Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

9



XBT-10 ÜZRƏ TƏSNİFAT 

O14   Nəzərəçarpan proteinuriya ilə müşayiət olunan 

hamiləliklə bağlı hipertenziya 

O14.0 – Orta dərəcəli preeklampsiya (nefropatiya) 

O14.1 – Ağır dərəcəli preeklampsiya 

O14.9 – Dəqiqləşdirilməmiş preeklampsiya (nefropatiya) 



O15   Eklampsiya 

O15.0 – Hamiləlik zamanı eklampsiya 

O15.1 – Doğuş zamanı eklampsiya 

O15.2 – Zahılıq dövrü eklampsiyası 

O15.9 – Müddətinə görə dəqiqləşdirilməmiş eklampsiya 

O16   Ananın dəqiqləşdirilməmiş hipertenziyası 

 

KLİNİK TƏSNİFAT 

Son vaxtlara qədər Savelyeva Q.M. tərəfindən modifikasiya 

edilmiş Goeckе şkalası daha geniş istifadə edilir. 

 

Qiymət (ballar

Simptomlar 

0 1 





Ödemlər 

– 

Baldır 



nahiyəsində  

Aşağı 


ətraflarda və 

qarnın ön 

nahiyəsində 

Generalizə 

olunmuş 

Proteinuriya 

(q/l) 

– 

0,033 - 0,132



0,132 - 1,0 

1,0 və çox 



Sistolik AT 

(mm c.süt.) 

130-


dən 

az 


130 - 150 

150 - 170 

170 və çox 

Diastolik AT 

(mm c.süt.) 

85-ə 


dək 

85 - 90 


90 - 110 

110 və çox 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

10



Hamiləlik 

dövründə ilk 

dəfə aşkar 

edilib 

– 

36-40 həftə 



və ya 

doğuşda 


35-30 həftə 

30 həftədən 

tez 

Dölün 

hipotrofiyası 

– – 


1-2 həftə geri 

qalma 


3 həftə və 

çox geri 

qalma 

Fon 

xəstəlikləri 

– 

Xəstəlik 



əlamətlərinin 

hamiləlikdən 

əvvəl qeyd 

edilməsi 

Xəstəlik 

əlamətlərinin 

hamiləlik 

dövründə 

qeyd 

edilməsi 



Xəstəlik 

əlamətlərinin 

hamiləlikdən 

əvvəl və 

hamiləlik 

dövründə 

qeyd 

edilməsi 



Cəmi: 7 və az bal – yüngül dərəcəli hestoz 

8-11 bal – orta ağır dərəcəli hestoz 

12 və çox bal – ağır dərəcəli hestoz 

Fəsadlar 

Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları: 

 

Ağciyərlərin ventilyasiya pozğunluğu 



 

DDL sindrom 



 

HELLP sindrom 



 

Böyrək çatışmazlığı 



 

Ağciyər ödemi 



 

Böyüklərin kəskin respirator distress sindromu 



 

Serebrovaskulyar ağırlaşmalar 



 

Ürəkdayanma 



 

Ölüm 



 

Serebral təzahürlər beyin arteriyalarının trombozu, fibrinoid 

nekrozu, diffuz mikroinfarktı  və beyində petexial hemorragiya ilə 

müşayiət olunan hipertonik ensefalopatiyaya bənzəyir. Eklampsiyalı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

11



hamilə qadınların təxminən 20%-də  qıcolmalar zamanı SAT – 140 

mm c.süt.-dan aşağı, DAT – 90 mm c.süt.-dan aşağı olur. Hipertenziv 

ensefalopatiya zamanı göz dibi dəyişikliklərinə az rast gəlinir. 

Güclü damar spazmı  nəticəsində damardaxili həcmin azalması 

səbəbindən belə  xəstələrdə damardaxili mayenin artırılması  ağciyər 

ödemini meydana çıxara bilər və ya əksinə, belə qadınların doğuş 

prosesində  hətta adi qan itkisi hipovolemiyaya gətirib çıxara bilər. 

Kapillyar keçiriciliyinin artması, kolloid osmotik təzyiqin aşağı 

olması  və  ağciyər endotelinin zədələnməsi ağciyərlərin ödeminin 

yaranma səbəblərindəndir. 

Böyrək fəsadları qlomerulyar damarların endoteliozu ilə 

əlaqədar yaranan qlomerulyar ödem və fibrin çökməsi səbəbindəndir. 

Oliquriya tez-tez rast gəlinir və kəskin tubulyar nekroz ilə nəticələnə bilər.  

Qaraciyər  disfunksiyasına periportal qaraciyər nekrozu, 

subkapsulyar hemorragiya və ya qaraciyər sinuslarında fibrin 

çökməsi səbəb ola bilər. Bəzən qaraciyərin cırılması baş verə bilər. 

Qaraciyərin disfunksiyası HELLP sindromun təzahürü ola bilər. 

HELLP sindrom hamilə qadınlar arasında 0,3%, ağır preeklampsiyalı 

qadınlar arasında isə  təqribən 20%  hallarda müşahidə olunur

HELLP sindrom ağır preeklampsiyanın variantıdır. HELLP sindrom 

diaqnozu qoymaq üçün: trombositopeniya, qaraciyər 



disfunksiyası, hemoliz mövcud olmalıdır. 

H

HELLP sindromun ağırlığı adətən trombositopeniyanın dərinliyi 



ilə müəyyən edilir. 

Trombositopeniya 

ağır < 50000/dl  

orta ağır 50000 - 100 000/dl  

yüngül 100 000 - 150 000/dl 



Qaraciyərin funksiyası 

LDH > 600 IU/L  

AST və ya ALT > 40 IU/L 

Hemoliz və fraqmentasiyaya uğramış eritrositlər 

HELLP sindrom həyat üçün çox təhlükəli fəsaddır. HELLP 

sindrom inkişaf etdikdə hamiləlik təcili başa çatdırılmalıdır. 

DDL  sindrom  eklampsiyalı qadınların təqribən 7%-ində baş 

verir.  Plasentar hipoperfuziya döl tərəfdən də  ağırlaşmalara səbəb 

olur. Bunlardan: 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə