Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

 

 



 

“ƏMRAHBANK”  

Açıq Səhmdar 

Kommersiya Bankı  

 

31 dekabr 2006-ci il tarixinə bitən il üzrə

  

 

Maliyyə Hesabatları və 

Müstəqil Auditor Rəyi  

 

 



 

 

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI  

 

 

MÜNDƏRİCAT  



 

 

Səhifə 

 

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ  



RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT 

 



MÜSTƏQİL AUDİTOR RƏYİ 2-3 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ  



BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI: 

 

Mənfəət və zərər haqqında hesabat 



 

Balans 



 

Kapitalda dəyişikliklər haqqında hesabat 



 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 



7-8 

 

Maliyyə hesabatlarına qeydlər 9-42 



 

 

 




31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ  

RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT 

 



 

Müstəqil auditor hesabatının 2-ci və 3-cü səhifələrində yerləşdirilmiş müstəqil auditor rəyində şərh olunan 

müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Əmrahbank Açıq Səhmdar 

Kommersiya Bankının (“Bank”) maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil 

auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır. 

 

Rəhbərlik Bankın 31 dekabr 2006-cı il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin 



tarixdə bitən il üzrə nağd vəsaitlərinin hərəkətini və kapitalda dəyişikliklər hesabatını düzgün əks etdirən və 

Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olan maliyyə hesabatlarının 

hazırlanmasına görə məsuliyyət daşıyır. 

 

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara cavabdehdir: 



 

• 

Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl surətdə tətbiqinə; 



• 

Ədalətli və düzgün mühakimələrin və qiymətləndirmələrin aparılmasına; 

• 

Maliyyə hesabatlarında açıqlanmış  və izah edilmiş  hər hansı mühüm kənarlaşmaların MHBS-in 



tələblərinə uyğunluğuna; və  

• 

Bankın təxmin edilə bilən dövr ərzində öz fəaliyyətini davam etdirməsi mümkün olmayana qədər 



maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına. 

 

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır: 



 

• 

Bankda effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına; 



• 

Bankın maliyyə vəziyyətini hər zaman dəqiq açıqlayan və Bankın maliyyə hesabatlarının MHBS-in 

tələblərinə uyğun olduğuna təminat verən mühasibat yazılışlarının hər zaman dəqiq və düzgün 

saxlanılmasına; 

• 

Mühasibat yazılışlarının Azərbaycan Respublikasının qanunvericiliyinə  və mühasibat uçotu 



qaydalarına uyğun aparılmasına; 

• 

Bankın aktivlərinin mühafizə edilməsi üçün mümkün tədbirlərin görülməsinə; və 



• 

Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına. 

 

31 dekabr 2006-cı il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması 6 iyun 2007-ci il tarixdə 



İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur. 

 

 



İdarə Heyəti tərəfindən 

 

 



 

Sədr 

 

Baş mühasib



 

6 iyun 2007-ci il 

6 iyun 2007-ci il 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

MÜSTƏQİL AUDİTOR RƏYİ  

 

“Əmrahbank” Açıq Səhmdar Kommersiya Bankının Səhmdarlarına və İdarə Heyətinə: 



 

Maliyyə hesabatları 

 

Biz “Əmrahbank” Açıq Səhmdar Kommersiya Bankının 31 dekabr 2006-cı il tarixinə 



hazırlanmış balansdan, həmin tarixə bitən il üzrə mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti 

və kapitalda dəyişikliklər haqqında hesabatlardan ibarət olan maliyyə hesabatlarının,  əsas 

mühasibat uçotu siyasətləri üzrə icmalın və digər izahlı qeydlərin auditini apardıq.  

 

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti  

 

Bankın rəhbərliyi Maliyyə Hesabatının Beynəlxalq Standartları  əsasında maliyyə 



hesabatlarının hazırlanmasına və  ədalətli təqdimatına görə cavabdehdir. Rəhbərliyin məsul 

olduğu vəzifələrə aşağıdakılar daxildir: maliyyə hesabatlarının saxtalaşdırmadan və hər hansı 

mühüm təhriflərə yol vermədən hazırlanması və ədalətli təqdimatına uyğun daxili nəzarətin 

planlaşdırılması, tətbiqi və saxlanılması; müvafiq mühasibat uçotu siyasətlərinin seçilməsi və 

tətbiqi; və şəraitə müvafiq mühasibat qiymətləndirmələrinin aparılması. 

 

Auditorun məsuliyyəti 

 

Bizim məsuliyyətimiz apardığımız auditin nəticəsinə  əsaslanaraq Bankın maliyyə 



hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz auditi Beynəlxalq Audit Standartlarına 

uyğun olaraq həyata keçirdik. Həmin standartlar tələb edir ki, biz etik tələbləri yerinə 

yetirməklə yoxlamanın aparılmasını elə planlaşdıraq və  həyata keçirək ki, maliyyə 

hesabatlarında  əks etdirilən məlumatlarda  əhəmiyyətli səhvlərin olmamasına kifayət qədər 

əmin olaq. 

 

Audit zamanı maliyyə hesabatlarında əks etdirilən məbləğlər və açıqlamalar üzrə sübutların 



təsdiq edilməsi üçün prosedurlar aparılır. Prosedurlar auditorun qərarından, o cümlədən 

maliyyə hesabatlarında səhv və saxtakarlıqla bağlı mühüm risklərin qiymətləndirilməsindən 

asılı olaraq seçilir. Həmin risk qiymətləndirmələrini apararkən, auditorun məqsədi təşkilatın 

daxili nəzarət sisteminin effektivliyi haqqında rəy vermək deyil, şəraitə müvafiq audit 

prosedurlarının planlaşdırılması üçün təşkilat tərəfindən maliyyə hesabatlarının hazırlanması 

və ədalətli təqdimatının daxili nəzarət sisteminə uyğunluğunu nəzərdən keçirməkdir. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə