Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   2   3   4   5   6   7   8   9   10   ...   13

 

 

21



PREEKLAMPSİYANIN FƏSADLARININ MÜALİCƏSİ 

Serebrovaskulyar fəsadlar 

Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq: 

1.

 



Ocaqlı simptomatika (parez, iflic, anizokoriya) və ya koma qeyd 

olunduqda – təcili neyrocərrahi müdaxiləni istisna etmək məqsədi 

ilə – MRT və ya KT. 

2.

 



Huşu aydın olduqda – ağır preeklampsiyaların bazis müalicəsi.  

3.

 



Baş  ağrıları, fotopsiya, paresteziya, qıcolmaya hazırlıq meydana 

çıxdıqda 6 saat ərzində preeklampsiyanın kompleks intensiv 

terapiyası aparılır və doğuşu başa çatdırmaq məsələsi həll olunur. 

Baş beyin damarlarının spazmasını aradan qaldırmaq məqsədilə 

istifadə olunur: 

 



Maqnezium-sulfat 2 q/saat (A);  

 



Aminofillin 240-480 mq V/D;  

 



Nimodipin – V/D damcı üsulu ilə. 1mq (5 ml 0,02%-li məhlul) 2 

dəfə 1 saatda. 

Baş beyin damarlarında spazma qeyd olunmadıqda intensiv 

terapiya 12-24 saat ərzində aparılır və müalicə müsbət nəticə verərsə, 

hamiləliyi başa çatdırmaq məsələsi həll olunur. 

Qıcolma tutması – eklampsiya zamanı 

Manipulyasiyalar: 

 



Tənəffüs yollarının keçiriciliyini və yüksək miqdarda  oksigen 

verilməsini təmin etmək və ya azot oksidi ilə narkoz 

 

Sağ böyrünün altına yastıq qoyulması və ya  sol-yan vəziyyətdə 



uzadılması vacibdir (D) 

 



Vena daxilinə etibarlı, kifayət qədər keçiriciliyə malik kateterin 

qoyulması  

 

Qıcolmalara nəzarət.  İlkin 4 q maqnezium-sulfat 5-10 dəq. 



müddətində V/D yeridilməli və  qıcolmadan sonra azı 24 saat  

müddətində 1-1,5 q/saat sürətlə davam etdirilməlidir (C). Təkrar 

qıcolmalarda ya 2 q maqnezium-sulfatın bolyus V/D yeridilməsi, 

ya da infuziyanın sürətinin 1,5-2 q/saata qədər artırılması 

lazımdır (A). Təkrar qıcolmalarda alternativ olaraq diazepam və 

ya natrium-tiopental istifadə etmək olar (yalnız 1 doza, çünki 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

 

22



təkrar istifadə ana ölümü riskini artırır)  (C). Qıcolmalar davam 

edərsə, intubasiya etmək lazımdır (B).  

 

Hipertenziyaya nəzarət (ağır preeklampsiyaların bazis 



müalicəsinə uyğun). 

 



Həyati vacib funksiyaların monitorinqi: AT, EKQ, RR, SaO

B

2



B

 və 


dölün ürək vurğularının sayı. 

 



Hamilənin vəziyyətinin Qlazqo və ya Qlazqo-Pittcburq şkalası ilə 

qiymətləndirilməsi. 

Ümumi beyin və ya ocaqlı nevroloji simptomatika müşahidə 

olunduqda, arterial hipertenziya artdıqda  (170/110 mm c.süt.-dan 

artıq) – taktika eynidir.  

Eklampsiya zamanı ASV rejimi:  qıcolma sindromunda total 

mioplegiya şəraitində CMV, qıcolma olmadıqda və spontan tənəffüs 

bərpa olunduqda – SİMV. Arterial pO

B

2



B

 30-40 mm c.süt., FiO

B

2

B



 0,3-0,4 

həddində saxlanılır. 



Doğuşdan sonra:  Əgər doğuş ümumi anesteziya fonunda 

keçmişdirsə,  əməliyyatdan dərhal sonra Qlazqo və ya Qlazqo-

Pittsburq  şkalası ilə nevroloji statusu qiymətləndirmək lazımdır 

(miorelaksantların və sedativ vasitələrin verilməsi dayandırılır). 

Xəstənin huşu bərpa olunduqda və  qıcolmaya hazırlıq qeyd 

olunmadıqda V/D maqnezium-sulfatın yeridilməsi fonunda ASV 

dayandırılır. 

Komatoz vəziyyət və  qıcolmaya hazırlıq saxlanıldığı halda: 

ASV CMV rejimində davam etdirilir. Miorelaksantların və bütün 

sedativ dərman vasitələrinin təyini dayandırıldıqdan sonra 24 saat 

ərzində xəstənin huşu bərpa olunmadığı vəziyyətdə nevroloqun və ya 

neyrocərrahın məsləhəti, maqnit-rezonans və ya kompüter 

tomoqrafiyanın aparılması tələb olunur. 



Ürək-qan damar pozğunluqları 

Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq: 

1.

 



Vurğu həcminin, qan dövranının dəqiqəlik həcminin, ümumi 

periferik damar müqavimətinin təyin edilməsi.  

2.

 

DAT 110 mm c.süt.-dan yüksək və ya SAT 160 mm c.süt.-dan 



yüksək olduqda hipotenziv terapiya aparılır (A):  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

23



 

Labetolol 200-300 mq-dək damcı üsulu ilə (A) 



 

Hidralazin hipotenziv effekt alınana qədər 5 mq olmaqla hissə-



hissə və ya 20 mq V/D damcı ilə (günə 60 mq) (A) 

 



Klonidin (Clonidine) 150 mkq enteral və ya 300 mkq əzələ 

daxilinə 

 

Natrium-nitroprussid V/D damcı ilə – başlanğıc doza 8-400 



mkq/dəqiqə 

 



Atenolol 25-100 mq/gün və ya anaprilin 10-20 mq per-os, ÜYT 

dəqiqədə 100-dən artıq olduqda. Bununla belə atenolol və 

diuretiklərin istifadəsindən mümkün qədər çəkinmək lazımdır (C)

Preeklampsiya nə  qədər ağırdırsa, AT-nin doğuşa qədər çox 

enməsi (140/90 mm c.süt.-dan aşağı) bir o qədər təhlükəlidir. 

Xroniki arterial hipertenziya zamanı – AT-nin sabitləşdirilməsi. 

Lakin AT-nin çox aşağı düşməsinə imkan vermək lazım deyil. 

3.

 



DAT 90 mm c.süt.-dan yüksək, 110 mm c.süt.-dan aşağı olduğu 

halda hipotenziv müalicə: 

 

Nifedipin 120 mq/gün, nimodipin 240 mq/gün (С)  



 

Metildopa (Methyldopa) – 500-2000 mq/gün daxilə (В) 

 

Drotaverin (Drotaverine, No-spa) – 6 ml/gün  



 

Aminofillin (Aminophylline), eufillin – 240-480 mq/gün  

 

Maqnezium-sulfat V/D 1-2 q/saat (A)  



Hamiləliyin istənilən müddətində hipotenziv müalicənin 

səmərəsizliyi hamiləliyin təxirə salınmadan pozulmasına əsas verir. 



Kəskin böyrək çatışmazlığı 

Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə tədbirlər 

Əlavə laborator müayinələr: 

 

Plazmada və sidikdə sidik cövhəri, kreatinin, GFR (C) 



 

Turşu-qələvi tərkibi 



 

Plazmada və sidikdə elektrolitlər  



 

Plazmanın, sidiyin osmolyarlığı 



Əlavə instrumental müayinələr: 

 



Böyrəklərin və sidik yollarının USM-i 

 



Böyrəklərin MRT və ya KT-si 

 



Uroqrafiya 

 



EKQ 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə