Microsoft Word 4 L a aliyeva doc



Yüklə 254,92 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü254,92 Kb.
#56032


Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

24 

 

 L.A.ƏLİYEVA 

 Tarix elmləri namizədi  

E-mail: lale_agamirze@yahoo.com 

 

  DİN VAHİD ETNOSUN YARANMASINDA MÜHÜM AMİLLƏRDƏN BİRİ KİMİ  

 

açar sözlər: Azərbaycan, etnos, etnogenez, din, islam, 

 

ключевые слова: Азербайджан, этнос, этногенез, религия, ислам 

 

key words: Azerbaijan, ethnos, ethnogenez, religion, islam 

 

Müasir zamanəmizin sürətli tərəqqi və siyasi kataklizmlər dövründə insanlar daha çox öz ulu 

əcdadlarının kimliyi, nə zamandan “biz”, deyə ifadə etdiyi toplumun meydana çıxması sualına cavab 

axtarır. Belə ki, hər bir insanın müəyyən topluma aidiyyəti universal bir xüsusiyyətdir və millət 

anlayışından kənarda ola biləcək fərd yoxdur.  

 Azərbaycan türklərinin bir xalq kimi tarix səhnəsinə  çıxması elmdə maraq doğuran 

mövzulardan biridir. Mövzunun araşdırılması ilk növbədə, bəzi məsələlərin öncədən təsbit edilməsini 

tələb edir. Tədqiqatçı, ilk növbədə, təbii ki, etnosun yaranma zamanını  və onu təşkil edən etnik 

vahidlərin müəyyən edilməsi üçün çoxsaylı ilkin qaynaqlar üzərində  işləməli, digər tərəfdən, 

düşünürəm ki, problemin nəzəri məsələlərindən də yan keçməməlidir. Tarixşünaslığlmızda son bir 

neçə on il ərzində birinci məsələ  ətrafında xeyli dəyərli  əsərlər meydana çıxmışdır.(1;2). Bundan 

əlavə, etnosu formalaşdıran amillər ayrı-ayrı  tədqiqatçılar tərəfindən tədqiq edilmiş, 

burada dini amilin xüsusi yeri olduğu vurğulanmış  və islamın xalqımızın 

formalaşmasındakı rolunu araşdırmağa müxtəlif cəhətlər göstərilmişdir. Azərbaycan 

tarixşünaslığında dinin etnik sistemə  təsiri məsələsinə müxtəlif tədqiqat  əsərlərində 

toxunulsa da, bu məsələ ayrıca bir tədqiqat obyekti olmamışdır. Bu baxımdan belə bir 

mövzunun işlənməsi xeyli dərəcədə aktualdır. Bu məsələ ətrafında fikir yürütməzdən öncə, 

“etnos”, “etnik birlik” kimi anlayışları analiz edək. Post-sovet məkanında geniş yayılmış 

konsepsiyaya görə, etnik differensiasiya əlamətləri, yəni bir etnik vahidi digərlərindən 

fərqləndirən əlamətlər bunlardır: ümumi ərazi, dil, mədəniyyət, tarix, psixoloji birlik və s. 

İngilis alimi Entoni Smit də təqribən eyni əlamətləri əsas götürür: xüsusi ad, ümumi əcdad 

haqqında mif, ümumi yaddaş, mədəni fərqlilik, ana vətənlə bağlılıq ethnie, yəni millətdən 

öncəki etnik birliyə aid əlamətlərdir.(9,13). Lakin hazırda bu qiymətləndirmə 

primordialism adlandırılır və sosial aspektləri  əsas götürən konstruktivistlərin tənqid 

hədəfidir. L.N.Qumilyov da primordialistlərə aid edilməsinə baxmayaraq sadaladıqlarımızı 

qəbul etməyərək yazır:”Etnosu müəyyən etmək üçün heç bir real əlamət yoxdur ki, onu 

bütün məlum hallara tətbiq etmək mümkün olsun. Dil, mənşə, adət-ənənə, maddi 

mədəniyyət, idealogiya bəzən etnosu müəyyən edən amillərdir, bəzən də yox. Biz yalnız 

bir  şeyi dırnaq işarəsindən kənara çıxara bilərik- hər bir fərdin “Bu bizik, qalanlar isə 

onlardır” ifadəsini qəbul etməsi.” (3,58). L.Qumilyovun digər maraq doğuran fikri ekoloji 

faktorun etnogenezisə  təsiri məsələsidir. Həqiqətən də, insanların nəsildən nəslə müəyyən 

ərazidə bu və ya digər təbii iqlim şəraitində yaşaması etnosun spesifik psixoloji 

xüsusiyyətlərinin formalaşmasına təsiri ola bilər. Amma bu amil daha çox miqrasiyalara, 

etnik birliklərin yerdəyişməsinə təsir edə bilər, eləcə də, ətraf mühitin təsirindən xarakterik 

təsərrüfat sahəsi, məşğuliyyət növü xalqın həyatında aparıcı ola bilər. Lakin müəyyən 

həddən sonra ekoloji amilin rolunu şişirtmək atrıq qeyri-elmi bir addım olardı. Hazırda bu 

sahədə dünya elmində etnos sosio-psixoloji hadisə kimi qiymətləndirilir.(4,34). Təbii ki, 

etnosu araşdırarkən onun hansı toplumdan törəməsi ilk növbədə diqqət mərkəzində 




Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

25

olmalıdır. Lakin bizə yüzlərlə faktlar məlumdur ki, eyni köklü olan və eyni dildə danışan 

tayfalardan müxtəlif xalqlar yaranmışlar. Demək, etnosu təşkil edən komponentlərlə yanaşı 

etnopsixoloji cəhətlərə, etnik stereotiplərə diqqət vermək lazımdır. Məhz bu yerdə biz din 

faktorunun rolundan artıq danışa bilərik. Belə ki, din həm ayri-ayri fərdlərin psixoloji 

aləminə, həm də geniş kütləyə təsir etmək gücünə malikdir.  

Azərbaycan tarixşünaslığında dinin, təbii ki, ilk növbədə islamın etnogenez 

prosesində rolu məsələsinə  mərhum akadimik Ziya Bünyadov toxunmuşdur. Onun məhşur 

“Azərbaycan VII-IX əsrlərdə” (5) monoqrafiyasının yalnız üçüncü fəslinin son bir 

paraqrafında bu problem öz əksini tapsa da, burada məsələ düzgün qoyulmuş  və tarixi 

faktlarla  əsaslandırılmışdır. Z.Bünyadov Azərbaycana köçürülən  ərəb tayfalarından, 

köçürülmənin səbəblərindən və onun nəticələrindən  ətraflı  bəhs etmişdir.(5,162-174). 

Maraqlıdır ki. ərəblərin köçürmə siyasəti nəticəsində hazırda  ərəb ölkəsi olan, lakin ərəb 

istilasınadək digər etnik ünsürlərin vətəni olan bir çox ərazilər kəskin etnik dəyikikliyə 

məruz qaldı,  ərəbləşdi. Azərbaycanda bu prosses alınmadı,  əksinə köçürülən  ərəblər 

sonralar türkləşdi. 

Burada qeyd etmək lazımdır ki, həmin tayfaların ölkəmizdə  məskən salması dilin 

köklü surətdə  dəyişməsinə  səbəb olmasa da, dilimizin leksikasındakı çoxsaylı  ərəb söz və 

ifadələrini, yəqin ki, yalnız mədəni, siyasi, elmi təmasın nəticəsi deyil, həm də bu 

tayfalarla bağlamaq olar. Eyni zamanda onlar əhalinin antropoloji xüsusiyyətlərində 

müəyyən iz buraxmışlar. Məlumdur ki, Strabon ölkəmizin qədim sakinləri olan albanları 

təsvir edərkən onların hündürboylu, sarışın, gözlərinin rənginin açıq olduğunu yazmışdı.( 

6,XI,4). Hazırda biz ölkə  əhalisinin daha çox qarasaçlı, qaragözlü olduğunu görürük. 

Şübhəsiz ki, bu Azərbaycan ərazisinə sonralar axın etmiş əhali ilə qarışma nəticəsində baş 

vermişdir. Təbiət elmlərindən bizə qara rəngin dominant rol oynaması məlumdur. Görünür 

ki, saç və  dərisinin rəngi tund olan ərəb tayfaları  və eləcə  də, digər etnik ünsürlərlə 

qarışma xalqımızın antropoloji xüsusiyyətlərində  dəyişikliyə  gətirib çıxarmışdır. Lakin 

xilafət dövrünün xalqımızın tarixində qoyduğu mühüm iz təbii ki, yeni dinin burada 

yayılması  və digər dinləri sixişdırmasıdır. Professor S.S.Əliyarlı yazır ki, Azərbaycandakı 

etnik proseslərin gedişində, bütünlüklə xalqın yaranmasında bu, çox əhəmiyyətli bir 

yenilik oldu. Ölkənin başlıca iki toplumu: xaçpərəst alban və bütpərəst hun toplumları 

arasında kilsə qanunlarının yaratdığı  mənəvi-əxlaqi çəpər aradan görürüldü. İcmaarası 

münasibətlər yeni tarixi məzmun qazandı. Dini qanunların qoyduğu yasağın aradan 

götürülməsi, icmaarası, ikitərəfli nigahların qanuniləşməsi vahid islam dininin yayılması 

şəraitində yaxın yüz il içərisində ümumxalq davranışı yaratdı. Ölkə öz etnomədəni 

tarixinin yeni çağına keçdi. (1,186). 

Dinin təsiri yalnız və həmişə etnik inteqrasiya ilə nəticələnmir.O, bəzən, ya da bir çox 

hallarda dezinteqrasiyaya, etnik birliklərin parçalanmasına da gətirib çıxara bilir. 

Bildiyimiz kimi, ərəblərin “əhl əl-kitab” adlandırdıqları xristian əhalisinə münasibəti fərqli 

olmuş, allahın təkliyini tanıyanlara islamı zorla qəbul etdirməmişdilər. Akademik 

Z.Bünyadov göstərir ki, islam Arranda daha tez və sürətlə yayılmışdı, lakin ölkənin dağlıq 

hissələrində  vəziyyət başqa idi. Burada əhali öz əvvəlki dini etiqadını saxlasa da bu 

sonralar onların qriqoryanlaşmasına səbəb olmuşdur. Bu da öz növbəsində, alban əhalisinin 

bir qisminin erməniləşməsinə  gətirib çıxarmışdır. Z.Bünyadova görə, Arsax və ona yaxın 

vilayətlərin əhalisi “erməniləşmiş albanlardır”.(5,99). 

 Burada bir məsələyə  də diqqət vermək lazımdır ki, din etnik proseslərə  təsir etdiyi 

kimi,  əks təsir, yəni etnosun dinə  təsiri də mümkündür. Bir sıra mütəxəssislərin haqlı 

olaraq göstərdiyi kimi, etnos dinin özünəməxsus interpretasiyasını, öz semantik 

konstruksiyasından asılı olaraq dinin özünəməxsus sosial və hüquqi normativlərini yarada 

bilər. (7,52). Bu baxımdan Azərbaycanda sonralar islamın qollarından biri olan şiəliyin 

geniş yayılması, fikrimcə, yalnız Səfəvi  şeyxlərinin siyasi ambisiyalarını  həyata 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

26 

keçirmələri üçün bir vasitə hesab edilməməlidir. Şiə məzhəbinin ərəb aləmindən daha çox, 

bu aləmdən fərqli olan etnik zəmində,  İran və Azərbaycan  ərazisində intişar tapması, 

görünür, təsadüfi deyil. Eyni zamanda, Səfəvi  şahı I İsmayılın hakimiyyətə  gəldiyi andan 

şiəliyi hakim dini məzhəb elan etməsi üçün etnik zəmin olmasa idi, o siyasi baxımdan belə 

uğurlar əldə edə bilməzdi. 

 

Dinin etnik proseslərə  təsiri ilə yanaşı, ictimai-siyasi hadisələrə  təsiri və 



siyasətçilərin bu gün də ondan öz məqsədləri üçün istifadə etməsi məlum faktdır.  İslam 

XIX-XX  əsrlərdə müsəlman ölkələrində bir çox proqressiv siyasi və sosial hərəkatların 

ideologiyası olmuşdur. Bu məsələ  və digər məsələlər Bernard Lyuis tərəfindən tədqiq 

edilmişdir.(8). Əgər nəzərə alsaq ki, etnik proseslər kəsilməzdir və müasir dövrümüzdə də 

davam etməkdir, onda burada dini hazırkı  şəraitdə bu proseslərə  təsirinə  də ötəri nəzər 

salmaq yerinə düşərdi.  Şübhəsiz ki, bu təsir orta əsrlər səviyyəsində deyil, lakin 

konfessional proseslər öz əhəmiyyətini itirmədiyindən onlar etnik proseslərə bu və ya digər 

şəkildə təsir etməkdədir. 

 İslam dinin Azərbaycanda yayılması burada yaşayan türk tayfalarının vahid etnos halında 

formalaşmasına təkan verdi. Belə ki, dil və mənşə birliyinə mənəvi birliyin yaranmasında başlıca amil 

olan dini birlik əlavə olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan 

qalxması ilə Azərbaycan türkləri vahid etnos halında formalaşmış oldu. 



 

 ƏDƏBİYYAT: 

 

1.

 



Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilədək. Prof S.S.Əliyarlının redaktəsi ilə. Bakı, 

1996 


2.

 

Гейбуллаев Г. Этногенез азербайджанцев. Баку, 1992 



3.

 

Гумилев Л. Психологическое несходство этносов//Психология национальной 



нетерпимости. Минск, 1998 

4.

 



Платонов  Ю.П.,  Почебут  Л.Г.  Этническая  социальная  психология.  Санкт-Петербург, 

1993 


5.

 

Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989 



6.

 

Страбон. География. Москва, 1964 



7.

 

Радугин А.А. Введение в религиоведение: теория, история и современные религии: курс 



лекций.— М.: Центр, 1999.— 240 с. 

8.

 



Bernard Lewis. Islam in history. Princeton, 1992 

9.

 



Anthony Smithş Nationalism. Oxford, 2003 

 

Л.АЛИЕВА 



Кандидат исторических наук 

E-mail: lale_agamirze@yahoo.com 

 

РЕЛИГИЯ, КАК ОДИН ИЗ ФАКТОРОВ В ПРОЦЕССЕ  

ФОРМИРОВАНИЯ ЕДИНОГО ЭТНОСА 

 

В  данной  статье  автор  рассматривает  роль  религии  в  формировании  этноса  как  один  из 

необходимых  факторов  для  образования  единого  этнопсихологического  самосознания.  Здесь 

вопрос изучается не только с позиций теории, но также на примере Азербайджанского народа 

рассматривается  влияние  конфессиональных  процессов  на  этнические.  Автор  полагает,  что 

религиозная  пестрота  страны  мешала  слиянию  тюркских  племен  в  составе  единого  этноса.  С 

принятием  ислама  в  обоих  частях  Азербайджана  появляется  условие  для  формирования 

единого народа.  

 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

27

 L.ALIYEVA 

 PHD in history 

E-mail: lale_agamirze@yahoo.com 

 

 RELIGION, AS ONE OF THE FACTORS IN THE PROCESS  

OF FORMATION OF ETHNOS 

 

 

The author considers the role of religion in the formation of ethnos as one of necessary factors 

for total ethnopsychological consciousness. This problem is studied not only from theory positions, 

also here is given the example of Azerbaijani nation and here is considered the influence of religion to 

the ethnic processes. The author believes, that religious diversity of the country was prevented to 

merge of Turkic tribes as a part of common ethnos. After acceptance of Islam in both parts of 



Azerbaijan the conditions for formation of the ethnos were completed.  

e-mail: lale_agamirze@yahoo.com 

   

 

 

Ðÿé÷è: äîñåíò Á. Ø. Øàáèéåâ, ò.å.ä. È.Ì. Ìÿììÿäîâ 

Áàêû Äþâëÿò Óíèâåðñèòåòè òàðèõ ôàêöëòÿñèíèí Àçÿðáàéúàí ãÿäèì âÿ îðòà ÿñðëÿð òàðèõè  êàôåä-

ðàñûíûí 14 ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð. (ïðîòîêîë ¹1) 

Yüklə 254,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə