Microsoft Word 34 mammaov ilham doc



Yüklə 56,11 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü56,11 Kb.
#18487


Археолоэийа,  Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

190



MƏMMƏDOV İLHAM  

 BDU,“Azərbaycanşünaslıq”  

ETM-nin kiçik elmi işçisi  

E-mail: ilham.01.01.1965@mail.ru 

 

TOVUZUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ 

 

Açar sözlər: Tovuz, toponim, adət-ənənənə, inzibati. 

 

Ключевые слова: Товуз, топоним, традиция, администрация 



 

Key words. Tovuz, toponimical, customs, administration. 

 

Tovuz rayonu Azərbaycanın qərbində, Qazax-Gəncə düzənliyində yerləşir. Şimaldan Gürcustan, 

cənubdan Ermənistanla həmsərhəddir. Mərkəzi Tovuz şəhəridir. Ərazisi 1903 kvadrat km-dir. Rayon 

ərazisindən resbublikamız üçun həyatı əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri və “ 

Bakı-Tbilisi” qaz Kəməri və Böyük İpək Yolu keçir. 

Bakıdan Tovuzun mərkəzi poçtuna qədər olan məsafə 441 km-dir. Rayon 8 avqust 1930-cu ildə 

təşkil olunmuşdur. 1935-1947-ci illərdə  şəhər tipli qəsəbə statusu almışdır. 1963-1964- cü illər 

arasında Qazax rayonunun tərkibinə daxil edilmişdir. Bundan sonra yenidən müstəqil rayon mərkəzi 

olmuşdur.  

Son məlumata əsasən əhalisi təxminən 151,5 mindir Tovuzçay şəhərin kənarından axır. Bu çay 

öz mənbəyini Axınca çayından alır. 1 inzibati şəhər, 1 qəsəbə 22 icra nümayəndəliyi, 109 kənd və 

başqa yaşayış məntəqələri var.  

Təsərrüfatının əsas hissəsi son vaxtlar üzümçülük olmuşdur. Burada bitkiçilik və heyvandarlıqla 

da məşğul olurlar. Rayon təsərrüfatlarında kanal vasitəsi ilə Kür çayından, eləcədə Ceyrançöl 

otlaqlarından geniş istifadə olunur. Suvarmada, Kür, Tovuzçay, Axınca, Zəyəm və  Əsrik çayları ilə 

yanaşı, Xanımarx su qovşağı, Axıncaçay və Xatınlı su Anbarından istifadə edilir.  

Ermənistan Respublikası ilə 69 km. ( Berd rayonu-Çar Rusiyasının Azərbaycanı  işgalına 

başlamasınadək (1802-1803 ) Şəmşəddil Sultanığına aid olan hazırki Tovuzun bir hissəsi, indi də bu 

rayonu tovuzlular Şəmşəddin- Qalakənd ( Berd-Qala, Kert-kənd erm adlandırırlar), Gürcüstan 

Respublikası ilə 23 kilometr (Dedoplist-Tsxaro ray) sərhəddi olan rayon qərbdə  Ağstafa rayonu, 

şərqdə  Şəmkir rayonu, cənubda Gədəbəy rayonu  az bir hissəsi Samux rayonu ilə ( Ceyrançöldə) 

həmsərhəddir.  

Ərazi relyef xüsusiyyətlərinə qörə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq 

zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəzi hissəsi alçaq dağlıq və 

dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir.  Ərazi 330 m. dəniz səviyyəsindən 

yüksəklikdə yerləşir.  

Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, görüş, dəmirağac 

və müxtəlif cür meyvə kolları növləri bitir.  

Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan Eldar Şamı 

qorunur. 

Son illərdə Şəmkir su-elektrik stansiyasının tikilməsi Kür çayı boyunca yerləşən meşə zolağını 

və buradakı Xunan abidələrini məhv etmişdir.  İri yaşayış  məntəqələri Tovuz (şəhəri), Qovlar 

(qəsəbəsi), Aşağı Ayıblı, Xatınlı, Düz Qırıxlı, Aşağı, Quşçu kəndi hesab olunur. 



Археолоэийа,  Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

191

 

Şəhər, qəsəbə və kənd adlarının siyahısı. 

 

Tovuz ş.   

Namxoş k. 

Məşədivəlilər k 

Xatınlı k. 

Qovlar q.                       Yanıqlı k. 

Göyəbaxan k. 

Qaraxanlı k. 

Azaplı k.                       Quyudərə k. 

Məsmələr k. 

Qədirli k. 

Bayramlı k.                   Vəzirdərə k. 

Məşədiqulular k. 

Cilovdarlı k. 

Alakol k.                       Kəlbəəhmədli k. 

Qayadibi k.  

Çatax k. 

Köhnəqala k. 

Ağaməmmədli k. 

Qaralar k. 

Cirdək k 

Məşədilər k. 

Qozdərə k. 

Vahidli k. 

Kazımlı k. 

Aşrallar k.                    Böyük Xoşdarlı k. 

Ağdam k. 

Qandallar k. 

İbrahimhacılı k.            Sadıqlı k. 

Qəribli k. 

Hacılar k. 

Aşağı Öysüzlü k.          Kəcavənd k. 

Hətəmlər k. 

Ağbulaq k. 

Qazqulular k.                Əhmədabad k. 

Aşağı Ayıblı k.  

Baqqallı k 

Bozalqanlı k. 

Qocdərə k. 

Aşağı Quşcu k. 

Hacıhəsənli k 

Nağılar k.                      Bala Xoşdarlı k. 

Böyük Qışlaq k. 

Qalaboyun k 

Səfərəli k.                     Yuxarı Öysüzlü k. 

Şamlıq k. 

Mollaayrım k. 

Orta Qışlaq k. 

Kirən k. 

Düz Qırıqlı k. 

Parakənd k. 

Huseynqulular k. 

Bala Şamlıq k. 

Dönük Qırıqlı k. 

Qüvənlik k. 

Mollalar. k.                   Dəlləkli k. 

Düz Cırdaxan k. 

Sarıdamlı k. 

Nəsibli k. 

Ağbaşlar k. 

Cəlilli k. 

Həsənli k. 

Qaradaş k. 

Yanıqpəyə k. 

Aşağı Mülkulü k. 

Muncuqlu k. 

Əlibəyli k. 

Lazılar k. 

Saladınlı k. 

Qoşa k. 


Hacallı k. 

Almalı Tala k. 

Sofular k. 

Pələkli k. 

Mülkülü k. 

İsakənd k. 

Xatncan k. 

Şıxheybət k. 

Əlimərdanlı k. 

Aşrallar k. 

Xınakirən k. 

Çeşməli k. 

Mansurlu k. 

Ağdərə k. 

Sarıtala k. 

Abbasqulular k. 

Səmədbəyli k. 

Qarabağlılar k. 

Ağacqala k. 

Papaqçılar k. 

Gırzan k. 

Böyük Şamlıq k. 

Çobansığnaq k. 

 

Keşkənd k. 



Dondar Quşçu k. 

Yoğunbulaq k. 

 

Əsrik Cırdaxan k. 



Dondarlı k. 

Qaraboyunlu k. 

 

 

Bax: Azərbaycanın inzibati ərazi bölgüsü, 1979.  

 

Tovuzluların xarici görkəmi və bəzi adət-ənənələri haqqında. Tovuzluların özlərinə məxsus 

xarici körkəmi – bədən, sifət quruluşu vardır. Belə ki, onlar istər qonşu (Qazax-Gəncə).istərsə  də 

qonşu olmayan bölgələrdə yaşayan azərbaycanlılardan bədən, sifət quruluşlarına görə müəyyən qədər 

fərqlənirlər. Bu da etnik soyköklə yanaşı, torpaq, su, xüsusən iqlimlə bağlıdır. Obrazlı desək, insan da 

torpağın meyvəsidir. Göyçayın narı, Kürdəmirin yemişi, Bakının ənciri Tovuzda yaxşı bar vermədiyi 

kimi,Tovuzun da şirin gilası,müaliçəvi  əhəmiyyətli ağ tutu (buna yerli sakinlər  şah tutu deyirlər) 

həmin böğələrdə lazımi keyfiyyətdə bar vermir.  

Tovuz kişilərinin boyları orta səviyyədən uca, sifətləri girdə, bənizləri qarabuğdayı, gözləri qara 

və ala, qaşları qalın, burunları düz olur. Orta yaşlarında daha yaraşıqlı olurlar. Cavanlar telə, kişilər isə 

bığa daha çox fikir verirlər. Tovuzda bığ kişilik  əlaməti sayılır. Bığsız kişilərə  həqarətlə baxırlar. 

Bığın ancaq yan-yörəsi hamarlanar. Burada heç kim özünə bab qız axtarmaz, hamı qəşəng, gözəl qızla 

evlənməyə çalışır. Tovuzluların təbirincə desək, kişinin qəşəngliyi vacib deyil, qocaqlığı vacibdir və 

yaxud kişinin üzünə baxmazlar, izinə baxarlar. Kişilər çöl işlərinə: həyət-bacaya ,mal-qara saxlamağa, 

əkib-becərməyə çox zirəkdirlər. 




Археолоэийа,  Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

192

Tovuzda qız və  gəlinlər daha cazibədar, daha məlahətli olurlar. Şəvə  kimi  qara  saçları, 

qarabuğdayı, girdə sifətləri, qara və ala gözləri, xumar baxışları, şirin dilləri adamı heyran edir. Onlar 

kişilərdən yaşınmağı xoşlayırlar. Danışanda nazlanırlar. Söz- söhbətlərinə, davranışlarına ciddi 

yanaşır, artıq hərəkətlərə yol verməməyə çalışırlar. Bir az da müti şəkildə tərbiyə alırlar. Bu mütilik, 

itaətkarlıq onların nəyə qadir olduqlarını aşkar etməyə imkan vermir. Burada qonağın xüsusi hörməti 

vardır. Qonaq üçün əla süfrə açılır, yatmaq üçün təzə yorğan-döşək verilir.Yükdən seçilən yorğan-

döşək mütləq ev sahibəsi tərəfindən ətirlənməlidir.Əğər ər-arvad arasında narazılıq, küsü varsa, qonaq 

bunu bilməməlidir.  Əksinə, həmin vaxt ər-arvad küsünü bir yana qoyub, bir-biri ilə mehriban 

münasibətdə olurlar. 

Musiqini çox sevirlər, ən çox da aşıq musiqisini. Bəzi qadınlar da kişilər kimi saz çalıb-oxumağı 

bacarırlar.Yaxın vaxtlara qədər burada saz çalıb-oxumayan gəncə az təsadüf edilirdi. Ət xörəklərindən 

bozartma, xəmir xörəklərindən isə  xəngəli daha çox xoşlayırlar.Tovuz süzməxənğəlin, qurutlu 

xənğəlin “Vətəni” sayılır.Varlılar qonağa kababla yanaşı, sarımsaqlı quzu pörtməsi (bəzi kəndlərdə 

buna  pörtdəmə də deyirlər) verirlər. Burada yeyib-içməyin ölçüsü yoxdur.Tovuzda insanın orta ömrü 

60-70 ildir. 

  Etnotoponimlər. Yazı  mədəniyyəti gec inkişaf edən və yazılı  mədəniyyəti az olan hər bir 

xalqın tarixinin öyrənilməsində etnotoponimlərin tədqiqata cəlb olunması xüsusi elmi əhəmiyyət kəsb 

edir. Məhz bugünkü etnotoponimlərdə xalqımızın tarixi taleyi durur desək, yanılmarıq. Araşdırmalar 

göstərir ki, etnotoponimlər çox-çox uzaq tarixi kökləri özündə yaşada bilən  əvəzsiz mənbədir. 

Azərbaycan xalqının soykökündə duran, onun təkamülündə  və etnogenezində mühüm rol oynayan 

etnoslar haqqında ilkin məlumatı biz yunan, Roma, ərəb və başqa  əcnəbi müəlliflərin  əsərlərindən 

alırıq. Heç şübhəsiz,  əcnəbi müəlliflər türkdilli etnosları öz tələffüzlərinə uyğun təqdim etmişlər ki, 

nəticədə onların bəziləri tanınmaz şəklə düşmüşdür. Hətta bəzən mübariz, döyüşkən, özlərindən qat-

qat üstün dövlətlərlə vuruşmaqdan çəkinməyən türk etnosları (məs: dondar, çıraqlı) vəhşi, cəllad, 

qaniçən tayfalar kimi təsvir olunmuşdur. Ən başlıcası,bu etnoslar Azərbaycan ərazisindən kənarlarda 

köçəri maldarlar kimi təqdim edildiyindən qədim Alban-Aran torpaqlarında türkdilli etnosların varlığı 

danılmışdır. Xüsusilə iranşünaslar bu sahədə lap dəridən-qabıqdan çıxmışlar. Məqsədləri XI əsrə 

qədər bu ərazidə irandilli xalqların yaşadıqlarını sübuta yetirmək olmuşdur. Erməni, gürcü tarixçiləri 

də bu sahədə az iş görməmişlər. Maraqlıdır ki, rus tarixçilərindən biri bunu dərindən duymuş  və 

obrazlı şəkildə fikrini belə ifadə etmişdir ki, erməni tarixi erməni tarixçilərinə ömrü boyu borcludur. 

Bəllidir ki, bu cür üzdəniraq tarixçilər xalqımızın etnik tərkibi ilə bağlı tarixən yaranmış bir sıra 

etnotoponimləri də özləşdirmişlər. Nəticədə  Gəncə-Qanzaq,Tovuzqala - Tavuzberd, Bərdə - Partav, 

Xunan yurdu – Xunarakert, Xunanakert və s. kimi əcnəbi qaynaqlarında qeydə alınmışdır. 

Son tədqiqatlardan məlum olur ki, Azərbaycan xalqının soykökündə duran etnosların çoxu məhz 

Alban-Aran torpağında təşəkkül tapmış, qaynayıb- qarışmış və birliyi artdıqca bu çür uydurmalardan 

uzaqlaşaraq varlığı danılmaz həqiqətə çevrilmişdir. Qədim Alban-Aran torpağında türkdilli etnosların 

varlığını danan nihilistlərə cavab olaraq görkəmli tarixşünas alim Mahmud İsmayıl yazır: “Əgər 

Albanlar başqa dildə danışmışlarsa, nə üçün onlar bu ərazidə məskun olduqları neçə-neçə yüzilliklər 

boyu bir toponimə, oykonimə, hidronimə, oronimə öz dillərində bir ad verməmişlər”. Bu baxımdan 

türkoloqların da fikirləri maraqlıdır: O necə hakim dövlət, hakim dil (udinlərin dili nəzərdə tutulur- 

İ.M.) idiki, Azərbaycan dilinin lüğət tərkibində öz tarixi izini qoymamışdır. Bu tədqiqat işində 

həqiqəti danan bir çox üzdəniraq tarixçilərə yeri gəldikcə cavab verilir və onların uydurmaları elmi 

əsaslarla təkzib olunur. Tovuz etnotoponimlərlə daha zəngindir. Bu əsərdə  həmin etnotoponimlərin 

mənşəyi ilə yanaşı, yayımı, arealı da müəyyənləşdirilir. Burada etnotoponimlərin linqivistik təhlili də 

öz əksini tapmışdır. 

Tovuz. Alban-Aran torpağının tarixi yadigarlarından biri də Tovuzdur. Oykonim kimi bu ada ilk 

dəfə V1l əsrin sonlarında yaşamış Alban tarixçisi Musa Kalankatlının məşhur ‘‘Alban tarixi‘‘ 

kitabında rast gəlirik.  Əsərdə bu oykonim Tavus fonetik variantinda qeydə alınmışdr. Lakin bu o 

demək deyildir ki, Tovuz bir yaşayış məntəqəsi kimi məhz Vll əsrdə təşəkkül tapmışdır. Bu ərazidən 

arxeoloqların, etnoqrafların  əldə etdikləri maddi mədəniyyət nümunələrindən, osteoloji qalıqlardan 



Археолоэийа,  Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

193

məlum olur ki, Tovuzun yaranma tarixi çox-çox qədimdir. Tovuzun Yanıqlı,  Şamlıq,  Əsrik və 

Köhnəqala kəndlərindəki qala və qalaçalar, Girzan (əslində Kürsan) kəndindəki məbəd və s. Girdiman 

dövlətinin fəaliyyəti dövrünə düşür. Sonrakı əsrlərdə Tovuzun adı müxtəlif fonetik tərkiblərdə özünü 

göstərir. Məs:Tauz, Taus, Tavus, Tavusi, Tavusin, Tavuş, Tavuşin, Tovuş, Touş və s. 

XI-XII  əsr  ərəb müəllifləri Tovuzda baş verən tarixi hadisələrlə bağlı maraqlı  məlumatlar 

vermişlər. Məsələn, 828-ci ildə ərəb xilafətinə qarşı mübarizə aparan  görkəmli azərbaycan sərkərdəsi 

Babəkin Tovuzu tutması; 835- ci ildə isə ərəb sərkərdəsi Buğa əl-Kəbrin Uti vilayətinə hücum edərkən 

Tavusu və Şəmkiri də zəbt etməsi bə s. Alban salnaməsinin müəllifi Gəncəli Mixitar Qoş göstərmişdir 

ki, 1144-cü ildə  səlcuqlu  əmir Cavlı yenidən aran vilayətinə qayıtdı  və  tələsik surətdə Abas 

Baqratuninin möhkəmləndiyi Tovuz adlanan qalaya həmlə etdi. O, böyük səylə, bu qalanı uzun 

müddət mühasirədə saxladı və nəhayət, itkisiz ələ keçirtdi . 

Ərəb müəllifləri Tovuzqalanı strateji əhəmiyyətli bir qala kimi təsvir etmişlər. Bu qala 

Şəmşəddin mahalında yerləşir. Şəmşəddin tayfasının adını daşıyan bu mahal orada tikilmiş mötəbər 

Tovuzqala sonralar ermənilər tərəfindən mənimsənilmişdir.Şəmşəddin adı ermənilər tərəfindən təhrif 

olunaraq  Şəmşədil,Tovuzqala isə Tauzberd adlanmışdır. Tovuz sözünün mənşəyinə  və semantik 

mənasına dair elmi ədəbiyyatda bir-birini təkzib edən müxtəlif fikir və mülahizələr 

söylənilmişdir.Onlardan bir neçəsini nəzərdən keçirək. 

  Tədqiqatçı R.Yüzbaşova görə,Tovuz coğrafi adının dil mənsubiyyəti yoxdur, ehtimal ki, tayfa 

başçısının adı ilə bağlıdır. N.Nəbiyev öz tədqiqatında bu oykonimin “xırda”, “kiçik” mənasını 

bildirdiyini qeyd edir. E.Mehrəliyev Tovuz sözünü türk dilində “hərbi rütbə” mənasını bildirən çouş 

sözü ilə əlaqələndirmişdir. M.İ.Yusifov bu etnotoponimdə oğuz tayfalarından birinin damğası, ştampı 

qorunub saxlanıldığını ehtimal edir. R.Kərimli və Ə.Əliyev birgə yazdıqları məqalədə Tovuz sözünün 

Tokuz Oğuz (Doqquz Oğuz-İ.M.) tayfa ittifaqının uzun gedişli eliziya hadisəsinə  uğramış variantı 

hesab edirlər.Görünür müəlliflər Tokuz Oğuz tayfa ittifaqının yaranma tarixini və onların dil 

mənsubiyyətini bilməmişlər. Çünki tarixi qaynaqlardan məlum olur ki, Tokuz Oğuz tayfa ittifaqı VII 

əsrin əvvəllərində yaranmışdır. 

 Faruq Sümər “Öğuzlar” adlı  əsərində yazır ki, Goytürk imperatorluğu dövründəki türk 

ellərindən biri də doqquz boydan ibarət olan oğuzlar idi. Onlar VII əsrin axırları  və VIII əsrin 

əvvəllərində Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlular türk eli ilə birlikdə Göytürk dövlətinin 

əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni 

mahiyyətlə bir rol oynamışlar. Doqquzoğuzluların aqibəti məchuldur. 

  Onu da qeyd edək ki, əksər tədqiqatçılar bu tayfa ittifaqının Azərbaycan torpaqlarına gəlişini 

XI əsrin 30-40-cı illərinə aid edirlər. Həm də haqqında danışdığımız oğuz birliyi uyğurlardan təşkil 

olunduğu üşün uyğur dilində danışmışlar. 

 Faktlardan aydın olur ki,Tovuz etnotoponimi Tokuz Oğuz tayfa ittifaqı adından uzaqdır. Ona 

görə də bu tarixi adları eyniləşdirmək elmi cəhətdən düz deyildir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏДЯБİЙЙАТ: 

 

1. Z.Xasıyev. Tovuzun toponim dünyası. B.,1997 

2. www.vikipedia.com 

3. M. İsmayıl. Azərbaycan xalqının yaranması. B.,1995 

4. История Агван Моисея Кагангатваци. Спб.,1961 

5. Şoto Saleh.  Qazax Ağstafa elləri. B.,1995 

6.Г.Ворошил  Азербайджанские  полеотопонимы  в  Закавказских  источниках. Azərbaycan 

filologiyası məsələləri. II bur., B.,1984 

7. Mixitar Qoş.Alban salnaməsi. B.,1993 

8.R.Kərimli,Ə.Əliyev. Bəzi etnotoponimlər haqqında. Azərbaycan toponimiyasının öyrənilməsinə 

həsr edilmiş elmi konfransın materialları. B.,1973 

9.T. Əhməd.Azərbaycan paleotoponimiyası. B.,1995 




Археолоэийа,  Етнографийа 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

194

10. F. Sümər.Oğuzlar. B.,1998 

11. Г.А.Гейбуллаев. Топонимия Азербайджана, Б.,1986  

12. С.Хан Магомедов. Горная стена. Аулы Табасарана, М.,1979 

13. N.Məmmədov.Azərbaycanın yer adları. B.,1993 

14. R. Eyvazova.Əfqanıstanda mükk mənşəli toponimlər. B.,1995 

15. Z.M.Bünyadov.Azərbaycan VII-IX əsrlərdə. B.,1989 

16. Г.Ворошил. Qafqaz Albaniyası. B., 1993 

17. Г.А.Гейбуллаев. К этногенезу Азербайджанцев, Б.,1991 

18. F.Məmmədova.Azərbaycanın siyasi tarixi coğrafiyası. B.,1992 

 

МАМЕДОВ ИЛЬХАМ  



Младший научный сотрудник  

НИЦ«Азербайджановведение»  

E-mail: ilham.01.01.1965@mail.ru 

 

АДМИНИСТРАТИВНОЕ ДЕЛЕНИЕ ТОВУЗСКОГО РАЙОНА 



 

В  статье  “Административное  деление  Товуза»  прослеживается  несколько  направлений. 

Это -  административно-территориальное  деление  Товузского  района,  традиции  и  внешний 

вид  коренных жителей района, проблемы этнотопонимии, история образования Товуза. В ча-

стности, автор указывает на старейшее происхождение Товуза, упоминание его в труде албан-

ского историка Моисея Каланкатуйского, ссылается на арабские источники XI-XII веков, кото-

рые указывают о захвате Товуза в период движения Бабека.. В статье также даются антрополо-

гические сведения о мужском и женском населении Товуза. 

 

 

MAMMADOV ILHAM  



Junior scientist assistants  

of "Azerbaijan Studying Center" 

E-mail: ilham.01.01.1965@mail.ru 

 

ADMINISTRATIVE DIVISION OF TOVUZ 

 

In article “Administrative division of Tovuz» some directions are traced. It is administrative-



territorial division of Tovuz area, tradition and appearance of aboriginals of area, an ethno toponym 

problem, history of formation of Tovuz. In particular, the author specifies in the oldest origin of 

Tovuz, its mention in work of Albanian historian Moiseja Kalankatujsky, refers to the Arabian 

sources XI-XII of centuries which specify about capture of Tovuz in movement of Babek. In article 



the anthropological information on the man's and female population of Tovuz also are supplied. 

 

 

Ðÿé÷è:  ò.å.ä.  F. Í. Ìóñòàôàéåâ, ò.å.ä. Ñ.À. Ìÿììÿäîâ 

ÁÄÓ-íóí Àçÿðáàéúàíøöíàñëûã ÅÒÌ-èí 15 ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà 

ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹1 ) 

Yüklə 56,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə