Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə2/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   2   3   4   5   6   7   8   9   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

5



6.God  helps  those  who  help  themselves  (≈  Səndən  hərəkət,  məndən 

bərəkət). 

7.Satan always finds work for idle hands (≈ Bekarlıq korluq gətirər.).  

Verilən misallarda qrafik cəhətdən sırf agentivlik mənalı sintaksem-

lərin leksik bazasını “İnsan və onunla bağlı mövzuları əhatə edən semantik 

sahə”  blokunun  ayrı-ayrı  leksik-semantik  qruplarında  birləşən  leksemlər 

təşkil edir: 1-ci misalda man leksemi “insan və və onun qohumlarını bildirən 

leksik-semantik  qrupuna”,  2-ci  misalda  Jack  (kişı  adı)  xüsusi  isimlə  ifadə 

olunan  adları  bildirən  leksik-semantik  qrupuna,  3-cü  misalda  cook  leksemi 

peşə məfhumunu bildirən, 4-cü misalda millət adlarını bildirən, 5-ci misalda 

cəmiyyət,  birlik  bildirən,  6-ci  misalda  ilahi  qüvvə  bildirən,  7-ci  misalda 

mənfi  məna  daşıyan  qüvvəni  bildirən  leksik-semantik  qruplarına  daxil 

olaraq, substantiv variantın ifadə vasitələri kimi çıxış edir. 

Qeyd  etmək  lazımdır  ki,  sadaladığımız  leksik-semantik  qrupların 

arasında  peşə  bildirən  qrupuna  aid  olan  leksemlərin  bəziləri  “-er”  şəkilçili 

düzəltmə isimlərdən ibarətdir. Məsələn: 1. The cobbler must stick to his last 

(≈  Öz köçünü  sür, özgədə işin olmasın.);  2.“-man”  yarımsuffiksi vasitəsilə 

yaranan leksem: A good marksman may miss (≈ Səhvsiz insan olmaz.). 

Agentivlik  mənalı  sintaksemlərin  leksik  əhatəsinə  gəldikdə  isə, 

onların  müxtəlif  məna  daşıyan  feil  leksemləri  ilə  birləşmə  qabiliyyəti 

nəzərdə tutulur. Yuxarıda adları çəkilən leksik-semantik qruplara daxil olan 

isim  leksemləri  xəbər  sintaqmı  çərçivəsində  hərəkət  bildirən,  düşüncə, 

mühakimə,  yaratma,  hiss,  münasibət  bildirən  feil  leksemləri  ilə  yanaşı 

işlənərək, leksik əhatə yaradır. Həmin feil leksemləri içərisində həm təsirli, 

həm də təsirsizs feillərə təsadüf etmək olur. Məsələn: The devil lurks behind 

the cross (≈ Qurd qoyun dərisinə girib.) 

Agentivlik  mənalı  sintaksemlərin  leksik  bazasını  təşkil  edən  ikinci 

semantik  sahə  bloku  “Təbiət  məfhumunu  bildirən  müxtəlif  növ  leksik-

semantik qrupların” leksemlərini özündə birləşdirir: 

1. Heyvanlar aləmini əks etdirən leksik-semantik qrup: 

1)  ev  heyvanlarını  bildirən  yarımqrup  (cat,  dog,  cow,  horse, 

donkey): The dogs bark, but the caravan goes on (= İt hürər, karvan keçər.). 

2)  quş  adlarını  bildirən  yarımqrup  (bird,  hen,  cock,  crow,  hawk, 

nightingale, pigeon): Birds of a feather flock together ( ≈ Kor koru tapar, su 

da çuxuru). 

3)  meşə və çöl heyvanlarının adlarını bildirən yarımqrup (bully, fox, 

leopard,  hare,  ape,  lion,  wolf):  The  leopard  cannot  change  its  spots  (≈ 

Qozbeli qəbir düzəldər.). 

4)  sürünənlər  və  həşəratlar (tortoise,  worm,  fly): The  tortoise  wins 

the race while the hair is sleeping (≈ Yatan aparmaz, yetən aparar.). 




Filologiya məsələləri, № 15 2017 

 

6



5)  heyvanın  orqanları  (paws,  leg,  horn,  feathers,  claws):  Velvet 

paws hide claws (≈ Asta basır, bərk kəsir.).  

2.Təbiət  hadisələrini  bildirən  leksik-semantik  qrup  (storm,  rain, 

cloud. wind, danger, adversity, calamity): The wind cannot be caught in a net 

(≈ Xəlbirlə su daşımaq olmaz). 

3. Göy cisimlərini bildirən leksik-semantik qrup (the moon, the sun, 

the  sky):  The  moon  does  not  heed  the  barking of  dogs  (≈  Yel  qayadan  nə 

aparar; it hürər, karvan keçər.). 

4. Meyvə, kol, bitkilər və onların hissələrinin adlarını bildirən leksik-

semantik qrup (fruit, apple, leaf of the mulberry, weeds, herb, straw, grass, 

oak): No herb will cure love (≈ Eşq dərdinə heç bir dərman əlac etməz.). 

5.  Sağlamlıq  və  bədən  üzvləri  bildirən  leksik-semantik  qrup  (remedy, 

heart,  fingers,  tongue,  eye,  hand,  belly,  bones,  face):  A  clean  hand  wants  no 

washing (≈ Doğruya nə and.). 

6. Yemək və içki adlarını bildirən leksik-semantik qrup (mustard, bread, 

egg, wine, water): Fish begins to stink at the head (≈ Balıq başından iylənər). 

7. Məkan, yaşayış yeri və s. bildirən leksik-semantik qrup (house, wall, 

mill, hedge, fence, door, stone): The mill cannot grind with the water that is past 

(≈ Olan oldu, keçən keçdi.). 

8.  Əşyalar:  ev  avadanlığı  və  hissələri,  sursat,  geyim  adları  bildirən 

leksik-semantik qrup (pot, broom, sack, tub, nail, pitcher, gun; coat, shoe, cap): 

The pot calls the kettle black (≈ Kor kora rişxənd edər.). 

9.  Maliyyə  və  ticarət  bildirən  leksik-semantik  qrup  (exchange, 

business, fortune, penny, money): Money makes money (≈ Pulu pul çəkər). 

10.  Həyat  tərzini  bildirən  leksik-semantik  qrup  (life,  custom,  habit, 

need, prosperity): Prosperity makes friends and adversity tries them (≈ Yaxşı 

günün dostu yaman gündə məlum olar). 

11.  Hadisə  və  bayram  adlarından  ibarət  leksik-semantik  qrup  (event, 

case, Christmas): Christmas comes but once a year (≈ Gündə bayram olmaz.). 

Agentivlik və aksionallıq (hərəkət) mənalı sintaksemlərin leksik bazası 

insanın gördüyü müxtəlif növ iş fəaliyyətini əks etdirən isimlərdən (work, gain, 

experience,  go,  stumble)  ibarət  olur.  Bu  leksemlər  iş,  hərəkət  bildirən  leksik-

semantik  qrupunu təşkil  edir  və  cümlədə  xəbər  mövqeyində  təsirli  və  təsirsiz 

feillərlə yanaşı işlənərək, leksik əhatə yaradır. Məsələn: A stumble may prevent 

a fall (≈ Yıxılmaqdansa, büdrəmək yaxşıdır). Agentivlik və aksionallıq mənalı 

sintaksemlərin  leksik  bazasını  yoxlamaq  üçün  isim  leksemini  eyni  kökdən 

olan  feil  leksemi  ilə  əvəz  etməklə  yoxlamaq  mümkündür:  A  stumble  may 

prevent a fall → a stumble → his stumble → he stumbles.  

Sırf agentivlik, eləcə də agentivlik və aksionallıq bildirən sintaksem-

lərdən fərqli olaraq, agentivlik və kvalitativlik (keyfiyyət) mənalı sintaksem-

lərin leksik bazasını insan, digər canlı və cansız, əşya və hadisələrin müxtəlif 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə