
inkar bildirən feillərdə birinci şəxs yenə də həmin şəkilçilərlə (-ar, -ər)
işləndiyinə baxmayaraq, ikinci və üçüncü şəxslərdə bu şəkilçilərin sait və
Filologiya məsələləri, 2017
25
samitlə bitən
feillərdə həm sait, həm də samitdən əvvəlki
y səsi düşür və
r
səsi
z səsi ilə əvəz olunur, yəni qeyri-qəti gələcək zamanı yalnız
z samiti
ifadə edir ” (4, səh. 154).
Klassik ədəbiyyatda, folklor nümunələrində, bəzi dialektlərdə qeyri-
qəti gələcək zamanın inkarında I şəxsin təkində
r səsinin
n və
z səsi
ilə əvəz
olunması da müşahidə edilir. Məsələn,
Dərya, səndə
üzmənəm,
Boylasam da,
üzmənəm,
Yarı məndən üzsən də,
Mən yardan əl
üzmənəm (bayatı).
İ. Nəsimi poeziyasında bu fakt, xüsusilə
r-z əvəzlənməsi olduqca
üstündür. Nümunələrə nəzər salaq:
Deməzəm dil dərdini dildar haqqiçün inan,
Yummazam göz gecələr didar haqqiçün inan (səh. 171).
Şikayət
eyləmənəm dilbərin cəfasindən,
Onun cəfası mana yegdürür vəfasindən (səh. 195).
Məndə sığar iki cahan, mən bu cahana
sığmazam!
İ. Nəsiminin daha çox qeyri-qəti gələcək zamanın inkarından istifadə
etməsi onun öz əqidəsinə, təriqətinə, dininə bağlılığından, əqidə və məslək
döyüşlərindəki dönməzliyindən irəli gəlir.
İ. Nəsiminin yaradıcılığında gələcək zaman məzmununun
yaradılmasında felin təsriflənən formalarına daxil olan əmr və arzu, şərt
formalarının da xüsusi çəkisi vardır. Felin bu formaları zamana görə
dəyişməsə də, yəni konkret olaraq zaman kateqoriyasının morfoloji əlamətini
qəbul etməsə də, iş, hal və hərəkətin icrasının gələcəyə aid olması heç bir
şübhə doğurmur. Nümunələrə nəzər salaq:
Yarın gərək ki,
mehri-rüxi dilpəzir ola,
Ta hüsn içində xəlqi-cahana əmir
ola (səh. 35).
Ey Nəsimi, incuyi dürri bilən sərrafə
sat,
Cövhəri nadana
satma lölöi-şəhvarini (səh. 103).
Bu nümunələrdə, göründüyü kimi, feillər arzu və əmr
formasındadır. Qrammatik zamanın morfoloji əlamətləri olmasa belə,
misraların semantik yükü iş və hərəkətin gələcəkdə icra olunmasını nəzərdə
Filologiya məsələləri, 2017
26
tutur.
Yeri gəlmişkən, arzu şəklində işlənmiş fel əmr formasının sinonimi
kimi də işlənə bilir: ola – olsun .
Nəsimi şeirlərində gələcək zamanın əmr şəkli və ikinci şəxsin təki
ilə ifadəsi olduqca üstündür:
Yüzünü məndən nihan etmək dilərsən,
etməgil!
Gözlərim yaşını rəvan etmək dilərsən,
etməgil! (səh. 141).
Müasir Azərbaycan ədəbi dilində felin əmr şəklinin ikinci şəxsinin
təki şəkilçi ilə işlənmir. Nəsimi yaradıcılığında felin əmr forması həm
şəkilçisiz (müasir ədəbi dilimizdə olduğu kimi), həm də
-gil şəkilçi ilə
işlənir.
İ. Nəsimi poeziyasında feli bağlama və feli sifət şəkilçiləri də
temporallığın yaradılmasında xüsusi əhəmiyyətə malik olan qrammatik
vasitələrdir. Feli bağlama şəkilçilərinin bəziləri müasir Azərbaycan ədəbi
dilində olduğu kimi, bəziləri isə müəyyən fonetik fərqlərlə müşahidə edilir.
Müasir Azərbaycan ədəbi dili ilə eyni olanlar: -ınca4; -alı (-əli); -anda (-
əndə); -dıqca; -
Müasir Azərbaycan ədəbi dili ilə fərqli olanlar: -cəgin; -ıban4; -ubani;
- cəgiz, -gəc və s.
Feli sifət şəkilçiləri də müəyyən fonetik fərqləri nəzərə almasaq ( -
digi, -dügün, - dığı, -duğu; -düyüm; -an (-ən); -acaq (-əcək); -mış, -miş, -
muş, -müş), müasir ədəbi dilimizdən fərqlənmir. İstər
feli bağlama, istərsə də
feli sifət şəkilçiləri iş, hal-hərəkəti keçmiş və indiki zaman kəsimləri ilə
əlaqələndirməkdə mühüm rol oynayır.
Göründüyü kimi, İ. Nəsimi yaradıcılığında qrammatik zaman
anlayışı müxtəlif qrammatik formalarla ifadə edilmişdir. Bütün bu vasitələr
isə obyektiv zamanın dildə ifadə vasitələridir.
ƏDƏBİYYAT
1. İmadəddin Nəsimi. Mən bu cahana sığmazam. “Gənclik”. Bakı, 1991
2. M. Kaşğari. Divanü lüğət-it-türk. II cild, Bakı, 2006
3. Ə. Tanrıverdi. “Dədə Qorqud” un möcüzələr dünyası. “Elm və təhsil”.
Bakı, 2015
4. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. “Şərq – Qərb”.
Bakı, 2007