Microsoft Word 32 Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini doc



Yüklə 45,2 Kb.
Pdf görüntüsü
tarix23.02.2018
ölçüsü45,2 Kb.
#27470


Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 

KONVENSİYA 

1961-ci il oktyabrın 5-də bağlanmışdır 

 

Bu Konvensiyam imzalamış dövlətlər, 



xarici  rəsmi  sənədlərin  diplomatik  və  ya  konsulluq  leqallaşdırılması  tələbinin 

ləğv edilməsini arzulayaraq, 

bu  məqsədlə  Konvensiya  bağlamağı  qərara  aldılar  və  aşağıdakı  müddəalar 

barədə razılığa gəldilər: 

 

M a d d ə   1 



 

Bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa 

gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. 

Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: 

a)    dövlət  orqanından  və  ya  dövlətin  məhkəməsi  və  ya  iqtisadi  məhkəməsi  ilə 

əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından 

(prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; 

b)  inzibati sənədlər; 

c)  notarial aktlar; 

d)    özəl  fiziki  şəxs  tərəfindən  imzalanmış  sənədlərə  bərkidilən  (əlavə  edilən) 

rəsmi  qeydlər,  sənədin  qeydiyyatmı  və  ya  müəyyən  tarixdə  baş  vermiş  faktı 

təsdiq  edən  və  imzaların  notarial  və  rəsmi  təsdiqlənməsinə  bərabər  tutulan 

rəsmi sənədlər (qeydlər). 

 

Buna baxmayaraq, bu Konvensiya aşağıdakılara tətbiq edilmir: 



a)  diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə; 

b)    kommersiya  və  ya  gömrük  əməliyyatlarına  birbaşa  aidiyyəti  olan  inzibati 

sənədlərə. 

  

M a d d ə   2 



 

Razılığa  gələn  hər  bir  Dövlət  bu  Konvensiyanın  tətbiq  edildiyi  və  onun 

ərazisində  təqdim  olunmalı  sənədləri  leqallaşdırmadan  azad  edir.  Bu 

Konvensiyanın  məqsədləri  üçün  leqallaşdırma  dedikdə,  imzanın  həqiqiliyini, 

sənədi  imzalamış  şəxsin  hansı  qisimdə  çıxış  etdiyini  və  lazım  gəldikdə,  həmin 

sənədə  vurulmuş  möhürün  və  ya  ştampın  həqiqiliyini  təsdiq  etmək  üçün 

sənədin  təqdim  ediləcəyi  ölkənin  diplomatik  və  konsulluq  idarələrinin  istifadə 

etdiyi formallıqlar başa düşülür. 




M a d d ə   3 

 

İmzanın  həqiqiliyini,  sənədi  imza  etmiş  şəxsin  hansı  qisimdə  çıxış  etdiyini  və 



lazım  gəldikdə,  həmin  sənədə  vurulmuş  möhürün  və  ya  ştampın  həqiqiliyini 

təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim 

edildiyi  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  4-cü  maddədə  nəzərdə  tutulan 

şəhadətnamənin əlavə edilməsidir. 

Buna  baxmayaraq,  əgər  sənədin  təqdim  edildiyi  dövlətdə  mövcud  olan 

qanunlar,  qaydalar  və  ya  adətlər,  yaxud  da  iki  və  ya  bir  neçə  dövlət  arasında 

razılaşma  və  ya  Razılığa  gələn  bir  neçə  Dövlət  arasında  əldə  olunmuş 

razılaşmalar  əvvəlki  abzasda  göstərilən  proseduru  ləğv  edirsə  və  ya 

sadələşdirirsə  və  ya  sənədi  leqallaşdırmadan  azad  edirsə,  həmin  funksiyaların 

yerinə yetirilməsi tələb edilə bilməz. 

 

Maddə   4 



 

3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə 

və  ya  sənədə  əlavə  edilən  ayrıca  vərəqdə  əks  etdirilir,  həmin  şəhadətnamə  bu 

Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. 

Lakin  şəhadətnamə  onu  verən  orqanın  rəsmi  dilində  tərtib  edilə  bilər.  Eyni 

zamanda  onda  qeyd  edilmiş  bəndlər  ikinci  dildə  də  izah  edilə  bilər. 

Şəhadətnamənin  "Apostille  (Convention  de  la  Haye  du  5  octobre  1961)"  adlı 

başlığı fransız dilində göstərilməlidir. 

 

M a d d ə   5 



 

Şəhadətnamə  sənədi  imzalamış  şəxsin  və  ya  həm  hansı  bir  sənəd  sahibinin 

vəsatətinə əsasən verilməlidir. 

Lazımi  qaydada  doldurulmuş  şəhadətnamə  imzanın  həqiqiliyini,  sənədi 

imzalamış  şəxsin  hansı  qisimdə  çıxış  etdiyini və  lazım  gəldikdə,  həmin  sənədə 

vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. 

Şəhadətnamədə  edilmiş  imza,  vurulmuş  möhür  və  ştampın  yenidən  təsdiq 

edilməsi tələb olunmur. 

 

M a d d ə   6 



 

Razılığa  gələn  hər  bir  Dövlət  öz  rəsmi  funksiyalarına  uyğun  olaraq,  3-cü 

maddənin  birinci  abzasında  nəzərdə  tutulan  şəhadətnamənin  verilməsinə 

səlahiyyəti olan orqanları təyin edir. Həmin orqan öz ratifikasiya və ya qoşulma 




haqqında  sənədini  və  ya  tətbiq  etmə  haqqında  bəyanatım  saxlanca  verərkən 

Niderlandın Xarici İşlər Nazirliyini bu cür təyinat haqqında məlumatlandırır. Eyni 

zamanda o, təyin edilmiş orqanlarda edilən hər bir dəyişiklik haqqında Nazirliyi 

məlumatlandırır. 

 

Maddə   7 



 

Verilmiş  şəhadətnamələri  qeydə  almaq  üçün  6-cı  maddəyə  uyğun  olaraq  təyin 

edilmiş  hər  bir  orqanın  qeydiyyat  kitabı  və  ya  kartotekası  olmalı  və  o,  ora-da 

aşağıdakıları göstərməlidir: 

a)      şəhadətnamənin nömrəsi və tarixi; 

b)      rəsmi sənədi imzalamış şəxsin soyadı və onun hansı qisimdə çıxış etməsi 

haqqında  məlumat,  imza  edilməmiş  sənədlərə  münasibətdə  isə  möhürü  və  ya 

ştampı vurmuş orqanın adı. 

Hər  hansı  bir  maraqlı  şəxsin  vəsatətinə  əsasən  şəhadətnaməni  vermiş  orqan 

həmin  şəhadətnamədə  göstərilən  məlumatın  qeydiyyat  kitabında  və  ya 

kartotekada əks etdirilən məlumatla uyğun olub-olmamasını yoxlamalıdır. 

 

Maddə   8 



 

Əgər  Razılığa  gələn  iki  və  ya  bir  neçə  Dövlət  arasında  imzanın,  möhürün  və  ya 

ştampın  təsdiq  edilməsi  üçün  müvafiq  formallıqlara  riayət  edilmə  tələbi 

haqqında  müddəaları  özündə  əks  etdirən  müqavilə,  konvensiya  və  ya  saziş 

bağlanıbsa, bu Konvensiya yalnız o halda həmin müddəalarla müqayisədə tətbiq 

edilməyə  bilər  ki,  həmin  müddəalar  3-cü  və  4-cü  maddələrdə  nəzərdə  tutulan 

formallıqlardan daha sərt olsun. 

 

Maddə   9 



 

Bu  Konvensiyada  leqallaşdırmadan  azad  edilmə  nəzərdə  tutulduqda,  Razılığa 

gələn  hər  bir  Dövlət  belə  hallarda  öz  diplomatik  və  konsulluq  idarələri  tərə-

findən  leqallaşdırmanın  həyata  keçirilməsinin  qarşısını  almaq  üçün  zəruri 

tədbirlər görür. 

 

Maddə   10 



 

Bu  Konvensiya  beynəlxalq  xüsusi  hüquq  üzrə  Haaqa  konfransının  9-cu 

sessiyasında  iştirak  edən  dövlətlər,  habelə  İrlandiya,  İslandiya,  Lixtenşteyn  və 

Türkiyə Tərəfindən imzalanmaq üçün açıqdır. 




 

O, ratifikasiya edilməli və ratifikasiya sənədləri Niderland Xarici İşlər Nazirliyinə 

saxlanca verilməlidir. 

 

Maddə   11 



 

Bu  Konvensiya  10-cu  maddənin  ikinci  abzasında  nəzərdə  tutulan  üçüncü 

ratifikasiya  fərmanının  saxlanca  verildiyi  tarixdən  sonra  gələn  altmışıncı  gün 

qüvvəyə minir. 

Konvensiyanı  imzalamış  və  sonradan  onu  ratifikasiya  etmiş  hər  bir  dövlətə 

münasibətdə  bu  Konvensiya  o,  öz  ratifikasiya  fərmanını  saxlanca  verdiyi  tarix-

dən sonra gələn altmışıncı gün qüvvəyə minir. 

 

Maddə   1 2 



 

10-cu  maddə  adı  çəkilməyən  istənilən  dövlət  bu  Konvensiyaya,  onun  qüvvəyə 

minməsindən  sonra  11-ci  maddənin  birinci  abzasına  əsasən  qoşula  bilər. 

Qoşulma haqqında sənəd Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir. 

Qoşulmanın  yalnız  qoşulan  dövlətlə  və  15-ci  maddənin  "d"  yarımbəndində 

nəzərdə  tutulan  bildirişi  aldıqdan  sonra  onun  qoşulmasına  altı  ay  ərzində  öz 

etirazmı  bildirməyən  Razılığa  gələn  Dövlətlər  arasındakı  münasibətlərə  hüquqi 

təsiri  vardır.  Bu  cür  təsir  haqqında  bildiriş  Niderlandın  Xarici  İşlər  Nazirliyinə 

saxlanca verilir. 

Konvensiyaya  qoşulan  dövlətlə  və  onun  qoşulmasına  öz  etirazmı  bildirməmiş 

dövlətlər  arasındakı  münasibətlərdə  əvvəlki  bənddə  göstərilən  altı  aylıq 

müddətin keçməsindən sonra gələn altmışıncı gün qüvvəyə minir. 

 

Maddə   13 



 

İstənilən dövlət  imzalayan, ratifikasiya edən və qoşulan zaman bəyan edə bilər 

ki,  bu  Konvensiya  beynəlxalq  səviyyədə  onun  təmsil  etdiyi  bütün  ərazilərə 

yaxud  bu  ərazilərdən  biri  və  ya  bir  neçəsinə  tətbiq  edilir.  Bu  bəyanat  hazırkı 

Konvensiyanın həmin dövlət üçün qüvvəyə mindiyi tarixdən etibarlı hesab edilir. 

Sonradan  Niderlandın  Xarici  İşlər  Nazirliyi  bu  cür  tətbiq  etmə  haqqında 

məlumatlandırılır. 

Əgər  tətbiq  etmə  haqqında  bəyanat  Konvensiyanı  imzalamış  və  ratifikasiya 

etmiş  dövlət  Tərəfindən  edilibsə,  Konvensiya  bəyanatda  göstərilən  ərazilərə 

münasibətdə  11-ci  maddənin  müddəalarına  uyğun  olaraq  qüvvəyə  minir.  Əgər 

tətbiq etmə haqqında bəyanat Konvensiyaya qoşulan dövlət Tərəfindən edilibsə, 



Konvensiya  bəyanatda  göstərilən  ərazilərə  münasibətdə  12-ci  maddənin 

müddəalarına uyğun olaraq qüvvəyə minir. 

 

Maddə   14 



 

Bu Konvensiya 11 -ci maddənin birinci abzasına uyğun olaraq qüvvəyə mindiyi 

tarixdən etibarən beş il müddət ərzində qüvvədə qalacaq, hətta onu ratifikasiya 

edən  və  ya  sonradan  ona  qoşulan  dövlətlərə  münasibətdə  də  həmin  müddət 

ərzində qüvvədə qalacaqdır. 

Əgər  Konvensiya  denonsasiya  edilməzsə,  onun  təsiri  növbəti  beş  il  müddətinə 

qədər uzadılacaqdır. 

Niderlandın  Xarici  İşlər  Nazirliyi  beş  illik  müddətin  bitməsinə  ən  azı  altı  ay 

qalmış denonsasiya haqqında məlumatlandırılır. 

Denonsasiya  bu  Konvensiyanın  tətbiq  edildiyi  bəzi  ərazilərə  münasibətdə 

məhdudlaşdırıla bilər. 

Denonsasiyanın  yalnız  denonsasiya  haqqında  bildirişi  təqdim  edən  dövlətə 

münasibətdə hüquqi təsiri vardır. 

 

Maddə   15 



 

Niderlandın  Xarici  İşlər  Nazirliyi  10-cu  maddədə  göstərilən  dövlətləri,  ha-belə 

12-ci  maddənin  müddəalarına  uyğun  olaraq  qoşulan  dövlətləri  aşağıdakılar 

barədə məlumatlandırır: 

a)   6-ci maddənin ikinci abzasında göstərilən bildirişlər haqqında; 

b)  10-cu maddədə göstərilən imzalamalar və ratifikasiyalar haqqında; 

c)    bu  Konvensiyanın  11-ci  maddənin  birinci  abzasının  müddəalarına  uyğun 

olaraq qüvvəyə minmə tarixi haqqında; 

d)    12-ci  maddədə  göstərilən  qoşulmalar  və  etirazlar  və  qoşulmanın  qüvvəyə 

mindiyi tarix haqqında; 

e)    13-cü  maddədə  göstərilən  tətbiq  etmə  və  onun  qüvvəyə  minmə  tarixi 

haqqında; 

f)    14-cü maddənin üçüncü abzasında göstərilən denonsasiyalar haqqında. 

Bunun  təsdiqi  olaraq,  öz  hökumətləri  Tərəfindən  lazımi  qaydada  buna  vəkil 

edilmiş,  aşağıda  imza  edən  səlahiyyətli  nümayəndələr  hazırkı  Konvensiyanı 

imzaladılar. 

 

Haaqa  şəhərində  1961-ci  il  oktyabrın  5-də  fransız  və  ingilis  dillərində  tərtib 



edilmiş  əsil  bir  nüsxədə  Niderland  Hökumətinin  arxivinə  saxlanca  verilir  və 

onun  təsdiq  edilmiş  surətləri  diplomatik  kanallar  vasitəsilə  beynəlxalq  xüsusi 




hüquqa dair Haaqa konfransının doqquzuncu sessiyasında təmsil edilən hər bir 

dövlətə, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyəyə göndərilir. Mətnlər 

arasında fikir ayrılığı yarandıqda, fransız dilində olan mətn üstünlük təşkil edir. 

 

Konvensiyaya  



Əlavə 

 

 Şəhadətnamənin nümunəsi 



 

Şəhadətnamə,  tərəfləri  ən  azı  9  santimetr  uzunluğunda  olan  dördbucaqlı 

şəklində olmalıdır.        

 

APOSTİLLE 



(Convention de la Haye du 5 oktobre 1961) 

 

1.  



Ölkə_________________________________________________________________________  

 

Bu rəsmi sənəd 



 

2. _____________________________________________________imzalanmışdır (soyadı) 

 

3. ___________________________________________________________kimi çıxış edən 



 

4.   möhürün/ştampın sahibi (müəssisənin adı)______________________________  

 

Təsdiq edilmişdir. 



5. ______________________________ 6. ________________________________ (tarixdə) 

 

7. _______________________________________________  (təsdiq edən orqanın adı) 



 

8.        № li_________________________________________________________________  

 

9.       möhür/ştamp     10. İmza   __________________________________________  



 

  

 



 

 

Yüklə 45,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə