Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə6/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   2   3   4   5   6   7   8   9   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

14



mürəkkəb bir sintaktik vahid olduğunu göstərməkdir (1,322).Akad. V.V.Vi-

noqradov  göstərir  ki,  mürəkkəb  cümlə  vahid  intonasiya  və  məna  bütöv-

lüyündən,  lakin  xarici  formal  qrammatik  quruluşlarına  görə  az  və  ya  çox 

dərəcədə sadə cümlələrə oxşayan hissələrdən ibarətdir. Mürəkkəb cümlələrin 

tərkib hissələri xarici quruluşlarına görə sadə cümlələrlə həmcins olsalar da, 

lakin  bunlar  bütövlük  daxilində  cümləyə  xas  olan  bitmiş  məna  və 

intonasiyaya malik deyildir və buna görə də, ayrı-ayrı cümlələr ola bilmirlər 

(2,  224).Bir  mübtədası  və  bir  neçə  xəbəri  olan  sadə  cümlələr  isə  bunun 

əksinədir.  Burada  olan  xəbərlər  eynu  formada  olduğu  və  eyni  suala  cavab 

verdikləri  üçün  həmcinsdir.  Məlumdur  ki,mürəkkəb  cümlənin  komponent-

lərini  bir-biri  ilə  əlaqələndirməkdə  əvəzliklərin  mühüm  rolu  vardır.  Lakin 

bunlar tabesiz mürəkkəb cümlədə bir funksiyada, tabeli mürəkkəb cümlədə 

isə  başqa  funksiyada  iştirak  edir.  Tabesiz  mürəkkəb  cümlədə  iştirak  edən 

əvəzlik  özündən  əvvəl  deyilənə  işarə  edir  və  əvəzliyin  məzmunu  özündən 

qabaqkı hissədən bəllidir. Buna görə də, özündən sonra onun izahata ehtiyacı 

olmur. Tabeli mürəkkəb cümlənin baş cümləsində əvəzlik ona görə işlədilir 

ki, orada buraxılan üzvün yerini tutsun və məzmunu özündən əvvəl sösylən-

mədiyi üçün özündən sonra budaq cümlə ilə izah edilsin. Beləliklə, tabesiz 

mürəkkəb  cümlədə  komponentlərin  əlaqələnməsində  xidmət  edən  işarə 

əvəzlikləri məlumlara işarə edir, tabeli mürəkkəb cümlədə isə belə əvəzliklər 

məzmunca  izah  edilməli  olur,  yəni  məchullara  işarə  edilmiş  olur.  c)into-

nasiyadakı  fərq.Tabesiz  mürəkkəb  cümləni  müşayiət  edən  intonasiya  tabe 

etməyən  intonasiya  olduğu  halda,  tabeli  mürəkkəb  cümləni  müşayiət  edən 

intonasiya  tabeedici  intonasiyadır.Mürəkkəb  cümlənin  tərkib  hissələri 

müxtəlif əlaqə vasitələri ilə, yəni bağlayıcılar, bağlayıcı sözlər, şəkilçilər və 

intonasiya ilə bir-birinə bağlanır.Müasir fars dilində mürəkkəb cümlələr iki 

yerə ayrılır: tabesiz mürəkkəb cümlələr və tabeli mürəkkəb cümlələr.Tabesiz 

mürəkkəb  cümlələr  eyni  hüquqlu,  bir-birindən  asılı  olmayan  cümlələri 

birləşməsi, tabeli mürəkkəb cümlələr isə biri müstəqil, o biri qeyri-müstəqil, 

yalnız  müstəqil  cümləyə  tabe  olan  və  onu  izah  edən  cümlələrin  birləşməsi 

kimi  izah  olunur  (1,328).Beləliklə,  bu  təriflərə  əsasən  tabesiz  mürəkkəb 

cümləni tabeli mürəkkəb cümlədən ayıran iki cəhət özünü göstərir: 1) müstə-

qillik,  2)  asılılıq.Bu  təriflərdə  əsas  nöqsan  bundan  ibarətdir  ki,  mürəkkəb 

cümləni təşkil edən tərkib hissələr bir növ bir-birindən təcrid olunur. Digər 

tərəfdən  də,  müstəqillik  və  asılılıq  bunları  ayırmaq  üçün  əsas  meyar  ola 

bilmir.Mürəkkəb  cümlənin  tərkib  hissələrini  bir-birindən  asılı  olmayaraq 

mürəkkəb  cümlədən  xaric,  müstəqil  cümlələr  kimi  təsvir  etmək  qeyri-

mümkündür.İkinci  tərəfdən,  mürəkkəb  cümlənin  tərkib  hissələrindən  birini 

müstəqil, qeyri-asılı, digərini isə qeyri-müstəqil və asılı kimi izah etməkdə, 

çox vaxt doğru olmur. Ona görə ki, tabeli mürəkkəb cümləni təşkil edən istər 

baş  və  istərsə  budaq  cümlələr  bir-birindən  asılıdır.  İkinci  cəhətdən  də  baş 



Filologiya məsələləri, № 15 2017 

 

15



cümlənin  müstəqil,  budaq  cümlənin  isə  qeyri-müstəqil  işlənməsi  həmişə 

doğru ola bilmir.  

Bİr  çox  budaq  cümlələr  baş  cümləyə  nisbətən  müstəqil  ola 

bilir.Məsələn: 

 ﺪﺷ دراو ﷴ ﮫﮐ ﺖﺷﺬﮕﻧ یﺮﯾد

)

ص



 



Bu  tabeli  mürəkkəb  cümlədə  budaq  cümlədəki  fikir

ﺪﺷ  دراو 



(

 

)  baş 



cümlədəki fikrə 

)

ﺖﺷﺬﮕﻧ یﺮﯾد



(

 nisbətən müstəqil və bitkindir. Digər tərəfdən 

də, baş cümlədəki fikrin izahı budaq cümlədəki fikirdən asılıdır. Buna görə 

də,  baş  cümlənin  müstəqil  olması  və  budaq  cümlədən  asılı  olmaması  fikri 

həmişə  doğru  ola  bilməz.Tabeli  mürəkkəb  cümlələri  tabesiz  mürəkkəb 

cümlələrə  yaxınlaşdıran  və  ayıran  cəhətlər  vardır.  Yaxınlaşdıran  cəhət 

onların  tərkib  hissələrinin  bir-birindən  daxili  mənaya  görə  asılı  olmasıdır. 

Ayıran cəhət məna asılılığının dərəcəsidir, yəni məna asılılığının tabesiz və 

tabeli halda olmasıdır (1,328).Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri 

arasındakı  məna  asılılığı  zəif  və  tabesizlik  əsasındadırsa,  tabeli  mürəkkəb 

cümlələrdə tərkib hissələr arasındakı məna asılılığı daha qüvvətli və tabelilik 

əsasındadır. Bundan əlavə, tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrinin 

ardıcıllığında  hadisə  və  proseslərin  asılılığı  fikirlərin  birləşməsi  ilə  ifadə 

olunursa,  tabeli  mürəkkəb  cümlələrdə  tərkib  hissələrinin  ardıcıllığında 

danışanın ifadə məqsədindən asılı olaraq, fikir tabeliliyi, bir sözlə, fikirlərin 

birləşməsinin yekunu ifadə edilir. Tərkib hissələri arasında müxtəlif əlaqələri 

göstərən  ifadə  vasitələri  ilə  də  mürəkkəb  cümlələr  bir-birindən  seçilir. 

Beləki, tabesiz mürəkkəb cümlənin özünə görə əlaqələri ifadə edən vasitələri 

olduğu kimi, tabeli mürəkkəb cümlələrin də özünə aid əlaqələri ifadə edən 

vasitələri vardır.  

 

Ədəbiyyat 



 

1.M.Ş.Şirəliyev. Mürəkkəb cümlə. Bakı, 1959. 

2.В.В.Виноградов. Основные вопросы синтаксиса предложения. 

Москва, 1955. 

3.Арендс А.К. Краткий синтаксис современного персидского 

литературного языка. М.-Л., 1941. 

4.Белицин А.П. Безличные предложения в современном персидском 

языке. Москва, 1969. 

5.Пейсиков Л.С. Вопросы синтаксиса персидского языка. Москва, 1956. 

6.Рубинчик Ю.А. Современный персидский язык. Москва, 1960. 

7.Mahmudov H.Ş. Fars dilində şəxssiz cümlələr. Bakı, 1974. 

8.Mahmudov H. Ş. Fars dilində sadə cümlə sintaksisi, Bakı, 1973. 

9.Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, 1981. 

10.


ﯽﻘﺗ ﷴ ءاﺮﻌﺸﻟا ﮏﻠﻣ رﺎﮭﺑ

 .

ﯽﺳﺎﻨﺸﮑﺒﺳ



 .

ود ﺪﻠﺟ


م

 .

 ،ناﺮﮭﺗ



1323

 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə