Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   2   3   4   5   6   7   8   9   ...   26

 

17 

a)

  iqtisadi ünsürlər üzrə; 



b)

  xərc maddələri üzrə. 

2.

  stehsal prosesinə münasibətinə görə: 



a)

  texnoloji; 

b)

  qeyri-texnoloji. 



3.

   Texniki-iqtisadi təyinatına görə: 

a)

  əsas 


b)

  üstəlik  

4.

   Məsrəflərin məhsulların maya dəyərinə görə aid edilməsi üsuluna görə: 



a)

  müstəqim  

b)

  dolayı 



5.

   Məsrəflərin tərkibinin həmcinsliyinə görə: 

a)

  bir ünsürlü 



b)

  kompleks 

6.

    stehsalın həcminə münasbətinə görə: 



a)

  şərti-dəyişən 

b)

  daimi 


7.

    stifadənin səmərəliliyinə görə: 

a)

  istehsal 



b)

  qeyri-istehsal 

8.

    stifadəsinin məqsədəuyğunluğuna görə: 



a)

  məhsuldar 

b)

  qeyri-məhsuldar 



9.

  Hesabat dövrünə münasibətinə görə: 

a)

  hesabat dövrünün xərcləri 



b)

  gələcək dövrlərin xərcləri 

10.

  Məsrəflərin nəzərə alınan həcminə görə: 



a)

  istehsalat 

b)

  tam 


11.

  Baş vermə vaxtına görə: 




 

18 

a)

  cari  



b)

  birdəfəlik 

Xərc  ünsürləri  dedikdə,  özünün  iqtisadi  mahiyyətinə  görə  həmcins,  xərc 

maddələri dedikdə isə, bir və ya bir neçə ünsürün özündə birləşdirən xərclər başa 

düşülür. 

qtisadi ünsürlər üzrə xərclərin təsnifatı nə xərcləndiyini göstərir. 

qtisadi  məzmununa  görə  məsrəflər  (məhsulların,  iş  və  xidmətlərin  maya 

dəyərini yaradan) aşağıdakı ünsürlər üzrə qruplaşdırılır: 

-

 

material məsrəfləri (qaytarılası tullantıların dəyəri çıxılmaqla); 



-

 

əmək ödənişinə məsrəflər; 



-

 

sosial ehtiyaclara ayırmalar; 



-

 

əsas vəsaitlərin amortizasiyası; 



-

 

sair xərclər. 



qtiadi  ünsürlər  üzrə  olan  bü  siyahı  bütün  müəssisələr  üçün  vahid  və 

məcburidir. 

Mühasibat  uçotunda  idarəetmə  məqsədi  üçün  məsrəflər  xərc  maddələri  üzrə 

təşkil  edilir.  Xərc  maddələrinin  siyahısı  müəssisə  tərəfindən  müstəqil  sürətdə 

müəyyənləşdirilir.  Məsrəflərin  maddələr  üzrə  tərkibi,  həmin  xərclərin  hansı 

məqsədlər üçün sərf olunduğunu göstərir: 

1.

  xammal və materiallar; 



2.

  qaytarılası tullantılar; 

3.

  satın  alınan  məmulatlar,  yarımfabrikatlar,  kənar  təşkilatların  istehsal 



xarakterli xidmətləri; 

4.

  texnoloji mqsədlər üçün yanacaq və enerji; 



5.

  istehsal fəhlələrinin əmək haqqı; 

6.

  sosial ehtiyaclara ayırmalar; 



7.

  istehsalın hazırlanması və mənimsənilməsi xərcləri; 

8.

  ümumistehsalat xərcləri; 



9.

  ümumtəsərrüfat xərcləri; 

10.

 zaydan itkilər; 




 

19 

11.


 sair istehsal xərcləri; 

12.


 kommersiya xərcləri. 

Birinci  on  bir  maddə  məhsulların  istehsal  maya  dəyərini,  kommersiya 

xərclərini daxail etməklə isə tam maya dəyərini təşkil edir. 

Kalkulyasiya maddələri üzrə məsrəflər öz tərkibinə görə çox genişdir. Belə ki, 

həmin maddələr istehsalın xarakterini, strukturunu və speçifikasiyasını nəzərə alır. 

Məhsul  istehsalına  məsrəflərin,  malların  satışının  ünsürlər  və  maddələr  üzrə 

işlərin  görülməsinin  və  xidmətlərin  göstərilməsinin,  habelə  məhsulların  maya 

dəyərinin  hesbalanmasının  uçotu  qaydaları  müxtəlif  normativ  aktlarla  və 

mühasibat uçotuna dair sahə metodik göstəricilərlə müəyyənləşdirilir. Maddələrin 

siyahısı  sahə  təlimatlarında  nəzərdə  tutulan  həddə  genişləndirilə  və  yaxud  ixtisar 

oluna bilər. Yaddan çıxarmaq olmaz ki, xərc maddələri təhlil üçün kifayət ounan 

dərəcədə bazaya malik olmalıdır. 

stehsal  prosesində  iştirakına  görə  məsrəflər  əsas  və  üstəlik  məsrəflərə 

bölünür. 

Əsas məsrəflər (texnoloji) bilavasitə istehsalla və xidmətlərin göstərilməsi ilə 

əlaqədardır. Onlara məsrəflərin ilk altı maddəsi (əmək ödənişi xərcləriÖ material, 

yanacaq,  elektrik  enerjisi  və  konkret  kalkulyasiya  obyekti  ilə  əlaqədar  digər 

xərclər) aiddir. 

Üstəlik  xərclər  müxtəlif  bölmələrə  (sexlərə,  sahələrə)  və  yaxud  müəssisələrə 

bütövlükdə xidmət və idarəetmə ilə əlaqədar xərcləri özlüyündə birləşdirir. 

Məhsulların  maya  dəyərinə  daxil  edilməsi  üsulundan  asılı  olaraq  məsrəflər 

müstəqim və qeyri-müstəqim xərclərə bölünür. 

Müstəqim  məsrəflər  dedikdə,  istehsalla  bilavasitə  əlaqədar  xərclər  başa 

düşülür. Onları məhsulların maya dəyərinə ilk sənədlər əsasında birbaşa Aid etmək 

mümkündür.  Belə  xərclərə  aiddir:  xammal  və  material,  istehsal  ehtyiacları  üçün 

yanacaq və enerji, satın alınan yarımfabrikatlara, habelə istehsal fəhlələrinin əmək 

haqqına çəkilən xərclər. 

Dolayı  xərclərə  müəssisənin  bütövlükdə  fəaliyyətinə  aid  edilən  istehsalı 

xidmət  və idarəetmə  xərcləri  aiddir.  Belə xərcləri  (məs.,  müəssisənin işıqlandırıl-



 

20 

ması, qızdırılması xərcləri, yağlama materialları və s.) hər hansı bir növ məhsulun 

və yaxud xidmətin maya dəyərinə birbaşa aid etmək qeyri-mümkündür. Sadalanan 

xərclər  bu  və  ya  digər  əmanətə  mütənasib  olaraq  dolayı  yolla  bölüşdürülür  və 

xüsusi hesablamaların köməyi ilə uçot obyektlərinin maya dəyərinə daxil edilir. 

Texniki-iqtisadi  amillərlə  əlaqədar  müəssisənin  bütün  xərcləri  şərti-daim  və 

şərti-dəyişən xərclərə bölünür. 

Mütləq  kəmiyyəti  istehsalın  həcminin  dəyişilməsindən,  başqa  sözlə  istehsal 

gücündən  istifadədən  asılı  olmayan  və  yaxud  cüzi  asılı  olan  xərlər  şərti-daimi 

məsrəflər adlanır. Belə xərclər aşağıdakılardır: məhsul istehsalının hazırlanması və 

mənimsənilməsinə  çəkilən  xərclər;  ümumzavod  heyətinin  əmək  ödənişi  və  ona 

ayırmalar;  yanğın  söndürmə  və  mühafizə  ilə  xərclər;  ümumzavod  xarakerli 

azqiymətli  və  tezxarabolan  əşyaların  köhnəlməsi;  ümumtəsərrüfat  təyinatlı  əsas 

vəsaitlərin amortizasiya və digər ümumistehsalat və ümumtəsərrüfat xərcləri. 

Məhsul  istehsalının  həcminin  dəyişilməsinə  mütənasib  olaraq  dəyişilən 

xərclərə  dəyişən  xərclər  deyilir.  Məs.,  xammala,  materiallara,  yarımfabrikatlara, 

texnoloji  məqsədlər  üçün  bütün  növlərdən  olan  yanacaq  və  enerji,  istehsal 

fəhlələrinin əmək haqqı xərcləri və i.a. 

Aşağıdakı dəyişən xərcləri bir-birindən fərqləndirmək lazımdır: 

-

 



mütənasib  xərclər  –  istehsal  güclərinin  yüklənməsi  dərəcəsindən  asılı 

olaraq dəyişilir (məs., akkord əmək haqqı); 

-

 

mütərəqqi  xərclər  –  istehsal  güclərinin  yüksəlməsi  dərəcəsindən  daha 



sürətlə  artır  (məs.,  növbədən  artıq  bayram  günlərində  və  s.  hallarda 

işləməyə görə əmək haqqına əlavə). 

-

 

depressiv  xərclər  –  istehsal  olunan  məhsulların  miqdarı  ilə  müqayisədə 



daha  ləng  artır  (məs.,  böyük  həcmdə  məhsulun  artırılması  zamanı 

qiymətlərə edilən güzəştlər). 

Tərkibinin  həmcinslərindən  asılı  olaraq  məsrəflər  bir  ünsürlü  (sadə)  və 

kompleks xərclərə bölünür. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə