17
a)
iqtisadi ünsürlər üzrə;
b)
xərc maddələri üzrə.
2.
stehsal prosesinə münasibətinə görə:
a)
texnoloji;
b)
qeyri-texnoloji.
3.
Texniki-iqtisadi təyinatına görə:
a)
əsas
b)
üstəlik
4.
Məsrəflərin məhsulların maya dəyərinə görə aid edilməsi üsuluna görə:
a)
müstəqim
b)
dolayı
5.
Məsrəflərin tərkibinin həmcinsliyinə görə:
a)
bir ünsürlü
b)
kompleks
6.
stehsalın həcminə münasbətinə görə:
a)
şərti-dəyişən
b)
daimi
7.
stifadənin səmərəliliyinə görə:
a)
istehsal
b)
qeyri-istehsal
8.
stifadəsinin məqsədəuyğunluğuna görə:
a)
məhsuldar
b)
qeyri-məhsuldar
9.
Hesabat dövrünə münasibətinə görə:
a)
hesabat dövrünün xərcləri
b)
gələcək dövrlərin xərcləri
10.
Məsrəflərin nəzərə alınan həcminə görə:
a)
istehsalat
b)
tam
11.
Baş vermə vaxtına görə:
18
a)
cari
b)
birdəfəlik
Xərc ünsürləri dedikdə, özünün iqtisadi mahiyyətinə görə həmcins, xərc
maddələri dedikdə isə, bir və ya bir neçə ünsürün özündə birləşdirən xərclər başa
düşülür.
qtisadi ünsürlər üzrə xərclərin təsnifatı nə xərcləndiyini göstərir.
qtisadi məzmununa görə məsrəflər (məhsulların, iş və xidmətlərin maya
dəyərini yaradan) aşağıdakı ünsürlər üzrə qruplaşdırılır:
-
material məsrəfləri (qaytarılası tullantıların dəyəri çıxılmaqla);
-
əmək ödənişinə məsrəflər;
-
sosial ehtiyaclara ayırmalar;
-
əsas vəsaitlərin amortizasiyası;
-
sair xərclər.
qtiadi ünsürlər üzrə olan bü siyahı bütün müəssisələr üçün vahid və
məcburidir.
Mühasibat uçotunda idarəetmə məqsədi üçün məsrəflər xərc maddələri üzrə
təşkil edilir. Xərc maddələrinin siyahısı müəssisə tərəfindən müstəqil sürətdə
müəyyənləşdirilir. Məsrəflərin maddələr üzrə tərkibi, həmin xərclərin hansı
məqsədlər üçün sərf olunduğunu göstərir:
1.
xammal və materiallar;
2.
qaytarılası tullantılar;
3.
satın alınan məmulatlar, yarımfabrikatlar, kənar təşkilatların istehsal
xarakterli xidmətləri;
4.
texnoloji mqsədlər üçün yanacaq və enerji;
5.
istehsal fəhlələrinin əmək haqqı;
6.
sosial ehtiyaclara ayırmalar;
7.
istehsalın hazırlanması və mənimsənilməsi xərcləri;
8.
ümumistehsalat xərcləri;
9.
ümumtəsərrüfat xərcləri;
10.
zaydan itkilər;
19
11.
sair istehsal xərcləri;
12.
kommersiya xərcləri.
Birinci on bir maddə məhsulların istehsal maya dəyərini, kommersiya
xərclərini daxail etməklə isə tam maya dəyərini təşkil edir.
Kalkulyasiya maddələri üzrə məsrəflər öz tərkibinə görə çox genişdir. Belə ki,
həmin maddələr istehsalın xarakterini, strukturunu və speçifikasiyasını nəzərə alır.
Məhsul istehsalına məsrəflərin, malların satışının ünsürlər və maddələr üzrə
işlərin görülməsinin və xidmətlərin göstərilməsinin, habelə məhsulların maya
dəyərinin hesbalanmasının uçotu qaydaları müxtəlif normativ aktlarla və
mühasibat uçotuna dair sahə metodik göstəricilərlə müəyyənləşdirilir. Maddələrin
siyahısı sahə təlimatlarında nəzərdə tutulan həddə genişləndirilə və yaxud ixtisar
oluna bilər. Yaddan çıxarmaq olmaz ki, xərc maddələri təhlil üçün kifayət ounan
dərəcədə bazaya malik olmalıdır.
stehsal prosesində iştirakına görə məsrəflər əsas və üstəlik məsrəflərə
bölünür.
Əsas məsrəflər (texnoloji) bilavasitə istehsalla və xidmətlərin göstərilməsi ilə
əlaqədardır. Onlara məsrəflərin ilk altı maddəsi (əmək ödənişi xərcləriÖ material,
yanacaq, elektrik enerjisi və konkret kalkulyasiya obyekti ilə əlaqədar digər
xərclər) aiddir.
Üstəlik xərclər müxtəlif bölmələrə (sexlərə, sahələrə) və yaxud müəssisələrə
bütövlükdə xidmət və idarəetmə ilə əlaqədar xərcləri özlüyündə birləşdirir.
Məhsulların maya dəyərinə daxil edilməsi üsulundan asılı olaraq məsrəflər
müstəqim və qeyri-müstəqim xərclərə bölünür.
Müstəqim məsrəflər dedikdə, istehsalla bilavasitə əlaqədar xərclər başa
düşülür. Onları məhsulların maya dəyərinə ilk sənədlər əsasında birbaşa Aid etmək
mümkündür. Belə xərclərə aiddir: xammal və material, istehsal ehtyiacları üçün
yanacaq və enerji, satın alınan yarımfabrikatlara, habelə istehsal fəhlələrinin əmək
haqqına çəkilən xərclər.
Dolayı xərclərə müəssisənin bütövlükdə fəaliyyətinə aid edilən istehsalı
xidmət və idarəetmə xərcləri aiddir. Belə xərcləri (məs., müəssisənin işıqlandırıl-
20
ması, qızdırılması xərcləri, yağlama materialları və s.) hər hansı bir növ məhsulun
və yaxud xidmətin maya dəyərinə birbaşa aid etmək qeyri-mümkündür. Sadalanan
xərclər bu və ya digər əmanətə mütənasib olaraq dolayı yolla bölüşdürülür və
xüsusi hesablamaların köməyi ilə uçot obyektlərinin maya dəyərinə daxil edilir.
Texniki-iqtisadi amillərlə əlaqədar müəssisənin bütün xərcləri şərti-daim və
şərti-dəyişən xərclərə bölünür.
Mütləq kəmiyyəti istehsalın həcminin dəyişilməsindən, başqa sözlə istehsal
gücündən istifadədən asılı olmayan və yaxud cüzi asılı olan xərlər şərti-daimi
məsrəflər adlanır. Belə xərclər aşağıdakılardır: məhsul istehsalının hazırlanması və
mənimsənilməsinə çəkilən xərclər; ümumzavod heyətinin əmək ödənişi və ona
ayırmalar; yanğın söndürmə və mühafizə ilə xərclər; ümumzavod xarakerli
azqiymətli və tezxarabolan əşyaların köhnəlməsi; ümumtəsərrüfat təyinatlı əsas
vəsaitlərin amortizasiya və digər ümumistehsalat və ümumtəsərrüfat xərcləri.
Məhsul istehsalının həcminin dəyişilməsinə mütənasib olaraq dəyişilən
xərclərə dəyişən xərclər deyilir. Məs., xammala, materiallara, yarımfabrikatlara,
texnoloji məqsədlər üçün bütün növlərdən olan yanacaq və enerji, istehsal
fəhlələrinin əmək haqqı xərcləri və i.a.
Aşağıdakı dəyişən xərcləri bir-birindən fərqləndirmək lazımdır:
-
mütənasib xərclər – istehsal güclərinin yüklənməsi dərəcəsindən asılı
olaraq dəyişilir (məs., akkord əmək haqqı);
-
mütərəqqi xərclər – istehsal güclərinin yüksəlməsi dərəcəsindən daha
sürətlə artır (məs., növbədən artıq bayram günlərində və s. hallarda
işləməyə görə əmək haqqına əlavə).
-
depressiv xərclər – istehsal olunan məhsulların miqdarı ilə müqayisədə
daha ləng artır (məs., böyük həcmdə məhsulun artırılması zamanı
qiymətlərə edilən güzəştlər).
Tərkibinin həmcinslərindən asılı olaraq məsrəflər bir ünsürlü (sadə) və
kompleks xərclərə bölünür.
Dostları ilə paylaş: |