Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

12



 

dölün bətndaxili tələf olması, 

 

dölün bətndaxili inkişafdan qalması, 



 

perinatal ölüm hallarının artması. 



DİAQNOSTİKA 

Preeklampsiya üçün diaqnostik meyar arterial təzyiqin 

hamiləliyin 20 həftəsindən etibarən yüksəlməsi və proteinuriyadır. 

Arterial təzyiqin az artması və zəif proteinuriya kimi əlamətlər artıq 

diaqnostik meyar kimi qəbul olunmur. Ağır preeklampsiya arterial 

təzyiqin nəzərə çarpacaq dərəcədə artması və yüksək proteinuriyanın 

meydana çıxması ilə  səciyyələnir. Ağır preeklampsiyanın başqa 

əlamətləri oliquriya, serebral və görmə pozğunluqları, ağ ciyər ödemi 

və ya sianozdur.  

Ödemlərin  əmələ  gəlməsi və artması  ağır preeklampsiyaların 

mövcudluğunu və ya ağırlıq dərəcəsini əks etdirmir (C) 

Laborator müayinələr ağır preeklampsiyaların idarə edilməsində 

dəyərli olsa da, bu günə  qədər proqnostik cəhətdən etibarlı test 

yoxdur (B).  



Preeklampsiyanın diaqnostik meyarları* 

Preeklampsiya  

AT: hamiləliyin 20 həftəsindən etibarən SAT 140 mm c.süt.-dən artıq və ya 

DAT 90 mm c. süt.-dən artıq   

Proteinuriya: 0,3 q  və ya çox /24 saatlıq sidikdə (D) 



Ağır preeklampsiya 

AT: SAT 160 mm c. süt. və ya artıq və DAT 110 mm c. süt. və ya artıq – 

hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2 dəfə qeyd 

olunursa (C) 

Proteinuriya: 5 q və ya çox /24 saatlıq sidik müayinəsində və ya 3+ sidikdə 

zülalın təyini testində – 4 saat müddətində götürülmüş sidikdə (C) 

Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat), plazmada 

kreatinin > 1,2 mq/dl, baş  ağrısı, serebral və vizual pozğunluqlar, sianoz, 

ağciyər ödemi, mədə nahiyəsində ağrı, göz dibinə ekssudasiya və qansızma, 

qaraciyər funksiyasının pozğunluqları, trombositopeniya, dölün bətndaxili 

inkişafının ləngiməsi (C) 

* Preeklampsiyanın diaqnostikasında hipertenziya və proteinuriyanın 

olması vacibdir  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

13



T

Həkim üçün hamiləliyin 20 həftəsindən sonra  diferensiasiyası 

çətinlik yarada bilən patoloji hallar bunlardır: 

 



T

xroniki hipertenziya, 

 

T



xroniki hipertenziyaya qoşulan preeklampsiya

 



T

hamiləlik hipertenziyası, 

 

T



preeklampsiya

TT

 



 

Hamilə qadınlarda hipertenziyanın diferensiasiyasının alqoritmi 

 

T



 

 



 

T

Hamilələrdə xroniki hipertenziya zamanı arterial təzyiqin 



yüksəlməsi hamiləliyin 20 həftəsindən  əvvəl qeyd olunur və 

doğuşdan 12 həftə keçdikdən sonra da davam edir. Əksinə, 

preeklampsiya-eklampsiya hamiləliyin 20 həftəsindən sonra 

yaranır. Eklampsiya preeklampsiyanın kəskinləşməsidir və 

qıcolmalarla xarakterizə olunur. Eklamptik qıcolmalar az 

hallarda, preeklampsiyalı qadınların təqribən 1%-ində rast 

gəlinir. 

 



T

Xroniki hipertenziyaya qoşulan preeklampsiya yeni əmələ gələn 

proteinuriya ilə (və ya mövcud proteinuriyanın qəflətən artması), 

hipertenziyanın kəskin artması ilə (bu şərtlə ki, proteinuriya 

Proteinuriya yoxdur 

və ya dəyişməzdir 

Yeni və ya artan 

proteinuriya, artan AT,  

və ya HELLP sindrom 

Proteinuriya 

var 

Arterial təzyiqi  



140/90 mm c.süt.-dan 

yüksək olan hamilə 

20 həftəliyədək 

hamiləlik 

20 həftədən artıq 

hamiləlik 

Proteinuriya 

yoxdur 


Xroniki  

hipertenziya 

Xroniki hipertenziyaya 

qoşulan preeklampsiya 

Preeklampsiya

Hamiləlik 

hipertenziyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

14



mövcuddur) və ya HELLP sindromunun meydana çıxması ilə 

xarakterizə edilir. Xroniki hipertenziyaya qoşulan preeklampsiya 

diaqnozu 

T

hamiləliyin 20 həftəsindən sonra qoyula bilər. 



 

Hamiləlik hipertenziyası diaqnozu o zaman qoyulur ki



hamiləliyin 20 həftəsindən sonra proteinuriya inkişaf etmədən 

AT yüksəlir və doğuşdan sonra təqribən 12 həftə  ərzində 

normaya düşür. Təqribən qadınların 25%-ində hamiləlik 

hipertenziyası proteinuriyaya gətirib çıxarır ki, bu da 

preeklampsiya ilə nəticələnir

TP

 

TP

 (C). 

E

T

klampsiyanın gedişi 

E

T

klampsiyanın gedişini 4 dövrə ayırmaq olar: 



1-ci 

T

dövr: başlanğıc (30 san.) 

 

Sifət  əzələlərinin, sonra yuxarı  ətrafların xırda fibrillyar 



dartınmaları 

 

Baxış bir tərəfə fiksasiya olub 



 

Bəbəklər genişlənib və göz qapaqlarının altına gedir, göz ağı 

görünür 

 

Boynu gərgindir  



 

Vidaci venalar şişir 

 

Trizm (dilini dişləyə bilər) 



2-ci 

T

dövr

T

: tonik qıcolmalar (30 san.) 

Bütün skelet əzələlərinin başdan, boyundan və yuxarı ətraflardan 

gövdəyə və qarına yayılan yığılmaları. 

 

Başı geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir 



 

Tənəffüs dayanır 

 

Sianoz sürətlə artır 



 

Xəstə huşunu itirir 

 

Nəbzi praktiki olaraq əllənmir 



Qısamüddətli olmasına baxmayaraq, bu ən təhlükəli perioddur, 

beynə qansızmadan qəflətən ölüm baş verə bilər. 



3-cü 

T

dövr

T

: klonik qıcolmalar (30 san. – 2 dəq.) 

 

Bədən  əzələlərinin sistemsiz yığılması – yuxarıdan aşağıya 



inkişaf edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə