Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə7/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   2   3   4   5   6   7   8   9   10   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

16



11

ﻞﺗﺎﻧ ﺰﯾوﺮﭘ یﺮﻠﻧﺎﺧ

 .

ﯽﺳرﺎﻓ نﺎﺑز رﻮﺘﺳد



 .

 ،ناﺮﮭﺗ


1351

.

 



12

یﻮﺠﻨﮔ ﯽﻣﺎﻈﻧ

 .

ﻦﯾﺮﯿﺷ و وﺮﺴﺧ



 .

 ،ﻮﮐﺎﺑ


1960

.

 



 

Л.Махмудова  

Классификация сложных предложений в современном  

персидском языке 

 

Резюме 


 

Статья посвящена классификации сложных предложений в совре-

менном  персидском  языке.  В  частности,  указывается,  что  сложные 

предложения отличаются от других видов простых предложений своим 

грамматико-синтактическими и функциональными особенностями.  

В  статье  также  дается  критический  обзор  научных  мыслей  и 

мнений  некоторых  азербайджанских,  русских  и  европейских  восто-

коведов о сложных предложениях, приводятся цитаты и ссылки.  

 Подробно анализируюся синтаксические значения сложных пред-

ложений. В статье также указывается способы выражения сказуемого в 

сложных предложениях. 

L.Mahmudova  

The classification of the compound sentences in the modern  

persian language 

 

Summary 


 

This article is dedicated the classification of the compound sentences s 

in the modern Persian language. In particular it is indicated that compound 

sentences  differ  from  other  sentences  by  their  grammatic-syntaksic  and 

functional features.  

The article also includes critical review of the scientific thoughts and 

opinions of the some azerbaijanian, Russian and European orientalists about 

compound sentences in Persian language and also given reliable sources and 

examples  of  different  authors.  In  this  article  is  given  detailed  analyses  of 

syntactic  meanings  of  compound  sentences  and  is  shown  modes  of 

expression of predicate in compound sentences. 

 

Rəyçi:             Mənzərə Məmmədova 



 

     Filologiya elmləri namizədi, dosent 

 



Filologiya məsələləri, № 15 2017 

 

17



FATİMƏ VƏLİYEVA 

Filologiya üzrə fəlsəfə  doktoru, dosent  

Bakı Slavyan Universiteti

fatima@mail.ru 

 

ARXAİK SÖZLƏR AFORİZM VƏ ATALAR SÖZLƏRİNİN   



 FORMALAŞMASINDA MÜHÜM MƏNBƏ KİMİ 

 

Açar sözlər: Aforizmlər, atalar sözləri, dastan, arxaik leksik vahidlər. 



Key words: Aphorisms, proverbs, epos, archaic lexical units.  

Ключевые слова: Афоризмы, пословицы, эпос, архаические лексичес-

кие единицы. 

 

Aforizmlər, atalar sözü və məsəllər, tapmacalar və s. müasir dilçilikdə 



paremioloji  vahidlər  sisteminə  daxildir.    Belə  dil  vahidlərinin  tədqiqi  ilə 

məşğul olan dilçilik sahəsi isə paremiologiya adlanır.  Hər şeydən öncə onu 

qeyd etmək lazımdır ki, paremiologiya dilçilik elminin yeni formalaşan, di-

gər  dilçilik  sahələri  ilə  müqayisədə  nisbətən  gənc  sahələrindən  biridir. 

Bidiyimiz kimi, atalar sözü və zərbi-məsəlllər şifahi xalq yaradıcılığının qədim 

və  maraqlı  janrlarındandır.    Şifahi  xalq  yaradıcılığı  hansı  ərazidə  və  coğrafi 

məkanda  yaranmasından  asılı  olmayaraq  mənsub  olduğu  xalqın  adət-

ənənələrini, dünyagörüşünü, etik və əxlaqi dəyərlərini, bir sözlə, onun mənəvi 

dünyasına  məxsus  olan  xarakterik  xüsusiyyətləri  əks  etdirən  ən  etibarlı 

mənbələrdən biri hesab olunur. Əsrlər boyu xalq öz arzu və istəklərini, onu 

düşündürən  və  duyğulandıran  məram  və  niyyətlərini  münasib  üsullarda  və 

ifadə formalarında dilə gətirmiş, zaman-zaman onu hafizələrə və yaddaşlara 

köçürmüş,  bununla  da  nəsil-nəsil  insanlar  belə  bir  yaradıcılıq  ənənəsinin 

varislərinə və daşıyıcılarına çevrilmişlər. Bu varisliyini məntiqi davamı kimi 

aforizmlər, atalar sözü və məsəllər formalaşmışdır. Aforizm yunan sözü olub 

qısa  kəlam,  ümumiləşdirilmiş,  bitkin,  dərin  mənalı  fikir,  himətli  söz 

deməkdir.  Atalar  sözü  isə  xalqın  yaratdığı  və  əsrlərdən  bəri  özünə  həyat 

düsturu  etdiyi  hikmətli  və  möcüzəli  sözlərdir  [5].  Mövzu  müxtəlifliyi  ilə 

yanaşı,  bimiş  fikir,  ümumiləşdirmə  və  nəticə  atalar  sözlərinə  xas  olan 

cəhətlərdir.  Atalar  sözləri  xalqın  həyatda  sınanmış,  müdrik  və  nəsihətli 

fikirlərindən  ibarət  olur  və  böyük  əxlaqi-tərbiyəvi  əhəmiyyət  daşıyır.  Əsas 

xüsusiyyətihəcmcə  kiçikliyi,  lakin  mənaca  hikmətli  və  nəsihətli  olmasıdır. 

Atalar  sözləri  bitkin  fikir  ifadə  edir  [1].  Atalar  sözləri,  zərbi-məsəllər, 

aforizmlər,  qanadlı  sözlər  və  s.  tarixən  folklor  janrı  kimi  folklorşünaslıqda 

daha  geniş  yer  almış,  onların  kiçik  janr  kimi  ədəbiyyatşünaslıq  aspektində 

öyrənilməsi  daha  məntiqli  sayılmışdır.  Amma  XX  əsrin  ortalarından  belə 

leksik  vahidlərin  dilçilik  baxımından  tədqiqi  və  aspektlərinin  müəyyən 



Filologiya məsələləri, № 15 2017 

 

18



olunması  xüsusi  bir  dilçilik  sahəsi  olan  paremiologiyanın  formalaşması  ilə 

nəticələnmişdir.  

Sırf dilçilik araşdırmaları paremioloji vahidlərin- atalar sözləri, zərbi-mə-

səllər,  aforizmlər,  qanadlı  sözlər  və  s.  sintaktik  quruluşunu,  semantik  struk-

turunu  və  konseptual-məna  radiusunu  müəyyənləşdirir.  Aforizmlərin  fəlsəfi 

konseptlər  kimi  öyrənilməsi  də  olduqca  maraqlıdır.  Folklor  dilinin  tədqiqat-

larının,  dil  vahidlərinin  etimologiyasının  və  linqvostruktur  araşdırılmasının 

günümüzdə aktual və gərəkli olmasını bir sıra tanınmış alimlər dəfələrlə qeyd 

etmişlər.  Belə  tədqiqatçılardan  Z.İ.Budaqovanı,  Z.Əlizadəni,  Ə.Dəmirçizadəni 

və başqalarını göstərmək olar. 

Aforizmlərin,  atalar  sözlərinin  dilinin  leksik  xüsusiyyətlərindən  biri  də 

onlarda  arxaik  leksikanın,  müasir  dil  baxımından  köhnəlmiş  leksik  vahidlərin 

işlənməsidir.  Başqa  sözlə,  arxaizmlər  aforizmlərin,  atalar  sözü  və  məsəllərin 

zənginləşməsində  mühüm  mənbə  rolunu  oynayan  leksik  vahidlərdir.  Məqalə-

mizdə Azərbaycan dilinə məxsus bir sıra atalar sözləri və aforizmlərdə işlənən, 

müasir  dilçiliyimiz  üçün  arxaikləşən  bəzi  sözlərin  müqayisəli-linqvistik 

təhlilinə  toxunacağıq.    Qeyd  etmək  lazımdır  ki,  arxaizmlər  ədəbi  dil  üçün 

ümumişləkliyini  itirmiş  olsa  belə,  müasir  dialekt  və  şivələrimizdə,  başqa 

sözlə xalqın gündəlik nitqində öz varlığını müəyyən qədər qoruyub saxlaya 

bilmişdir.  Bununla  əlaqədar  olaraq  tədqiqatçı  Türkan  Əfəndiyeva  yazır: 

“Arxaizmləri  tamamilə  işlək  olmayan  sözlər  hesab  etmək  olmaz.  Arxaik 

sözlər  köhnəlsə  də,  dildən  tamam  çıxmır,  onların  yalnız  işlənmə  dairəsi 

məhdudlaşır.  Bu  o  deməkdir  ki,  arxaizmlər  fəal  iştirakdan  məhrum  olmuş, 

dilin aktiv fondundan passiv fonduna keçmiş sözlərdir” [6, s.227 ].  

Beləliklə,  hazırda  dilimizin  passiv  fonduna  keçən  (arxaikləşən-F.V.), 

lakin  şifahi  xalq  ədəbiyyatımızda,  müxtəlif  aforizmlərdə,  atalar  sözlərində, 

eyni zamanda dialekt və şivələrimizdə öz varlığını qoruyan və aforizmlərin, 

atalar  sözlərinin  formalaşmasında  əhəmiyyətli  yer  tutan  bəzi  arxaik  leksik 

vahidlərin müqayisəli linvistik təhlilinə diqqət yetirək. Müasir ədəbi dilimiz 

üçün  arxaikləşmiş  arı  sözü  Azərbaycan  xalqının  şifahi  ədəbiyyatında 

“Aydan  arı,  sudan  duru”  atalar  sözündə  öz  ilkin  mənasını  “təmiz,  pak, 

duru”  anlamını  qoruyub  saxlaya  bilmişdir.  Morfoloji  baxımdan  sadə  sifət 

olan  arı  leksemi  təsadüfi  deyil  ki,  xalq  arasında  “Özün  elə  apa:r  ki,  elə  bil 

aydan arı, sudan durudu” ifadəsində işlənir. Yuxarıda da qeyd etdiyimiz kimi, 

belə sözlər ədəbi dilimiz üçün arxaikləşmiş olsa belə dialekt və şivələrimizdə 

yaşayır.  Belə  ki,  hazırda  Azərbaycan  dilinin  Ordubad  dialekti  və  Culfa 

şivələrində arı“təmiz, pak, duru, saf” mənalarında mövcuddur. Məs.: Arı suyu 

çihləndirməx'  günahdı,  bala.  Arı  kök  morfemi  dialekt  leksikamızda  işlənən 

“arıtdamax-arıtlamaq”,“arınmax-arınmaq”  feillərinin  kökündə  də  öz  ilkin 

mənasını  saxlayır.  Məs.:  Buğda  arıtdamaxdan  gözdərim  ağrıyır.  Arıtlamaq 

sözünün  tərkibə  görə  təhlilinə  diqqət  yetirək.  Fikrimizcə,  leksem  arı  kök 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə