Microsoft Word 29 Mammedov Arif doc



Yüklə 90,32 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü90,32 Kb.
#31625


Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

163

 

 

 MƏMMƏDOV ARİF  



 AMEA Gəncə Regional Elmi Mərkəzin Arxeologiya və  

 Etnoqrafiya şöbəsinin müdiri, t.e.d. prof. 

 e-mail: Arif.Mammadov@mail.ru 

 

 

GƏNCƏ ANTİK VƏ İLK ORTA ƏSRLƏRDƏ 

 

 Açar sözlər: körpü, şəhər, çay, yaşayış yeri, Strabon  

 

 Ключевые слова: мост, город, река, поселение, Страбон 



 

 Key words: bridge, town, river, settlement, Strabon 



 

Gəncənin yerləşdiyi təbii coğrafi  şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, 

yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və 

təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir. Gəncənin 

də daxil olduğu Albaniyanın münbitliyi haqqında eramızın I əsrində yaşamış Strabon yazırdı: «bir 

dəfə  əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə  hətta birə  əlliyə, həm də dincə 

qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla 

Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa 

hava da ordakılardan təmizdir». Bunun ardınca biz oxuyuruq ki, «Albaniyadan axan Kür və onun 

qolları torpağın münbitliyini artırır... üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və  hər beş ildən bir 

kəsilir. Yeni tənəklər artıq ikinci ildə bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox 

hissəsi tənəyin üzərində qalır. Eyniylə, onlarda həm ev, həm də  vəhşi heyvanlar gözəl artıma 

malikdirlər». Qədim mənbələr Albaniyanı Uzaq Şərqlə ( Hindistanla ) bağlayan yollar haqqında da 

məlumatlar verir (1.30).  

«Onun vasitəsiylə ( Okus-Amu-Dərya çayı – A.M) – deyə Strabon yazır: bir çox hind malları 

Xəzər dənizinə aparılır, oradan Albaniyaya və nəhayət Kürlə ondan sonra gələn ərazilərdən Yeksinə 

göndərilir» (1.31). ( Strabon bu məlumatları Aristokuldan götürür, hansı ki, öz növbəsində onları 

Patrokldan götürmüşdür). 

Eramızın I əsrinin müəllifi böyük Plinidə oxuyuruq: «... Pompeyin yürüşü zamanı  təsdiq 

olunmuşdu ki, Hindistandan Baktriyaya, Oks çayına tökülən Baxtr çayına gəlib çıxmaq və bu çaydan 

Kaspi dənizi ilə Kür çayınacan getmək olar və hind malları beş gündən gec olmayaraq quru yolla 

Pontdakı Fasisə çatdırıla bilərlər». 

Eramızın III əsrinin Roma müəllifi Q.Yuliy Solin də həmin sözləri təkrarlayır.  

Strabon həmçinin, Hindistandan və Ön Asiyadan Xəzəryanı ölkələrə daxil olan başqa bir yolu 

da göstərir: « ... farslar – deyə o yazır – demək olar ki, Kaspi sahilinn daha çox hissəsi üzərində ağalıq 

edirlər, belə ki, hətta albanlardan və midiyalılardan aldıqları  və  dəvələrlə daşıdıqları Hind və Babil 

malları ilə ticarət edirlər» (1.36). 

Albaniya sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır: «Aqvan (Alban ) ölkəsi 

bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür 

çayı gur axarıyla özüylə çoxlu böyük və  xırda balıqlar gətiir. O, gəzərək axır və Kaspi dənizinə 

tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun 

ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. 

Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, vəhşi eşşəklər və çoxlu quşlar; qartallar, şahinlər 

və onlara oxşarlar da vardır...» - VII əsr tarixçisi Musa Kalankaytuklu Albaniyanı belə  təsvir edir 

(2.10-24). 

Albaniyadan artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol 

keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm şəhərlərdən biri də Gəncə idi. 



Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

164

Gəncə  ətrafındakı Gillikdağ emalatxanasından və düşərgəsindən  əldə edilən dəvi gözü və 

çaxmaqdaşı alətləri , İ.Cəfərzadənin Baxçakürd kəndindən tapdığı daş çömçə və isgənənin varlığı bu 

ərazidə yaşamış insanların eramızdan  əvvəl VII – VI minilliklərə aid neolit mədəniyyətinin 

yaradıcılarından biri olduğunu söyləməyə  əsas verir (3.14-15). Gəncə bölgəsində neolit dövründə 

başlamış  həyat tərzi e.ə V minillikdə eneolit dövründə  də davam etmiş,yeni iqtisadi inkişaf üçün 

zəmin yaranmışdır. Arxeoloji tədqiqatların nəticəsi sübut edir ki, bu dövrdə bölgənin  əsas  əhalisi 

oturaq həyat tərzi keçirmiş,  əkinşilik və maldarlıqla məşğul olmuşlar. E.ə. V minillikdə  Gəncə 

bölgəsində bizə  məlum olan ev heyvanlarının hamısının  əhliləşdirildiyi arxeoloji qazıntılar zamanı 

aşkarlanmış osteoloji qalıqlarla təsdiqlənir (4.217). 

Arxeoloji tədqiqatlar həmçinin e.ə IV-III minilliklərdə  Gəncənin dağətəyi  ərazilərində 

məskunlaşmanın artdığını, yeni yaşayış yerlərinin meydana gəldiyini sübut edir. Bu dövrdə tuincun 

kəşfi metallurgiya, metalişləmə  və dulusçuluqda təkamülün olduğunu sübut edir. Məhz e.ə IV-III 

minilliklərdə  Gəncə eneolit mədəniyyəti  əsasında yaranmış ilk tunc dövrü mədəniyyəti – Kür-Araz 

mədəniyyətinin  əsas mərkəzlərindən biri olmuşdur. Gəncə  ətrafı kurqan abidələrində aparılan 

arxeoloji tədqiqatlar burada dairəvi quyularda adi dəfnetmə  və kremasiya adətlərinin olduğunu 

izləməyə imkan vermişdir. Buradakı  dəfn adətləri e.ə III minillikdə bu bölgədə  qədim tayfaların 

yaşadıqlarını sübüt edən  əyani dəlillərdir. Gəncədə Kür-Araz mədəniyyəti tayfalarının mənəvi 

mədəniyyəti burada tədqiq edilən qəbir abidələrində izlənilmişdir. Qədim Gəncə tayfalarının dairəvi 

planlı quyu tipli qəbir abidələrində adi dəfn adətləri ilə yanaşı kremasiya- ölülərin yandırılıb 

basdırılması adətləri də müşahidə olunmuşdur.  Ətrafı  və üstü daşlarla örtülmüş bu tip qəbirlər həm 

Gəncə, həm də Qarabağın qədim tayfaları üçün səciyyəvidir. Dəfn adətlərindəki bu eynilik bu 

ərazilərdə yaşamış tayfaların etnik mənsubiyyətcə də eyni olduqlarını sübut edir (15.16). 

Gəncə  ətrafı kurqanlarda (Zurnabad) rast gəlinən monoxrom boyalı keramika e.ə III-II 

minilliklərdə Gəncə bölgəsində iri tayfa ittifaqlarının vahid mərkəzlərdə birləşdiyini sübut edir. Çünki 

arxeoloji tədqiqatlar Urmiya hövzəsində, Naxçıvanda və Qarabağda da həmin dövrdə eyni proseslərin 

getdiyini göstərir. Qeyd etmək lazımdır ki, qədim Azərbaycanda ilkin şəhər mərkəzləri də  məhz bu 

dövrdə yaranmışdır. Həmin mədəniyyət mərkəzlərinin iqtisadiyyatında sənətkarlığın əsas sahələrindən 

olan dulusçuluğun mühüm rolu olmuşdur. Gəncədə həmin dövrdə mövcud olan boyalı saxsı qabların 

istehsalı burada e.ə III-II minilliklərə aid şəhər sənətkarlığının əsas göstəricilərindəndir və burada ən 

azı e.ə II minilliyin ortalarında ilkin şəhər mərkəzlərinin yaranmasından xəbər verir (5.47-48). 

Arxeoloji tədqiqatların nəticələri e.ə IV-I minilliklərdə Yaxın  Şərq və Ön Asiyanın ticarət 

mərkəzini  əlaqələndirən  əsas karvan yollarının da Gəncədən keçdiyini göstərir ki, bu da Gəncə 

şəhərinin bu ticarət yolu üzərində inkişaf tapdığını  və bütün Cənubi Qafqazda mühüm mədəniyyət 

mərkəzlərindən biri olduğunu söyləməyə  əsas verir. 1897-ci ildə  Gəncə  ətrafında Makedoniyalı 

İsgəndərin adına kəsilmiş gümüş pul dəfinəsinin tapılması da antik dövrdə bu ərazidə yüksək dərəcədə 

inkişaf etmiş sənətkarlıq və ticarət mərkəzi kimi tanınan iri bir şəhərin olduğunu təsdiq edir. Gəncə 

şəhərinin  əsasının e.ə IV əsrdə makedoniyalı  İsgəndər tərəfindən qoyulması ilə bağlı  əfsanəvi 

məlumatlar da vardır. Hətta N.Gəncəvinin  İsgəndərnamə poemasında  İsgəndərlə Nüşabənin görüşü 

zamanı yeni bir şəhərin  əsasının qoyulduğu da bildirilir. Həmin dövrdə  Bərdə  şəhəri mövcud 

olduğundan və Nüşabə  də onun hökmdarı kimi tanındığından yeni əsası qoyulan şəhərin Gəncə 

olduğunu ehtimal etmək olar. Lakin Makedoniyalı  İsgəndərin  Şimali Azərbaycanda olmadığı haqda 

fikirləri əsas götürsək onda bu fikir yalnız ehtimal xarakteri daşıya bilər. 

«Rus şəhərləri» məqaləsinin anonim müəllifi Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın 

bir çox şəhərlərinin zamanını göstərməklə  cədvəlini vermişdir ki, burada Gəncə e.ə II – b.e IV 

əsrlərində salındığı bildirilir (5.41). 

Lakin burada hansı mənbələr əsasında bu qənaətə gəlindiyi bizə məlum deyildir. Eyni sözləri 

Gəncənin Bərdə və Beyləqandan qədim olmasını göstərən Qademeysterin məlumatları və “Bərdədən 

yaxın məsafədə başqa bir şəhər də çiçəklənirdi, hansı ki, dağıntılar zamanı onu əvəzləyirdi, bu məhz 

Gəncə şəhəri idi. Onların mənşəyi yəqin ki, eyni idi...” adlı fikri də təsdiq edir. Arşakilərin süqutundan 

sonra Gəncə burada öz paytaxtlarını  təsis etmiş Aqovantsların  əlinə keçdi, buna görə  də başqa bir 




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

165

Qandzaq ( Gəncə - A.M) şəhəri də tikilmişdir. Təbrizdən fərqləndirmək üçün onu Gəncək – Aqovants 

adlandırmağa başladılar – deyə Şopen məlumat verir (6.13). 

Gəncə  şəhərinin antik dövrünə dair arxeoloji məlumatlar hələ XX əsrin 30-cu illərindən 

məlumdur. Gəncə tarix diyarşünaslıq müzeyinin keçmiş direktoru Y.R.Xadarin 1935-ci ildə  qədim 

Gəncə  ərazisindən yerüstü materiallar toplayarkən dulus çarxında hazırlanmış  qırmızı gilli, qalın 

divarlı, bir qabın hissəsini tapmışdı. Qabın ölçüsü 7x5 sm-ə  qədər olmuşdur. Qab hissəsinin çöl 

səthində relyefli ştamplanmış, ovunmamış yazı olduğu müəyyənləşdirilmişdir. Mütəxəssislərin 

fikrincə bunlar Alban yazılarına daha çox oxşar olmuşdur(7.30). 

Eyniylə belə bir qabın oxşarı XX əsrin 40-cı illərində  Gəncə çayının sağ sahil hissəsinin 

ərazisində, birinci şəhərin  şimal küncünün yaxınlığında M.M.Altman tərəfindən tapılmışdı. Həmin 

qab hissəsini nəzərdən keçirən akademik İ.İ. Meşşaninov belə qənaətə gəlmişdur ki, həm Y.R.Xadarin 

tərəfindən tapılmış birinci qabın hissəsinin, həm də M.M. Altmanın  əldə etdiyi ikinci qab qırığının 

üzərindəki yazıda eyni bir söz və ya eyni bir ifadə vardır (8.14). 

1961-ci ildə Gəncə kərpic zavodunun işçiləri tərəfindən torpaq işləri görülən zaman bir neçə 

ədəd gil qab tapılmışdır. 21-25 fevral 1961-ci ildə  Gəncəyə ezam olunmuş S.M.Qazıyev və  İ.A. 

Babayev həmin qabların tapıldıqları yerdə olmuşdular. Belə qənaətə gəlinmişdir ki, arxeoloji abidələr 

tapılan sahə  Gəncə  dəmiryolu stansiyasından 2km qərbdə yerləşir. Həmin yerdə bir hektardan artıq 

sahə 4m dərinliyə qədər qazılmış və qazıntının şimal kəsiyində 2,8 metr dərinlikdə təqribən 0,5 metr 

qalınlığında antik dövrə aid mədəni təbəqə aşkar edilmişdir. Əldə edilən arxeoloji materiallar əsasən 

saxsı qabların hissələrindən, təndir və ocaq yerlərindən, kül, kömür və başqa məişət tullantılarından 

ibarət olmuşdur (9.74). 

Əldə edilən qablardan ikisi yuvarlaq gövdəli, süddan biçimlidir. Bunlardan birincisi qırmızı 

rəngli olub çiyin hissəsi ikidalğalı  və bir nöqtələrdən düzəldilmiş  xətlərlə  əhatə olunmuşdur. 

Hündürlüyü 21sm, oturacağın diametri 9,5sm, gövdəsinin enli yerində diametri 17 sm, boğazının 

uzunluğu 6sm, ağzının diametri 10x6,5 sm-dir (9.75). 

İkinci qab qara rənglidir, onun hündürlüyü 14,5 sm, oturacağının diametri 7sm, gövdəsinin 

enli yerindən diametri 11,5, sm ağzının diametri isə 6,5 sm- dir.  

Üçüncü qab şara bənzər gövdəyə malikdir. Bu qulpsuz, qısa və enli boğazlı qabın ağzının 

kənarları azca xaricə  əyilmişdir. Hündürlüyü 8,3 sm, oturacağının və  ağzının diametri 6 sm, 

gövdəsinin enli yerindən diametri 8,5 sm, boğazının hündürlüyü 2sm-dir (9.76).  

Saxsı qabların hər üçü dulus çarxından istifadə olunmadan əl ilə düzəldilib, üzəri 

sığallanmışdır. 

Bu tip saxsı qablar Yaloylutəpə  və Küp qəbirləri mədəniyyəti abidələrindən məlumdur. 

Gəncədən tapılan qablar təkcə xarici görünüşlərinə görə deyil, saxsının rənginə, hazırlanma və 

birləşdirilməsinə görə də Yaloylutəpədən və onunla həmdövr abidələrdən tapılan qablara çox oxşayır 

və təqribən e.ə IV-III əsrlərə aiddirlər. 

Tapıntıların içərisində sümük əşyalar da diqqəti cəlb edir. Bu girçənə sümüyünün başından 

düzəldilmişdir. Girçənə sümüyünün kəsilməsindən alınan yarımkürə formasında olan bu əşya ortadan 

deşilmişdir. Kobud düzəldilməsinə baxmayaraq , üzərində təsərrüfat məqsədilə işlədilməsini bildirən 

iz qalmışdır. Ondan ip əyirmək üçün iy başlığı (əyircək) kimi istifadə edildiyini söyləmək olar. Onun 

diametri 3,7 sm, qalınlığı 1,7sm, deşiyin diametri 0,7 sm dir. 

Belə sümük əşyalara Gəncə və ətraf ərazilərinin eneolit dövründən başlayaraq son orta əsrlərə 

qədərki abidələrində rast gəlinmişdir. 

Saxsı qabların başqa analoji materiallarla müqayisəsi  əsasında yeni arxeoloji abidələr aşkar 

edilən sahədə mədəni təbəqənin e.ə I minilliyin ortalarına aid olduğunu söyləmək olar (9.77). 

Qazıntı sahəsindəki ocaq, təndir yerləri, kül və kömür qalıqları, istehsal tullantılarının 

çıxdaşları, ipəkçilikdə istifadə olunan əyircəyin tapılması antik dövrdə Gəncədə şəhər mədəniyyətinin 

inkişafını göstərən tutarlı dəlillərdəndir. 




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

166

Gəncə  şəhərinin antik tarixinin müəyyənləşdirilməsində  Gəncə arxeoloji ekspedisiyasının 

2008-ci ildə apardığı arxeoloji qazıntıların nəticələri də tutarlı faktlar gətirməyə imkan verir (10.112-

113). 

Gəncə arxeoloji ekspedisiyası  Gəncə-Bakı  dəmiryol xəttinin 8-10 km-də, dəmiryolunun 



solunda, 10 metrlik məsafədə, Samux rayonunun Tatlı  bələdiyəsinə tabe olan və  Gəncə Dövlət 

qoruğuna aid ərazidə 50 metr

2

 sahədə arxeoloji qazıntı  işləri aparmışdır. Ümumi dərinliyi 4,2 metr 



olan qazıntı sahəsində üç nədəni təbəqənin varlığı müəyyənləşdirilmişdir. Üst mədəni təbəqə 

aşınmalara və digər xarici təsirlərə  məruz qaldığından nisbətən nazikdir. Burada mədəni təbəqənin 

qalınlığı 1,3 metr olub IX - XIV əsrləri əhatə edir. Ikinci mədəni təbəqə 1.4 metr qalınlığında olub III-

IV  əsrləri, üçüncü mədəni təbəqə isə 1,5 metr qalınlığında olub e.ə IV- b.e III əsrlərini  əhatə edir 

(10.112). 

Qazıntı sahəsinin üst mədəni qatında orta əsrlərə aid 16 ədəd sikkə, digər təbəqələrdə  də 

müvafiq dövrlərə aid materiallar əldə edilmişdir.  Əksər tapıntılar saxsı materiallar olsa da şüşə  və 

metal  əşya qalıqları da kifayət qədərdir.  Şüşə materialların hissələri ilk orta əsr və orta əsr 

təbəqələrindən aşkarlanmışdır. 

Abidənin ilk orta əslər dövrünə aid mədəni təbəqəsinin üzərində  cədvəl  şəklində  əlifba 

verilmiş saxsı qab hissəsi tapılmışdır. Bu əlifbanın qədim Alban əlifbasına çox oxşardır (11.258). 

2010-cu ildə qədim Gəncənin ərazisi hesab edilən Şəhər burnunda arxeoloji tədqiqatlar şəhərin 

salınmasına dair yeni məlumatlar üzə  çıxardı. Kür çayının Mingəçevir su anbarına töküldüyü yerə 

yaxın məsafədə, Kürün köhnə yatağının sağ sahilində gəmilərin dayanması üçün «Buxta» (1-ci şəkil) 

və onun yaxınlığında yüklərin yerləşdirilməsi və müsafirlərin gecələməsi üçün nəzərdə tutulan 

hücrələrin (2-ci şəkil) olduğunu müəyyənləşdirildi. Buxtanın dayanacağının eni 7m 20 sm, hər qolun 

qalınlığı 1m 60 sm-dir. Dirəklər yonulmamış daşdan kirəc məhlulu ilə hörülmüşdür. Bu bir daha sübut 

edir ki, antik müəlliflərdən Strabon, Yuli Solin, Böyük Plini və s. söylədikləri kimi Kür çayı 

eramızdan  əvvəlki dövrlərdə  gəmiçilik üçün yararlı olmuşdur. Arxeoloji tədqiqatlar sübut edir ki, 

məhz buna görə də qədim iri yaşayış məskənləri Kür çayı boyunca salınmışdır (12.30). 

Şəhər burnu yaşayış yerində 5x20 metr ölçüdə götürülmüş sahə dörd kvadrata bölünərək 

tədqiq olunmuşdur. Burada əsasən iki mədəni təbəqənin olduğu müəyyənləşdirilmişdir. I mədəni 

təbəqə III-IX, ikinci mədəni təbəqə isə e.ə III- b.e II – III əsrlərini  əhatə edir. I mədəni təbəqədən 

əsasən iri və orta həcmli təsərrüfat küpləri və onların hissələri, iri xeyrə tipli qablar, kirkirə daşları, 

səntkarlıqda istiadə edilən daş  və gildən hazırlanmış alətlər rəng vurmaq üçün möhürlər, II mədəni 

təbəqədən isə əsasən e.ə III – b.e. II əsrlərinə aid saxsı qablar, metal qırıntıları, b.e I əsrinə aid şüşə 

qabın hissələri və s. əldə edilmişdir (3-cü şəkil). Tədqiqatların nəticələri e.ə V-IV əsrlərdə bu ərazidə 

yüksək dərəcədə inkişaf etmiş  həm liman, həm də ticarət mərkəzi kimi mövcud olmuş bir şəhərin 

olduğunu söyləməyə imkan verir. Bu şəhər antik Gəncə olmuşdur. Beləliklə, Gəncə bölgəsində 

aparılan arxeoloji tədqiqatların nəticələri burada yaşayışın hələ daş dövründən başlandığını, tarixin 

sonrakı  mərhələlərində ardıcıl olaraq davam etdiyini, e.ə II minilliyin sonu – I minilliyin 

başlanğıcında burada yaşayışın daha da intensivləşdiyini və ərazidə şəhər tipli yaşayış məskənlərinin 

yarandığını, antik dövrdə onların ticarət , sənət və mədəniyyət mərkəzləri kimi öz inkişafının ən uca 

zirvəsinə yüksəldiyini söyləməyə əsas verir. 

Gəncə ərazisində aparılan arxeoloji tədqiqatlar erkən orta əsrlər dövründə də bölgədə intensiv 

həyatın olduğunu söyləməyə əsas verir. Tarixi məlumatlar isə arxeoloji dəlilləri təsdiqləsə də işğalçı 

dövlətlərin maraqlarına uyğun olaraq tarixi saxtalaşdırmalara da yol verilir. Erkən orta əsrlər dövründə 

həm də Sasani imperiyasının Albaniya torpaqlarını  işğalı ilə xarakterikdir (13.74). Bu Albaniyada 

fedalizmin yaranmasına və inkişafına müsbət təsir göstərən amillərdəndir. Lakin bu vaxta qədərki 

əksər tədqiqat  əsərlərində Sasani ordularının  ərazidəki hərbi  əməliyyatları zamanı dağıdılmış 

şəhərlərin  əvəzinə yenilərinin qurulmasını, yaxud onların bərpasını, tamamilə yeni şəhərlərin 

salınması kimi qələmə alır, beləliklə  qərəzlilikdən  əziyyət çəkir, bu və ya başqa bir hadisəni  şübhə 

altına qoyur, bir-birinə zidd olan məlumatlar verirlər. Bəzən bu yazılı  məlumatlar tamamilə 

həqiqətdən uzaq olurlar. Məsələn Makedoniyalı  İsgəndəri müşayət edən yunan müəllifi Aristoblun 




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

167

Hindistandan , Qara Dənizdən, Xəzər dənizindən keçən su yolu haqqında hekayətində söylədikləri 

Qərbi Avropa alimi Herman tərəfindən tamailə rədd edilmişdir (14.86). 

Bu cür fikirlər onu göstərir ki, yazılı  mənbələr yalnız onların hərtərəfli yoxlanılmasından və 

məlumatlara tənqidi yanaşıldıqdan sonra tarixi sənəd kimi müəyyən nəticələrin çıxarılması üçün əsas 

ola bilərlər. Bu cür məlumatların dəqiqləşdirilməsində etnoqrafik və folklor məlumatlarının da 

əhəmiyyəti böyükdür. 

Gəncə  şəhərinin yaranmasına aid olan yazılı  mənbə  məlumatları da bir-birinə ziddir və 

arxeoloji məlumatların köməyi olmadan müəyyən nəticələrə gəlmək mümkün deyil. 

 Mənbələr göstərir ki, «Gəncə şəhəri VII Tiqran zamanı farslar, VII əsrin ortalarına yaxın isə 

ərəblər tərəfindən talan olunmuşdu. VII əsrin sonlarında  şəhər xəzərlər və  ərəblər arasında hərbi 

toqquşmaların mərkəzi olmuşdu...»(14.44). 

Gəncənin salınmasına dair yazılı  mənbələrdən ən erkən tarixi XV əsr  İran tarixçisi Mirxond 

göstərərək bu hadisəni, şifahi rəvayətlərə əsasən Sasani şahı I Qubadın (489-531) adına yazır: “ Qubad 

tikinti sevən şah idi, o, möhtəşəm binalar və çoxsaylı şəhərlər saldırmışdı. Bərdə, Gəncə və Miafarin 

də onun tərəfindən salınan şəhərlərin içərisindədir (14.257). 

Görünür, Mixrond tərəfindən gətirilən  əfsanə xalq yaddaşının Cənubi Azərbaycan Gəncəsi 

haqqındakı xatirələrini ifadə edir. XIII əsr  ərəb coğrafiyaçısı Yaqut bu şəhəri sasani dövrünün dini 

mərkəzi kimi xatırladır: «Burada maqların ibadətgahı  və  qədim atəşgah, həmçinin də Keyxosrov 

tərəfindən ucaldılmış böyük və çox uca bir sarayın yerləşdiyini» göstərir. Gəncə təkcə dini deyil, həm 

də Şərqdə tranzit ticarətin əsas mərkəzi idi. Qədim yunan mənbələrində göstərilir ki, e.ə I əsrdə Gəncə 

(Cənubi) Azərbaycanın (Atropatenanın) paytaxtı idi və  şərqdən (Hindistandan) qərbə gedən ticarət 

yolu «Ekbatan və Atropatena Qadzakından» keçirdi. Tranzit ticarətin qovşaqları – Şərqdə Atropatena 

Qandzakı və Ekbatan idilər (16.12). 

Mirxond tərəfindən gətirilən məlumatlarda hələ ki, başqa yazılı  məlumatların göstəriciləri 

təsdiqlənmir (17.289). 

Daha bir maraqlı tapıntı  İmamzadənin uçmuş hissəsində 1878- 1879-cu illərdə  bərpa işləri 

aparılarkən əldə edilmişdir. Buradan daş üzərinə yazılmış inşaat kitabəsi aşkara çıxarılmışdır (18.37). 

Kitabənin İmamzadənin yerində VIII əsrin əvvəllərində dəfn edilmiş İmam Məhəmməd Bağırın oğlu 

İbrahimə aid olduğu müəyyən edilmişdir. Deməli, Gəncə həmin dövrdə bir ziyarətgah mərkəzi kimi 

də məhşur olmuşdu. Bir maraqlı fakt da ondan ibarətdir ki, Bizans imperatoru İrakli(610-641) Şərqə 

hücum edərkən onun Naxçıvandan çıxıb Atropaten Gəncəsinə getdiyi mənbədə (Sebeos) xüsusi qeyd 

edilir. İ.M. Cəfərzadə haqlı olaraq göstərir ki, deməli, Atropaten Gəncəsindən başqa bu dövrdə Arran 

Gəncəsi də mövcud olmuşdur. Əks tədqirdə müəllifin Atropaten sözünü işlətməsinə ehtiyac qalmazdı 

(19.210). 

M.X.  Şərifli isə «Gəncə  şəhərinin  əmələ  gəlməsi tarixi haqqında» adlı  məqaləsində  qədim 

Gəncə  şəhərinin hicri 245 (859/ 60-cı) ildə bina edilməsi tarixini qəbul edir. O, öz fikrini 

əsaslandırmaq üçün Moisey Kalankatuklunun «Ağvan Tarixi» əsərinin ikinci fəslində (bu fəsil X 

əsrdə yazılmışdır) və Münəc cimbaşının əsərinin «Tarixi əl – Bab və Şirvan» fəslində ( bu fəsil 1106 – 

cı ildə Dərbənddə tərtib edirlmişdir) deyilmiş məlumatlara əsaslanır. Birinci mənbədə yazılır ki, ərəb 

canişini Məhəmməd ibn Xalid «Oradan (Bağdaddan) yenə  də padşahın hökmü və  xəzinə ilə  gəldi, 

Arşakaşen (Arran) vilayətində Qanzak (Gəncə) şəhərini tikdirdi. «Tarixi əl – Bab və Şirvan» əsərində 

isə həmin fikir, demək olar ki, təkrar edilmişdir (20.60). 

İ.M. Cəfərzadə  Gəncədə  aşkara çıxarılan qala divarlarının  ən qədimini eramızın V – VI 

əsrlərinə aid edir və bu divarların tikilməsinin mənbədə göstərilən Qubad şahın fəaliyyəti ilə əlaqədar 

olduğunu göstərir. Müəllif Mirxondun verdiyi məlumata üstünlük verir və yazır ki, «Bu məlumata 

daha çox inanmaq olar». Çox maraqlıdır ki, həmin qala divarı 7.5 m qalınlığı olan mədəni təbəqənin 

üstündə tikilmişdir. Bünövrənin qoyulması üçün əvvəlcə  xəndək qazıldığını da nəzərə alsaq, bu 

rəqəmin daha böyük olduğunu demək olar (21.101). 

Deməli qala divarları ilə hasarlananadək Gəncədə möhtəşəm  şəhərtipli yaşayış  məskəni 

mövcud olmuşdur. 




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

168

Təəssüflər olsun ki, qədim mənbələrdə  və erkən orta əsrlər dövründə (Sasani dövründə) 

Albaniyada Gəncə adlı şəhərin mövcud olduğunu göstərən heç bir məlumat yoxdur. Gəncə haqqında 

VII əsrin II yarsının şəhəri kimi məlumatlara XIV əsr tarixçisi Həmdullah Qəzvinin əsərlərində rast 

gəlinir. O yazır: «Gəncə... bir İslam şəhəridir, hicri 39-cu ildə salınmışdır», bu da mialadın 659/60 – cı 

illərinə müvafiqdir (21.53).  

Akademik V.V Bartold ehtimal edir ki, «39» tarixi, ola bilsin ki, «239»-un qısaldıraq 

yazılmasıdır. «Görünür 239= 853/54- dür»- deyə o yazır (22). 

Naməlum müəllif tərəfindən yazılmış XVI əsrə aid «Dərbəndnamə»  əsərində qeyd edilir ki, 

VII əsrin sonu – VIII əsrin əvvəllərində xəzərlərin Azərbaycan ərazisinə dəfələrlə etdikləri yürüşlər 

zamanı Gəncəyə də toxunmuşlar. «Şirvan və Gəncə» – deyə mənbə bildirir – «onlra ciddi müqavimət 

göstərmək üçün yetərincə möhkəmləşdirilməmişlər. Xəlifə Valid Dərbəndi işğal etmək üçün sərkərdə 

Məsləməni göndərdi. O, xəzərlərə qarşı  uğurlu yürüşdən sonra Əbdül  Əziz  əl- Bəxilini Gəncə  və 

Şirvan əyalətlərinin hakimi təyin etmişdi»(23.77). 

Məsləmənin xəzərlərə qarşı yürüşləri haqqındakı IX əsr mənbələrində - Təbəri və Bələzuridə 

ətraflı məlumatlar tapırıq. Sonuncu, həmçinin, Əbdül-Əziz əl Bəxili haqqında da məlumat verir, lakin 

orada Gəncə haqqında heç bir söz deyilmir. 

«Dərbəndnamə»nin müəllifi Məsləmənin Dərbəndə qarşı yürüşü, həmçinin də o dövrün tarixi 

şəxsiyyətləri az və ya çox dərəcədə düzgün məlumatlar versə  də, bəzi hadisələri düzgün şərh etmir 

(23.103). 

«Dərbədnamə»nin müəllifi tərəfindən çoxlu mənbələrdən istifadə olunmuşdur, lakin bunların 

məhz hansı mənbələr olması indiyənədək müəyyənləşdirilməmişdir.  

Beləliklə, qədim Gəncə ərazisində, o cümlədən Şəhər burnunda aparılan arxeoloji qazıntıların 

nəticələri Gəncədə ilk insanların hələ daş dövründən yaşadığını, bu bölgənin neolit, eneolit və tunc 

dövrü mədəniyyətlərinin mərkəzlərindən biri olduğunu, orta tunc dövründə burada sinfi 

təbəqələşmənin daha da artdığını  və tayfa mərkəzi olan iri bir şəhərin yarandığını, antik və ilk orta 

əsrlər dövründə isə inkişaf edərək daha da böyüdüyünü söyləməyə əsas verir. 

 

 

 



ƏDƏBİYYAT 

 

1. Страбон 



География – М., 1964. 

2. Kalankatlı M.  

Alban tarixi (tərcüm. Z.M.Bünyadov), Bakı 1993, 269 səh. 

3. Məmmədov A.M.  

 

Gəncə  və onun ətrafının tarixi-arxeoloji tədqiqi (ən qədim 



zamanlardan XIX əsrə qədər), Gəncə, Elm 2008, (296 səh). 

4. Məmmədov A.M.  

Gəncə antik və ilk orta əsrlərdə //Gəncə tarixinin aktual 

problemləri, II elmi-praktik konfransın materialları, Gəncə 

2010, səh. 6-7. 

5. Məmmədov A.M.  

Gəncəbasar IV – XIII əsrlərdə Bakı 1993. 

6. Джафарзаде И.М. 

Историко-археологической  очерк  старой  Гянджи,  Баку 

1949. 


7. Альтман М.М. 

Исторический очерк города Гянджи, Баку 1949. 

8. Ахмедов Р.Дж. 

Городище Гянджа (Из серии МКА), Баку 1985. 

9. Babayev İ.A.  

 

Kirovabad şəhəri yaxınlığında yeni arxeoloji tapıntılar //AMM, 



Bakı 1965, VI cild, s. 74-77. 

10. Məmmədov A.M.  

 

Gəncə arxeoloji ekspedisiyasının qazıntıları, //Azərbaycanda 



arxeoloji tədqiqatlar, Bakı 2008, səh. 112-113. 

11. Məmmədov A.M. 

 Əliyev T.V. 

  

Gəncə arxeoloji ekspedisiyasının 2009-cu ildəki arxeoloji 



qazıntı  və çöl-tədqiqat işləri, //Azərbaycanda arxeoloji 

tədqiqatlar 2009, Bakı  




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

169

12. Allahverdiyeva S.K.  

 

Nizami Gəncəvinin  əsərlərində  sənətkarlığa dair //Gəncə 



tarixinin aktual problemləri, II elmi-praktik konfransın 

materialları, Gəncə 2010, səh. 30-31. 

13. Nərimanov İ.H. Gəncəçay rayonunun arxeoloji abidələri, Bakı 1958. 

14. Məmmədov A.M.  

 

Nizami Gəncəvinin əsərlərində maddi-mədəniyyət motivlərinə 



dair (Azərbaycanın Qədim və orta əsr tarixi problemləri, 

M.Gəncəvi – 850), Bakı 1992, s. 85-88. 

15. Мирхонд 

Раузат-ас-сафа (пере. Текст Луинов), 1904, стр. 259. 

16. Гуммель Я.Н. 

Краткий  предварительный  отчет  об  археологических 

исследованиях 

произведенных 

в 

Кировабаде 



и 

примечающих  к  нему  районах, 1938 г.,  Азерб.  ССР. 

н/архив, НАНАН Азерб. Инв. 788 «б». 

17. Məmmədov A.M  

 Allahverdiyeva S.K.  

Gəncə şəhərinin yaranması və yerdəyişmələrinə dair, Tarix və 

onun problemləri, Bakı 2007, № 7, s. 288-292. 

18. Мамедзаде К.М. 

Архитектурные  памятники  Гянджи, // Из  серии  МКА, 

1991, 46 стр. 

19. Məmmədov A.M  

 Nuriyev A.B.  

Qoşqarçay və Kürəkçay hövzəsində  təhrif olunmuş yer adları 

haqqında, //Tarix və onun problemləri, Bakı 2003, № 4, s. 209-

213. 

20. Şərifli M.X.  



 

Gəncə  şəhərinin  əmələ  gəlməsi tarixi haqqında, Az EA 

Məruzələri, XII cild, 1963, № 6, səh. 89-93. 

21. Хамдаллах Казвини 

Нузхат ал-кулуб (Материалы по Азербайджану), Баку Элм 

1983, стр. 53, 56. 

22. Бартольд В.В. 

Место прикаспийских областей в истории мусульманского 

мира, 

изд. 


Общества 

обследования 

в 

изучения 



Азербайджана, Баку, 1925, стр. 60. 

23. «Дербенднаме» 

Пер.  с  языков  тюркского,  арабского,  персидского  и 

французского  под  ред.  Алиханова – Аварского.  Тифлис 

1898, стр. 103-105. 

 

 



 

 МАМЕДОВ АРИФ  

Зав. отделом Археологии и Етнографии  

Гянджинской Региональной Научного  

Центра НАНА доктор исторических наук, профессор 

 

ГЯНДЖА В АНТИЧНЫЙ ПЕРИОД И В РАННЕМ СРЕДНЕВЕКОВЬЕ 

 

РЕЗЮМЕ 

 

 Расположение Гянджи в удобном географическом положении, богатые водой реки, плодород-

ные земли, богатые природные ресурсы, лесные материалы для развития ремесла и строителст-

ва, растения для получения красок - все это давало возможность поселятся здесь людям еще в 

период неолита. 

 Раскопки проведенные на территории древней Гянджи позволили дать новые сведения о горо-

де. Экспедиция во время раскопок на месте падение Куры в Мингечаурское водохранилище об-

наружила остатки «Бухты». Сведения о строительстве бухты на берегу Куры имеются у антич-

ных  авторов – Страбона,  Плиния  Старшего и  др.  Рядом  с  Бухтой  было  обнаружена  пристань 

для складирования товаров и дома для проживания купцов. 




Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

170

 Таким  образом  археологические  раскопки  подтверждают,  что  древный  человек  проживал  на 

территории древней Гянджи еще в период каменного века. Это зона является одним из центром 

развития неолитической, енеолитической и эпохи бронзовой культуры. 

 

  



 

MAMEDOV  ARIF 

 Head of Archaeology and Ethnography  

Department of Ganja Regional 

 Scientific Centre ANAS, PhD in history, professor 

 

 



GANJA IN THE ANCIENT PERIOD AND IN THE EARLY MEDIEVAL 

 

SUMMARY 

 

Location of Ganja in a convenient geographical position, rich river water, fertile land, rich 



natural resources, forest materials for development of craft and construction, plants for getting dyes - 

all this made it possible for people to settle here as early as the Neolithic period. 

 Excavations that were carried out on the territory of ancient Ganja allowed to acquire new 

information about the city. Expedition during the excavations on the site where Kura fall into 

Mingachevir reservoir discovered the remnants of the “Bay”. Information about the construction of 

the bay on the bank of the Kura is available in the work of ancient authors - Strabon, Pliny the Elder 

and others. Near the Bay, a wharf for storage of goods and houses for accommodation of merchants 

was discovered. 

 Thus the archaeological excavations confirm that ancient people lived on the territory of ancient 

Ganja as early as the Stone Age. This area is one of the development centres of Neolithic, Eneolithic 

and Bronze culture.  

 

 



  

 

 



1-ci şəkil: Buxta qalıqları  

 

2-ci 



şəkil: hücrə qalıqları 

 

 



 

 

 



 


Археолоэийа, Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

171

 

 

 



 

3- cü şəkil: 

Antik və ilk orta əsrlər dövrünə aid arxeoloji materiallar 

 

 



 

Ðÿé÷è: ò.å.ä. Ã. Ùàúûéåâ, ò.å.ä. Ã.Ñ. Èñìàéûëîâ 

 

ÀÌÅÀ Ýÿíúÿ Ðåýèîíàë Åëìè Ìÿðêÿçèíèí Àðõåîëîýèéà âÿ Åòíîãðàôèéà øþáÿñèíèí 15 ñåíòéàáð 

2010-úó èë òàðèõëè ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð. (ïðîòîêîë ¹1) 

Yüklə 90,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə