Microsoft Word 21 bilal alizade doc



Yüklə 68,61 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü68,61 Kb.
#37766


Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

121

BİLAL  ƏLİZADƏ 

BDU-nun dosenti,  

f.e.n 

bilal_alizade@mail.ru 

 

FORMASİYA VƏ SİVİLİZASİYA KONSEPSİYALARININ TƏHLİLİ 

 

Açar sözlər: sivilizasiya, formasiya, tarixi proses, tarixi dövrlər, mədəniyyət, lokal sivilizasiya. 

Ключевые слова: цивилизация, формация, исторический процесс, исторические периоды, 

культура, локальная цивилизация. 

Key words: civilization, formation, historical process, culture, local civilization, historical times. 

 

Məlumdur ki, Sosial fəlsəfənin tədqiq etdiyi aktual problemlərdən biri də cəmiyyətin inkişafının 

tarixi mərhələləridir. Fəlsəfi fikir tarixində tarix fəlsəfəsi problemlərinə bir çox filosoflar öz 

münasibətlərini bildirmiş, bu mövzu ətrafında təhlil aparmışlar. Tarix fəlsəfəsi dünya xalqlarının 

fəaliyyət prinsiplərini və qanunauyğunluqlarını tarixi aspektdə  tədqiq edir, tarixin məqsədi və 

mənasını izah etməyə çalışır. Fəlsəfə tarixində tarixi prosesin izahında müxtəlif baxışlar, 

konsepsiyalar mövcud olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu nəzəriyyələr də dəyişmiş, inkişaf etmiş, 

dərinləşmiş  və  təkmilləşmişdir. Qeyd etmək lazımdır ki, tarix fəlsəfəsi zaman keçdikcə özünə daha 

çox tərəfdar tapır və ictimai elmlər arasında öz layiqli statusunu əldə edir. Bu problemin tədqiqat ilə 

məşhur filosoflar L.Bollinqbrok, A.Volter, İ.Herder, G.Hegel, K.Marks, K.Yaspers və başqaları 

dərindən məşğul olmuşlar. 

İlk öncə qeyd edək ki, formasiya təlimi özündə müəyyən qədər mürəkkəb və ziddiyyətli 

məqamları ehtiva edir. Bu səbəbdən də formasiya təlimi haqqında bütün deyilənləri ümumiləşdirmək 

və birmənalı fikir söyləmək xeyli çətindir. Eyni sözləri biz sivilizasiya təlimi haqqında da deyə bilərik. 

Biz təbii ki, formasiya və sivilizasiya təlimlərini  ətraflı olaraq bir-biri ilə müqayisə edərək, onlar 

arasındakı oxşar və  fərqli cəhətləri üzə  çıxarmağa çalışacağıq. Amma ilk öncə qeyd edək ki

sivilizasiya təlimi digərləri ilə müqayisədə daha mürəkkəb xarakter daşıyır və onu qiymətləndirmək 

daha çətindir. Qısaca olaraq bunun iki səbəbini göstərə bilərik: Birincisi, formasiya təlimi demək olar 

ki, bütövlükdə 20-ci əsrdə geniş yayılmış siyasi ideologiyanın  əsasını  təşkil edirdi. Amma əsrin 

sonunda tarixi şəraitin dəyişməsi və həmin ideologiyadan imtina edilməsi nəticəsində formasiya təlimi 

də ciddi tənqidlərə  məruz qaldı. Sivilizasiya təlimi isə  əksinə müasir dövrdə daha çox diqqət 

mərkəzindədir. Amma bununla belə tarixi şəraitin dəyişməsi səbəbindən formasiya təlimini qiymət-

ləndirmək, onun mənfi və müsbət məqamlarmı  fərqləndirmək bu gün nisbətən daha asandır. Lakin 

sivilizasiya təlimi ilə əlaqədar olaraq ictimai şüurda bunun əksinə olan proseslər baş verir. İkincisi

formasiya təliminə nisbətən sivilizasiya təlimi sayca daha çox filosofun adı ilə bağlıdır. Belə ki, 

formasiya təlimindən bəhs edərkən, biz istənilən halda, daha çox K.Marksın, F.Engelsin və 

V.İ.Leninin tarixi-fəlsəfi mülahizələri üzərində dayanırıq. Kommunist siyasi ideologiyasının sərtliyi 

səbəbindən sovet dövründə onların mülahizələrindən radikal şəkildə uzaqlaşmaq və ya onlarla 

ziddiyyətə girmək, demək olar ki, mümkün deyildi. Formasiya təliminin yarandığı tarixi zaman və 

onun yaradıcısı  məlumdur. Amma sivilizasiya təlimi ilə  əlaqədar olaraq biz tam fərqli  şəraitlə 

üzləşirik. İlk öncə qeyd edək ki, «sivilizasiya» anlayışını ilk dəfə elmi dövriyyəyə kimin daxil etdiyin 

demək xeyli çətindir. Düzdür, belə hesab olunur ki, sivilizasiya terminini ilk dəfə P.Q.Holbax və 18-ci 

əsrin ensiklopedistləri işlətmişlər [l, 84]. Amma hələ orta əsr ərəb-müsəlman fəlsəfəsində İbn Həldun 

bu anlayışdan istifadə etmişdir. Biz təbii ki, onlardan daha mühüm əhəmiyyət kəsb edən bir neçəsinin 

üzərində daha ətraflı dayanacağıq. Lakin əvvəlcədən qeyd edək ki, formasiya təliminin 

nümayəndələrinə nisbətən bu təlimin nümayəndələrinin fikirləri arasında fərqli cəhətlər daha çoxdur. 

Bütün fərqli və ziddiyyətli məqamlardan sərf-nəzər etsək, sivilizasiya təlimi adı altında  əsasən iki 

istiqamətdə mülahizələr irəli sürülür: Birinci istiqamətdə vahid universal sistem olaraq bəşəriyyətin 

inkişafının  ən mühüm mərhələləri kimi dünya sivilizasiyasının təkamülü nəzərdə tutulur. İkinci 



Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

122

istiqamətdə isə  nəsillərin vaxtaşırı olaraq bir-birini əvəz etməsi  şəklində müxtəlif lokal 

sivilizasiyalardan bəhs edilir. Bu səbəbdən də həm dünya sivilizasiyaları, həm də lokal sivilizasiyalar 

haqqında deyilənləri nəzərdən keçirəcək və onlardan hər birini ayrı-ayrılıqda formasiya təlimi ilə 

müqayisə edəcəyik. 

İlk öncə birinci istiqamətdən başlayaq.  Əvvəlcədən qeyd edək ki, bu istiqamətdən yanaşsaq, 

sivilizasiya və formasiya təlimləri arasında daha çox oxşar məqamları müşahidə etmək olar. Qeyd 

etdiyimiz kimi, burada vahid universal sistem kimi dünya sivilizasiyasının təkamülündən bəhs edilir. 

Başqa sözlə, burada formasiya təlimində olduğu kimi universal tarix konsepsiyası irəli sürülür və bu 

baxımdan hər iki təlim arasında heç bir fərq yoxdur. Zaman baxımından da bu təlimin yaranması elə 

K.Marksın və F.Engelsin dövrünə təsadüf edir. Daha konkret şəkildə desək, bu L.H.Morqanın (1818-

1881) adı ilə bağlıdır. Məlum olduğu kimi, Morqanın yaradıcılığı həm K.Marksın, həm də F.Engelsin 

diqqətini cəlb etmişdir və axırıncı «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərində onun 

tarixi-fəlsəfi mülahizələrini  ətraflı  təhlil etmişdir. Bu əsərdə Morqanın fikirləri çox yüksək 

qiymətləndirilir: «... Marks tərəfindən kəşf edilmiş olan tarixin materialistcəsinə anlaşılmasını Morqan 

Amerikada öz yolu ilə yenidən kəşf etmiş və həmin anlaşılmaya əsaslanaraq, barbarlıqla sivilizasiyanı 

müqayisə edərkən, başlıca məsələlərdə Marksın çıxartdığı eyni nəticələrə  gəlmişdi» [2, 3].  Amma 

buna baxmayaraq, K.Marks ilə Morqanın mülahizələri arasında bir sıra mühüm fərqlər də mövcuddur. 

Onları ardıcıl olaraq aşağıdakı bəndlərdə göstərə bilərik: 

1.  İlk müşahidə edilən fərq bəşəriyyətin tarixinin dövrlər üzrə bölgüsüdür. Nəzərdən 

keçirdiyimiz kimi bəzi əlyazmalarında K.Marks bəşəriyyətin tarixini kapitalizmə qədərki kapitalizm 

və kommunizm formasiyalarına bölür. Morqan üç başlıca dövrdən - vəhşilik, barbarlıq və sivilizasiya 

dövrlərindən bəhs edir və onlardan birinci iki dövrü də müvafiq olaraq aşağı, orta və yüksək pillələrə 

ayırır. Bunlardan birinci ikisi - vəhşilik və barbarlıq dövrləri formasiya təlimindəki ibtidai icma 

quruluşuna uyğun gəlir, sivilizasiya isə bu quruluşdan sonrakı bütün formasiyaları özündə ehtiva edir 

[2, 27]. Təbii ki, K.Marksın və Morqanın dövrlər üzrə bölgüsündə müşahidə edilən bu fərqlər təsadüfi 

xarakter daşımır. K.Marks kimi Morqan da öz bölgüsünü əsaslandırmağa çalışır. Növbəti bənddə bu 

əsaslanmanın üzərində dayanaq. 

2. K.Marksın bölgüsünün əsasında cəmiyyətin maddi həyatının istehsal üsulu dayanır. Daha 

aydın şəkildə desək, bu formasiya digərindən və ya bir dövr digərindən nəyi istehsal etməsi ilə deyil, 

onu necə istehsal etməyi ilə  fərqlənir. Morqanın bölgüsünün əsasında isə yaşayış vasitələri 

istehsalındakı tərəqqi dayanır. Amma məsələyə yalnız bu aspektdən yanaşsaq, onlar arasında elə bir 

fərq müşahidə edilmir. Belə ki, K.Marks da bir formasiyanı digərindən fərqləndirən istehsal üsulundan 

bəhs edərkən elə demək olar ki, yaşayış vasitələri istehsalındakı  tərəqqini nəzərdə tutur: 

«Materialistcəsinə anlaşılmaya görə, tarixdə müəyyənedici amil nəticə etibarı ilə bilavasitə  həyatın 

istehsalı  və  təkrar istehsalıdır. Lakin bu özü də yenə iki cür olur: bir tərəfdən - yaşayış vasitələri: 

yemək şeyləri, paltar, mənzil istehsalı və bundan ötrü zəruri olan alətlərin istehsalı; digər tərəfdən - 

insanın özünün istehsalı, nəslin davam etdirilməsi». (2, 4) Nəzərdən keçirdiyimiz kimi burada insanın 

özünü təkrar istehsalı, nəslin davam etdirilməsi – ailənin inkişaf dərəcəsi haqqında da bəhs edilir. 

Amma F.Engelsin «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi»  əsərinin birinci nəşrinin 

müqəddiməsində qeyd edilənləri nəzərə alsaq, onda ailənin inkişaf dərəcəsindən bəhs edilməsinin 

Morqanın tədqiqatı ilə  əlaqədar olduğunu söyləməyə kifayət qədər  əsasımız var. Müvafiq olaraq 

K.Marksın və Morqanın tarixi-fəlsəfi mülahizələrinin  əsasında duran istehsal üsulu ilə yaşayış 

vasitələrinin istehsalındakı tərəqqi arasında elə ciddi fərq yoxdur. Onların arasında əsas fərq Marksın 

bəşəriyyətin tarixini dövrlərə bölərkən və bir dövrdən digərinə keçidi izah edərkən Hegelin 

dialektikasından istifadə etməsidir. Amma biz Morqanda bunu müşahidə etmirik. 

3. Morqanın bəşəriyyət tarixinin dövrlər üzrə bölgüsünə dair fikirləri о qədər də yeni deyildir. 

Daha aydın  şəkildə desək, Morqandan daha əvvəl maarifçilik fəlsəfəsində  təkamül ideyası geniş 

yayılmışdır. Bəşəriyyət tarixinin dövrləri üzrə bölgüsünə dair Morqanın mülahizələrinin də bu 

təkamül ideyasına əsaslandığını müşahidə etmək çətin deyil. Morqanın əsas xidməti isə tarixi dövrlər 

üzrə bölməsində deyil, ibtidai icma quruluşunun tarixini öyrənməsində və izah etməsindədir. F.Engels 



Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

123

bu barədə qeyd edir: «Morqanın böyük xidməti ondadır ki, yazılı tariximizin bu tarixdən  əvvəlki 

əsasını  kəşf edib onun başlıca cəhətlərini bərpa etmişdir və  Şimali Amerika hindlilərinin qəbilə 

əlaqələrində qədim yunan, Roma və german tarixinin indiyədək həlledilməz olan ən mühüm sirlərinin 

açarını tapmışdır» [2, 218]. Bütün bunların isə bizi maraqlandıran məsələyə - tarixi proseslərin inkişaf 

istiqamətinə birbaşa aidiyyəti yoxdur. Bu məsələdə o, yalnız təkamül ideyasını davam etdirmişdir. 

K.Marksın tarix fəlsəfəsi isə tarixi proseslərə dialektik yanaşması baxımından ondan fərqlənir. 

K.Marksın tarix fəlsəfəsinə xas olan bütün yenilikləri bir kənara qoysaq təkcə Hegelin dialektikasının 

tarixi proseslərin izahına  şamil edilməsinin özü tarixi şüurun inkişafında yeni mərhələnin 

yaranmasının əsasında durur. Burada inkişaf daimi xarakter daşıyır və tənəzzül isə heç bir zaman baş 

vermir. Tarixi praktikada isə belə inkişaf modeli şübhəsiz ki, bir sıra məqamların, məsələn, müəyyən 

xarakterli böhranların, tənəzzüllərin izahını mümkünsüz edir. Dialektik yanaşmada isə inkişaf spi-

ralvarı xarakter daşıyır. Başqa sözlə, Hegelin dialektikasında inkişaf tsiklik xarakter daşımır, amma 

burada düz xətt üzrə  də inkişafdan danışmaq olmaz. Əgər bu dialektik yanaşmanı tarixi proseslərin 

izahına şamil etsək, onda tarixi proseslərin inkişafının keçmiş tarixin bəzi məqamlarmı təkrar etdiyini 

deyə bilərik. 

Yuxarıda qeyd etdiyimiz kimi sivilizasiya təlimi adı altında əsasən iki istiqamətdə mülahizələr 

irəli sürülür. Biz birinci istiqaməti - dünya sivilizasiyası ilə əlaqədar olan fikirləri nəzərdən keçirdik. 

Düzdür, müasir elmi-fəlsəfi  ədəbiyyatda bu daha çox postindustrial cəmiyyət nəzəriyyəsi adı ilə 

təqdim edilir. Amma mahiyyət etibarilə burada elə bir ciddi dəyişiklik yoxdur. İndi isə ikinci 

istiqamətə - lokal sivilizasiyalara keçid alaq. Lokal sivilizasiyalar təlimi zaman etibarilə daha sonrakı 

dövrdə yaranmışdır. Formasiya və postindustrial cəmiyyət konsepsiyaları ilə müqayisədə lokal 

sivilizasiyalar təlimi haqqında deyilənləri ümumiləşdirmək daha çətindir. Bütün ziddiyyətli 

məqamlara baxmayaraq hər halda yuxarıda adı  çəkilən hər iki təlim az və ya çox dərəcədə bütöv 

xarakter daşıyır. Amma lokal sivilizasiyalar təlimi haqqında vəziyyət bir qədər başqa cürdür. Bəzi 

məqamları qeyd edək: 

1.

 

Lokal sivilizasiyalar təlimi çərçivəsində haqqında bəhs edəcəyimiz filosoflar heç də həmişə 



bu anlayışından istifadə etməmişlər. Onların hamısı müxtəlif terminlərdən: N.Danilevski «mədəni-

tarixi tiplər». O.Şpenqler «yüksək mədəniyyətlər», A.Toynbi «lokal sivilizasiyalar», P.Sorokin 

«mədəni supersistemlər» anlayışından istifadə edir. Amma istənilən halda onların tarixi proseslərin 

inkişaf istiqamətinə yanaşmasında elə bir ciddi fərqlər yoxdur və onların müxtəlif terminologiyadan 

istifadə etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb etmir. Onların əksəriyyətinin fikrinə görə hər bir 

sivilizasiyanın  əsasında hər hansı ilkin mənəvi çıxış nöqtəsi, «böyük ideya», «dini dəyərlər» və ya 

ilkin simvollar durur ki, inkişaf nəticəsində  də onların  ətrafında mürəkkəb mənəvi sistemlər 

formalaşır. Danilevski, Toynbi və Şpenqler sivilizasiyanın formalaşmasında dinin xüsusi rolunu qeyd 

edirlər. Onların fikrincə, sivilizasiyalar din, arxitektura, rəssamlıq, adətlər, ənənələr sahəsində müəy-

yən birlik yaradan insan cəmiyyəti tipin özündə əks etdirir. İstənilən halda sivilizasiya barbarlığın və 

vəhşiliyin  əksinə olaraq cəmiyyətin maariflənməsini, elmin, incəsənətin, azadlığın təkamülünü 

nəzərdə tutur. Bu isə onun digər anlayış ilə - mədəniyyət ilə qarşılıqlı əlaqəsinə gətirib çıxarır. Belə ki, 

«mədəniyyət» anlayışının da məzmunu buna yaxındır.  О da maariflənməni, mənəvi təkmilləşməni, 

elmin və incəsənətin inkişafının nəzərdə tutur. Bütün bu deyilənləri nəzərə alsaq, lokal sivilizasiyalar 

təlimində tarixin bölgüsü kimi mədəniyyət faktorunun çıxış etdiyini deyə bilərik [3, 52]. 

2.

 



Lokal sivilizasiyalar təlimində tarixin bölgüsü kimi mədəniyyət faktorunun çıxış etməsi də 

bu təlim çərçivəsində birmənalı fikrin yaranmasına gətirib çıxartmır. Məlum olduğu kimi, mədəniyyət 

anlayışının özünə  də elmi-fəlsəfi  ədəbiyyatda müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Amerikan 

mədəniyyətşünasları A.Kreber və K.Klakxon birgə yazdıqları  əsərlərində  mədəniyyətin 180 tərifmi 

göstəriblər. L.E.Kertmana görə isə  mədəniyyətin 400-dən artıq tərifi var [4, 54]. Bütün bunlar isə 

bəşəriyyət tarixində indiyə kimi mövcud olmuş sivilizasiyaların sayı baxımından mübahisəli 

məqamların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, lokal sivilizasiyaların bir-birindən 

fərqləndirilməsi üçün bu təlimin tərəfdarlarının hamısının birmənalı olaraq qəbul edəcəyi hər hansı 

meyar mövcud deyildir. Nəticədə N.Danilevski 10 sivilizasiyanın (mədəni-tarixi tipin) admı  çəkir: 



Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

124

misir, assuriya-babil-finikiya-gildani (qədim semit), çin, hind, iran, yəhudi, yunan, roma, ərəb (yeni 

semit), avropa (roman-german). İki sivilizasiya - peru və meksika inkişafın erkən mərhələsində təbii 

ölüm ib məhv olublar [5, 344]. Oxşar nəzəriyyələr irəli sürən O.Şpenqler isə 8 mədəniyyətin adını 

çəkir: çin, babil, misir, antik, qərb, mayya və rus. Bunlardan yalnız axırıncı  həb yaranma 

mərhələsindədir. A.Toynbi isə ilkin dövrdə 21 sivilizasiyanın adını  çəkir, sonra isə ikinci dərəcəli, 

kifayət qədər inkişaf etməmiş olanları saymadan onların sayını 13-ə endirir. 

Lokal sivilizasiyaların canlı orqanizmlərin həyatı kimi başa düşülməsi Danilevskinin 

konsepsiyasının  əsasında durur. Şpenqler də eyni fikirdədir. Düzdür, Danilevski mədəniyyətin 

inkişafmda, 3, Şpenqler isə 4 mərhələdən bəhs edir. Amma bu mərhələlərin yaranma mənbəyi eynidir: 

«Hər bir mədəniyyət ayrıca insanın bütün yaş  mərhələlərini keçir. Hər birinin öz uşaqlığı, gəncliyi, 

yetkinliyi və qocalığı var». Həm Danilevski, həm də Şpenqler son nəticədə mədəniyyətin inkişafının 

son mərhələsini onun inkişafının ilk mərhələsinə qarşı qoyur. Canlı orqanizm kimi lokal mədəniy-

yətlər də daim hərəkətdə olmalı, dəyişməlidirlər. Amma bununla belə  mədəniyyətin «inkişafı» 

müəyyən sayda mərhələlərin ardıcıl olaraq bir-birini əvəz etməsidir. Bu dövretmənin sərhədlərindən 

kənara çıxmaq mümkün deyildir, çünki lokal mədəniyyətlərin həyatındakı sonuncu mərhələ inkişafın 

ilkin mərhələsinə qayıdış deməkdir. Lokal mədəniyyətlərin inkişafındakı bu sonuncu mərhələni Dani-

levski və Şpenqler sivilizasiya adlandırırlar. Amma Danilevski və Şpenqlerin fikirləri arasında müəy-

yən fərqlər də mövcuddur. İlk diqqəti cəlb edən fərqli cəhət tarixən mövcud olmuş sivilizasiyaların 

sayı ilə  əlaqədardır.  Ən mühüm fərq isə lokal mədəniyyətlərin sonuncu mərhələsinə dair fikirlərdir. 

Onların lokal mədəniyyətlərin inkişafındakı sonuncu mərhələyə dair eyni təsəvvürləri olsa da burada 

bir sıra fərqlər var. İlk növbədə fərq lokal mədəniyyətlərin mövcud olma müddəti məsələsinə aiddir. 

Danilevskinin fikrincə, bu mərhələ çox qısa müddətlidir. Belə ki, sivilizasiya mərhələsi deyərkən lokal 

mədəniyyətin bütün həyatı boyu toplanılmış enerjinin israf edilməsini başa düşülür.  Əksinə, 

Şpenqlerin fikrincə, bu dövr (sivilizasiya) - mədəniyyətin durğunluğu dövrüdür. Bu dövr uzun müddət 

davam edir [7, 112]. 

Danilevskinin metodologiyası da ciddi anlaşılmazlıq yaradır. O, «qədim dünya - orta əsrlər - 

yeni dövr» bölgüsünü qəbul edir. Amma o, üç dövrü ümumdünya tarixinin mərhələləri kimi deyil, 

qapalı mədəniyyətlərin həyatındakı dövrlər kimi qəbul edir. Onun konsepsiyasında etnoqrafik inkişaf 

fazası qədim dünyaya, dövlətlər - orta əsrlərə, sonuncu sivilizasiya mərhələsi isə - yeni dövrə uyğun 

gəlir. Danilevski və  Şpenqler ilə müqayisədə A.Toynbinin tarixi-fəlsəfi mülahizələri daha sistemli 

xarakter daşıyır və  bəşəriyyətin ictimai-tarixi inkişafını lokal sivilizasiyaların dövr etməsi ilə izah 

etməyə çalışır. Amma bir sıra məqamlarda onun fikirləri Şpenqlerin mülahizələrindən xeyli dərəcədə 

fərqlənir. Bunları qısaca olaraq aşağıdakı bəndlərdə ümumiləşdirə bilərik: 

1. A.Toynbi özündən əvvəl tarixi dövretmə konsepsiyasını irəli sürən iki şəxsin -  O.Şpenqlerin 

və C.Vikonun adını  çəkir. A.Toynbinin fikrincə, onların çatışmayan cəhəti daha az empirik 

materialdan istifadə etmələridir [6, 121]. C.Viko 2 (antik və qərb), Şpenqler isə 8 «mədəniyyətdən» 

bəhs edir. Toynbinin özü isə tarixin və arxeologiyanın  ən son nailiyyətlərdən istifadə edərək ilkin 

dövrdə 21 sivilizasiyanın adını çəkir: qərb, bizans, rus-ortodoksal, fars, ərəb (islam), Hind, Uzaq Şərq, 

antik (yunan-roma), suriya, hind, çin, yapon-koreya, minoy, şumer, het, babil, misir, and, Meksika, 

yukatan, mayya... Əslində Toynbinin lokal sivilizasiyalar təliminin Danilevski və  Şpenqlerdən  əsas 

fərqi onun müəllifinin tarixçisi olması idi. O, 20-ci illərdə «Avropanın qürubu» əsəri ilə tanış 

olduqdan sonra belə  nəticəyə  gəlir ki, bütövlükdə  Şpenqlerin konsepsiyası doğrudur. Amma o, 

Şpenqlerin öz konsepsiyasını əsaslandırmaq üsulunu, yəni intuitiv metodu qəbul etmir. Bu səbəbdən 

də Toynbi Şpenqlerin konsepsiyasını əsaslandırmaq üçün empirik fundament yaratmağa çalışır. Onun 

çoxcildli «Tarixin tədqiqi»  əsəri keçmişdə mövcud olmuş bütün sivilizasiyalarla dair çoxlu faktik 

materiala əsaslanır. 

2.  Şpenqlerdən fərqli olaraq Toynbi çoxlu sayda empirik faktları ümumiləşdirməyə  və bütün 

sivilizasiyaların tarixində ümumi mərhələləri müəyyənləşdirməyə çalışır. Toynbinin özü bu metodu 

«müqayisəli analiz» metodu adlandırır. O, bir lokal sivilizasiyanı (əvvəlcə antik, sonra isə qədim Çin) 

bütün digərləri üçün model kimi qəbul edir və digər sivilizasiyaları onun əsasında qiymətləndirir. Bu 



Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

125

metodun özü məhdud və natamam xarakter daşısa da hər halda empirik tarixi faktların ümumi-

ləşdirilməsinə cəhdin göstərilməsi Şpenqlerin mülahizələrinə nisbətən irəliyə doğru addım idi. 

Aralarında olan bütün fərqlərə baxmayaraq, tarixi proseslərin inkişaf istiqamətinə dair 

Danilevski,  Şpenqler və Toynbinin fikirləri oxşardır. Onların hamısı tsiklik inkişaf konsepsiyasının 

tərəfdarlarıdırlar. Bununla da onlar sadədən mürəkkəbə doğru inkişaf ideyasını irəli sürən formasiya 

və postindustrial cəmiyyət təlimlərindən fərqlənirlər. Tsiklik inkişaf konsepsiyası əslində «antitarixi» 

xarakter daşıyır. Belə ki, burada tarixi inkişaf irəliyə doğru istiqamətlənmir, sadəcə olaraq müəyyən 

sayda mərhələlər bir-birini təkrar etdikdən sonra sonuncu mərhələyə — inkişafın ilkin mərhələsinə 

qayıdır. Lokal sivilizasiya təliminin əksər nümayəndələrinin fikrincə, hər bir sivilizasiya və ya lokal 

mədəniyyət öz təbii mühitində inkişaf edir və onlar bir sivilizasiyanın digərinin inkişafına göstərdiyi 

təsir, başqa sözlə, sivilizasiyalar arasındakı varislik əlaqəsini inkar edirlər. Amma bu xüsusən 

Şpenqlerin yaradıcılığında özünü qabarıq şəkildə göstərir. Şpenqlerin fikrincə, hər bir sivilizasiyanın 

unikallığı  mədəniyyətlərin dialoqu yolunda təbii  əngəllər yaradır. Bu əngəlləri aradan qaldırmaq 

praktik cəhətdən mümkün deyil [5, 353]. 

İndiyə kimi bütün məqalə  çərçivəsində deyilənləri nəzərə alsaq onda "ixi proseslərə dair 

formasiya və sivilizasiya təlimləri deyərkən diqqət tarixi mərkəzinə 2 deyil, 3 təlimin gəldiyini qeyd 

edə bilərik. Bunlar formasiya təlimindən başqa postindustrial cəmiyyət və lokal sivilizasiyalar 

təlimləridir. Bu üç təlimin hər biri keçən əsrdə tarixi şüurun inkişafını şərtləndirir. Amma bu təlimlər 

arasında müəyyən qədər uyğunsuzluqların olduğun nəzərə alsaq,

  onda müasir dövrdə dünyada baş 

verən tarixi proseslərin izahı üçün onlardan yalnız birini seçmək və ya onların hamısının müsbət 

məqamlarını bir sistem daxilində toplamaq lazımdır. Lakin əvvəlcədən iki məqamı qeyd edək: 

Birincisi, bu təlimlərdən hər biri öz kökləri etibarı ilə  həb antik fəlsəfəyə  və  hətta müəyyən 

mənada yəhudi, xristianlıq və islam kimi ümumdünya dinlərinə gedib çıxır. Daha sonralar isə bu 

ideyalar Yeni dövrdə alman və fransız tarix məktəblərinin nümayəndələri tərəfindən inkişaf 

etdirilmişdir. Bu təlimlərin əsasında duran ideyaların uzun tarixi zaman qət edərək müasir dövrdə də 

tarixi  şüurun inkişafına öz təsirini göstərməsi səbəbindən aralarında kifayət qədər uyğunsuzluqların 

olmasına baxmayaraq, onlardan hər hansı birinin tamamilə inkar edilməsi məqsədəuyğun deyildir. 



İkincisi,  əgər bəşəriyyətin yarandığı ilk andan etibarən tarixi şüurun inkişaf prosesin nəzərdə 

tutsaq, onda aralarındakı bütün uyğunsuzluqlara baxmayaraq, bu üç təlimin arasında bir çox oxşar 

məqamların mövcud olduğunu görərik. Hər  şeydən  əvvəl bu təlimlər ictimai şüurun müasir inkişaf 

səviyyəsinin məhsuludur. Bu isə çox böyük amildir. 

Fikirlərimizi aşağıdakı bir neçə bənddə ümumiləşdirək: 

1.

 



Fəlsəfi fikir tarixində dünyada baş verən tarixi prosesləri real əsaslarla izah etməyə imkan 

verən universal tarix konsepsiyasını biz formasiya təlimində müşahidə edirik. Bu konsepsiyanı irəli 

sürən Hegel onun fəlsəfəsinə xas olan mistika səbəbindən buna heç bir zaman nail olmamışdır. 

Postindustrial cəmiyyət təlimi də universal tarix konsepsiyasını müdafiə edir. Aralarındakı  mədəni, 

siyasi, əxlaqi və s. fərqlərə baxmayaraq ən ümumi şəkildə bütün xalqlar və cəmiyyətlər bəşəriyyətin 

vahid inkişaf yolunu keçir. Bu inkişaf mərhələlərinin necə adlandırılmasından asılı olmayaraq biz 

bunu postindustrial cəmiyyət təlimində də müşahidə edirik. 

2.

 



Formasiya təliminin  ən mühüm nailiyyəti heç şübhəsiz ki, Hegelin dialektikasının tarixi 

proseslərin dünyəvi əsaslarla izahına tətbiq edilməsidir. Hegelin dialektikası bütövlükdə alman tarix 

məktəbinin tarixi şüurun inkişafına təkan verən  ən mühüm ideya idi. Amma burada formasiya 

təliminin də xidmətini unutmaq olmaz. Nəzərdən keçirdiyimi kimi, Hegeldən sonrakı dövrdə onun 

dialektikası əslində tarixi proseslərin dünyəvi əsaslarla izahı üçün effektiv nəticələr verə bilməzdi. 

Lokal sivilizasiyalar təliminin tarixi proseslərə yanaşması müəyyən dərəcədə maraq doğurur. Bu 

təlimin ən məhdud cəhəti lokal sivilizasiyalar arasındakı varislik əlaqəsini inkar etməsi və ya buna о 

qədər də böyük diqqət yetirməməsidir. Bu isə mahiyyətcə həmin təlim çərçivəsində tarixi proseslərin 

inkişafının «antitarixi» xarakter daşımasına gətirib çıxarır.  Əgər tsiklik istiqaməti deyil, spiralvarı 

istiqaməti qəbul etsək, onda lokal sivilizasiyalar təliminin də bir çox məqamlardan tarixi proseslərin 

izahı üçün uğurla istifadə etmək olar. Buna oxşar yanaşmanı biz A.Toynbinin yaradıcılığında 



Müasir dövr 

Тарих вя онун проблемляри, №3 2010 

 

126

müşahidə edirik. Düzdür, formasiya təlimində olduğu kimi, Toynbinin yaradıcılığında da tarixi 

proseslərə dialektik yanaşmanın olduğunu demək olmaz. Amma hər halda bəşəriyyətin tarixini 3 nəsil 

arasında bölməsi onun bəşəriyyətin tarixində baş verən keyfiyyət dəyişikliyini müəyyən qədər qəbul 

etməsindən xəbər verir. Bu isə Toynbinin lokal sivilizasiyalar təliminin, bu təlimin digər nümayən-

dələrində olduğu kimi antitarixi xarakter daşımaması deməkdir. 

 

ƏDƏBİYYAT: 

 

1.



 

Əfəndiyev M., Şirinov A. Sosiologiyanın nəzəri problemləri. В., BDU nəşriyyatı, 2001, 514 s. 

2.

 

Engels F. Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. В., Azərnəşr 1921, 239 s. 



3.

 

Aslanova R. İslam və mədəniyyət. В., «Azərb. Universiteti» nəşriyyatı, 2002,406 s. 



4.

 

Философия истории (под ред. А.С.Панарина). М., Гардарики, 2001, 432 с. 



5.

 

Конрад Н.И. Изб. Труды История. М., 1974, 320 с.  



6.

 

Тойнби А. Постижение истории. М., 1991, 365 с. 



7.

 

Шпенглер О. Закат Европы. М., 1993, 467 с. 



 

БИЛАЛ  АЛИЗАДЕ  

доцент БГУ, к.ф.н. 

bilal_alizade@mail.ru

 

 

«АНАЛИЗ ФОРМАЦИОННОГО И ЦИВИЛИЗАЦИОННОГО ПОДХОДОВ К 

ИСТОРИЧЕСКОМУ ПРОЦЕССУ» 

 

Статья посвящена одной из важнейших проблем философии - анализу формационного и 



цивилизационного подходов к историческому процессу. В статье автор наряду с положитель-

ными  сторонами  формационного  подхода  к  историческому  процессу,  проанализировал  и  его 

отрицательные  моменты.  Анализируя  цивилизационную  концепцию,  автор  постарался  ее  со-

поставить с анализом формационной концепции. В разъяснении исторического процесса, автор 

проанализировал  сходные  и  различные  стороны  формационного  и  цивилизационного  тер-

минов. 


 

BILAL ALIZADE  

Doc. philosophy, BSU 

bilal_alizade@mail.ru

 

 

“ANALYSIS OF THE HISTORICAL PROCESS FROM  

THE POSITION OF FORMATION AND CIVILIZATION” 

 

 



The article has been devoted of the analysis of historical process – one of the important 

problems of philosophy from formation and civilization point. Author has analysed his shortcoming 

adjoining by positive sides of the formation conception in the article. During the analysis of 

civilization’s conception author has compared it with conception. While explaining historical process 

author has analysed like and different sides of the terms of formation and civilization 

 

Ðÿé÷è: ô.å.ä. Ù. Èìàíîâ, ô.å.ä. N. Mikayılov 



 Áàêû Äþâëÿò Óíèâåðñèòåòè Ùóìàíèòàð ôàêöëòÿëÿð öçðÿ ôÿëñÿôÿ) êàôåäðàñûíûí 09 ñåíòéàáð 2010-úó èë 

òàðèõëè èúëàñûíûí  ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹01) 

Yüklə 68,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə