Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
“Kompleks qazma işləri” tresti
Kimyəvi reagentlərin (
Base Oil, Onemul, VG-69, KQR
) satın alınması üçün açıq
müsabiqə elan edir.
Müsabiqədə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıda qeyd olunan sənədləri SOCAR-
ın “Kompleks qazma işləri” trestinə təqdim etməlidirlər:
- Müsabiqədə iştirak haqqında müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank
günü qüvvədə olmalıdır);
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi
ən geci 09.02.2016-cı il, Bakı vaxtı ilə saat: 18:00-a qədər təqdim olunmalıdır.
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 12.02.2016-cı il, Bakı vaxtı ilə saat: 09:30-a
qədər əlaqələndirici şəxsin ünvanına göndərilməli və ya bilavasitə əlaqələndirici şəxsə təqdim
olunmalıdır.
Müsabiqə təklifi iddiaçı tərəfindən lazımi formada hazırlanmalı, imzalanmalı,
möhürlənməli, əsli və surətləri hər biri ilk növbədə ayrı-ayrı zərflərə qoyulmalı, sonra bu zərflər
ümumi bir zərfə qoyulmalıdır. Zərflərin bağlanmış tərəfləri iddiaçı tərəfindən imzalanmış və
möhürlənmiş olmalıdır.
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək
istəyənlər 59 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə digər valyuta ilə iştirak haqqını qeyd
olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hesab nömrəsi: AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Azərbaycan
Beynəlxalq Bankı ASC,
Müştəri xidməti Departamenti, Kod: 805250, müxbir hesab:
AZ03NABZ01350100000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2Х.
Əlaqələndirici şəxs: Hüseynov Anar Ənvər oğlu.
Ünvan: AZ1029, Bakı şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12.
Telefon nömrəsi: +99 412 521-31-59
Faks nömrəsi: +99 412 521-31-59
Elektron ünvan: Anares.Huseynov@socar.az
Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
Satınalma müqaviləsini yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və kadr
imkanlarına malik olmalıdırlar.
Müsabiqə təkliflərinin qiymətləndirilməsində keyfiyyət, ödəniş şərti və ən aşağı qiymət
meyarlarına üstünlük veriləcəkdir.
Müsabiqə təklifləri zərfləri 12.02.2016-cı il, Bakı vaxtı ilə saat 10:00-da AZ1029, Bakı
şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12 ünvanda, “Kompleks qazma işləri” trestinin
akt zalında açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılış
proseduralarında iştirak edə bilərlər.
SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu