Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə5/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   2   3   4   5   6   7   8   9   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

12



cümlənin  təşkilində  feli  əsas  mərkəzə  çevirir.  Cümlədə  fel  olmadıqda  pre-

dikativliyin ifadəsi intonasiyanın öhdəsinə düşür.  

Cümlə yalnız gerçəklik haqqında informasiya ifadə etməklə məhdudlaş-

mır, cümlə vasitəsilə həm də söylənilən fikrin reallıq dərəcəsi bildirilir. Cümlə-

dəki informasiyanın gerçəkliyə münasibəti hər şeydən əvvəl modallıq münasi-

bətidir. Beləliklə, modallıq da cümlənin əsas əlaməti hesab olunur. Modallığın 

ifadə vasitələri kimi adətən fel şəkilləri, modal sözlər və söz birləşmələri çıxış 

edir. Modallıq predikativliklə sıx bağlıdır, daha doğrusu, modallıq kateqoriyası, 

xüsusilə obyektiv modallıq hissənin tama münasibəti kimi ümumi predikativliyə 

daxildir. Beləliklə, cümlə qrammatik şəxs, zaman və şəkil kateqoriyalarına və 

bununla  əlaqədar  olaraq,  modallıq  kateqoriyasına  malik  olan  sintaktik  struk-

turdur. Cümlənin məzmunundakı məlumatın gerçəkliyə münasibəti şəxs, zaman 

və şəkil formaları ilə ifadə olunur. Qrammatik şəxs, zaman və şəkil kateqoriya-

ları  predikativlik  anlayışında  birləşir. Cüttərkibli  və  təktərkibli  cümlələrin  hü-

dudunun müəyyənləşdirilməsi üçün edilən səylər sonralar bu məsələnin məntiqi 

planda  izah  olunması,  yəni  cümlənin  məntiqi  hökmə  uyğun  gəlməsi  kimi 

anlaşılmağa başladı. Lakin təktərkibli cümlələr mahiyyətcə hökmün cütüzvlü ol-

ması ilə uyuşmurdu. Buna görə də bəzi müəlliflər cümlənin üzvlərə bölünməyən 

növləri olduğu qənaətinə gəldilər .Rus dilçiliyndə A.A.Potebnyanın əsərlərindən 

başlayaraq  məntiqi-psixoloji  cərəyanını  tərəfdarları  (məsələn,  A.A.Şahmatov), 

formal məntiqi cərəyan nüməyəndələri (məsələn, F.F.Fortunatov, M.N.Peterson, 

A.M.Peşkovski və s.) cümləni onun əsas əlaməti olan xəbər vasitəsilə müəyyən 

etməyə  çalışmışlar.  Dilçilik  ədəbiyyatında  xəbərin  rolunun  daim  xüsusi  qeyd 

olunması  nəticə  etibarilə  xəbərin,  xəbərlik  kateqoriyasının  və  habelə  pre-

dikativlik  anlayışının  getdikcə  daha  geniş  mənada  anlaşılmasına  gətirib  çı-

xartdı. Lakin predikativlik cümlənini struktur əsasını təşkil edən iki baş üz-

vün sintaktik əlaqəsi kimi başa düşüldüyü üçün təktərkibli cümlələri ya bir 

baş üzvün buraxılmış olduğu cümlə kimi, yaxud da A.A.Potebnyanın dediyi 

kimi, hər iki baş üzvün funksional olaraq bir üzv vasitəsilə ifadəsi şəklində 

izah  etmək  lazım  gəlirdi.  A.A.Şaxmatov  və  onun  ardıcılları  olan  dilçilər 

məhz bu əqidədə idilər. Onların fikrincə, təktərkibli cümlələrdə olan yeganə 

baş üzvdə məntiqi hökmün həm subyekti, həm də predikatı əks olunur. Fars 

dilinin qrammatik quruluşunda iki cür sintaktik konstruksiya özünü göstərir. 

Bunlardan  biri  nominativ  xarakterə  malik  söz  birləşməsi,  ikincisi  isə  pre-

dikativ  xarakterə  malik  olan  cümlələrdir.  Söz  birləşməsi  həmişə  cümlə 

vasitəsilə özünü göstərir. Cümlə isə həm təklikdə, həm də digər cümlələrin 

tərkib hissəsi kimi işlənir. Bir predikativ mərkəzi olan, cümlə intonasiyası ilə 

müşayiət edilən, hər hansı bir fikri ifadə edən sintaktik konstruksiyaya sadə 

cümlə, iki və daha artıq predikativ mərkəzi olan, vahid cümlə intonasiyası ilə 

müşayiət  edilən,  hər  hansı  bütöv  bir  fikrin  ifadəsinə  xidmət  edən 

konstruksiyaya  isə  mürəkkəb  cümlə  deyilir.  Sadə  cümlə  sözlərdən  və  söz 



Filologiya məsələləri, № 15 2017 

 

13



birləşmələrindən  təşkil  olunursa,  mürəkkəb  cümlə  “sadə  cümlə”lərdən  və 

onlarln müxtəlif şəkildə birləşmələrindən düzəlir. Ayrıca işlənən sadə cümlə 

mürəkkəb cümlənin tərkib hissəsində iştirak edən “sadə cümlə”dən fərqlənir. 

Ayrı  işlənən  sadə  cümlənin  özünəməxsus  cümlə  intonasiyası  (buna  “bitmə 

intonasiyası” da deyirlər) olduğu halda, mürəkkəb cümləni təşkil edən ayrl-

ayrı  “sadə  cümlə”nin  hər  birinin  bitmə  intonasiyası  olmur.  Onların  əmələ 

gətirdikləri mürəkkəb cümlənin bir ümumi bitmə intonasiyası (cümlə intona-

siyası) olur. Deməli, cümlə intonasiyasına malik olan sadə cümlə mürəkkəb 

cümlənin tikinti materialına çevrilərkən, özünün bitmə intonasiyasını itirib, 

mürəkkəb cümlənin ümumi intonasiyasına tabe olur. Ayrıca sadə cümlə ilə 

mürəkkəb cümlənin komponenti olan “sadə cümlə”nin oxşar cəhətlərini də 

inkar  etmək  olmaz.  Hər  bir  komponentdə  cümlə  üzvləri,  sözlər  arasındakı 

əlaqələr  olduğu  kimi  qalır.  Predikativlik  özünü  mühafizə  edib  saxlayır. 

Bütün bu xüsusiyyətlərə görə mürəkkəb cümləninin tərkib hissələrini (kom-

ponentlərini) “sadə cümə”, “predikativ vahid”, “predikativ konstruksiya” və 

s. adlandırırlar. Sadə cümlə ilə mürəkkəb cümlə arasındakı fərq, hər şeydən 

əvvəl, quruluş fərqidir. Eyni mənanı sadə cümlə ilə də, mürəkkəb cümlə ilə 

də ifadə etmək olar. Tərkibində feli birləşmələr olan sadə cümlələrlə tabeli 

mürəkkəb  cümlələr  mənaca  bir-birinə  yaxın  olur.  Sadə  cümlənin  feli 

tərkiblər  hesabına  genişlənməsi  məsələsi  onu  tabeli  mürəkkəb  cümləyə 

yaxınlaşdırır. Lakin feli birləşmələr predikativ mərkəz yaratmır. 

Sadədən  mürəkkəbə  doğru  inkişafı  belə  bir  sxem  vasitəsilə  ifadə  etmək 

olar:Sadə  cümlə  -  içərisində  feli  birləşmə  olan  sadə  cümlə-  tabeli  mürəkkəb 

cümlə.Belə  bir  mürəkkəbləşmə  prosesini  sadə  cümlə  ilə  tabesiz  mürəkkəb 

cümlə arasında görmək olur. Digər həmcins üzvlü cümlələrə nisbətən, xəbərləri 

həmcins olanlar tabesiz mürəkkəb cümləyə daha yaxın olur.Məlum olduğu üzrə, 

cüttərkibli cümlələrdə predikativlik mübtəda ilə xəbərin əlaqələnməsi sayəsində 

meydana  çıxır.  Həmcins  xəbərlər  bir  mübtəda  ilə  bağlıdırsa,  onda  başqa  bir 

predikativ mərkəz əmələ gələ bilmir, buna görə də, sadə cümlə həmcins üzvlər 

hesabına nə qədər genişlənsə də, sadə cümlə çərçivəsində qalır. Xəbərlərdən biri 

digəri  ilə  əlaqələnibyeni  predikativ  mərkəz  əmələ  gətirdikdə,  artıq  tabesiz 

mürəkkəb  cümlə  meydana  çıxmış  olur.  Bu  mürəkkəbləşmə  xəttini  sxem  va-

sitəsilə belə ifadə etmək olar: sadə cümlə-həmcins üzvlü sadə cümlə-tabesiz 

mürəkkəb cümlə (2, 352).Məlum olduğu üzrə, mürəkkəb cümləyə müxtəlif 

təriflər  verilmişdir.  Bu  təriflərdə  yanlış  cəhət  ondan  ibarət  olmuşdur  ki, 

mürəkkəb  cümlənin  tərkib  hissələri  müstəqil  işlənə  bilən,  bitmiş  bir  fikri 

ifadə edən sadə cümlələr kimi izah olunmuşdur. Bu təriflərə görə mürəkkəb 

cümlə  bitmiş  bir  fikri  bildirməklə,  eyni  zamanda,  bitmiş  fikri  bildirən 

cümlələrin mexaniki məcmuyundan ibarətdir. Mürəkkəb cümlənin tərifində 

əsas məqsəd onun tərkib hissələrini təşkil edən sadə cümlələri, ya da onların 

müstəqilliyini  nəzərə  çarpdırmaq  deyil,  bəlkə  sadə  cümlələrin  birləşərək 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə