Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə4/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   2   3   4   5   6   7   8   9   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

10



LEYLA MAHMUDOVA  

BDU-nun dosenti 

mahmudova.1969@mail.ru 

 

MÜASİR FARS DİLİNDƏ MÜRƏKKƏB  



CÜMLƏLƏRİN TƏSNİFİ 

 

Açar sözlər: sadə cümlə, cüttərlibli cümlə, şəxssiz cümlə, feili xəbər, sintak-



tik məna, qramatik məna, fars dilində xəbər. 

Ключевые  слова: простое предложения, односоставное предложение, 

безличное  предложение,  глагольное  сказуемое,  синтаксическое  значе-

ние, грамматическое значение, сказуемое в персидском языке. 

Key words: a simple sentence, mononuclear sentences, impersional senten-

ces,  verbal  predicate,  sintaksis  meaninq,  qrammatik  meaninq,  predicate  in 

Persian language. 

 

Cümlə sintaksisisn əsas problemidir. Nitqin əsas vahidi olan cümlənini 



tədqiqi, sintaksisin əsas probleminin tədqiqi deməkdir. 

Cümlənin ümdə vəzifəsi kommunikativlikdən, başqa sözlə desək, onun 

müəyyən  informasiya  ifadə  etməsindən  ibarətdir.  Məhz  bu  vəzifəsinə  görə 

cümlə  başqa  sintaktik  vahidlərdən  fərqlənir.  Digər  sintaktik  vahidlər  – 

sözlər,  söz birləşmələri  ancaq  müəyyən şərait daxilində, konteksdə, dialoqda 

və yaxud mürəkkəb cümlənini tərkibində kommunikativ vəzifə daşıya bildikləri 

halda, cümlə bu vəzifənin, yəni kommunikativ vəzifənin öhdəsindən müstəqil 

olaraq gəlir. Təsadüfi deyil ki, qrammatikaya aid nəzərdən keçirdiyimiz ədəbiy-

yatda sintaksisin əsasını cümlə haqqında  təlim təşkil  edir.  Buna görə də dilin 

cümlə  bəhsinin  öyrənilməsinin  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti  var-

dır.Dilçilik tarixində sintaksisin əsas obyekti hesab olunan cümlə müxtəlif dil-

çilik məktəbinin nümayəndələri tərəfindən müxtəlif cür də anlaşılmışdır. Müasir 

dilçilikdə cümlə haqqındakı təlimdə A.A.Şaxmatovun adı ilə bağlı olan mən-

tiqi-psixoloji  məktəbin  ənənələri  hələ  də güclü  olaraq  qalır. A.A.Şaxmatov 

cümləni  psixoloji  kommunikasiyanın  sözlə  ifadəsi  hesab  edirdi.  Formal-

qrammatik  məktəbin  nümayəndələri  sintaksisin  əsas  predmetini  söz  birləş-

məsi hesab edir, cümləni də söz birləşməsinin bir növü sayırdılar.Görkəmli 

rus dilçisi A.M.Peşkovski cümlənin təşkilində xəbərin rolunu xüsusi göstə-

rirdisə də, cümlədə mütləq üzv kimi mübtədanı götürürdü.Rus dilçiləri Bus-

layev, İ.İ.Davıdov və A.A.Potebnya cümlənin təşkilində felin rolunu xüsusi 

qeyd edirdilər.Akademik V.V.Vinoqradov cümlənin əsas əlaməti kimi intonasi-

ya bitkinliyini və predikativliyi irəli sürür.Biz akademik V.V.Vinoqradovun bi 

fikrini qəbul edir və predikativliklə intonasiya bitkinliyini cümlənin əsas əlaməti 

sayırıq. Dilçilikdə predikativlik haqqında müxtəlif rəylər vardır.V.Q.Admoninin 




Filologiya məsələləri, № 15 2017 

 

11



fikrincə, hökmün iki üzvü cümlədə mübtəda və xəbərdə  öz əksini tapır. Bəzi 

alimlər bi fikrin əksini söyləyir və göstərirlər ki, predikativliyi təkcə mübtəda- 

xəbər münasibəti ilə məhdud etmək doğru deyil, predikativlik cümləni üzvlərə 

ayırmadan  bütövlükdə  cümləyə  xas  ola  bilir.  V.V.Vinoqradovun  fikrincə, 

cümlədə  təsrif  olunan  felin  təşkiledici  rolu  haqqında  fikir  ona  görə  çox 

yayılmışdır ki, felin şəxsli formalarında şəxs, zaman və şəkil kateqoriyaları əya-

ni  olaraq  ifadə  olunur.  Sintaktik  predikativlik  də  bu  kateqoriyalarla  əlaqədar-

dır.T.T.Lomtev yazır ki, cümlədə predikativlik cümlədəki ayrı-ayrı sözlərin for-

ması ilə deyil, onun bütün tərkibi ilə ifadə olunur. Predikativlik cümlənin qram-

matik deyil, məntiqi xüsusiyyətidir .N.Y.Şvedova predikativliyi sintaktik zaman 

və obyektiv modallığın vəhdəti adlandırır . İ.S.Valqina da bi fikrə şərik çıxaraq 

qeyd edir ki, cümlə modallığa və sintaktik zamana malikdir. Bu iki kateqoriya 

ayrılmaz  şəkildə  bir-birilə  əlaqədardır  və  bu  da  predikativlik  deməkdir. 

A.V.Bondarkonun fikrincə isə predikativlik öz əksini sintaktik zaman və şəkil 

kateqoriyasında deyil, funksional semantik kateqoriyalar olan modallıq, tempo-

rallıq və personalllıq kateqoriyasında tapır. Mahiyyət etibarilə N. N. Proko-

noviç də bu fikrə tərəfdar çıxaraq yazır ki, predikativlik modallıq, zaman və 

şəxs kateqoriyalarının məcmusu kimi anlaşılmalıdır . 

Q.L.Zolotova yazır ki, predikativlik cümlənini məzmununun real var-

lığa  münasibətidir  ki,  o  da  modallıq,  zaman  və  şəxs  kateqoriyası  ilə  ifadə 

olunur.  Bu  da  cümlənin  struktur-semantik  mərkəzini  təşkil  edən  iki  üzvü 

vasitəsilə  həyata  keçirilir.  Təktərkibli  cümlələrdə  real  varlığa  münasibət  bu 

mərkəzlərdən biri vasitəsilə reallaşır .A.N.Qvozdev predikativliyi cümlənini zə-

ruri və spesifik əlaməti hesab edir .E.M.Qalkina–Fedorukun fikrincə, predika-

tivlik zaman və şəxs kateqoriyasıdır. O yazır: “Cümlənini qrammatik əsası za-

man və şəxs kateqoriyasıdır...” . Predikativliyi cümlənin məzmununun gerçək-

liyə münasibəti kimi qəbul edən alimlərin fikri ilə razılaşmayaraq, o qeyd edir 

ki,  belə  alimlər  qrammatik  kateqoriyaları  hökmün  məntiqi  ünsürləri  ilə  qarış-

dırırlar. O.V.Sirotinina haqlı olaraq yazır: “Bizm dilçilik elmində predikativlik 

anlayışı o qədər dumanlı və ziddiyyətlidir ki, ondan ümumiyyətlə qeyd-şərtsiz 

olaraq istifadə etmək praktik şəkildə mümkün deyil”. 

Beləliklə,  mövcud  ədəbiyyatı  nəzərdən  keçirdikdə  məlum  olur  ki, 

predikativlik  haqqında  nəinki  fikir  birliyi  yoxdur,  hətta  söylənmiş  fikirlər 

çox  halda  daban-dabana  ziddir.  Yuxarıda  deyilmiş,  habelə  dilçilik  ədəbiy-

yatında  mövcud  olan  bir  sıra  mülahizələri  yekunlaşdırsaq,  deməliyik  ki, 

predikativlik  cümlənin  əsasını  təşkil  edir.  Predikativlik  cümlədəki  sözləri 

cümlə  şəklinə  salan  əlamətlərin  kompleksidir.  Predikativliyin  əsasını 

modallıq, zaman və şəxs kateqoriyası təşkil edir. Predikativliyin ifadə vasitə-

ləri hər şeydən əvvəl felin şəkil, zaman formaları və bir sıra yardımçı söz və 

hissəciklərdir.  Dillərdə  predikativliyin  əsas  ifadə  vasitələrindən  birisi  felin 

şəkilləri  hesab  olunur.  Fel  şəkillərin  predikativliyin  ifadəsində  oynadığı  rol 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə