Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə90/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   86   87   88   89   90   91   92   93   ...   147

Filologiya məsələləri, 2017 
 239
(2, 292). Bir nitq hissəsi kimi sayca digər nitq hissələrindən az olmasına 
baxmayaraq əvəzliyin say etibarı ilə sadəcə 28 əvəzlikdən ibarət olması fikri 
ilə razılaşmasaq belə dilçiliyimizdə ümumilikdə  əvəzliyin məna növləri ilə 
əlaqədar aparılan bölgü qəbul ediləndir.  
 Azərbaycan dilində  əvəzliyin məna növləri dedikdə ilk yada düşən 
şəxs  əvəzlikləridir. Məlumdur ki, dilimizdə  şəxs  əvəzlikləri isim nitq 
hissəsinin yerində işlənib kim?, nə? sual əvəzliklərindən birinə cavab verir. 
Maraqlıdır ki, bu əvəzliklər türk dillərinin demək olar ki, hamısında eynidir. 
Dilimizdə işlənən şəxs əvəzliklərinin daha bir özəlliyi ondan ibarətdir ki, bu 
əvəzliklər dilimizdəki mənsubiyyət, 
şəxs-xəbərlik 
şəkilçilərinin 
yaranmasında mühüm rol oynamışdır. (3, 188) .  
 
     Azərbaycan dilində şəxs əvəzlikləri. 
  Şəxs  əvəzlikləri dilimizdə ismi əvəz edir və  şəxs anlayışını bildirir. 
Şəxs sözü qrammatik məna daşıyır, bu isə o deməkdir ki, həmişə insan 
anlayışı bildirmir. Şəxs əvəzlikləri azərbaycan dilində hər üç şəxsin təkini və 
cəmini bildirir.  
I şəxs-mən     I şəxs cəm-biz 
II şəxs- sən    II şəxs cəm-siz 
III şəxs-oIII şəxs cəm –onlar    
Şəxs əvəzliklərini I və II şəxsin cəmini bildirən sözlər leksik, III şəxsin 
cəmini bildirən əvəzlikisə -lar şəkilçisini artırılması ilə yaranır. Azərbaycan 
dilində I II şəxs  əvəzlikərinin həm təki, həmdə  cəmi  əsasən insan anlayışı 
bildirir. Kim sual əvəzliyinə cavab verir. Bəzən isə istisnalar da mümkündür. 
Bəzi üslubi məqamlarda xüsusilə nağıllarda, təmsillərdə bəzi canlılar (qurd, 
dovşan, tülkü) təbiət hadisələri və ya cansızlar (külək, ağac, meyvə  və 
s.)şəxsləndirilir. Məsələn, M.Ə. Sabirin “Uşaq və buz” şeirində  
   Sən nə yamansan, a buz. 
   Adam yıxansan, a buz və yaxud –Ay külək, sən nə güclüsən?-Quzu, 
sən burda neyləyirsən? Qurd dedi:-Mən səni yeyəcəyəm kimi nümunələrdə 
qeyd olunan faktlara rast gəlmək mümkündür.  
 III şəxs tək və  cəm  əvəzliyi isə  həm insana, həm də digər canlı  və 
cansızlara aid ola bilir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan dilində 
əvəzlik mahiyyət etibarı ilə bir əvəzedicidir. Odur ki, əvəzliyin bütün növləri 
kimi  şəxs  əvəzliyi də konkret bir nitq hissəsi ilə ortaq xüsusiyyətlərə 
malikdir. Sadə dillə desək,  şəxs  əvəzlikləri bir nitq hissəsinin –ismin 
müəyyən xüsusiyyətlərini daşıyır. Müəyyən məqamlarda ismi əvəz edir, bəzi 
suallarına cavab verir. Lakin bu elə anlaşılmalıdır ki, şəxs əvəzlikləri isimə 
çevrilir. Bu mümkün deyil. Ona görə mümkün deyil ki, şəxs əvəzlikləri isim 
nitq hissəsi kimi hallana bilsə də məsələn, mən, mənim, mənə, məni, məndə, 
məndən,  əşya yerində  işlənsədə ismin kim? nə? suallarına cavab verib 


Filologiya məsələləri, 2017 
 240
sintaktik cəhətdən cümlənin mübtədası, tamamlığı, ismi xəbəri vəzifəsində 
işlənsə  də isim nitq hissəsi kimi əşyanın adını bildirmir, sadəcə onu əvəz 
edir, ismin hara? sualına cavab vermir. İsim nitq hissəsində olduğu kimi 
mənsubiyyət kateqoriyasını qəbul etmir. 
  Qeyd etdiyimiz faktlar Müasir Azərbaycan dilində şəxs əvəzliklərinin 
yığcam, ümumiləşmiş ən vacib xüsusiyyətləri idi. Müasir İngilis dilində isə 
mövcud olan şəxs əvəzlikləri üç qrupa ayrılır.  
      1. Konkret şəxs bildirən əvəzliklər: I, you, we, they, one; 
      2. Şəxs bildirməyən: it 
      3. Qeyri-müəyyənlik bildirən əvəzliklər:  you, we, they, one. 
     İngilis dilində    I,  she,  he  və we əvəzliklərinin obyekt hal forması 
suppletive yolla, yəni başqa kökdən olan sözlə düzəlir. Məsələn:  I-me, he-
him, she-her, we-us.  
Azərbaycan dilindən fərqli olaraq ingilis dilindəki şəxs əvəzliklərindən 
üçüncü şəxs təkdə cinsə görə fərqlənir: kişi cinsində he, qadın cinsində she
orta cinsdə isə it işlənir. Sadə dillə desək he kişi cinsi bildirən isimlərin, she 
qadın cinsi bildirən isimlərin,   isə orta cinsi bildirən isimlərin  əvəzində 
işlənirMəsələn, My brother is ten years old. He is schoolboy. His sister is 
twelve years old. This is my book. It is very interesting. İngilis dilindəki III 
şəxs  əvəzliklərinin hər üçü (he, she, it) Azərbaycan dilində III şəxs tək o 
əvəzliyinə cevrilmişdir. Müqayisə üçün He is a worker-O fəhlədir. She is a 
doctor-O həkimdir. It is a table- o stoldur.  Bu da ondan irəli gəlir ki, 
Azərbaycan dilində ingilis dilindən fərqli olaraq cins kateqoriyası yoxdur. 
   İngilis dilində  işlənən qeyrri-müəyyən  şəxs  əvəzliklərinin bir çoxu 
(you, we, they) omonimdir. Formaca konkret şəxs bildirən  əvəzliklərlə 
mahiyyət etibarı ilə eynidir. Buna baxmayaraq bildirdikləri  şəxsin reallığı 
baxımından onlar konkret şəxs bildirən əvəzliklərdən fərqlənir. Belə ki, The 
workers have come; they   want to begin; they say he is a kind man 
cümləsində  işlənən  they  əvəzliyi  şəxs bildirir, konkretlik isə yoxdur. Eyni 
sözü youwe və they əvəzlikləri haqqında da demək mümkündür.  Məsələn: 
We are fighting for peace. 
Heron was his name,  a Professor, so they tell him (Galsworthy)  
They say a woman always remembers her first lover with affection. 
(Maugham) 
 One  əvəzliyi həm də  one sayı ilə omonimdir. Lakin qeyd olunan 
cümlədə mübtəda vəzifəsində  işlənərək qeyri-müəyyən  şəxs bildirir. 
Məsələn:  One must keep one’s promise. Bu  əvəzlik məna baxımından 
everybody  əvəzliyi kimi hər kəs, qeyri müəyyən  əvəzlik kimi tərcümə 
olunur. One əvəzliyi yiyəlik hal formasında da işlənir və cümlədə  təyin 
vəzifəsini daşıya bilir. Göründüyü kimi Azərbaycan dilində şəxs əvəzlikləri 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə