8
nun və bu gün hərəkətə gətirilə bilən elmi-texniki potensialının müəyyənləşdiril-
məsini tələb edir. Bütün bunları nəzərə alaraq respublikada elmi-texniki, struktur
siyasəti elə bir istiqamətə yönəldilməlidir ki, o, bir tərəfdən, Azərbaycanın bütün
resurslarından səmərəli istifadə etməyə şərait yaratsın və ən başlıcası isə
perspektivdə iqtisadi artımın inkişaf imkanlarını məhdudlaşdırmasın.
XX əsrin 70-80-ci illərində dünya iqtisadiyyatında iqtisadi artım sürətinin
ümumən zəifləməsi, işsizliyin artması və inflyasiyanın güclənməsinin qarşısını
almaq məqsədilə inkişaf etmiş ölkələr yeni şəraitə uyğun struktur və yaxud məcmu
təklifi stimullaşdıran siyasətin işlənib hazırlanmasını və həyata keçirilməsini
obyektiv zərurətə çevirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu mərhələdə
qısamüddətli sabitləşmə proqramlarının tətbiqi, ölkədə uzunmüddətli sabit, eyni
zamanda sağlam iqtisadi artımı təmin edə bilmirdi. Məlumdur ki, məcmu tələbi
artırmaq məqsədi ilə inkişaf etmiş ölkələrdə həyata keçirilən struktur siyasəti
ə
hatəli bir anlayış olmaq etibarı ilə rəqabətin stimullaşdırmasını, maliyyə
bаzarlarının, fəaliyyətinin, vergi islahatlarının həyata keçirilməsini, dövlətin
tənzimləmə funksiyalarının məhdudlaşdırılmasını və s. nəzərdə tutur. Qeyd etmək
lazımdır ki, keçid iqtisadiyyatına malik ölkələrdə dövlətin struktur siyasəti
onlardan fərqli olaraq daha geniş və çoxşaxəli problemlərin həllini tələb edir. Belə
ki, bu mərhələdə həyata keçirilən struktur siyasəti, hər şeydən əvvəl, iqtisadi
subyektlərin həyat fəaliyyətlərinin hüquqi və institutsional əsaslarının formalaş-
dırılmasını, uzunmüddətli iqtisadi artımı təmin etməklə yanaşı, istehsal amillə-
rindən səmərəli istifadə etmək və bölüşdürməklə cari istehsalın həcminin
artırılmasına istiqamətləndirilməsini nəzərdə tutur.
Ə
lbəttə, bütün bunlarla yanaşı yeni iqtisadi sistemə keçid mərhələsində
müstəqillik əldə edən respublikamız üçün struktur siyasətinin ən mərkəzi və xüsusi
problemlərindən biri bütünlükdə xalq təsərrüfatının quruluşunun yenidən
qurulması ilə bağlıdır.
Inzibati-amirlik sistemindən bazаr sisteminə keçən ölkələrdə çoxukladlı,
qarışıq iqtisadiyyat üçün xarakterik olan müxtəlif mülkiyyət formalarının
yaranması məqsədi ilə həyata keçirilən struktur siyasətinin mühüm
9
istiqamətlərindən biri də özəlləşdirmə prosesi ilə bаğlıdır. Çünki bazarın
tələblərinə uyğun olaraq iqtisadiyyatın sahə quruluşunun, həm dövlətin birbaşa
mexanizmi, həm də iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilməsində
mülkiyyət və sahibkarlıq formalarının dəyişdirilməsi mühüm əhəmiyyətə malikdir.
Ə
ksər keçmiş postsovet respublikalarının təcrübəsi göstərir ki, milli
iqtisadiyyatlarının bazar transformasiyası zamanı «finiş» sahələri daha çox iflasa
məruz qalırlar. Belə ki, son illərdə sənaye istehsalının quruluşunda Azərbaycanda
maşınqayırma, yüngül, yeyinti sahələrinin məhsulunun xüsusi çəkisi daha çox
aşağı düşmüşdür. Bu gün Azərbaycan iqtisadiyyatının xarakterinə sahəvi struktur
baxımından nəzər yetirsək, onun əsasən üç sahənin «Neftçıxarma, kənd təsərrüfatı,
yanacaq-energetika kompleksinin» üzərində dayandığını görərik. Bütün bunlar
belə qənaətə gəlməyə əsas verir ki, transformasion böhran zamanı iqtisadiyyatın
xammal sahələrini əhatə edən istehsalatlar bu emal sahələrinə nisbətən bu dəyişən
yeni şəraitə daha tez uyğunlaşırlar.
Keçid mərhələsində ölkədaxili resursların məhdudluğu, respublikamızda
ə
saslı struktur siyasəti yeritməyə imkan vermir. Odur ki, bu mərhələdə ölkəmiz
xarici investor dövlətlərinin istəklərinə uyğun sahələri üstün inkişaf etdirməyə və
dünya bazarının tələblərinə cavab verməyən, lakin daxili bazarda ehtiyac olan və
nisbətən az səmərəli sahələri və istehsalatları bağlamaq, məhdudlaşdırmaq zərurəti
qarşısında qalır.
Keçidin ilkin mərhələsində faktiki materialların təhlili göstərir ki,
iqtisadiyyatın sabitləşdirilməsi və onun artımının həlledici resurs mənbəyi əslində,
hasiledici sənaye sahələrinin məhsulları olmuşdur. Beləliklə, dünya iqtisadiyyatına
daha çox xammal ixracının hesabına inteqrasiya olması, milli iqlisadiyyatın
formalaşmasına bir-birilə tam əks olan iki istiqamətdə təsir göstərir. Bütün bunları
nəzərə alaraq respublikamızda uzun bir dövrü əhatə edən struktur siyasəti, bir
tərəfdən, milli iqtisadiyyatın cari problemlərinin həllini, digər tərəfdən,
perspektivdə Azərbaycanın dünya iqtisadiyyatına qovuşmasını, milli iqtisadiyyatın
rəqabət qabiliyyətinin təmin edilməsi ilə əlaqəli surətdə uzlaşdırılmasını nəzərə
almalıdır.
10
Məlumdur ki, struktur dəyişikliklərinə liberаl təlim baxımından yanaşdıqda,
ə
sas güc xüsusi sahibkаrlığın, xüsusi investisiyanın və onların inkişafı üçün
münasib şəraitin yaradılmasının üzərinə düşür. Bu heç də o demək deyildir ki,
keçid mərhələsində dövlət sənaye siyasətindən, iqtisadiyyatın üstün sahə və
istehsalatlarının inkişafına yardım göstərməkdən imtina etməli, başqa sözlə, yeni
iqtisadi sistemə keçid və müstəqillik şəraitində struktur problemin həllini
bütövlükdə bazarın ümidinə buraxmamalıdır. Zənnimizcə, dövlət burada daxili
bazarın və xarici dünya bazarının tələblərini, ölkəmizin qarşısında duran
problemləri həll etmək, milli iqtisadiyyatın resurslarını səfərbər edib hərəkətə
gətirmək, rəqabət üstünlüklərini reallaşdıra bilmək üçün müvafiq siyasətin
formalaşdırılmasını tələb edir. Bu siyasət dövlət yardımı, birbaşa investisiyaya,
güzəşt sistemini elə formalaşdırmalıdır ki, onlar son nəticədə respublikada struktur
irəliləyişlərini stimullaşdırsın.
Iqtisadiyyatı sabitləşdirmək və bazar iqtisadiyyatına keçid üçün zəruri olan
struktur irəliləyişləri iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdə
struktur irəliləyişləri istehsalın həcminin aşağı düşməsinin qarşısının alınması və
maddi-maliyyə sabitliyinin təmin olunması üçün zəruri ilkin şərtlərin
yaradılmasına yönəldilməlidir. Bunun üçün ən başlıca ilkin şərtlərdən biri
investisiya qoyuluşunun daha çox əməktutumlu, az fondtutumlu istehsalatların
inkişafına yönəldilməsidir ki, bu da son nəticədə investisiya qoyuluşunun fond-
kapital tutumunun aşağı düşməsinə səbəb olmaqla, cəmiyyətin bütünlükdə əsaslı
vəsait qoyuluşuna olan ümumi tələbatı azaldır. Digər tərəfdən, belə bir inkişaf yolu
ə
saslı vəsait qoyuluşunun səmərəliliyini qısa müddətdə artırmağa və bünunla də
təkrar istehsalın məqsədinin reallaşması imkanlarını genişləndirər.
Ikinci mərhələdə, xalq təsərrüfatında baş verən quruluş irəliləyişləri daha çox
iqtisadi artımın tarazlığının təmin edilməsinə və onun sürətinin artırılmasına
yönəldilməlidir. O da aydındır ki, investisiyanı artırmaq yolu ilə iqtisadi artımın
mütənasibliyinə ancaq iqtisadiyyatda müəyyən sabitləşmə prosesi başa çatdıqdan
sonra nail olmaq mümkündür. Əgər investisiya fəallığının artırılması, istehsalın
fond və material-tutumunun aşağı düşməsi ilə müşahidə olunmazsa, müəyyən bir
Dostları ilə paylaş: |