Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə8/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   4   5   6   7   8   9   10   11   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

19



morfemi, ədəbi dilimiz üçün arxaikləşən, lakin tarixi qrammatikamızda söz 

yaratmada iştirak edən və qeyri-məhsuldar şəkilçi olan -t və müasir dövrdə 

söz  yaradıcılığında  fəal  iştirak  edən  –la  (la

2

)  şəkilçi  morfemlərindən 



ibarətdir. Arınmaq sözünün təhlilinə gəlincə deyə bilərik ki, buradakı arı kök 

morfem, -n isə feilin qayıdış növünü yaradan şəkilçidir. Məs.:Günahlarınnan 

arınmağın  vaxdıdı  day.  Söz  “Kitabi-Dədə  Qorqud”  dastanlarında,  klassik 

yazıçılarımızın əsərlərində də eyni mənanı daşımışdır.  

Axıb gedən arı sudan dəst aldı [13, s.38].  

Qırxların qəlbi durudur

Gələnin qəlbin arıdır [10, s.322].  

Həq xirqəyə ey salik, baqmaz içüni arıt [14, s.130]. 

Sözə  dilimizin  Bakı  [17,  s.111],  Quba  [15,  s.278]  dialektlərində, 

Qaraqalpaq  dilində  də  arı  şəklində  eyni  mənada  rast  gəlinmişdir.  Arı  sözü 

“Divani-lüğət  it  türk”  əsərində  arı//aruğ  [11,  s.32],  Əhməd  Yəsəvinin 

“Divani-hikmət” əsərində arığ [7, s.122] şəklində, eyni anlamda işlənir. 

Hazırda  ədəbi  dilimiz  üçün  arxaik  sözlərdən  hesab  olunan  yey  sözü 

“Ac qonağa bir çörək, naz balışdan yeğdir” aforizmində “yaxşı” mənasında 

öz ilkin anlamını saxlamışdır. Aforizmdə işlənən və quruluşca sadə sifət olan 

yey//yeg sözünün linqvistik təhlilinə diqqət yetirsək, burada sözün əvvəlində 

işlədilən “y” samiti artımının qədim türk dili üçün xarakterik fonetik hadisə 

olduğunu görərik. Belə ki, dilimizdə işlədilən ildırım, ilan, ağlamaq, ulduz 

və  s.  kimi  sözlər  qədim  və  orta  əsrlər  dövründə  daha  çox  yıldırım,  yıldız, 

yığlamağ,  yılan  şəklində  olmuşdur.  Qeyd  olunan  sözlər  müasir  Türkiyə 

türkcəsində öz ilkin fonetik variantını qoruyub saxlamışdır. Bu leksik vahid 

müasir  dövrdə  bəzi  dialekt  və  şivələrimizdə  öz  varlığını  qoruyub  saxlaya 

bilmişdir.  Bu  gün  Azərbaycan  dilinin  bir  sıra  dialekt  və  şivələrində  sözə  

sözə yeg//yey  fonetik variantlarında rast gəlinir. Haqqında söhbət açdığımız 

leksem  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  yeg  şəklində,  “  öz  əksini 

tapmışdır.  “...Yalan  söz  bu  dünyada  olunca,  olmasa  yeg.”  [13,  s.32].  Söz 

müasir  Türkiyə  türkcəsinin  dialekt  və  şivələrində  ey//iyi  [4,  s.187]  şəklində 

eyni  mənada  mövcuddur.  Məs.:  Nasılsın,  eymisin  (iyimisin)?  M.Kaşğarinin 

“Divani lüğət-it-türk” əsərində də yeg sözü “daha yaxşı, xeyirli” [11, s.768] 

mənalarında  işlənmişdir.  Təsadüfi  deyil  ki,  klassik  ədəbiyyatımızda  da  yey 

kəlməsi ey şəklində geniş istifadə olunmuşdur. 

Ey Füzuli, odlara yansın büsati-səltənət

Eydir ondan həq bilir, bir guşeyi-külkan mana [8, s.17] 

  Bütün  bu  faktlara  əsaslanaraq  deyə  bilərik  ki,  yuxarıda  qeyd 

etdiyimiz  aforizmdə  əksini  tapan  yeg//yey  sözü  dilimizin  qədim  fonetik 

xüsusiyyətlərini  özündə  saxlayan  arxaik  leksik  vahidlərimizindən  biridir. 

Quruluşca sadə isim olan yazı sözü vaxtilə dilimizdə geniş dairədə işlədilsə 

də, artıq indi ədəbi dilimiz üçün arxaikləşmişdir. Buna baxmayaraq ində də 




Filologiya məsələləri, № 15 2017 

 

20



dilimizin  bir  sıra  dialekt  və  şivələrində,  bəzi  atalar  sözlərində  yazı  sözünə 

rast  gəlirik.    Belə  ki,  xalq  arasında  işlənən“İçimiz  bizi,  yazımız  xalxı 

yandırır”  aforizminə  paralel  olaraq  şifahi  xalq  ədəbiyyatımızda  “İçim 

özümü,  çölüm  özgəsini  yandırır”  ifadəsi  işlədilməkdədir.  Nümunədən  bu 

aforizmin  formalaşmasında  da  yazı  arxaik  leksik  vahidinin  rolunu  əyani 

şəkildə  görmək  mümkündür.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  yazı  sözü 

dialekt  və  şivələrimizdə  “çöl,  səhra”  mənasında  işlənməklə  öz  ilkin 

variantını  saxlamaqdadır.  Məs.:  Qoyun-geçilər  yazıda  ottar  da.  Hətta  bəzi 

yer adlarımız, yəni toponimlərin formalaşmasında da bu sözün işləndiyinin 

şahidi oluruq. Göyçay rayonun Qarayazı kəndinin adını buna misal göstərə 

bilərik. Sözə Azərbaycan dilinin Salyan şivəsində də eyni fonetik tərkib və 

mənada rast gəlinmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarında da  yazı sözü 

geniş işlənmə  arealına  malikdir. Məs.: Ozan  evin  tayağı  oldur  ki, yazıdan-

yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, 

ağırlar-əzizlər,  göndərər  [13,  s.  33]  və  yaxud  Qalxar  bizə  gen  yazıyı  dar 

edər  [13,  s.140].    Bu  söz  Kərkük  türkmanlarının  dilində  yazi  [12,  s.244] 

şəklində  düzənlik,  Türkiyə  türkcəsinin  Ərzincan  və  ətrafı  şivələrində  yazı 

[16, s.428] çöllük ərazi mənalarında  qeydə alınmışdır. Müasir ədəbi dilimiz 

üçün arxaikləşən quruluşca sadə yer zərfi olan  irax//irağ (iraq) leksik vahidi 

də dilimizdə mövcud olan bir sıra atalar sözləri və aforizmlərdə yaşamaqda 

və  xalqımızın  ulu  keçmişinə  işıq  tutmaqdadır.  Əvvəlcə  onu  qeyd  etmək 

lazımdır  ki,  iraq  sözü  hazırda  ədəbi  dilimizdə  mövcud  olan  “uzaq,  kənar” 

leksik vahidlərinin arxaikləşmiş sinonimidir. “Dəvə irağına, qatır dırnağına 

baxar”,  “Gözdən  irax,  könüldən  qırax”,  “İrax  qurban  tükündən”,  “Qurd 

bizdən irağ olsun, yediyi quyruq olsun” kimi atalar sözləri və aforizmlərdə 

biz bu leksemin işlənməsinin əyani şahidi oluruq. Maraqlıdır ki, hələ bu gün 

də xalq arasın birisi it, ulaq, pişik və s. kimi  heyvanları yanlışlıqla qoyun, 

keçi, çəpiş və bu kimi digər heyvanlardan birinə bənzədirsə, sanki öz günhını 

yumaq  üçün  tez    “İrax  qurban  tükündən”  ifadəsini  işlədilir.  Başqa  sözlə 

desək, iraq leksemi ədəbi dilin passiv fondunda yer alsa da, xalqın dilində 

hələ də yaşamaqda və işlənməkdədir.  

İrax//irağ  sözü  həm  “Kitabi-Dədə  Qorqud”  dastanlarında,  həm  də  

klassik ədəbiyyat nümunələrimizdə eyni mənada işlənmişdir.  

İrağından yaxınından bəri gəlgil, 

İgidlərin zərbin görgil [13, s.321] 

Olmaya kim pir qatında, 

Səni edə irax bir söz [8, s.321]  

Söz  özbək  dilində  iorok,  qaraqalpaq  dilində  djrak,  oyrot  dilində  irak 

şəklində,  eyni  mənada  işlənir.  Yekun  olaraq  qeyd  etmək  lazımdır  ki, 

məqaləmizdə  aforizmlərin,  həmçinin  atalar  sözlərinin  formalaşmasında 

mühüm  mənbə  rolunu  oynayan  bir  sıra  arxaizmlərin  linqvistik  təhlilindən 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə